Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1792/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1792/2023 (Açar sözlər: iş üzrə icraatın xitamın əsasları; mübahisənin cinayət mühakimə icraatı qaydasında həll olunması) Bakı şəhəri 24 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X6 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-8038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69C saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrind ən verilmiş RX seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69D saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi, baş ədliyyə müşaviri Vüqar Nəsibovun xx.xx.2019-cu il tarixli qərarı ilə külli miqdarda əmlakın dələduzluqla ələ keçirilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 4. 23 may 2019-cu il tarixli qərara əsasən X14 zərərçəkmiş şəxs qismində tanınmışdır. 5. 29 may 2019-cu il və 30 may 2019-cu il tarixl i şahidin dindirilməsi protokollara istinadən İddiaçı1 və İddiaçı2 ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmişlər.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5(006)- 269/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə - X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi, 20 saylı evin, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mahir Qədirov küçəsi, 22 saylı evin, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha ehtiyat fondu təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən bağ evinin, İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 99 saylı yaşayış binasının, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69 C saylı sahədə yerləşən 0,05 ha torpaq sahəsinin (yaşayış məntəqələrinin torpaqları), İddiaçı2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69 D sahədə yerləşən 0,05 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları), X1, X2, X3 və X7 adına ümumi birgə mülkiyyətdə olan Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5(103)-18/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, əmlak üzərinə həbs qoyulması barədə vəsatətin təmin olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X11 01 iyul 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır.
9. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasından çıxışına qoyulmuş məhdudiyyət xx.xx.2022-ci il tarixdə götürülmüş, həmçinin ona və qardaşı İddiaçı2 məxsus əmlakların üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı cinayət prosessual qanunveriliciyinin tələblərinə uyğun aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1
0. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X12 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsinin və İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsinin həbsdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsi onun – İddiaçı1, eyni ünvanda yerləşən, 0.0 5 ha sahədən ibarət 69D saylı torpaq sahəsi qardaşı İddiaçı2 xüsusi mülkiyyətində olan əmlaklar kimi ƏMDK yanında DƏDRX tərəfindən dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq olaraq RX ******* və RX ******* saylı çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun sabiq birinci müavini Rüstəm Usubovun keçmiş Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində (hazırkı İstintaq İdarəsi) fakt üzrə CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* №-li cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmasına dair təqdimatına Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılaraq 28 iyun 2019-cu il tarixli qərarla vəsatət və təqdimat təmin edilmiş, xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 69C və 69D saylı sahələrdə yerləşən hər biri 0.05 ha torpaq sahələrini n üzərinə həbs qoyulmuşdur. İş üzrə istintaq aparmış sabiq müstəntiq Vüqar Nəsibovun vəsatəti və Baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun təqdimatının əsaslandırıldığı cinayət işinin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ilin iyun ayında onlara məlum olmayan səbəbdən Baş Prokurorluğa dəvət edilərək müstəntiq Elçin Hüseynsoy tərəfindən şahid qismində dindirilmişlər. Dindirmə zamanı məlum olmuşdur ki, istintaq üçün maraq doğuran əsasən məsələ dayıları, Rusiya Federasiyasında yaşayan iş adamı X5 ilə Baş prokurorun sabiq köməkçisi X13 arasında şərik iş birliyi zəminində yaranmış münaqişə ilə bağlıdır. İstintaqa verdikləri ifadədə dayılarının tapşırığı ilə 23 sentyabr 2016-cı il tarixdə birlikdə Ucar rayonunun Qazıqumlaq kəndinə Namiq Məmmədovun ata evinə getmələri, orada Namiq Məmm ədovdan 500.000 ABŞ dollarını almaları, Bakı şəhərinə qayıdaraq «Azadlıq» metrostansiyasının yaxınlığında N.Ocaqverdiyev tərəfindən göndərilmiş tanımadıqları şəxsə həmin pulu çatdırmaqları barədə ətraflı ifadə vermişlər. İstintaqda birinci və axırıncı dəfə verdikləri ifadənin mahiyyəti bundan ibarət olmuş, sonradan bu günə kimi bir daha istintaqa dəvət edilməmişlər, barələrində hər hansı prosessual məcburiyyət tədbirləri tətbiq olunmamış, hazırda da iş üzrə şahid statusunda qalırlar, iş üzrə icraatın gedişatı və nəticəsi barədə heç bir məlumata malik deyillər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin əmlak üzərinə həbs qoyulmasına dair xx.xx.2019-cu il tarixli qərarının təsviri hissəsində CPM-nin 248.1.1-ci maddəsinə istinad edilərək göstərilir ki, əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir. Onlar iş üzrə təqsirləndirilən şəxs deyillər, yuxarıda qeyd etdikləri kimi hazırda da şahid statusunda qalırlar. Hakimin qeyd edilən qərarı ilə də təsdiq olunur ki, iş üzrə nəinki Samir və İddiaçı2lər, hətta 500.000 ABŞ dollarını almaları israr edilən Nəsrəddin Ocaqverdiyev özü belə təqsirləndirilən şəxs qismidə cəlb edilməmişdir. Üzərinə əmlak məsuliyyəti qoyula biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 59-cu fəslində konkret olaraq göstərilmişdir ki, onlar həmin kateqoriyaya aid edilən şəxslərin dairəsinə aid deyillər. Qərarın məzmununa istinadən görünür ki, Nəsrəddin Ocaqverdiyev 500.000 ABŞ dollarını 22 sentyabr 2016-cı il tarixdə əldə etmişdir. Üzərinə həbs qoyulmuş əmlakların hansı tarixlərd ə əldə edilməsi məhkəmə tərəfindən müəyyən edilmədiyi və qərarda bu barədə qeyd olunmadığı halda həmin əmlakların cinayət yolu ilə əldə olunmuş vəsait hesabına alınmasına dair qeydlərin əsasının nədən ibarət olması başa düşülən deyildir. Digər tərəfdən cinayət təqibi orqanı və məhkəmə həmin vəsaitin, yəni 500.000 ABŞ dollarının hər hansı hissəsinin Samir və İddiaçı2lər tərəfindən ələ keçirilməsini təsdiq edən hər hansı sübuta malikdirmi ki, həbs qoyulmuş əmlakların həmin vəsait hesabına alınmasında israrlıdır. Qərarda iş üzrə əldə olunmuş sübutların əmlak üzərinə həbs qoyulmasına kifayət qədər əsas verdiyi qeyd olunur. Hakimin qərarında qeyd olunur ki, vəsatət verən müstəntiq və təqdimatla müraciət edən prokuror məhkəmə iclasında iştirak etməmişlər. Belə olan halda müstəntiq və prokuror məhkəməyə gəlməyiblərsə, cinayət işinin materialları məhkəməyə təqdim edilməyibsə, məhkəmə hansı toplanmış materiala və sübutlara istinad edə bilərdi, üzünü görmədiyi cinayət işinin materiallarına necə istinad edə bilərdi. Əmlaklarının üzərinə əsassız və qanunsuz olaraq qoyulmuş həbsin götürülməsinə dair Baş Prokurorluğa yazdıqları müraciətlərə formal olaraq rəsmi cavablar verilməklə bu günə kimi xahişləri nəticəsiz qalmış, əmlakların üzərindən həbsin götürülməsi təmin edilməmişdir. Sonuncu müraciətlərinə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun imzası ilə 01 iyun 2022-ci il tarixli, 03/192006029/1879 saylı məktubla cavab verilərək əmlaklarının üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah olunmuşdur.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1717/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi təmin edilərək X12 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C saylı torpaq sahəsi və İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69D saylı torpaq sahəsinin həbsdən azad edilməsi qət edilmişdir.
13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işin faktiki halları ilə də müəyyən edildiyi kimi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69C saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha 69D saylı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, həmin şəxslər iş üzrə şahid kimi dindirilmələrinə, iş üzrə ümumiyyətlə hazıradək hər hansı bir şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməməsinə və icraatın dayandırılmasına baxmayaraq, qeyd edilən əmlaklar üzərinə həbs qoyulmuşdur. Qanunvericiliyin tələbinə əsasən, həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Hazırda nəinki iddiaçılar, ümumiyyətlə cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən edilməmiş, iş üzrə icraat dayandırılmış, iddiaçılar isə iş üzrə şahid qismində dindirilməklə o nların üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər olması nə iş materialları, nə də ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin üzərinə həbsin qoyulması, onların həmin əmlak üzərində sərəncam hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Sərəncam hüququ mülkiyyət hüququnun 3 tərkib elementindən biridir və həmin elementlərdən hər hansı birinə müdaxilə edilməsi və ya pozulması mülkiyyət hüququnun pozulması deməkdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq iddiaçıların əmlakları üzərinə səhvən həbs qoyulduğu nəticəsinə gəlir və hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.05 ha sahədən ibarət 69C s aylı torpaq sahəsi və İddiaçı2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.05 ha sahədən ibarət 69 D saylı torpaq sahəsi həbsdən azad edilməlidir.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinə, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra- Mülki Məcəllə) 6.1.4, 152.1, 152.5, 140-cı maddələrinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.1, 248.2, 248.3, 299.3.2, 253-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər müddəasının şərh edilməsinə dair” 2 015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ( bundan sonra – MPM ) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu apellyasiya protesti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Protestdə göstərilmişdir ki, iddianın iddiaya cavab verməli olan şəxsə qarşı verilməli olmasına dair qanunvericiliyin tələbləri pozulmuşdur. Çünki, cavabdehin bu qətnaməni icra etmək, yəni hazırkı mərhələdə əmlakın üzərinə qoyulmuş həbsi götürmək səlahiyyəti və imkanı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-c i il tarixli və xx.xx.2009-cu il tarixli qərarlarına əsasən iddiaçılar cinayət mühakimə icraatı qaydasında pozulduğunu iddia etdikləri hüquqlarının bərpası üçün cinayət mühakimə icraatı qaydasında əmlak üzərinə həbs qoyulması barədə qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilməli olmasını müəyyən etsə də qeyd olunan normaların tələbləri pozulmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ( hakimlər- Elşən Kazımov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Namiq Cəfərov) cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1717/2022 saylı, 27 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir.
19. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cinayət mühakimə icraatı qaydasında iddiaçılara məxsus torpaq sahəsinin üzərinə həbs qoyulduğu cinayət işi üzrə bugünədək hansısa şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməməsi işin mübahisəsiz halıdır. Həmin icraatda təkcə iddiaçılara məxsus torpaq sahəsinə deyil, dayıları olduğu bəyan edilən Nəsrəddin Ocaqverdiyev adlı şəxsin əmlakları üzərinə də eyni qərarla həbs qoyulmuşdur. Qeyd olunan cinayət işinə aid olan və hazırkı mülki işə əlavə edilmiş sənədlərin, o cümlədən cinayət işinin başlanması barədə qərardan, iddiaçıların şahid qismində dindirmə protokollarında n, icraatın dayandırılması barədə qərardan, əmlak üzərinə həbs qoyulmasına dair məhkəmə qərarlarının məzmunundan bəlli olur ki, cinayət işinin başlanmasına əsas olmuş 500000 ABŞ dollarını Ucar rayonu ərazisində zərərçəkən şəxsdən məhz iddiaçıların alaraq Bakı şəhərinə gətirib dayıları Nəsrəddin Ocaqverdiyevin təyin etdiyi şəxsə veriblər. Hazırkı iddianın yaxud icraatın predmeti olmasa da, demək ki, cavabdeh kimi göstərilən orqanının iddiaçılara məxsus torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair vəsatət və təqdimatı “səhvən” olmamışdır. Başqa sözlə vəsatət və təqdimat digər əmlaklarla yanaşı iddiaçılara da məxsus torpaq sahələrinin üzərinə cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaitləri hesabına əldə edilməsinə kifayət qədər əsas verdiyi, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı n ödənilməsinin, həmçinin mülki iddianın, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin hesabına alınmış əmlakların özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmasının zəruriliyi ilə əsaslandırılmışdır.
20. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinin faktiki halları Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Çünki, iddiaçılar qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs statusunda olmasalar da onlara məxsus torpaq sahələrinin üzərinə səhvən həbs qoyulmamışdır. Yəni, nəinki səhvən, əksinə bilərəkdən, düşünülmüş şəkildə bu cür həbsin qoyulması məqsədilə vəsatət və təqdimat verilmişdir. İddiaçıların Baş prokurorluğun İstintaq idarəsinə torpaq sahəsinin həbsdən azad edilməsi barədə müraciətləri olub, həmin İdarədən onlara cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilib. Lakin Baş prokurorluğun İstintaq idarəsinin bu müraciətin təmin edilməsindən imtina etməsi iddiaçılara torpaq sahələrinin həbsdən azad edilməsini bilavasitə mülki mühakimə icraatı qaydasında tələb etməyə əsas vermirdi. Çünki, iddiaçılar bundan əvvəl də cinayət mühakimə icraatı qaydasında birinci instansiya məhkəməsinin onlara məxsus torpaq sahələrinin də üzərinə həbs qoyulan qərarından apellyasiya şikayətləri vermiş və Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2020-ci il tarixli, 5(103)18/2020 nömrəli qərarı ilə şikayətləri təmin edilməmişdir. İddiaçıların cinayət mühakimə icraatı qaydasında üzərinə məhkəmə qərarı əs asında həbs qoyulmuş torpaq sahələrinin həbsdən azad olunmasına həmin icraat çərçivəsində nail ola bilmədikdən sonra yenidən mülki mühakimə icraatı qaydasında buna nail olmağa cəhd etmələri anlaşılan olsa da başadüşülən deyildir. Çünki, iddiaçıların hazırki iddia tələbində göstərdiyi dəlillərin nə dərəcədə əsaslı-əsassız yaxud əhəmiyyətli-əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi ayrıca iddianın yaxud mülki mühakimə icraatının predmeti olmaqdansa, bunlar eyni işdə, yəni cinayət mühakimə icraatında məhkəmə araşdırmasının predmeti olmalıdır. Başqa sözlə. eyni məsələlərin qanuniliyi və əsaslılığı müxtəlif məhkəmələr tərəfindən və ya eyni məhkəmənin müxtəlif hakimləri tərəfindən fərqli icraatlarda ayrı-ayrılıqda yoxlanılması ədalət mühakiməsinin məqs ədlərinə də cavab vermir. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, o Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə də açıq-aşkar cavab vermir. Çünki, cavabdeh kimi göstərilən Baş prokurorluğa qarşı hər hansı bir tələb yönəlməyib. Bunun yönəlməsi də mümkünsüz sayılır. Çünki, iddiaçılara məxsus torpaq sahələrinin üzərinə Baş prokurorluğun deyil məhkəmənin qərarına əsasən həbs qoyulmuşdur. Məhkəmə qərarından da iddiaçılar cinayət mühakimə icraatı qaydasında verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. Bu cür vəziyyətdə iddianın yolverilməz liyinə görə iddia ərizəsini qəbul etməkdən imtina üçün həmin Məcəllənin 153.2.1-ci maddəsində nəzərdə tutulan prosessual hüquqi əsasların da olması mübahisəsiz idi.
22. Məhkəmə bundan əlavə də qeyd etmişdir ki, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 253, 449-cu maddələrinə, MPM-in 149.2.3, 261.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli, “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarlarında təsbit olmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçılar birgə kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəllənin 253-cü maddəsi səhv tətbiq olunmuşdur. Belə ki, həmin maddəyə əsasən şəxsin həmin maddə üzrə məhkəməyə müraciət etməsi üçün 2 əsasın mövcud olması vacibdir: a)Üzərinə həbs qoyulmuş əmlakın təqsirləndirilən şəxsə aidiyyəti olmamalıdır; b) Həmin əmlakın üzərinə həbs səhvən qoyulmalıdır. İddianın əsaslarından gürünür ki, iddiaçılar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməyiblər, cinayət işi üzrə iddiaçılara qarşı hər hansı ittiham irəli sürülməyib. Ümumiyyətlə, bu cinayət işi üzrə hər hansı şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməyib. Deməli, bu işdə CPM-in 253-cü maddəsində qeyd edilən 1ci şərt ödənil ib. Cinayət işi üzrə nəinki iddiaçıların, ümumiyyətlə, hər hansı şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməməsi, üzərinə həbs qoyulmuş iddiaçılara məxsus əmlakın cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınmasını təsdiq edən sübutların mövcud olmaması, cinayət işi üzrə iddiaçılara və ya hər hansı başqa şəxsə qarşı mülki iddianın irəli sürülməməsi, iddiaçıların üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslər olmaması, cinayət işi üzrə toplanmış materiallarda iddiaçıların əmlakları üzərinə həbsin qoyulması üçün heç bir sübut, qanuni əsas mövcud deyil, ən əsası cinayət işi üzrə icraat CPM-in 53.1.1-cimaddəsinə əsasən, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmaması əsasında dayandırılıb. Apellyasiya instansiyası məhkəməsi cinayət mühakimə icraatı q aydasında əmlakının üzərinə həbs qoyulmuş şəxsin həmin həbsin götürülməsi üçün CPM -in 253-cü maddəsi əsasında mülki mühakimə icraatı qaydasında iddia qaldırmasını qanunsuz sayıb. Məhkəmə CPM-in 253-cü maddəsinin tələblərinə əhəmiyyət vermədən mövqeyini belə əsaslandırıb ki, cinayət mühakimə icraatı qaydasında yaranmış mübahisə yalnız cinayət mühakimə icraatı qaydasında həll edilməlidir. Hesab edilir ki, bu mövqedə olan məhkəmə heç bir halda əmlakın üzərinə qoyulmuş həbsin səhvən olub-olmamasını ədalətli şəkildə araşdıra bilməz və ədalətli qərar qəbul edə bilməz. Apellyasiya instansiyası məhkəməsinin "eyni məsələlərin qanuniliyi və əsaslılığı müxtəlif məhkəmələr tərəfindən və ya eyni məhkəmənin müxtəlif hakimləri tərəfindən fərqli icraatlarda ayrı-ayrılıqda yoxlanılması ədalət mühakiməsini n məqsədlərinə cavab vermir" arqumenti, bu arqument əsasında bu iddia üzrə ədalətli məhkəmə araşdırması aparmaqdan imtina etməsi öz-özlüyündə iddiaçıları məhkəməyə çatımlılıq imkanından (hüququndan) məhrum edir. Cinayət mühakimə icraatı qaydasında qəbul edilmiş qərar üzrə əmlakın üzərinə qoyulmuş həbsin sonradan mülki mühakimə icraatı qaydasında aparılan araşdırma zamanı səhvən qoyulmasının müəyyən edilməsi ziddiyyətli qərarların qəbul edilməsi ilə nəticələnsə də, faktiki olaraq şəxsin pozulmuş mülkiyyət hüququnun bərpa edilməsinə xidmət edir. Apellyasiya instansiyası məhkəməsi hətta bu sonda ziddiyyətli qərarların qəbul edilməsi ilə nəticələnmiş olsa da ədalətli məhkəmə araşdırması aparmalı, iddiaçıların iddiasının təmin edilməsi, onların pozulmuş mülkiyyət hüququnun bərpası barədə ədalət li və qanuni qərar qəbul etməli idi. Bu iddia üzrə ədalətli məhkəmə araşdırmasının aparılmasının, ədalətli və qanuni qərarın qəbul edilməsinin, iddiaçılara məxsus əmlakın üzərinə qoyulmuş həbsin səhvən qoyulub-qoyulmamasının müəyyən edilməsinin yeganə yolu əmlakın üzərinə qoyulmuş həbsin qanuni olubolmamasının aydınlaşdırılmasından ibarətdir. Bu zaman əmlakın üzərinə həbsin qoyulması barədə qərarda qeyd edilən əmlakın üzərinə həbsin qoyulmasının əsasları CPM-in 253-cü maddəsi əsasında (mülki mühakimə icraatı qaydasında) araşdırma aparan məhkəmə üçün preyudisial əhəmiyyət daşıya bilməz. Çünki, həmin qərarın CPM in 253-cü maddəsi kontekstində mülki mühakimə icraatı qaydasında araşdırma aparan məhkəmə üçün tam həcmdə preyudisial olması, bu cür araşdırmanı mümkünsüz edər, CPM-in 253cü maddəsin i ölü maddəyə çevirər, bu tip iddiaların məhkəmə perspektivini heçə endirər. Məhkəmə iddiaçıların əmlakının üzərinə həbsin qoyulması barədə cavabdehin vəsatətini qanunsuz olaraq üstün hüquqi qüvvəli sübut kimi qiymətləndirib, həmin vəsatət və təqdimatı heç bir əsaslı şübhəyə məruz qoymayıb, onların qanuni olub-olmamasını, iddiaçıların həbsin səhvən qoyulması barədə arqumentlərinin qanuniliyini qətiyyən araşdırmayıb. Məhkəmənin bu arqumenti MPM-nin 88-ci maddəsinin kobud pozulmasıyla yanaşı, qəbul edilmiş qərardadın qanuni və ədalətli olmasını şübhə altına salır.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 449-cu maddəsi səhv tətbiq olunmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar mülki mühakimə icraatı qaydasında deyil, cinayət mühakimə i craatı üzrə məhkəmə nəzarəti qaydasında məhkəməyə müraciət etməlidir. Mövqeyini hər hansı konkret maddi və ya prosessual hüquq norması ilə əsaslandırmasa da ehtimal edilir ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən iddiaçının CPM -in 449-cu maddəsi əsasında məhkəməyə müraciət etməli olduğunu nəzərdə tutub. Bu mövqe tamamilə əsassızdır. CPM-in 449.3-cü maddəsində cinayət prosesini həyata keçirən orqanın konkret olaraq hansı prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququnun olması sadalanıb. Həmin siyahıda əmlakın üzərinə həbs qoyulması nəzərdə tutulmayıb, deməli əmlakın üzərinə həbs qoyulması barədə mübahisə üzrə CPM-in 449-cu maddəsi əsasında məhkəmə nəzarəti qaydasında şikayət verilə bilməz. CPM -in 449-cu maddəsi təhqiqatçının, tutulmanı v ə ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verilməsini nəzərdə tutur. İddiaçıların əmlakının üzərinə həbsin qoyulması barədə qərar həmin şəxslərin hər hansı biri tərəfindən qəbul edilmədiyindən əmlakın həbsdən azad edilməsi barədə məhkəmə nəzarəti qaydasında (CPM 449-cumaddəsi əsasında) şikayət verilməsi heç bir halda qanuni sayıla bilməz. Çünki, eyni mühakimə icraatı qaydasında, eyni məhkəmənin həm əmlakın üzərinə həbs qoyulması barədə qərar qəbul etməsi, həm də məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsasında həmin qərarı qanunsuz sayma sı absurddur. Qanunverici orqanın 253-cü maddəni CPM-ə əlavə etməkdə məqsədi məhz əmlakın həbsdən azad edilməsinin fərqli prosedurunu nəzərdə tutmaq, bu zaman cinayət mühakimə icraatı qaydasında əmlakın üzərinə səhvən qoyulmuş həbsin mülki mühakimə icraatı qaydasında götürülməsini, yəni başqa icraat qaydasında səhvin düzəldilməsini nəzərdə tutur. Bu zaman fərqli məhkəmələrin, fərqli icraatlarda, fərqli qərarlar qəbul etməsi heç bir halda ziddiyyət kimi qiymətləndirilə bilməz. Çünki ədalət mühakiməsinin başlıca məqsədi pozulmuş hüquqların bərpası və müdafiə edilməsidir. Azərbaycan Respublikasının Baş prokurorluğu birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya protestini onunla əsaslandırıb ki, bu iş üzrə Azərbaycan Respublikasının Baş prokurorluğu cavabdeh kimi qəbul edil məz, çünki o, əmlakın üzərinə həbs qoymayıb və həmin həbsi götürmək hüququ yoxdur. Cavabdehin bu arqumentini qanuni sayan apellyasiya instansiyası məhkəməsinin iddiaçıların CPM-in 449cu maddəsi əsasında cavabdehin qanunsuz hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verməli olması barədə mövqeyi ziddiyyətlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi iləəlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarında təsbit olmuş hüquqi mövqeyə ziddir. Belə ki, ape llyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad etməklə vurğulamaq istəmişdir ki, iddiaçılar cinayət işi üzrə şahid qismində iştirak etdiklərindən əmlaklarına qoyulmuş həbsi cinayət mühakimə icraatı üzrə məhkəmə nəzarəti qaydasında mübahisələndirə bilərlər. Hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini səhv təfsir edib. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin mövqeyinin mənası odur ki, cinayət mühakimə icraatı qaydasında əmlakın üzərinə həbs qoyulması barədə qərardan hüquq və mənafeləri pozulmuş şəxs olan şahidlər məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Bu işdə iddiaçılar artıq əmlakın üzərinə həbs qoyulması barədə qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verdiklərindən və bu iddia ilə həmin qərar əsasında səhvən qoyulmuş həbsin götürülməsini tələb etdiklərindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən mövqeyi bu işə tətbiq edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 88, 261.0.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıların mülkiyyətində olan əmlakların üzərinə qanunun tələblərinə zidd, səhvən həbs qoyulub və CPM-in 253-cü maddəsi əsasında mülki mühakimə icraatı qaydasında bu iddia təmin edilməli, səhv aradan qaldırılmalıdır. Bu səbəbdən hesab edilir ki, apellyasiya instansiyası məhkəməsi bu iş üzrə MPM -in 261.0.1-ci maddəsini tətbiq etməklə prosessual hüquq pozuntusuna yol verib. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi
30. Maddə
253. Əmlak üzərinə səhvən həbs qoyulmasından şikayət verilməsi 253.0. Təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edi lərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. 31. 254.2-ci maddəsinə əsasən məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir.
32. Azərbaycan Respublkası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarı: “...Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsi ndə hüquq və azadlıqları pozulan digər şəxslərmüddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdəbu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir...
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilmə sinə dair” xx.xx.2022-ci il tarixli qərarı: 34. ...Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir.
35. Cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.
36. O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət-Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir. Həmin Məcəllənin 7.0.5-ci maddəsində cinayət prosesini həyata keçirən orqan kimi həm icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları, həm də məhkəmələr göstərilmişdir. Cinayə t prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 42. 261.0.1. iş məhkəmədəvə ya mülki məhkəmə icraatı qaydasındabaxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qərardad iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
50. Belə ki, iddiaçılar əmak üzərinə həbsin qoyulması barədə məhkəmə qərarından cinayət mühakimə icraatı qaydasında apellyasiya şikayəti vermiş və hazırki iddiada göstərilən əmlaklara dair dəlillərinə məhkəmələr tərəfindən cinayət mühakimə icraatı qaydasında baxılaraq qiymət verilmişdir.
51. Nəticə etibarı ilə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək faktiki olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə artıq qiymət verilmiş əmlakın üzəriə qoyulmuş həbsin ləğv edilməsinə nail olmağa çalışmaqdadır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların cinayət mühakimə icraatı çərçivəsində hüquqi müdafiə vasitələri tükənmədiyindən belə iddiaya mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.
52. Belə ki, əmlak üzərinə həbsin qoyulmasına əsas olan cinayət işinin istintaqı yekunlaşmamışdır. Həmin əmlakların həqiqətən də cinayət yolu ilə əldə edilmiş mali yyə vəsaitləri hesabına əldə edilib- edilməməsini müəyyən etmək mülki məhkəmə icraatının deyil, cinayət mühakimə icraatının səlahiyyətidir və iddiaçılar əmlakın həbsdən azad edilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı yeni hallar ortaya çıxan zaman yenidən müraciət edə bilərlər. Həmçinin bu məsələyə cinayət işinə məhkəmədə baxılan zaman da qiymət verilməsi imkanları qanunvericilikdə nəzərdə tutulmuşdur.
53. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunubolunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir (bax. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı)
54. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq belə hesab etmişdir ki, iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
55. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaç ı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8038/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.