Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1792/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 və İddiaçı1 cavabdehlər "X10" Türkiyəyə, "Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyətinə və həkim Cavabdeh3na qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: tibb müəssisəsinin burduğu ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçılar X2, İddiaçı1, onlar vəkili X1, Cavabdeh2 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-505/2 020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları 19.03.2018-ci il tarixli “xxxx” ASC-nin mədaxil qəbzi və “xxxx” ASC-yə ünvanlanmış eyni tarixli “Fiziki şəxs rezidentlərin hesabları üzrə respublika kənarına aparılan köçürmələr” üçün 007 Ərizədən görünür ki, X2 cərrahiyyə əməliyyatı üçün özünə məxsus hesabdan 9428 ABŞ dolları X11 Mərkəzinin Türkiyə Respublikasının Ziraat Bank A.Ş.-də olan hesabına köçürülmüşdür. X4 27 mart 2018-ci il tarixdə az görmə diaqnozu ilə Türkiyə Respublikasının X10nə daxil olaraq, sağ gözündə kornea nəqli üzrə cərrahiyyə əməliyyatı aparılmışdır. İş üzrə qəbul edilmiş məhk əmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar X4 və İddiaçı1 Tanrıverdi qızı cavabdehlər "X10" Türkiyəyə, Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyətinə və həkim Cavabdeh3na qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə verərək cavabdehlər Cavabdeh1 Hastenesi Türkiyə Cavabdeh1 Xəstəxanası Bakı və Anil Kubal oğlundan müştərək qaydada 9428 ABŞ dolları əsas məbləğ, 40 000 manat mənəvi ziyan və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X4 və İddiaçı1 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 bir neçə ildir ki, göz xəstəliyindən əziyyət çəkdiyi üçün Zərifə Əliyeva adına göz xəstəxanasında qeydiyyatdadır. 17.03.2018-c i il tarixdə onun müalicəsi ilə əlaqədar ünvan 1 ünvanında yerləşən Cavabdeh1 Xəstəxanasına müraciət etmişlər və xəstəxananın qəbul şöbəsində işləyən Vəfa adlı xanım onları Türkiyədən gələn həkim Cavabdeh3 qəbuluna aparmışdır. Həkim Cavabdeh3 onun gözünü müayinə etdikdən sonra bildirmişdir ki, sağ gözünə buynuz qişası köçürülməklə görmə qabiliyyəti tam bərpa olunacaqdır. Həkim Cavabdeh3 həmin əməliyyatın Azərbaycanda aparılmadığını, bunun üçün Türkiyəyə getməyini, o əməliyyatı Türkiyədə edə biləcəyini və bunun üçün böyük məbləğdə pul lazım olduğunu bildirmişdir. Onlar həkimdən məbləğin nə qədər olmasını soruşduqda bildirmişlər ki, bununla bağlı Vəfa xanım onlara ətraflı məlumat verəcəkdir. Həkim müayinəsinə görə ödəniş etdikdən sonra Vəfa xanım buynuz qişasının köçürülməsi cərrahiyə əməliy yatı üçün Ziraat banka 9400 ABŞ dolları köçürməyi lazım olduğunu bildirmişdir. 19.03.2018-ci il tarixdə Vəfa xanımın onlara verdiyi bank rekvizitlərini götürüb İçərişəhər metrosu ilə üzbəüz olan Ziraat bankda əməliyyat üçün lazım olan ödənişi etmişlər. Bir neçə gündən sonra Vəfa xanım zəng vuraraq 27.03.2018-ci il tarixdə Türkiyənin İstanbul şəhərində olan Cavabdeh1 Hastenesində olmaqlarını bildirmişdir. Onlar 26.03.2018-ci ildə İstanbula getmiş, 27.03.2018-ci il tarixdə Türkiyə (İstanbul) Cavabdeh1 Xəstəxanasında həkim Cavabdeh3 Şəmistan Əliyevin gözünü əməliyyat etmiş və sağ gözünə buynuz qişası köçürtdüyünü və bir neçə gündən sonra görmə qabiliyyətinin tam bərpa olunmasını bildirmişdir. Onlar 1 həftə ərzində Türkiyə Cavabdeh1 Xəstəxanasında qalmış, lakin yoldaşının gözü əməliyyatdan son ra görməmişdir. Xəstəxanada olarkən dəfələrlə Cavabdeh3 müraciət edərək, görmə qabiliyyətinin bərpa olunmamasının səbəbini soruşduqda o müxtəlif bəhanələr gətirmiş və onda aldadıldıqlarını başa düşmüşlər. Belə haqsızlığı görüb əməliyyat üçün köçürtdükləri pulu tələb etmiş, lakin nəticəsi olmamışdır. Cavabdeh1 Azərbaycanın təşkilatçılığı ilə onlar aldadılaraq Türkiyədə əməliyyat olunmuş və əməliyyat uğursuz keçmişdir. Hesab edirlər ki, 19.03.2018-ci il tarixdən bugünə kimi onlara vurulmuş maddi və mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 29 iyul 2019-cu il tarixli, 2(004)-3455/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh2 MMC-dən maddi zərər olaraq 9428 ABŞ dolları (ödəniş günü Azərbaycan Respu blikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla), mənəvi zərər olaraq 2000 manat məbləğində pulun və 30 manat dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Türkiyə Respublikasının X10 tərəfindən tərtib edilmiş 27 mart 2018-ci il tarixli Epikrizin surətinə əsasən X4 həmin tarixdə az görmə diaqnozu ilə xəstəxanaya daxil olaraq, sağ gözündə kornea nəqli üzrə cərrahiyyə əməliyyatı aparılmışdır. Habelə, 19.03.2018-ci il tarixli “xxxx” ASC-nin mədaxil qəbzi və “xxxx” ASC-yə ünvanlanmış eyni tarixli “Fiziki şəxs rezidentlərin hesabları üzrə respublika kənarına aparılan köçürmələr” üçün 007 Ərizədən görünür ki, X2 cərrahiyyə əməliyyatı üçün öz ünə məxsus hesabdan 9428 ABŞ dolları X11 Mərkəzinin Türkiyə Respublikasının Ziraat Bank A.Ş.-də olan hesabına köçürülmüşdür. İddiaçı X2 qeyd edilən ödəniş haqqı müqabilində Türkiyə Respublikasındakı “Dünya Göz” xəstəxanasında uğursuz əməliyyat olunması, sonuncuya maddi və mənəvi ziyan vurulması (iddiaçının mənəvi sarsıntı keçirməsi) işin mübahisəsiz halını təşkil edir. Hazırki mübahisə üzrə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl bilavasitə iddiaçı Şəmistan Ələkbərova münasibətdə törədilmişdir. Odur ki, digər İddiaçı1 müvafiq subyektiv hüquqa (öz hərəkətlərinə hüquqi ixtiyar, tələb etmə hüququ və müdafiə hüququ) malik olmadığı üçün iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Cavabdeh2” MMC-nin Nizamnaməsindən görünür ki, X10 Sanayi və Ticar et Anonim şirkəti müvafiq MMC-nin təsisçiləri sırasındandır. Odur ki, məhkəmə vurulmuş ziyanın Cavabdeh2 MMC-dan tutulmasını məqbul saymışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 1096.1, 1096.2, 1099.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(004)-3455/2019 saylı qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X6» X9 246/KEŞ nömrəli məhkəmə-tibbi ekspertizası rəyinə əsasən Şəmistan Ələkbərovun adına Türkiyə Cümhuriyyəti «X10»ndə tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, 27.03.2018-c i il tarixdə xəstəxanaya daxil olduqdan sonra ona «Büllur keratopatiyası» diaqnozu təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin sağ gözündə «Buynuz qişasının transplantasiyası» cərrahiyyə əməliyyatı icra edilmişdir. Şəmistan Ələkbərovun mütəxəssis müayinəsi zamanı onda «Keratoplastikadan sonrakı vəziyyət. Artifakiya. Görmə sinirinin atrofiyası. Göz almasının subatrofiyası»nın olduğu müəyyən edilmişdir. Xəstədə görmə qabiliyyətinin olmamasının səbəbi görmə sinirinin atrofiyası ilə əlaqədar olub, icra edilmiş cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. Şəmistan Ələkbərovun mütəxəssis müayinəsi zamanı onun sağ gözündə görmə qabiliyyətinin Vis OU=0 (sıfır) olduğu müəyyən edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Rafael Eyvazov s ədrlik edən və məruzəçi, Fuad Talışinski və Ziya Şirinov) 21 iyul 2020-ci il tarixli 2(103)-505/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(004)-3455/2019 saylı qətnaməsi iddianın təmin olunan hissəsində («Cavabdeh2 MMC-dən maddi zərər olaraq 9428 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla), mənəvi zərər olaraq 2000 manat məbləğində pulun və 30 manat dövlət rüsumu iddiaçı X2 xeyrinə tutulması» hissəsində) ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı X2 gözündə Türkiyə Respublikasındakı «Düny a Göz» xəstəxanasında aparılmış cərrahiyyə əməliyyatının uğursuz əməliyyat olduğu müəyyən edilmiş, lakin işdə bu halı təsdiq edə biləcək hər hansı sübut mövcud olmamışdır. Məhkəmənin məhz hansı sübuta əsaslanaraq belə nəticəyə gəlməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. Yalnız iddiaçı tərəfin bildirdikləri (izahatı) üzrə iddianın əsaslı hesab edilməsi isə qanunvericiliyin tələbləri ilə uzlaşmır. Birinci instansiya məhkəməsi tərəfindən əməliyyatda həkim səhvinin olub-olmaması araşdırılmamış, bu kimi xüsusi bilik tələb edən halların aydınlaşdırılması istiqamətində müvafiq ekspertiza təyin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı təyin edilmiş ekspertiza rəyində qeyd edilmişdir ki, iddiaçı Şəmistan Ələkbərovda görmə qabiliyyətinin olmamasının səbəbi görmə siniri nin atrofiyası ilə əlaqədar olub, icra edilmiş cərrahiyyə əməliyyatı ilə səbəbli əlaqəsi olmamışdır. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbin əsası kimi istinad etdikləri halları əsaslandıra və sübut edə bilməmişdir. Həmçinin iddiaçının gözündə müvafiq cərrahiyyə əməliyyatının cavabdeh (Türkiyə Cümhuriyyətində yerləşən «X10»ndə həkim Cavabdeh3 tərəfindən icra edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddianın Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməsi də əsaslandırılmamışdır. Halbuki, Cavabdeh2 MMC-nin digər cavabdehlərə birbaşa aidiyyətinin (struktur bölmə, filial və s. bağlılığının olması) olmasına dair işdə hər hansı sübut mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya i craatı zamanı müəyyən olunmuş hallara və tədqiq edilmiş sübutlara əsasən iddia təmin oluna bilməz, iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı tərəf tələblərinin əsas kimi istinad etdikləri halları, həmçinin onlara cavabdeh tərəfindən maddi və mənəvi ziyan vurulmasını, həmin ziyanla cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını əsaslandıra və sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 1096.2, 1112, 21, 23-cü maddələrinə istinad e dərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)505/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunan ekspertizanın verdiyi cavablardan biri isə göz qişasına gələn ana damarın distrofiyaya uğraması ilə bağlıdır. Belə olanda ekspert asanlıqla müəyyən etdiyi bir məsələ klinikada cavabdeh Türkiyədən gələn professor, Türkiyədə onu əməliyyata alan zaman aşk ar olunmaması birbaşa cavabdehin məsuliyyətindən irəli gəlir. Apellyasiya instansiyası məhkəməsində cavabdehin 5 min pul təklif etməsi onların məsuliyyətini etiraf və təsdiq edir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar X4, İddiaçı1 və onların vəkili X3 iş üzrə verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh2 vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məluma t vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticəüçünəhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına vəyaxud qətnamə vəqərardadda ifadəolunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 K assasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna ol araq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya baxışının predmetini yalnız iddianın Cavabdeh2nə qarşı təmin edilmiş hissəsi təşkil etdiyindən, iddianın rəd d edilmiş hissələrindən iddiaçılar apellyasiya şikayəti vermədiyindən, həmin hissələr artıq qanuni qüvvəyə mindiyindən, iddiaçıların kassasiya şikayəti əsasında qətnamə iddianın Cavabdeh2nə qarşı hissəsində tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiya sı hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri iddianın Cavabdeh2nə qarşı hissədə təmin edilməsinə əsas vermir. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-505/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.