Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1799/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: cinayət mühakimə icraatı qaydasında əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi, iş üzrə icraata xitam verilməsi (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 Cavabdeh2nə qarşı “əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2(1*3)-1*47/2*24 nömrəli, 26 fevral 2*24-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2*17-ci il tarixli hökmünə əsasən, İddiaçı5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2, 3*8.2 və 313-cü maddələrinə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2-ci maddələri ilə 1* il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 3*8.2-ci maddəsi ilə 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına, həmin Məcəllənin 313-cü maddəsi ilə 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır.
2. Həmin hökmdən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *7 noyabr 2*17-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2*17-ci il tarixli hökmü dəyişdirilmişdir. İddiaçı3 adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nobel pr., məhəllə 1212, ev 15, mənzil 26*; X3 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi, blok 3-cü mərtəbə, mənzil 33; X3 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, Qutqaşınlı küçəsi blok 2, 3-cü mərtəbə, mənzil 34; X1 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44; X1 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45; X1 adına olan Bakı şəhəri, Yasamal rayonu, 533-cü məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi 1*7 saylı ünvanda yerləşən, ümumi sahəsi 4*,5 kv.metr olan mənzil; İddiaçı5 adına olan Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 59, mənzil 13,14,15; İddiaçı4 adına olan Bakı şəhəri, Səbail rayonu, Telnov Bağırov küçəsi, ev 6,4,1*, 2/6 saylı mənzillər; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev pr., ev 68, mənzil 33; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 1a, mənzil 1*; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri və 14 saylı mənzilin bir hissəsi; Seyidova (Zeynalova) Əminə Zeynal qızının adına olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2; Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X6” bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (*,1 ha.); Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızının adına olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8; İddiaçı3 adına olan İsmayıllı rayonu, Ticran kəndində *,83 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan İsmayıllı rayonu, Ticran kəndində *,29 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan İsmayıllı rayonu, Ticran kəndində *,86 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və digər əmlaklar üzərinə qoyulmuş həbs ləğv edil miş və həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissə hökmdən xaric edilmişdir.
3. Bu qərardan İddiaçı5 müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş və bu qərarın İddiaçı5 münasibətdə əmlakların üzərinə həbs qoyulması və barəsində xüsusi müsadirə tətbiq edilməsinə dair hissədə ləğv edilməsi, həmin əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu qərardan eyni zamanda maraqlı şəxs İddiaçı6 və nümayəndəsi tərəfindən də kassasiya şikayəti verilmiş və İddiaçı6 mülkiyyətində olan daşınmaz əmlakların hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığından apellyasiya instansiyası məhkəməsinin qeyd edilən əmlakların üzərinə həbs qoyulması və barəsində xüsusi müsadirə tətbiq edilməsi hissəsində ləğv edilməsini xah iş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 1(1*2)-1/2*21 saylı, *5 fevral 2*21-ci il tarixli qərarı ilə məhkum İddiaçı5 müdafiəçisi, maraqlı şəxs İddiaçı6 və onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *7 noyabr 2*17-ci il tarixli qərarı əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, İddiaçı3 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 129b saylı ev və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; İddiaçı6 adına olan Yevlax rayonu, Kövər kəndində yerləşən *,33 ha. torpaq sahəsi ilə bağlı əmlaklar üzərinə qoyulmuş həbs ləğv edilmiş və həmin əmlaklara xüsusi müsadirənin tətbiq edilməsinə aid hissə məhkəmə qərarlarından xaric edilmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar Cavabdeh2nə qarşı (bundan sonra - cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35 adda əmlakların üzərinə qoyulmuş həbsin götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2*22-ci il tarixli, 2(**1)31*6/2*22 saylı qərardadına əsasən, iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsində irəli sürülmüş tələblərə mülki məhkəmə icraatında baxıla bilməz.
6. Qərardaddan iddiaçıların nümayəndəsi Vəkil tərəfindən şikayət verilmiş, həmin şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(**1)-31*6/2*22 saylı iş üzrə 18 may 2*22-ci il tarixli qərardadına əsasən təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyas iya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin 2* iyun 2*22-ci il tarixli, 2(1*3)-4583/2*22 saylı qərardadına əsasən, şikayət təmin edilməmişdir.
8. Qərardaddan iddiaçıların nümayəndəsi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(1*2)-5979/2*22 saylı, 15 noyabr 2*22-ci il tarixli qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-4853/2*22 saylı, 2* iyun 2*22-ci il tarixli qərardadı qismən - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 aid hissədə ləğv edilmiş, İddiaçı5 və İddiaçı6 aid hissədə dəyişdirilmədən saxlanmışdır.
9. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)469*/2*23 saylı, 8 fevral 2*23-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2*22-ci il tarixli, 2(**1)-31*6/2*22 saylı qərardadı qismən - İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 aid hissədə ləğv edilmiş, mülki iş həmin hissədə iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır.
10. Mülki iş üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə iddiaçılar kimi Cavabdeh2nə qarşı əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsi tələbinə dair iddia ərizəsinə baxılmışdır.
11. İddia ərizəsi ilə üzərindən həbsin götürülməsi xahiş olunan əmlaklar aşağıdakılar: İddiaçı1 adına olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 4*; Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 14* saylı qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs əbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b; Şamaxı rayonu, Məlhəm kəndində yerləşən *,12 ha. torpaq sahəsi; İddiaçı4 adına olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası; ünvan 5, mənzil 1*; Şamaxı rayonu, Məlhəm kəndində əmlak kompleksi kimi müəssisə; Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlunun adına olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143; Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25; Qəbələ rayonu, Bum kəndində *,9 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində *,69 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində *,53 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində *,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 1,5632 ha. sahəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndinə *,3222 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində *,*662 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində *,93 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İddiaçı3 adına olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 11* saylı ünvanda yerləşən mənzil; ünvan 7il 5,6,6A,7,8 və ümumi sahələri 43,6 kv.metr, 61 kv.metr olan mənzillər; Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98; Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Azərbaycan Respublikası Rabitə Nazirliyinin b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində *,2782 ha. torpaq sahəsi; Qəbələ rayonu, Bum kəndində *,15 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində *,52 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində *,17 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində *,18 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; İsmayıllı rayonu, Tircan kəndində 2,*1 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur.
12. İddiaçılar hesab edir ki, qeyd olunan əmlaklardan əlavə, adları bu iddia ərizəsində göstərilən əmlakların da üzərinə qoyulmuş həbs qanunsuz və əsassızdır, həbs götürülməlidir.
13. Azərbayc an Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmə tərəfindən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(**1)-2224/2*23 saylı, 31 oktyabr 2*21ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi təmin edilmişdir.
15. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərmişdir ki, iş üzrə müəyyən olunur ki, yuxarıda qeyd edilmiş torpaq sahələri barədə məhkəmə tərəfindən xüsusi müsadirə tətbiq edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15.11.2*22-ci il tarixli Qərarında qey d olunmuşdur ki, “...Bu baxımdan belə nəticəyə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlar ını sübut etməyə maneə yaratmasına səbəb olmur. Belə olan halda cinayət işi üzrə icraata cəlb olunmamış hazırki iş üzrə iddiaçıların mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür. Gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır.”.
17. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəy ə gəlir ki, qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıdığından cinayət işi üzrə icraatda iştirak etməyən iddiaçıların iddia tələbində qeyd olunan əmlaklar barədə həbsin tətbiqi onların mülkiyyət hüquqularının pozulması ilə nəticələnmişdir. a) Apellyasiya instansiya məhkəməsində icraat
18. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu apellyasiya protesti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin 2(1*3)-1*47/2*24 saylı, 26.*2.2*24-cü il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), K.Əkbərov və İ.Şirinov) cavabdehin apellyasiya protesti qismən təmin edilər ək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.1*.2*21-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilməsi qərara alınmışdır.
20. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 1* (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında t ələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Əvvəla, cinayət mühakimə icraatı qaydasında iddiaçılara məxsus yuxarıda qeyd olunan əmlakların üzərinə həbs qoyulduğu və məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü ilə onların xüsusi müsadirə olunması işin mübahisəsiz halıdır. Həmin icraatda təkcə iddiaçılara məxsus əmlaklara deyil, eyni zamanda İddiaçı5 və İddiaçı6 məxsus əmlakların üzərinə də həbs qoyulmuş və hökmlə onlar da müsadirə edilmişdir.
21. Beləliklə, iddia tələbinin faktiki halları CPM-in 253-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Çünki, iddiaçılar qeyd olunan cinayət işi üzrə təqsirləndirilən, sonradan isə məhkum olunmuş şəxs statusunda olmasalar da, onlara məxsus əmlakların üzərinə səhvən həbs qoyulmamışdır. Yəni, nəinki səhvən, əksinə bilərəkdən, düşünülmüş şəkildə bu cür həbsin qoyulması məqsədilə vəsatət və təqdimat verilmişdir.
22. Həmçinin məhkəmə qeyd etmişdir ki, xüsusi müsadirə tətbiq edilmiş təqsirləndirilən şəxs İddiaçı5 məxsus əmlaklarla bağlı xüsusatlar ilkin olaraq cinayət işi üzrə ibtidai istintaq dövründə ətraflı araşdırılmış, cinayət işinin materiallarına əlavə edilmiş və toplanmış sübutların məcmusu ilə əmlakların faktiki olaraq İddiaçı5 məxsus olması sübuta yetirilmişdir. Sonradan cinayət işinə baxan hər üç instansiya məhkəməsi tərəfindən də İddiaçı5 məxsus olmaqla, özünün və yaxınlarının adına r əsmiləşdirilmiş və ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş əmlaklarla bağlı ətraflı araşdırma aparılmış, hətta bir neçə əmlak həbsdən azad edilməklə xüsusi müsadirə siyahısından çıxarılsa da, hazırki iş üzrə İddiaçı5 ailə üzvlərinin birgə iddia ərizəsində qeyd olunan daşınmaz əmlakların faktiki olaraq İddiaçı5 məxsus olması bir daha sübuta yetirilmiş və ibtidai istintaqın gəldiyi nəticə düzgün hesab edilərək həmin əmlakların xüsusi müsadirəsinə dair müvafiq qərarlar qəbul edilmişdir.
23. Hazırki mülki mühakimə icraatında mübahisələndirilən daşınmaz əmlakların da üzərinə həbs qoyulması və sonradan məhkəmə tərəfindən xüsusi müsadirə edilməsi faktı barədə, əmlaklar adına rəsmiləşdirilmiş İddiaçı5 ailə üzvləri olan iddiaçıların dəqiq məlumatı olmuş, həmin əmlakların həbsdən azad edilmə si üçün özləri deyil, İddiaçı5 və müdafiəçisinin vasitəsilə apellyasiya və kassasiya şikayətləri verilmişdir.
24. Məhkəmə qeyd edib ki, yuxarıda qeyd edilənlər iddiaçılara göstərdikləri əmlakların həbsdən azad edilməsini bilavasitə mülki mühakimə icraatı qaydasında tələb etməyə əsas vermirdi. Çünki həmin əmlakların həbsdən azad edilməsi üçün cinayət mühakimə icraatında İddiaçı5 və müdafiəçisinin vasitəsilə apellyasiya və kassasiya şikayəti verilmiş və şikayət təmin edilməmişdir.
25. Həmçinin məhkəmə kollegiyası qeyd edib ki, iddia ərizəsi MPM-in 149.2.3-cü maddəsinin tələblərinə də açıq-aşkar cavab vermir. Çünki, cavabdeh kimi göstərilən Cavabdeh2nə yaxud Baş Prokurorluğa qarşı hər hansı bir tələb yönəlməyib. Bunun yönəlməsi də mümkünsüz sayılır. Çünki, iddiaçılara məxsus torpaq sahələrini n üzərinə prokurorluğun deyil, məhkəmənin qərarına əsasən həbs qoyulmuşdur. Məhkəmə qərarından da İddiaçı5 vasitəsilə cinayət mühakimə icraatı qaydasında verilən apellyasiya şikayəti təmin edilməmişdir. Bu cür vəziyyətdə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina üçün həmin Məcəllənin 153.2.1-ci maddəsində nəzərdə tutulan prosessual hüquqi əsasların da olması mübahisəsiz idi.
26. Məhkəmə kollegiyası öz mövqeyini “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 4*8.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.*2.2*22-ci il tar ixli qərarına, Mülki-Prosessual Məcəllənin 149.2.3, 261.*.1, 384.*, 384.*.5 və 387.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya instansiya məhkəməsində icraat
27. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 26.*2.2*24-cü il tarixli qərardadını ləğv edilməsini xahiş etmişlər.
28. İddiaçılar şikayətini onunla əsaslandırmışdılar ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin “xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir” müddəasının CPM-in 142.1, 383.1, 4*8.3-cü maddələri və MPM-in 82.4-cü maddəsi baxımından şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, işə mülki məhkəmə icraatı qaydasında baxıla bilər və iddiaçılara məxsus əmlaklar üzərinə qanunsuz həbs qoyulması müəyyən olunarsa, bu halda həmin əmlakların həbsdən azad olunması barədə məhkəmə qərar çıxarmalıdır.
29. İddiaçılar qeyd etmişlər ki, iş üzrə Ali Məhkəmənin gəldiyi qənaət onu göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin qərardadı iddiaçıların mülkiyyət hüququnu pozur. Hüquqi müdafiə vasitələrinin cinayət mühakimə icraatı üzrə bitməsi ilə əlaqədar başa çatması onun işə mülki qaydada baxılması üçün müraciətinə mane olmur. Lakin Ali Məhkəmənin 15.11.2*22-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə baxmayaraq, apellyasiya məhkəməsi işə baxılmasından imtina etmiş və birinci instansiya m əhkəməsinin qətnaməsini ləğv etməklə iddiaçıların mülkiyyət hüququnun pozulmasına, əmlaklarından əsassız olaraq məhrum olunmasına gətirib çıxarmışdır.
30. Azərbaycan Respublikasının Baş Prokurorluğu kassasiya şikayətinə qarşı etiraz göndərərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və iddia tələbinin (eyni zamanda əmlak üzərinə səhvən qoyulmuş həbsin götürülməsinə dair) təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edirəm. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
31. Maddə 261.*.1. Hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir.
32. Maddə 262.3. Bu Məcəllənin 261.*.1-ci və ya 261.*.8-ci maddələrində nəzərdə tutulmuş əsasla r üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
33. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiril məməlidir.
38. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qərardadı tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçılar qeyd olunan cinayət işi üzrə təqsirləndirilən, sonradan isə məhkum olunmuş şəxs statusunda olmasalar da, onlara məxsus əmlakların üzərinə səhvən həbs qoyulmamışdır. Hazırkı mülki mühakimə icraatında mübahisələ ndirilən daşınmaz əmlakların da üzərinə həbs qoyulması və sonradan məhkəmə tərəfindən xüsusi müsadirə edilməsi faktı barədə, əmlaklar adına rəsmiləşdirilmiş İddiaçı5 ailə üzvləri olan iddiaçıların dəqiq məlumatı olmuş, həmin əmlakların həbsdən azad edilməsi üçün özləri deyil, İddiaçı5 və müdafiəçisinin vasitəsilə apellyasiya və kassasiya şikayətləri verilmişdir.
41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-1*47/2*24 nömrəli, 26 fevral 2*24-cü il tarixli qərardadı dəyişdirilmədən saxl anılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.