Məhkəmə qərarları › İş №2(102)-18/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-18/2021

28.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-18/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 oğuna və maraqlı şəxs qarşı iş üzrə QƏRARİ iş № 2(102)-18/21 Açar sözlər: özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması, ölmüş şəxsə münasibətə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı1 vəkili X12, Cavabdeh1 və vəkili X2 iştir akı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-756/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və maraqlı şəxs olmaqla “mülkiyyət hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilərək miras qalmış ev və həyətyanı torpaq sahəsindən vərəsəlik üzrə paylarının müəyyən olunaraq naturada ayrılması, həmin yaşayış evi və torpaq sahəsinə dair verilmiş ******* saylı, xx xxxxxx 2014-cü il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, ünvan 1 ünvanda yerləşən 858,4 kv.m torpaq sahəsindəki bir mərtəbəli, 3 otaqlı yaşayış evinə X mülkiyyət hüququnun müəyyən edilməsi, Xdan qalmış mirasın qəbul edilməsi faktının müəyyən edilərək, Xdan miras qalmış ünvan 9 ünvanındakı yaşayış evinin bütövlükdə, ünvan 2rtəbəli 1 otaqlı evdən X düşən və ondan miras qalmış ½ hissənin, eləcə də 858,4 kv.metr torpaq sahəsinin 6 nəfər vərəsə arasında bərabər şəkildə bölünərək paylarının müəyyən edilməsi və ******* saylı, xx xxxxxx 2014-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı1 və X xx xxxxxx 1990-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan E və R adlı uşaqları anadan olmuşdur.

3. Həmçinin o da mübahisə edilmir ki, X İddiaçı1 ilə ailə qurduqdan sonra X xx xxx 1990-cı il tarixli, 5-28 nömrəli qərarı ilə ona atası X7 məxsus evin 600 kvadrat metr həyətyanı torpaq sahəsindən 300 kv.metr sahə verilməklə, həmin sahədə yaşayış sahəsi 90, qeyri-yaşayış sahəsi 60 kvadrat metrdən, iki mərtəbədən artıq olmayan yaşayış evinin tikintisinə icazə verilmiş və qeyd olunan qərar əsasında inşa edilmiş ünvan 3 ünvanda yerləşən bir mərtəbəli, 1 otaqlı ev xx xxxxx 2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Xİn adına qeydə alınmışdır.

4. Eyni zamanda işin mübahisə edilməyən haları ilə müəyyən edilir ki, X xx xxxx 2008-ci il tarixdə vəfat etmişdir. X ölümündən sonra birinci növbə üzrə vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilə yanaşı birinci nikahdan olan uşaqları Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qalmışlar.

5. Bundan başqa o da mübahisə edilmir ki, X öldükdən sonra İddiaçı1 ünvan 4 ünvanında olan 300 kv.metrlik həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsindəki yaşayış evinə bitişik əlavə bir otaq da tikmiş və evin ümumi sahəsi qeydiyyat vəsiqəsində göstərilən ölçülərə nisbətdə artmışdır. İddiaçılar qeyd edilən fərdi yaşayış evində yaşamaqla X miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər.

6. Bununla yanaşı işin mübahisə edilməyən hallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı1 evə və həyətyanı torpaq sahəsinə vərəsəlik payı da daxil olmaqla bütövlükdə mülkiyyət hüququnun müəyyən olunmasına dair ərizəsi qismən təmin edilərək,X adına olan və ondan miras qalmış ünvan 3 ünvandakı 300 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsindəki yaşayış evinə edilmiş əlavələrlə bilrikdə İddiaçı1 vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2016-cı il tarixli qərardadı ilə ərizəçi İddiaçı1 evə və həyətyanı torpaq sahəsinə vərəsəlik payı da daxil olmaqla bütövlükdə mülkiyyət hüququnun müəyyən olunması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan maraqlı şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv olunmuş, İddiaçı1 X ünvanda olan 300 kv.metrlik həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəs indəki yaşayış evinə edilmiş əlavələrlə birlikdə miras qalmış vərəsəlik payları da daxil olmaqla mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanmışdır.

8. Bundan başqa Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə mərhum X7 məxsus olmuş ünvan 5 ünvanında yerləşən bir mərtəbəli, iki otaqlı, yaşayış sahəsi 26,6 kv.metr, köməkçi sahəsi 34 kv.metr, cəmi 60,6 kv.metr olan yaşayış evi və evin yerləşdiyi 858,4 kv.metr həyətyanı torpaq sahəsinin yaşayış evinin 56,8125 kv.metrinə və həyətyanı torpaq sahəsinin 804,75 kv.metrinə Cavabdeh1 və yaşayış evinin 3,7875 kv.metrinə və torpaq sahəsinin 53,65 kv.metrinə X4 vərəsəlik üzrə mülkiyyət hüquqları müəyyən olunmuş, Cavabdeh1 və İddiaçı1 müvafiq mülkiyyət sənədlərinin - daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi qət edilmişdir.

9. Həmin qətnamə əsasında ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı bir mərtəbəli fərdi yaşayış evinin 15/16 hissəsi və 0,080475 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1, fərdi yaşayış evinin 1/16 hissəsi isə İddiaçı1 mülkiyyət hüququ xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

11. İddiaçılar bildirirlər ki, mərhum X İddiaçı1 ə vvəlki nikahından 3 uşağı-O, A və AZ anadan olmuşdur. Sonradan X İddiaçı1 ilə ailə qurmuş və uşaqları R və E doğulmuşdur. X atası X1 Q, sonradan A və hazırda F küçəsi X saylı ünvanda bir mərtəbəli, iki otaqlı, köhnə çiy kərpicdən tikilmiş yaşayış evi olmuşdur. Həmin ev darısqal və su düşərək dağıldığından, X ölümündən sonra X həmin evin ətrafında bir qədər geniş 3 otaq və bir aynabənddən ibarət yaşayış evi tikmişdir. Həyətyanı torpaq sahəsi isə ümumilikdə 858,4 kv.m olmuşdur. X qalmış ev tamamilə dağılmış və mövcud deyildir. Bundan başqa X tikdiyi həmin 3 otaqlı yaşayış evinə bitişik X sağ ikən X verdiyi 300 kv.m torpaq sahəsində X İddiaçı1 ikisi birlikdə 1 otaqlı yaşayış evi tikmişlər. Həmin 1 otaqlı yaşayış evinə dair mülkiyyət hüququ əsasında X adına qeydiyyat vəsiqəsi verilmişdir. X öl ümündən sonra isə o, yəni İddiaçı1 2 uşağı-R və E ilə birlikdə həmin 1 otağa bitişik əlavə 1 otaq da tikmişdir. Hazırda onlar həmin 2 otaqlı evdə qalaraq yaşayırlar. Digər 3 otaqlı evdə isə Cavabdeh1 və iki qardaşı A və Az yaşamışlar. Sonradan aralarında olan razılığa əsasən onun 2 uşağı ilə yaşadığı 2 otaqlı evə və faktiki istifadə etdiyi 300 kv.m torpaq sahəsinə onun və uşaqlarının mülkiyyət hüququnu müəyyən etdirərək, digər 3 otaqlı yaşayış evi və qalan torpaq sahəsi O və qardaşları A və Az mülkiyyətlərinə verilməsi qərara alınmışdır. Buna görə də o, Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək əri X adına olan ünvan 3 ünvandakı 300 kv.m həyətyanı torpaq sahəsində birgə tikdikləri 1 otağa vərəsəlik üzrə, onun ölümündən sonra həmin otağa bitişik tikdiyi əlavə 1 otaq da daxil edilməkl ə cəmi 2 otaqlı yaşayış evinə və 300 kv.m torpaq sahəsinə onun vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı1 tələbi təmin olunmuş, X adına olan birgə tikdikləri ünvan 3 ünvanda 300 kv.m həyətyanı torpaq sahəsində tikdiyi 1 otaqlı və X ölümündən sonra həmin otağa bitişik əlavə tikdiyi 1 otaq da daxil olmaqla 2 otaqlı yaşayış evinə 300 kv.m torpaq sahəsi ilə birlikdə mülkiyyət hüquqları müəyyən olunmuşdur. Cavabdeh1 da Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X tərəfindən tikilmiş yaşayış evini mərhum X7 məxsus olduğunu göstərərək ünvan 5 ünvanında yerləşən bir mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 26,6 kv.m, köməkçi sahəsi 34 kv.m, cəmi 60,6 kv.m olan yaşayış evi və evin y erləşdiyi 858,4 kv.m həyətyanı torpaq sahəsinin, yaşayış evinin 56,8125 kv.m və həyətyanı torpaq sahəsinin 804,75 kv.metrinə özünün, yaşayış evinin 3,7875 kv. metrinə və torpaq sahəsinin 53,65 kv. metrinə onun, yəni İddiaçı1 vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən olunmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək mərhum X7 məxsus olmuş ünvan 8 ünvanında yerləşən bir mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 26,6 kv.m, köməkçi sahəsi 34 kv.m, cəmi 60,6 kv.m olan yaşayış evi və evin yerləşdiyi 858,4 kv.m həyətyanı torpaq sahəsinin 804,75 metrinə Cavabdeh1 və yaşayış evinin 3,7875 kv.m-nə və torpaq sahəsinin 53,65 kv.metrinə İddiaçı1 vərəsəlik üzrə mükiyyət hüquqlarının müəyyən olunması qət edilmişdir. Halbuki, X məxsus həmin yaşayış evi tamamilə sökülmüş və mövcud deyildir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə hüquqları pozularaq X tərəfindən tikilmiş yaşayış evi Cavabdeh1 tələbi əsasında babası X miras qalmış kimi qəbul edilərək həmin üç otaqlı evin 56,8125 kv. m-nə Cavabdeh1, 3,7875 kv.m-nə İddiaçı1, ümumilikdə olan 858,4 kv.m həyətyanı torpaq sahəsinin 300 kv.metrinə onun, yəni İddiaçı1 mülkiyyət hüququnun tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda məhkəmə buna əhəmiyyət verməyərək xx xxxxxx 2012-ci il tarixli qətnamə ilə yenidən ümumilikdə olan 858,4 kv.m həyətyanı torpaq sahəsinin 53,65 k.m hissəsinə İddiaçı1, 804,75 km.m hissəsinə Cavabdeh1 mülkiyyət hüququ müəyyən edilmiş və Cavabdeh1 həmin qətnamə əsasında çıxarış aldığı üçün o, məhkəmənin xx xxx xxxx 2012-ci il tarixli qətnaməsi ilə onun mülkiyyət hüququ müəyyən edilmiş 300 kv.m həyətyanı torpaq sahəsinə və iki otaqlı yaşayış evinə öz adına çıxarış ala bilməmişdir. Bu səbəbdən də Quba Rayon Məhkəməsinin hər iki qətnaməsi Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən ləğv edilərək Cavabdeh1 iddia tələbi rədd edilmiş, onun tələbi üzrə ərizə baxılmamış saxlanmışdır. Cavabdeh1 tələbi üzrə qəbul edilmiş Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunmaması barədə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Belə olan halda həmin ləğv olunmuş qətnamə əsasında Cavabdeh1 və İddiaçı1 adına mübahisəli evə və torpaq sahəsinə dair verilmiş xx xxxxxx 2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarış ləğv edilməlidir.Qüvvədə olan Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 vəsiyyətnamə ilə babası X miras qalmış yaşayış evi dağılaraq mövcud deyildir. Həmin evin mövcudluğu heç bir sənəd və digər sübutla təsdiq olunmur. Eləcə də həmin vəsiyyətnamədə həyətyanı torpaq sahəsinin vəsiyyət olunması qeyd edilməmişdir. Ona görə də həmin torpaq sahəsinin mübahisəsi həmin vəsiyyətnamə üzrə həll edilə bilməz. Həmin qətnamə ilə mübahisələndirilmiş bir mərtəbəli, üç otaqlı yaşayış evinin X tərəfindən sonradan tikilməsi müəyyən olunmuşdur. X9 xx xxxx 1986-cı il tarixdə ölmüşdür. X sağ olarkən oğlu X yaşamışdır. Digər övladları hər biri öz evində ayrıca yaşamışdır. X ölümündən sonra həmin həyətyanı torpa q sahəsini vərəsəlik üzrə X İdarə etməklə həmin həyətyanı torpaq sahəsi onun qanuni istifadəsində olmuşdur. Mübahisələndirilən məhkəmə qətnaməsində qeyd edilmişdir ki, X5 vərəsələri X13, X15 və vəfat etmiş X8 iki qızı S və S1 məhkəməyə göndərdikləri ərizələrindən görünür ki, onlar xx xxxx 1986-cı il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 9 ünvanında yerləşən 60,6 kv.m yaşayış evindən və 858,4 kv.m torpaq sahəsindən onlara düşən miras payını qəbul etməmiş, həmin miras payı ilə əlaqədar həmçinin mirasın qəbul edilməsi müddətinin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklər. Ona görə də X tərəfindən tikilmiş bir mərtəbəli üç otaqlı yaşayış evinə ilkin olaraq X mülkiyyət hüququ müəyyən olunmalıdır. X onunla birgə nikah dövründə atası tərəfindən rəsmi olaraq ona verilmiş 300 kv.m t orpaq sahəsində tikdiyi bir mərtəbəli, bir otaqlı yaşayış evinə dair X adına qeydiyyat vəsiqəsi vardır. Həmin bir otaqlı evin ½ hissəsi qanunun tələbinə əsasən o, İddiaçı1 məxsusdur. Qalan ½ hissə isə X miras qalmışdır. X ölümündən sonra həmin bir otaqlı evə bitişik əlavə bir otağı da o, özü uşaqları ilə tikmişdir. Həmin bir otağa da onun mülkiyyət hüququ müəyyən edilməlidir. X xx xxxx 2008-ci il tarixdə ölmüş, onun birinci növbəli vərəsələri arvadı İddiaçı1, iki oğlu R və İddiaçı3lər və digər oğlanları O, A və Cavabdeh3lər qalmışdır. X ölümündən sonra ondan miras qalmış ünvan 10 ünvandakı bir mərtəbəli, üç otaqlı ev bütövlükdə və X küçəsi XX saylı bir mərtəbəli, bir otaqlı evin ½ hisəsi və 858,4 kv.m torpaq sahəsi bərabər şəkildə 6 nəfər vərəsə arasında vərəsəlik üzrə payları müəyyən edil məklə naturada ayrılmalıdır.

12. Cavabdeh1 bildirir ki, hüquqların Döviət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxx 2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı, 34,1 kv.m yaşayış, 23,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 15/16 hissəsi onun, 1/16 hissəsi cavabdeh X4 xüsusi mülkiyyətindədir. Qeyd olunan ev xx xxxx 1986-cı ildə vəfat etmiş X5 xüsusi mülkiyyətində olmuş və vərəsəliklə nəvəsi kimi onun və xx xxxx 2008-ci ildə vəfat etmiş X ikinci arvadı X4 mülkiyyətinə keçmişdir. Həmçinin mərhum babası X7 məxsus olmuş evin yerləşdiyi 0,080475 ha torpaq sahəsi də vərəsəliklə onun mülkiyyətinə keçmişdir. Lakin babası vəfat etdikdən sonra atası X babasının vərəsələrinin heç birinin razılığı olmadan həyətyanı torpaq sahəsinin 300 kv.metrini zəbt edərək orada qeyri-qanuni olaraq yaşayış evi tikmiş və yenə də qeyri-qanuni yolla yaşayış evi üçün Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsindən xx xxxxx 2004-cü il tarixli, 1835 reyestr sayı ilə qeydə alınmış qeydiyyat vəsiqəsi və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunu almışdır. Hal-hazırda həmin 300 kv.m torpaq sahəsi və qeyd olunan yaşayış evi iddiaçıların qeyri-qanuni istifadəsindədir. Qeyd olunduğu kimi ata- baba evi olan ünvan 12 ünvanında yerləşən yaşayış evi mərhum babası X5 xüsusi mülkiyyətində olmuş və 0, xx xxxx 1986-cı ildə vəfat etmişdir. 2012-ci ilə qədər yaşayış evi üzrə vərəsəliklə əlaqədar heç bir vərəsə hansısa orqana müraciət etməmişdir. Qeyd o lunanları nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

13. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 oğu və maraqlı şəxs heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2017-ci il tarixli, 2(027)-3296/2017 saylı qətnaməsi ilə (hakim F.M.Yaqubov) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 oğuna qarşı mülkiyyət hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilib, miras qalmış ev və həyətyanı torpaq sahəsindən vərəsəlik üzrə payların müəyyən olunaraq naturada ayrı lması, həmin yaşayış evi və torpaq sahəsinə verilmiş ******* saylı, xx xxxxxx 2014-cü il tarixli Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evi və 0,080475 ha torpaq sahəsinə aid Cavabdeh1 və İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 0,080475 ha torpaq sahəsinə və həmi n torpaq sahəsində yerləşən ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evinə X mülkiyyət hüququ müəyyən edilərək X miras qalmış ünvan 1 ünvanında yerləşən 0,080475 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evi və X küçəsi XX saylı ünvandakı 1 otaqdan, 54,6 kv. ümumi, 18,1 kv.m yaşayış, 36,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin X düşən və ondan miras qalmış hissəsinin miras qoyan X ölümündən sonra iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X miras qalmış ünvan 9 ünvanındakı ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardı mçı sahəsi 23,4 kv.m olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış yaşayış evinin və 0,080475 ha torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə İddiaçı2, 1/6 hissəsinə İddiaçı3, 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi, X küçəsi XX ünvanındakı 1990-cı ildə inşa edilmiş 1 mərtəbəli 1 otaqdan, 54,6 kv.m ümumi, 18,1 kv.m yaşayış, 36,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin X miras qalmış hissəsinin 1/12 hissəsinə İddiaçı2, 1/12 hissəsinə İddiaçı3, 1/12 hissəsinə Cavabdeh3, 1/12 hissəsinə Cavabdeh2, 1/12 hissəsinə Cavabdeh1 və fərdi yaşayış evinin 7/12 hissəsinə İddiaçı1 paylarının müəyyən edilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evi və 0,080475 ha torpaq sahəsinə aid Cavabdeh1 və İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2014-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ləğv olunduğundan qeyd edilən çıxarış etibarsız hesab edilməli, ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin X tərəfindən tikildiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edil diyindən qeyd edilən fərdi yaşayış evinə və fərdi yaşayış evlərinin yerləşdiyi 0,080475 ha torpaq sahəsinə X mülkiyyət hüququ müəyyən edilməli və həmin ev və torpaq sahəsi Xdan miras qalmış əmlak kimi 6 nəfər vərəsə arasında bölünərək hər birinə düşən hissə miras əmlakın 1/6 hissəsini təşkil etməlidir.

16. Bundan başqa X küçəsi XX ünvandakı 1 otaqdan, 54,6 kv.m ümumi, 18,1 kv.m yaşayış, 36,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi X ilə X4 birgə nikah dövründə tikildiyindən həmin evin ½ hissəsinə X, ½ hissəsinə isə X4 mülkiyyət hüququ mövcud olmuşdur. X vəfat etdikdən sonra ondan miras qalmış ünvan 3 ünvanda yerləşən, 1990-cı ildə inşa edilmiş 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin ½ hissəsini qanun üzrə birinci növbəli vərəsələr-İddiaçı1 və uşaqları İddiaçı3, İddiaçı2 faktiki su rətdə idarə etməyə başlamaqla qəbul etmişlər. Xdan miras qalmış X küçəsi, XXX ünvanında yerləşən, 1990-cı ildə inşa edilmiş 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin ½ hissəsi 6 nəfər vərəsə arasında bölünərək hər birinə düşən hissə miras əmlakın 1/12 hissəsini təşkil edir. X4 isə qeyd edilən fərdi yaşayış evinə payı isə ümumi əmlakın ½ hissəsi və əri Pirnəzər Vəliyevdən qalan 1/12 hissədən, yəni ümumi əmlakı 1/2+1/12=7/12 hissəsindən ibarətdir.

17. Məhkəmə öz mövqeyini x xxxxxxxx 2000-ci ilə qədər qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 90-cı maddəsinə, xx xxxxxx 1971-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin 107 və 188-ci maddələrinə, Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 140, 148.2, 149.2, 225.1, 1133.1, 1133.2, 1145, 1159.1.1, 1162, 1243.2 və 1255-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 81, 82.3 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), Z.Məmmədov və F.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavab deh2 oğuna qarşı mülkiyyət hüququnun tanınması və mirasın qəbul edilməsi faktının müəyyən edilib, miras qalmış ev və həyətyanı torpaq sahəsindən vərəsəlik üzrə payların müəyyən olunaraq naturada ayrılması, həmin yaşayış evi və torpaq sahəsinə verilmiş xx xxxxxx 2014-cü il tarixli Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evi və 0,080475 ha torpaq sahəsinə aid Cavabdeh1 və İddiaçı1 adına verilmiş xx xxxxxx 2014-cü il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 3 ünvanda yerləşən 0,080475 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evinə X mülkiyyət hüququnun müəyyən edilməsi, Xdan miras qalmış ünvan 13 ünvanında yerləşən 0,080475 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evi və X küçəsi XX saylı ünvandakı 1 otaqdan, 54,6 kv. ümumi, 18,1 kv.m yaşayış, 36,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin X düşən və ondan miras qalmış hissəsinin miras qoyan X ölümündən sonra iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Xdan miras qalmış ünvan 9 ünva nındakı ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış yaşayış evinin və 0,080475 ha torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, 1/6 hissəsinə İddiaçı2, 1/6 hissəsinə İddiaçı3, 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə Cavabdeh2 və 1/6 hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi, Quba şəhəri, Fətəlixan küçəsi 157/2 ünvanındakı 1990-cı ildə inşa edilmiş 1 mərtəbəli 1 otaqdan, 54,6 kv.m ümumi, 18,1 kv.m yaşayış, 36,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin Xdan miras qalmış hissəsinin 1/12 hissəsinə İddiaçı2, 1/12 hissəsinə İddiaçı3, 1/12 hissəsinə Cavabdeh3, 1/12 hissəsinə Cavabdeh2, 1/12 hissəsinə Cavabdeh1 və fərdi yaşayış evinin 7/12 hissəsinə İddiaçı1 paylarının müəyyən edilməsi qət edilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X5 istifadəsində olan 0,080475 ha torpaq sahəsində X tərəfindən 1 mərtəbəli, ümumi sahəsi 57,5 kv.m, yaşayış sahəsi 34,1 kv.m, yardımçı sahəsi 23,4 kv.m olan 3 otaqlı və X11 İcraiyyə Komitəsinin xx xxx 1990-cı il tarixli, 5-28 nömrəli qərarı əsasında 1 otaqdan, 54,6 kv. ümumi, 18,1 kv.m yaşayış, 36,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evləri tikdiyindən həmin torpaq sahəsi əvəzsiz olaraq X mülkiyyətinə verilmiş hesab olunur.

21. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və 0,080475 ha torpaq sahəsinə aid Cavabdeh1 və İddiaçı1 adına ver ilmiş xx xxxxxx 2014-cü il qeydiyyat tarixli çıxarışın verilməsinə əsas olmuş Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ləğv olunduğundan qeyd edilən çıxarış etibarsız hesab edilməli, ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin X tərəfindən tikildiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edildiyindən qeyd edilən fərdi yaşayış evinə və fərdi yaşayış evlərinin yerləşdiyi 0,080475 ha torpaq sahəsinə X mülkiyyət hüququ müəyyən edilməli və həmin ev və torpaq sahəsi Xdan miras qalmış əmlak kimi 6 nəfər vərəsə arasında bölünərək hər birinə düşən hissə miras əmlakın 1/6 hissəsini təşkil etməlidir.

22. Bundan başqa X küçəsi XX ünvandakı 1 otaqdan, 54,6 kv.m ümumi, 18,1 kv.m yaşayış, 36,5 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi X il ə İddiaçı1 birgə nikah dövründə tikildiyindən həmin evin ½ hissəsinə X, ½ hissəsinə isə İddiaçı1 mülkiyyət hüququ mövcud olmuşdur. X vəfat etdikdən sonra ondan miras qalmış ünvan 3 ünvanda yerləşən, 1990-cı ildə inşa edilmiş 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin ½ hissəsini qanun üzrə birinci növbəli vərəsələr-İddiaçı1 və uşaqları İddiaçı3, İddiaçı2 faktiki surətdə idarə etməyə başlamaqla qəbul etmişlər. X miras qalmış X ünvanında yerləşən, 1990-cı ildə inşa edilmiş 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin ½ hissəsi 6 nəfər vərəsə arasında bölünərək hər birinə düşən hissə miras əmlakın 1/12 hissəsini təşkil edir. İddiaçı1 isə qeyd edilən fərdi yaşayış evinə payı isə ümumi əmlakın ½ hissəsi və əri X qalan 1/12 hissədən ibarətdir

23. Bununla yanaşı iş materialları ilə müəyyən olur k i, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 14 ünvanda yerləşən 3 otaqlı ev Cavabdeh1 babası mərhum X7 məxsus olmuşdur. Apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamış və maddi və prossesual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçı1 vəkili X18 məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi.

28. Cavabdeh1 və vəkili X6 məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh3, C avabdeh2 və maraqlı şəxs hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçılar İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

34. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (maddə 180.1)

35. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. (maddə 180.3) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun

36. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. (maddə 22.2) Mülki Prosessual Məcəllə

37. Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

40. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

41. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılm alıdır. (maddə 217.3)

42. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

44. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətn amə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (40-41)

46. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və 0,080475 ha torpaq sahəsinə aid Cavabdeh1 və İddiaçı1 adına verilmiş xx xxxxxx 2014-cü il qeydiyyat tarixli çıxarışın verilməsinə əsas ol muş Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ləğv olunduğundan qeyd edilən çıxarış etibarsız hesab edilməli, ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin X tərəfindən tikildiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edildiyindən qeyd edilən fərdi yaşayış evinə və fərdi yaşayış evlərinin yerləşdiyi 0,080475 ha torpaq sahəsinə X mülkiyyət hüququ müəyyən edilməlidir.

47. Əvvəla qeyd edilməlidir ki, iddiaçıların tələbi xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi olmuşdur və tələb onunla əsaslandırılmışdır ki, həmin çıxarışın verilməsinə əsas olmuş qətnamə ləğv edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən çıxarışın etibarsızlığı barədə qərar qəbul edərkən iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq həmin çıxarışın ləğ v edilməsi səlahiyyətinin inzibati orqana aid olubolmaması ilə bağlı araşdırma aparmamış və qeyd edilən hala əsasən işin məhkəmə aidiyyatı ilə bağlı məsələni müzakirə etməmişdir.

48. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 bu icraatdan əvvəl İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanında yerləşən bir mərtəbəli, iki otaqlı, yaşayış sahəsi 26,6 kv.metr, köməkçi sahəsi 34 kv.metr, cəmi 60,6 kv.metr olan yaşayış evi və evin yerləşdiyi 858,4 kv.metr həyətyanı torpaq sahəsinin yaşayış evinin 56,8125 kv.metrinə və həyətyanı torpaq sahəsinin 804,75 kv.metrinə Cavabdeh1 və yaşayış evinin 3,7875 kv.metrinə və torpaq sahəsinin 53,65 kv.metrinə X4 vərəsəlik üzrə mülkiyyət hüquqlarının müəyyən edilməsi, Cavabdeh1 və İddiaçı1 müvafiq mülkiyyət sənədlərinin - daşı nmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir.

49. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və 0,080475 ha torpaq sahəsinə aid Cavabdeh1 və İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

50. Bundan sonra qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə qe yd edilən xx xxxxxx 2014-cü il tarixli çıxarışın verilməsinə əsas olmuş Quba Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilmişdir.

51. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edilən çıxarışın ləğv edilməsi səlahiyyətinin inzibati orqana aid olub-olmamasını müəyyən etməli və bunun nəticəsində çıxarışın etibarsızlığı ilə bağlı məhkəmə aidiyyatını müəyyənləşdirməlidir.

52. Bundan başqa iş materiallarından görünür ki, ünvan 3, bir mərtəbəli, 1 otaqlı ev X tərəfindən lazımi icazələr alınmaqla tikilsə də ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi lazımi icazələr alınmadan tikilməklə inşa edilmiş özbaşına tikilidir. (36)

53. Həmçinin iş materiallarından görünür ki, X xx xxxx 2008-ci il tarixdə vəfat etmiş və sağ olduğu müdd ətdə ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 0,080475 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları sonuncunun adına qeydiyyata alınmamışdır.

54. Apelyasiya instansiyası məhkəməsi isə qətnamə qəbul edərkən ünvan 6 ünvanında yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin X tərəfindən tikildiyi faktının qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edildiyini əsas götürərək qeyd edilən fərdi yaşayış evinə və fərdi yaşayış evlərinin yerləşdiyi 0,080475 ha torpaq sahəsinə X mülkiyyət hüququnu tanımışdır.

55. Halbuki qanunvericiliyin tələbinə görə özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması üçün aşağıdakı 3 şərt olmalıdır. (37) - tikinti aparılmış torpaq sahəsi həmin şəxsin mülkiyyətində olmalıdır. - tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmamalıdır - tikintinin saxlanması fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmamalıdır.

56. Bununla yanşı qeyd edilməlidir ki, özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması barədə ərizə üzərində özbaşına tikinti aparılmış torpaq sahəsinin mülkiyyətçisi tərəfindən verilməlidir.

57. Ona görə də işə yeni apelyasiya baxışı zamanı apelyasiya instansiyası məhkəməsi qeyd edilən şərtlərin mövcud olub-olmamasını araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.

58. Bundan başqa nəzərə alınmalıdır ki, ölmüş şəxsə münasibətdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının məhkəmə tərəfindən tanınması yol verilməzdir.

59. Belə ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən arayışı verilir. Bundan sonra hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. (38)

60. Cavabdeh1 hazırda yaşadığı evin babası mərhum X7 məxsus olması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh1 məhkəməyə qeyd edilən evin X7 məxsus olmasını təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir.

61. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni v ə əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə “maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-756/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar