Məhkəmə qərarları › İş №2(102)-1789/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1789/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1789/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözləri: daşınmaz əmlaklardan payların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi-vəkili vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlaklardan və rəsmi reyestrdə qeydə alınmalı olan avtomaşından payların müəyyən edilərək, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(107)-125/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 adına Balakən rayonu Şərif kəndində 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyriyaşayış binası qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binası qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Şərif kənd ində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Balakən rayonu Şərif kəndində yerləşən 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0487 nömrəli xx.xx.2002-ci il tarixli Torpağa Mülkiyyət Hüququna X40 verilmişdir. Cavabdeh2 adına Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Balakən rayonu Şərif kəndində yerləşən 0.9156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-225 nömrəli xx.xx.2001-ci il tarixli Torpağa Mülkiyyət Hüququna X40 verilmişdir.

2. DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 adında xx.xx.2019-cu il tarixdən «Toyota RAV-4» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır (kompüter çıxarışı əlavə olunur). Eyni zamanda diqqətə çatdırılır ki, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 adına nəqliyyat vasitəsi qeydiyyatda yoxdur.

3. Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi ilə, həmin qətnamə ilə İddiaçı Cavabdeh1 qarşı borc müqaviləsi üzrə borcun tutulması ilə əlaqədar iddiası təmin edilmiş, Cavabdeh1 (doğum tarixi xx xxx 1972-ci il, VÖEN **********, Raisa Okipna küç.,4, mən.82, Kiyev şəh.,02002) İddiaçı (doğum tarixi 04 iyun 1978-ci il, VÖEN **********, Velika Vasilkivsa küç.,102, m. 109, Kiyev şəh., 03150) xeyrinə borc müqaviləsi üzrə 897.943 ABŞ dolları 84 sent məbləğində borc və 11.350 qrivna 00 qəpik məbləğində məhkəmə rüsumunun tutulması qərara alınmışdır.

4. Cavabdeh1 X1 arasında nikah 12 avqust 1996-cı il tarixdə bağlanmışdır.

5. Balakən rayonu Şərif kəndində yerləşən 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 6. 23 iyul 1998-ci il tarixdə vəfat etmiş X14 və 02 iyun 2001-ci il tarixdə vəfat etmiş X12 atası X16 və anası X6 Şərif kəndində yerləşən 0,62 ha pay torpaq sahəsinə bərabər hissələrdə irs almalıdır. 7. 12 mart 2008-ci il tarixli torpaq alqı-satqı müqaviləsi ilə, X16 və qeyriləri özlərinə məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0,6553 ha torpaq sa həsini Cavabdeh1 7000 manata satmışlar. 8. 11 iyul 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X22 özünə məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.1331 ha torpaq sahəsini və 1047.70 kv.m qeyri-yaşayış binasını Cavabdeh1 bağışlamış və Balakən rayonu Şərif kəndində yerləşən həmin 1047.70 kv.m əmlak kompleksinə və 0.1331 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır. 9. 10 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X17 və X18 özlərinə məxsus Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 0.01908 ha torpaq sahəsini və 148.0 kv.metr qeyri-yaşayış binasını Cavabdeh1 satmış və Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən həmin 148.0 kv.metr qeyri-yaşayış binasına və 0.01908 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hü quqları qeydə alınmışdır. 10. 10 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 və qeyriləri tərəfindən özlərinə məxsus Balakən rayonu Şərif kəndində yerləşən 1,9341 ha torpaq sahəsini Cavabdeh1 bağışlanmış və Balakən rayonu Şərif kəndində yerləşən həmin 1,9341 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır.

11. Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522,5 kv.m qeyri-yaşayış binasına və 0.0208 ha torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüquqları qeydə alınmışdır.

12. Balakən rayonu Şərif kənd sakini Cavabdeh1 məxsus Balakən rayon Qabaqçöl qəsəbəsində inşa etdiyi fərdi yaşayış evinin sahibkarlıq məqsədi ilə istifadə olunmasına icazə verilmişdir.

13. Balakən rayonu Aqrar İslahat Komissiyasının 02 avqust 2000-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Şərif kəndində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X2, X9, X10, X4 və X5 ümumi birgə mülkiyyətinə verilmişdir.

14. Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha torpaq sahəsinin 5/24 hissəsinə Cavabdeh2, 5/24 hissəsinə X13, 9/24 hissəsinə X3 və 5/24 hissəsinə Nümayəndə3 mülkiyyət hüquqları qeydə alınmışdır.

15. Cavabdeh1lə, nümayəndəsi vasitəsilə Cavabdeh2 arasında aşağıdakı şərtlərlə mediasiyada barışıq sazişi bağlanmışdır: mediasiya zamanı tərəflər qarşılıqlı razılığa gəldilər: 1.Birgə nikah dövründə əldə olunmuş Balakən rayonu Şərif kəndində yerləşən 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binası və onun yerləşdiyi 0.0208 ha torpaq sahəsi, Balakən rayonu Qaba qçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binası və onun yerləşdiyi 0.1908 ha torpaq sahəsi, 2019-cu il istehsal tarixli Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh1 və Cavabdeh2 payları bərabər, yəni 1/2 hissə olaraq müəyyən edilsin;2. Müqavilə imzalandığı gündən 3 (üç) gün müddətində Balakən rayonu Şərif kəndində yerləşən 0.65553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binası, onun yerləşdiyi 0.0208 ha torpaq sahəsi və Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binası, onun yerləşdiyi 0.1908 ha torpaq sahəsi tərəflər arasında razılaşdırılmış bölgü planı (miqyas 1:1000, barışıq sazişinin ayrılmaz tərkib hissəsi olan-əlavə №1, əlavə №2-1,22, 2-3,əlavə №3) əsasında naturada ayrılsın və ayrılmış hissəyə uyğun hüquqlar dövlət qeydiyyatına alınsın; 3. 2019-cu il istehsal tarixli Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobil dəyəri 50.000 manat olaraq qiymətləndirilsin, müqavilə imzalandığı gündən 3 gün müddətində Cavabdeh1 tərəfindən Cavabdeh2 təqdim etdiyi hesaba avtomobilin yarı dəyəri (1/2 hissə olan 25.000 manat Cavabdeh2 ödənilsin, 25.000 manat ödənildikdən sonra 2 iş günü ərzində Cavabdeh2 Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 adına qeydiyyat alınmasını təmin etsin.

16. Toyota RAV-4 minik markalı 08BJ878 dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 adına qeydə alınmışdır.

17. Kiyev Apellyasiya Məhkəməsinin 3 yanvar 2024-cü il tarixli qərarı ilə, Cavabdeh1 nümayə ndəsi-vəkili X7 Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsindən İddiaçı Cavabdeh1 qarşı iddiaçı ilə bağlı mülki iş üzrə apellyasiya şikayəti əsasında kredit müqaviləsi üzrə borcların tutulması ilə bağlı apellyasiya icraatı açılmış, apellyasiya icraatının başlanması haqqında qərarın surətlərinin işdə iştirak edən şəxslərə göndərilməsi, şikayətin surətinin və ona əlavə edilmiş materialların məhkəməyə yazılı şəkildə cavab vermək hüququ olan iddiaçıya göndərilməsi, cavabın surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi (təqdim edilməsi) haqqında sübut, iş üzrə icraatın başlanması haqqında qərarın surətinin, eyni zamanda apellyasiya şikayətinin beş gün müddətində təqdim edilməsi qərara alınmışdır.

18. Azərbaycan Respublikası Ali Məhk əməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 10(102)-23/2024 nömrəli qərardadı ilə, Cavabdeh1 və onun vəkili X11 məhkəməyə Ukraynanın Kiyev şəhərinin Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Kiyev Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını təqdim edərək, tanınması və icrası tələb edilən qiyabi qətnamənin qüvvəyə minmədiyini və apellyasiya şikayətlərinin icraata götürüldüyünü bildirdikləri, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 isə məhkəməyə vəsatət təqdim edərək, Ukraynanın Kiyev şəhərinin Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasının ərazisində tanınması və icrası barədə ərizənin baxılmadan geri qa ytarılmasını xahiş etdiyi əsas tutulmaqla İddiaçı vəkili Nümayəndə1 borcun tutulması barədə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəsi baxılmadan geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus Balakən rayonu Şərif kəndində 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksinin, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyri-yaşayış binasının, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri-yaşayış binasının, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrü fatı təyinatlı torpaq sahəsinin, Balakən rayonu Şərif kəndində yerləşən 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh2 məxsus Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsinin, Toyota RAV-4 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1/2 hissədə paylarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13 sentyabr 2022-ci il tarixli qərar ilə Ukrayna dövləti ərazisində cavabdehin mənzili olduğundan borc həmin mənzilə yönəldilmiş və həmin mənzil 120.000 ABŞ dolları məbləğində qiymətləndirilərək hərrac vasitəsi ilə satılmış və hissəvi icra edilmişdir. Məhkəmə qərarına əsasən yerdə qalan borc 1.323 024 manat təşkil edir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 20 mart 2014-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh1 650.000 ABŞ dolları məbləğində borc vermiş, sonuncu isə 20 mart 2015-ci il tarixinədək borc götürülmüş vəsaitin məbləğinin 1,5 % məbləğində vəsaitdən istifadəyə görə aylıq ödənişlə ona qaytarmağı öhdəsinə götürüb və bu barədə borc qəbzi yazıb. Lakin yuxarıda göstərilən müddətədək cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş, borcunu qaytarmamış və buna görə də iddiaçı bu iddia ilə borcun, o cümlədən vəsaitdən istifadəyə görə faizlərin, habelə ilk üç faizin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlamış və müvafiq olaraq Bakı şəhəri 5 saylı Vəkil Bürosu tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli order verilmiş dir. Eyni zamanda Kiyev şəhəri notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş etibarnaməyə əsasən İddiaçı səlahiyyətli nümayəndəsidir. Cavabdeh1 Azərbaycan Respublikası vətəndaşıdır, Balakən rayonu Şərif kəndində qeydiyyatda olmaqla daimi yaşayış yeri Azərbaycan Respublikası olduğundan və onun əmlakları Azərbaycan Respublikası ərazisində yerləşdiyi üçün Ukrayna Respublikası ərazisində məcburi icra hərəkətlərini həyata keçirmək mümkün olmamışdır. Hal-hazırda Ukrayna dövləti adından çıxarılmış qiyabi qərarın tanınması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət olunmuşdur. İşə Ali Məhkəmənin hakimi Elşənə Vəliyevanın icraatında 10 yanvar 2023-cü il tarixdə baxılacaqdır. Hesab edirlər ki, borc Cavabdeh1 aid edildiyindən və borcun gələcəkdə onun əmlakdakı payına düşən hissəyə yönəldiləcəyi halda onun ikinci cavabdehlə əmlaklarının birgə nikahda əldə olunması səbəbilə onların daşınar və daşınmaz əmlaklara payları məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət olunması zəruriyyəti yaranmışdır. Ukrayna Respublikası, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsi tərəfindən 13 sentyabr 2022-ci il tarixdə çıxarılmış hazırkı qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinə müvafiq sorğu verilmişdir. Sorğuya cavabdan məlum olmuşdur ki, Balakən rayonu Şərif kəndində 0.6553 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m əmlak kompleksi, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m qeyriyaşayış bina sı, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 148 kv.m qeyri yaşayış binası, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Balakən rayonu Şərif kəndində yerləşən 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyatdan keçməklə hazırda mülkiyyətindədir. Digər Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 adına Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsi onun adına qeydiyyatdan keçmişdir və mülkiyyətindədir. Bundan başqa Cavabdeh2 adına Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin məktubuna əsasən “Toyota RAV-4” markalı 08BJ878 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir.

21. İddiaçı iddia tələbinin həcminin artırılması və tələbi n dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya təşkilatı tərəfindən təsdiq edilmiş barışıq sazişində cavabdehlər arasında razılaşdırılmamış, X19 adına olan Balakən rayonu Şərif kəndində yerləşən 0.9741 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/24 hissəsinə, Balakən rayonu Şərif kəndində yerləşən ümumi birgə payda olan 0.9156 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair açıq qalmış əmlaklara payın müəyyən edilməsi, tutmanın o hissədə əmlaklara olan paya yönəldilməsi və həmin əmlakların açıq hərracdan satılması, Balakən rayonu Şərif kəndində yerləşən 0,6553 ha kənd təsərrüfatlı torpaq sahəsinə, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən 522.5 kv.m. qeyri-yaşayış binasına və onun yerləşdiyi 0.0208 ha torpaq sahəsinə, Balakən rayonu Qabaqçöl qəsəbəsind ə yerləşən 148 kv.m. qeyri-yaşayış binasına və onun yerləşdiyi 0.1908 ha torpaq sahəsinə və AD seriyalı 680122 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 14 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmış 2019-cu il istehsal tarixli Toyota RAV-4 minik markalı 08BJ878 dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh1 1/2 hissədə payının müəyyən edilməsi, payı müəyyən edilmiş əmlakların həmin hissəsinə borcun yönəldilməsi və bu əmlakların açıq hərracdan satılması, Cavabdeh1 adına qeydiyyata alınan Balakən rayonu Şərif kəndində yerləşən 1047.7 kv.m. əmlak kompleksinə, Balakən rayonu Şərif kəndində yerləşən 1.9341 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Balakən rayonu Şərif kəndində yerləşən ümumi birgə payda olan 0.1666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair əm laklara payı müəyyən edilməklə borcun məbləğində tam yönəldilməsi və həmin əmlakların hərrac vasitəsilə satılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Cavabdehlər iddianı qəbul etməyərək, Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, № 752/29764/21 saylı qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınmadığını, ona görə də iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını, Cavabdeh1 nümayəndəsi-vəkilinin Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli iş № 752/29764/21 saylı qiyabi qətnaməsindən şikayət verdiyini və Kiyev şəhəri Apellyasiya Məhkəməsinin həmin qiyabi qətnaməni ləğv edərək işə apellyasiya qaydasında yenidən baxacağını bildirərək, iddianın rədd olunmasını xahiş etmişlər.

23. Cavabdeh1 nümayəndəsi vəkili Nümayəndə2 tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizəsində qeyd etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur.

24. Balakən Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(019)–225/2024 nömrəli qətnaməsi ilə (hakim - Zamin Tahirov) iddia tələbi rədd edilmişdir.

25. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsinin icrası üzrə hər hansı iddia tələbinin irəli sürülməsi üçün həmin qətnamə Azər baycan Respublikasında tanınmalı və məcburi icraya yönəldilməlidir. Lakin iş materiallarından görünür ki, sözügedən Ukrayna Respublikası Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsi Azərbaycan Respublikasında tanınmamış və məcburi icraya yönəldilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 10(102)-23/2024 nömrəli qərardadı ilə İddiaçı vəkili Nümayəndə1 borcun tutulması barədə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsinin Azərbaycan Respublikasında tanınması və icrası barədə ərizəsi baxılmadan geri qaytarılmışdır.

26. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh1 nümayəndəsi vəkil Lukyançuk A.V. Kiyev şəhəri Dnepr Ray on Məhkəməsinin xx.xx.2022ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermiş, onun şikayəti təmin edilmiş, Kiyev Apellyasiya Məhkəməsinin 3 yanvar 2024-cü il tarixli qərarı ilə Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 752/29764/21 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və Cavabdeh1 nümayəndəsi-vəkili X7 Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsindən İddiaçı Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə apellyasiya şikayəti əsasında kredit müqaviləsi üzrə borcların tutulması ilə bağlı apellyasiya icraatı açılmış və işin apellyasiya baxışı təyin edilmişdir.

27. İddiaçı Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə Kiyev Apellyasiya Məhkəməsinin hər hansı qərarı məhkəməyə təqdim edilməmiş, həm çinin həmin məhkəmə aktının Azərbaycan Respublikasında tanınması və məcburi icraya yönəldilməsi barədə hər hansı məhkəmə qərarı və ya digər hüquqi sənədlər məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsindən və iş materiallarından, həmçinin iddiaçının nümayəndəsi-vəkilinin məhkəməyə verdiyi izahatdan görünür ki, həmin iş üzrə hələ Kiyev Apellyasiya Məhkəmənin qərarı qəbul edilməmişdir. Ona görə də, hazırkı iddia tələblərinin irəli sürülməsi üçün heç bir subyektiv hüququ yoxdur. Yəni hazırkı iddia hüquq və vəzifələr yaradan qanuni qüvvəyə minmiş məhkəmə aktına və cavabdehlər üçün iddiaçı qarşısında öhdəlik yaradan digər qanuni hallara və əsaslara söykənməmişdir.

28. Məhkəmə hazırkı işdə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə2 əriz əsinə hüquqi qiymət verərək, hesab etmişdir ki, bu ərizə əsassızdır və hazırkı işdə iddia müddəti tətbiq edilə bilməz.

29. İş materiallarından və iddia ərizəsindən görünür ki, hazırkı iddiada İddiaçılə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsi üzrə yaranmış tələb irəli sürülməmiş, yəni həmin cavabdehə ondan həmin borc müqaviləsi üzrə hansısa məbləğin alınıb iddiaçıya ödənilməsi tələbi yönəldilməmişdir. Qeyd edildiyi kimi, İddiaçılə Cavabdeh1 arasında bağlanmış borc müqaviləsi üzrə cavabdehdən müəyyən olunmuş məbləğin iddiaçının xeyrinə alınması məsələsi Kiyev şəhəri Dnepr Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qiyabi qətnaməsinin predmeti olmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında borc müqaviləsi üzrə hüquqi münasibətlərdən yaranmış məhkəmə mübahisəsi Ukrayna Respublikası Kiyev Apellyasiya Məhkəməsinin icraatında olan işlə əlaqədar baxılır və iş üzrə iddia müddətinin tətbiq olunub-olunmaması məsələsi həmin məhkəmə tərəfindən həll oluna bilər. Hazırkı iddia tələbi isə tərəflər arasında yaranmış borc müqaviləsinin predmetinə aid deyildir. Ona görə də borc müqaviləsinə aid iddia müddətinin həmin borc müqaviləsinin predmetinə aid olmayan tələblə bağlı hazırkı işdə tətbiq ediliməklə bu əsasla hazırkı iddianın rədd edilməsi əsassızdır və qanunun tələblərinə uyğun deyildir.

30. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13, 29, 60-cı, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3, 35, 36.1, 36.2, 36.3, 36.4-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139.3, 140, 225.1-ci, Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 439.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

31. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kiyev şəhəri Dnepr rayon Məhkəməsi qiyabi qərarı qanuni qüvvəsini aldıqdan sonra İddiaçı Azərbaycan Respublikası Ali məhkəməsinə ərizə ilə müraciət edərək xarici dövlətin çıxartmış olduğu qanuni qüvvəsini almış qərarını tanıtdırmaq və icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə baxışınadək Cavabdeh1 Ukrayna dövlətində Kiyev Apellyasiya Məhkəməsinə qiyabi qərarın ləğv edilməsi üçün apellyasiya şikayəti verdiyindən müvəqqəti olaraq Ali Məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanı lması onun tərəfindən xahiş edilmişdir. Balakən rayon Məhkəməsində də eyniliyi ilə Kiyev Apellyasiya Məhkəməsində tərəflər arasında məhkəmə çəkişmələrinin aparılması və mülki iş üzrə Cavabdeh1 apellyasiya şikayəti üzrə Kiyev Apellyasiya Məhkəməsində “kredit müqaviləsi borcun qaytarılması” tələbinə dair üzrə mülki işin qiyabi qərarına 19 iyun 2024-cü il tarixdə saat 10:40-da baxılacağı və tələbin dəqiqləşdirilməsinə baxmayaraq bu iddiaların hazırda cavabdehin apellyasiya şikayəti üzrə Kiyev Apellyasiya Məhkəməsində araşdırılan “kredit müqaviləsi borcun qaytarılması” üzrə mülki işlə əlaqəli olmasını və o tələbin təmin olunmasının nəticəsindən asılı olduğu səbəbi ilə Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsində nəzərdə tutulduğu kimi Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülk i, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmaması səbəbindən iş üzrə icraat dayandırılması barədə verdiyi vəsatəti Balakən rayon Məhkəməsi təmin etməmişdir.

33. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-125/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Əyyub Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Məhkəmə kollegiya qeyd etmişdir ki, İddiaçı və onun nümayəndəsi vəkilinin Cavabdeh1 və Cavabdeh2 qarşı hazırkı iddia tələblərinin irəli sürülməsi üçün heç bir subyektiv hüququ yoxdur. Yəni hazırkı iddia hüquq və vəzifələ r yaradan qanuni qüvvəyə minmiş məhkəmə aktına və cavabdehlər üçün iddiaçı qarşısında öhdəlik yaradan digər qanuni hallara və əsaslara söykənməmişdir.

35. Məhkəmə onu da qeyd etmişdir ki, iş üzrə digər Cavabdeh2 ümumiyyətlə iddiaçı ilə bağlı hər hansı borc müqaviləsinin subyekti olmamış, İddiaçı qarşısında nə mülkiyyət, sahiblik və istifadə hüquqlarının müdafiəsindən irəli gələn, nə müqavilə münasibətlərindən irəli gələn, nə əsassız varlanmadan irəli gələn, nə də mülki-hüquq pozuntulardan (deliktlərdən) irəli gələn öhdəliklərlə bağlı yaranmış hər hansı öhdəlik daşımır və iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

36. Həmçinin məhkəmə onu qeyd etmişdir ki, iddiaçının əmlaklar üzrə tutmanın cavabdehlərin qeyd edilən əmlaklar üzrə ayrılmış payına yönəldilməsi və əmlakların açıq hərracda satılmaqla borcun ödənilməsi icra icraatı qaydasında və ya ipoteka münasibətləri üzrə qanunvericiliklə tənzimlənən məsələdir. Lakin iş materiallarından görünmüşdür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 borc tələbi və ya digər əmlak tələbi ilə bağlı Ukrayna Respublikası məhkəmələrinin hər hansı qətnaməsi və ya qərarı Azərbaycan Respublikasında tanınmamış və məcburi icraya yönəldilməmişdir

37. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (vəkil və Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində də eyniliyi ilə Kiyev Apellyasiya Məhkəməsində tərəflər arasında məhkəmə çəkişmələrinin aparılması və mülki iş üzrə Cavabdeh1 apellyasiya şikayəti üzrə Kiyev Apellyasiya Məhkəməsində “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə dair qiyabi qərara 19 iyun 2024-cü il tarixdə saat 10:40-da baxılacağı və tələbin dəqiqləşdirilməsinə baxmayaraq, bu iddiaların hazırda cavabdehin apellyasiya şikayəti üzrə Kiyev Apellyasiya Məhkəməsində araşdırı lan “kredit müqaviləsi üzrə borcun qaytarılması”na dair mülki işlə əlaqəli olmasını və o tələbin təmin olunmasının nəticəsindən asılılıq səbəbi ilə Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsində nəzərdə tutulduğu kimi Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmaması səbəbindən iş üzrə icraat dayandırılması barədə verilən vəsatəti birinci instansiya məhkəməsi təmin etməmişdir. Bununla da hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi də Prosessual pozuntulara yol verərək Ukrayna dövləti ilə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində bağlanmış bir sıra müqavilələrin prinsiplərinə zidd olaraq yuxarıda qeyd edildiyi kimi və Azərbaycan Re spublikası MPM-nin 439.1-c maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququnu da məhdudlaşdırmağa çalışmışdır. Lakin məhkəmə kollegiyası sözügedən qətnaməni qəbul etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Eyniliyi ilə apellyasiya məhkəməsinin kollegiyası araşdırılmış işin bu cür hallarına düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh1 tərəfindən məhkəməyə kassasiya şikayətinə qarşı etiraz göndərilmişdir. Etirazda göstərilir ki, işə baxarkən apellyasiya instansiyası məhkəmə si maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)125/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 14.2.3. Mülki hüquq və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir.

42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququn u bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Maddə

224. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyət in qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir

45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulmas ı və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Ape llyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı, iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Məhkəmə Kollegiyası həmin qiymətləndirmə ilə razılaşır. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2025-ci il tarixli 2(107)125/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar