Məhkəmə qərarları › İş №2(102)-1790/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1790/2020

19.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1790/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X.X.X.nə (üçüncü şəxs Bakı şəhəri Cavabdeh) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11894/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti nə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)3072/2019 saylı qətnaməsi ilə (hakim X7) İddiaçı cavabdeh X.X.X.nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11894/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev, R.Ə.Qurbanov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3072/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X.X.X.ndən 2000 (iki min) manat mənəvi zərərin əvəzinin tutularaq İddiaçı ödənilməsi və iddia tələb inin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh X.X.X.nə (üçüncü şəxs Bakı şəhəri Cavabdeh) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Fərahim Əsədli tərəfindən xx.xx.2015-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində işə cəlb edilmişdir.Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə iş üzrə iddiaçı barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə iddiaçının həbsdə saxlama müddəti xx xxxxx 2016-cı il tarixədək uzadılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx xxx xxx 2016-cı il tarixli qərarı ilə iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri qərarı ilə əvəz edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qərarı ilə iddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx xxxx 2016-cı il tarixədək uzadılmış, həmçinin Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə iddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx xxxxxx 2016-cı il tarixədək uzadılmışdır. xx.xx.2018-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikası CM-nin 177.3.2, 326.1 və 326.2-ci maddələri ilə yeni ittiham elan edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.Bakı Ağır Cinayətlər Məhkəməsi xx xxxxxxx 2017-ci il tarixli hökm ü ilə iddiaçının Azərbaycan Respublikası CM-nin 177.3.2, 326.1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir.Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmışdır. Faktların təsvirindən də görünür ki, ərizəçi barəsində xx xxxxxxxx 2015-ci ildən xx xxxxxx 2016-ci ilə kimi barəsində həbs qətimkan tədbiri, xx xxxxxxx 2017-ci ilə kimi ev dustaqlığı qətimkan tədbiri olmuşdur. Ərizəçi barəsində 5 ay 25 gün həbs, 8 ay 5 gün ev dustaqlığı qətimkan tədbiri qəbul edilməklə ona mənəvi əzab verilmişdir ki, o da bunu 100.000 (yüz min) manat məbləğində dəyərləndirmişdir.İddiaçının 5 ay 25 gün həbs, 8 ay 5 gün ev dustaqlığında saxlanması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2017- ci il tarixli hökmü ilə müəyyən olunmuş, belə ki, ona CM-nin 177.3.2, 326.1 və 326.2-ci maddələri üzrə bəraət verilmişdir.Göstərilənlərə əsasən ibtidai istintaq orqanının (Cavabdeh) qanunsuz hərəkəti nəticəsində İddiaçı 5 ay 25 gün həbs, 8 ay 5 gün ev dustaqlığında saxlanmasına görə ona mənəvi zərər üçün 100.000 (yüz min) manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin ed ilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülk i Kollegiyasının iclasında cavabdeh X.X.X.nin və üçüncü şəxs Bakı şəhəri Cavabdeh nümayəndələri üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Vəkil izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı CM-nin 177.3.2-ci maddəsi ilə iş üzrə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2015-ci il tarixdə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarili qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri qərarı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri qərarı ilə əvəz edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. İddiaçının əməli xx.xx.2016-cı il tarixli qərarla əlavə olaraq CM-in 326.1 və 326.2-ci maddələrinə tövsif edilmiş və həmin tarixdə İddiaçı CM-in 177.3.2, 326.1 və 326.2-ci maddələri ilə yeni ittiham elan edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(1 01)113/2017 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri sübuta yetirilmədiyindən həmin maddələr ilə ona bəraət verilməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə cəza təyin edilməməsi, İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübut olmaqla Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinin xə zinəsində saxlanılan, bir ədəd A 12163873 seriyalı 50 (əlli) manatlıq pul əskinasının X4 qaytarılması, zərərçəkmiş şəxslər: X6, Əli-X9 və X1 verdikləri mülki iddiaların təmin edilməməsi, iş üzrə 100 (yüz) manat təşkil edən ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsi hesabına köçürülməsi, hazırkı cinayət işi üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin rəsmi sənədləri şəxsi niyyətlə oğurlama və digər mühüm şəxsi sənədləri oğurlama cinayət əməllərini törətmiş şəxs(lər) müəyyən edilməmiş qaldığından, hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxs(lər)in müəyyən edilib cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə aidiyyəti materialların ibtidai araşdırmaya prossesual r əhbərliyi həyata keçirən prokurora göndərilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci və 326.2-ci maddələrinə aid hissədə bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüququnun olmasının izah olunması hökm edilmişdir. İş materiallarından görünür ki, həmin hökm apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmişdir. İş materiallar ında olan ittiham aktının surətindən görünür ki, iddiaçıya ilkin olaraq CM-in 177.3.2-ci maddəsi ilə ittiham elan edilmiş, ona həbs qətimkan və ev dustaqlığı qətimkan tədbirlərinin seçilməsi və müddətlərinin uzadılması da məhz həmin maddələr üzrə ittiham olunması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.1, 56.0.2 və 56.0.3cü maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs; bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqib inə xitam verilmiş; bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi t əcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fi ziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 10-cu bəndində isə göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməli və cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin maddi ziyanın tutulması hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin iddia tələbinin təmin edilməsi ilə bağlı hər hansı sübut iş materiallarına əlavə edilməmiş, həmçinin iddia tələbinin həmin hissədə əsaslılığı müəyyən edilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti tə min olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11894/2019 saylı, 16 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar