Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1790/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərdən irəli gələn mübahisələr (real zərər), sübutetmə vəzifəsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-778/2024 nömrəli, 8 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X3 İcrasına Nəzarət üzrə Hərbi prokurorluğunun böyük müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.1995-ci il qərara əsasən baş leytenant İddiaçı (bundan sonra iddiaçı) Cinayət Məcəlləsinin 255-ci maddəsinin “b” bəndi ilə ittiham olunmasına dair 21-60103/94 saylı cinayət işinə xitam verilmiş, onun vəsatəti təmin edilərək yenidən tərbiyə və islah olunması üçün o, hərbi hissə komandanlığı və kollektivinin zaminliyinə verilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, baş leytenant olan iddiaçının törətdiyi cinayət əməli ictimai t əhlükəli olmamaqla ağır nəticələrə səbəb olmamış, o, özü isə təmiz ürəklə peşman olduğunu bildirdiyindən barəsində olan cinayət işi xitam edilməklə Azərbaycan Respublikası CPM-nin 5-ci maddəsinə əsasən o, yenidən tərbiyə və islah olunması üçün xidmət etdiyi hərbi hissə komandanlığı və kollektivinin zaminliyinə verilməlidir.
2. Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı X3 İcrasına nəzarət üzrə hərbi prokurorluğun baş müstəntiqinin cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.1995-ci il tarixli qərarının ləğv edilməsi və barəsində bəraət qərarının verilməsi haqqında məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbulundan imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaç ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı yol verilmiş qeyri-qanuni hərəkətlər nəticəsində dəymiş mənəvi və maddi ziyanın əvəzi olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi (bundan sonra cavabdeh ) tərəfindən 150000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə onun Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna qarşı maddi və mənəvi təzminatın ödənilməsi ilə əlaqədar qaldırdığı iddia ərizəsinə baxaraq qətnamə çıxarmışdır. Məhkəmə öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaya cavab verməli şəxs Maliyyə Nazirliyidir. O isə öz növbəsində ona qarşı edilmiş qeyri-qanuni cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın nəticəsində ona maddi və mənəvi zərərin Hərbi Prokurorluq tərəfindən vurulmasını tələb etmişdir.xx.xx.1995-ci il Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının qanuni qüvvəsini almış qərarı ilə, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək qeyri-qanuni həbsdə saxlanmış və onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə qərarnda Hərbi prokurorluğa 1 həftə ərzində protest verilməsi hüququ izah edilmişdir. Baxmayaraq ki, Azərbaycan dövlətinin Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda onların hərbi hissəsi qanuna uyğun olaraq iştirak etmiş və dövlətin qoyduğu tapşırığı uğurla icra etmişdir. Hərbi Prokurorluğun qaldırdığı Cinayət Məcəlləsinin 102-ci maddəsi və 255-ci maddəsinin B bəndi ilə ittihamı məhkəmədə sübut olunmamış dır. İş ibtidai istintaqa qaytarılmaqla məhkəmə tərəfindən Hərbi prokurorluğun istintaqın düzgün aparılması, əsl cinayət törətmiş şəxslərin tapılmasını tövsiyyə etmişdir. Beləliklə, xx.xx.1994cü ildən xx.xx.1995-ci ilədək qanunsuz həbsdə saxlanılmaqla ona maddi və mənəvi ziyan vurulmuşdur. Nəzərə alınsa ki, o, qanunsuz hərəkətlər nəticəsində aylıq məvacibləridən məhrum olmuş və digər hüquq və azadlıqları pozularaq mənəvi işgəncələrə məruz qalmışdır.
5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək onunla əsaslandırılmışdır ki, iddiacı iddia ərizəsində əmək fəaliyyəti ilə məşğul olduğunu və qeyriqanuni hərəkətlər nəticəsində aylıq məvaciblərindən məhrum olunduğunu qeyd etsə də, bu fəaliyyətini təsdiq edən əmək muqaviləsini, əmək kitabçasının surətini və aylıq konkret qazan cı barədə sübutları təqdim etməmişdir. İddiaçı həmçinin mənəvi ziyan çəkməsini də sübuta yetirə bilməmişdir. Ona görə də iddanın rədd edilməlidir.
6. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun arxivində Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq zabiti, baş leytenant iddiaçı barəsində 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 255-ci maddəsinin b bəndi və 105-ci maddəsi ilə istintaq olunaraq icraatına xitam verilmiş 2160103/94 N-li cinayət işi saxlanılır. Həmin cinayət işi 16 avqust 1994-cü il tarixdə Dəvəçi rayon prokuroru tərəfindən 08 avqust 1994-cü il tarixdə Dəvəçi rayonu, “Xanlar” xanası adlanan ərazidə hərbi qu lluqçuların hərəkətdə olan ZİL markalı avtomaşına odlu silahdan atəş açaraq avtomaşının yük yerində olan vətəndaş X1 ayağından güllə yaralanması ilə müşayiət olunan az ağır dərəcəli bədən xəsarəti yetirmələri faktına görə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 102-ci maddəsinin 1-ci hissəsi ilə başlanmış və istintaq aparılmışdır. 26 sentyabr 1994-cü il tarixdə cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmiş və 14 oktyabr 1994-cü il tarixdə X3 icrasına nəzarət üzrə Hərbi Prokurorluğun müstəntiqi, ədliyyə baş leytenantı İ.İ.Əliyevin icraatına qəbul edilmişdir. 01 noyabr 1994-cü il tarixdə müstəntiq tərəfindən toplanmış sübutlar qiymətləndirilərək 08 avqust 1994-cü il tarixdə saat 16 r adələrində Dəvəçi rayonu, "Xanlar" xanası adlanan ərazidə xidmət aparan Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq zabiti, baş leytenant iddiaçının “saxla” tələbinə tabe olmayan ZİL markalı avtomobilə xidməti avtomat silahından atəş açaraq avtomaşının yük yerində olan vətəndaş X4 bədən xəsarəti yetirməsi qənaətinə gəlinmiş və iddiaçıya 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin b bəndi və 102-ci maddəsinin 1-ci hissəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. 16 noyabr 1994-cü il tarixdə iddiaçının əməlləri 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 255-ci maddəsinin b bəndi və 105-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddələrlə ittiham elan edilmişdir.
7. Bak ı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, iddiaçının X3 İcrasına nəzarət üzrə hərbi prokurorluğun baş müstəntiqi, ədliyyə kapitanı İ.İ.Əliyevin cinayət işinn icraatına xitam verilməsi haqqında xx.xx.1995-ci il tarixli qərarının ləğv edilməsi və barəsində bəraət qərarının verilməsi haqqında məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbulundan imtina edilmişdir.
8. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı məktuba əsasən ona müraciətində qeyd etdiyi məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-3472/2023 nömrəli iş üzrə 24 oktyabr 2023-cü tarixli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia rədd edilmişdir.
10. M əhkəmə qeyd etmişdir ki, Daxili Qoşunların N nömrəli hərbi hissəsinin sabiq zabiti, baş leytenant iddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 255-ci maddəsinin “b” və 105-ci bəndləri ilə ittiham olunmasına dair 21- 60103/94 saylı cinayət işinin icraatına xitam əvvəl 105-ci bəndinə dair hissəvi, sonradan 255-ci maddəsinin “b” bəndinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. İddiaçı cinayət işi gedişatında barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir.
11. Məhkəmə onuda qeyd etmişdir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə s übutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 81 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti işin halları və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-778/2024 nömrəli iş üzrə 8 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ittiham olunduğu əməl üzrə təqsirli olduğu təsdiq olunub. Yalnız həmin dövrdə qüvvəd ə olan Cinayət Prosessual Məcəllənin 5-ci maddəsi tətbiq olunaraq istintaq orqanı tərəfindən cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmişdir. Bu faktı 30 ilə yaxın müddətdə iddiaçı da mübahisələndirməmişdir. Deməli, cinayət törətməsi ilə razılaşmışdır.
18. Məhkəmə qeyd etmişdir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
19. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən hallar ı nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
20. Məhkəmə gəldiyi nəticəni 1964-cü il tarixli Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 444.1, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 1, 4, 7-ci, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayətinin də lilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 1964-cü il tarixli Azərbaycan SSR-nin Mülki Məcəlləsi.
24. Maddə 444-1. Qanunsuz məhkumetmə, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlbetmə, qətimkan tədbiri kimi həbsə almanı qanunsuz tətbiq etmə, həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh vermə nəticəsində vətəndaşa vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyən edilmiş qaydada dövlət tərəfindən tam ödənilir. xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə
59. Tibb və əczaçılıq işçilə ri öz peşə vəzifələrini lazımi səviyyədə yerinəyetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
27. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz veril məsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
28. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şi kayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndir mə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-778/2024 nömrəli iş üzrə 8 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.