Məhkəmə qərarları › İş №2(102)-1802/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1802/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1802/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; vurulmuş ziyanın ödənilməsi, sübutetmə yükü, sübutemə mərhələsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-499/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 17 iyun 2025-ci il t arixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC (bundan sonra “iddiaçı” və İddiaçı) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “işçi”) arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 714 saylı əmrlə cavabdeh administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır.

2. Cavabdeh xx.xx.2023-cü il tarixli 130x saylı əmrlə işdən azad edilmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixində inventarizasiya aparmışdır. “İnventarizasiya Nəticələrinə” dair akta əsasən cavabdehin işlədiyi x saylı mağazada 6757,37 manat çatışmazlıq vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Füzulu Rayon Məhkəməsinə müraciət edərək İddiaçıin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 6757,37 manat, mediasiya xərci kimi 60 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli 130x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində aparılmış inventarizasiya nəticəsində İddiaçıin – “X” mağazasında çalışdığı zaman cavabdehin zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 8.236 manat təşkil ed ir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6.757,37 manat borc qalmışdır. Beləliklə cavabdehin hazırda İddiaçıə ümumilikdə 6.757,37 manat borcu vardır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin cavabdehə xx.xx.2024-cü il tarixində mediasiya təklifi göndərilmiş, lakin heç bir barışıq əldə edilməmişdir.

6. Cavabdeh ərizə təqdim edərək iddia tələbini qəbul etmədiyini və mübahisəyə iddia müddəti tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Füzuli Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tаrixli, 2(064)-1593/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Səkin ə Məmmədli).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının ona maddi ziyan vurulması ilə əlaqədar hüququnun pozulmasının ona məlum olduğu vaxtdan bir il ərzində məhkəməyə müraciət etmək hüququ olmuşdur. İddiaçı xx.xx.2023-cü ildən hüquqlarının pozulduğunu bilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona maddi ziyanın vurulmasını artıq xx.xx.2023-cü il (inventarizasiya aktı ilə) tarixdə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımı başladığından, iddia müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh də iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 375.2, 377.1-ci, Əmək Məcəlləsinin 296(5)-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh tam maddi məsul şəxs kimi İddiaçıdə çalışdığı müddət ərzində “X1 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ci ddi və məsuliyyətsiz yanaşmışdır. “X1 haqqında” müqavilədə deyilir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi X1 daşıyır. Cavabdehin iş fəaliyyətinin y oxlanması məqsədilə onun barəsində xx.xx.2023-cü il tarixində inventarizasiya yoxlaması həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8.236 (səkkiz min iki yüz otuz altı) manat məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, zərər vurulmuş 8236 (səkkiz min iki yüz otuz altı) manat çatışmamazlıqdan, müvafiq güzəştlər tətbiq edildikdən sonra yekun olaraq cavabdehin şirkət qarşısında 6.757 (altı min yeddi yüz əlli yeddi) manat 37 (otuz yeddi) qəpik borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənb eh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırkı vəziyyətdə cavabdehin barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Bundan başqa Rayon Məhkəməsi iddia müddəti ilə bağlı normanı düzgün tətbiq etməmiş, belə ki, mediasiya prosesi mərhələsində müddəti nəzərə almamaqla pozuntuya yol vermiş və qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-499/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Füzuli Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tаrixli, 2(064)-1593/2024 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Aytən Novruzova).

15. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, maddi hüquq normalarının pozulmasına yol vermiş, iddia müddətinin axımının başlanması və bitməsi anını düzgün müəyyən etməmişdir. Əslində isə məhkəmə iddia tələbini əsassızlığına görə rədd etməli idi. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalı idi.

16. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, mediasiya prosesi mediasiyanın tətbiqi barədə təklifin cavabdehə göndərilməsi ilə başlanır və İMS barədə Arayışın əldə edilməsi ilə bitmiş hesab olunur, bu aralıqda olan müddət isə iddia müddətinə daxil deyil, çünki mediasiyanın tətbiqi barədə təklifin göndərilməsi ilə iddia müddətinin axımı dayanır, İMS barədə arayışın əldə edilməsi ilə isə iddia müddətinin axımı bərpa edilir və iddia müddəti müvafiq olaraq uzadılır.

17. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan mediasiya prosesinə aid olan arayışdan göründüyü kimi, xx.xx.2024-cü il tarix ində Mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Yəni bu o deməkdir, həmin tarixdə iddia müddətinin axımı dayanmışdır. xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan müddət ərzində hazırkı mübahisə ilə bağlı mediasiya prosesi davam etmiş, qeyd olunan müddət ərzində isə iddia müddətinin axımı dayanır. Bu səbəbdən iddia müddəti keçmədiyi üçün apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir.

18. Belə ki, hazırkı işdə tərəflər arasında olan mübahisə iddiaçının iddia etdiyi kimi, cavabdehin əmək funksiyalarını yerinə yetirərkən iddiaçıya vurduğu maddi ziyanla bağlıdır. Belə olan halda iddiaçının tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin müddəaları təşkil edir. Əmək Məcəl ləsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur.

19. İddiaçının bildirməsinə görə cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. xx.xx.2023-cü il tarixində aparılmış inventarizasiya nəticəsində İddiaçıin - X mağazasında çalışdığı zaman cavabdehin İddiaçıə zərər vurması müəyyən edilmişdir. “İnventarizasiya Nəticələrinə” dair xx.xx.2023-cü il tarixli Akta əsasən yekun ziyan məbləği 8236 manat təşkil edir. Maliyyə arayışından isə məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6757,37 manat borc qalmışdır. Beləliklə, cavabdehin halhazırda İddiaçı MMC-yə ümumilikdə 6757,37 manat borcu qalmaqdadır.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işəgötürən hazırkı iddianın qaldırılmasınadək Əmək Məcəlləsinin müddəalarına riayət etməmiş, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən imzalanmamış inventarizasiya aktı əsasında belə qənaətə gəlmişlər ki, cavabdeh iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurmuşdur. Halbuki Əmək Məcəlləsinin 191-ci maddəsi yalnız işəgötürənin zərərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zi dd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur.

21. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin İddiaçı qarşısında maddi məsuliyyət daşıması X1 haqqında müqavilə ilə öz təsdiqini tapsa da, iddiaçı tərəfindən aparılan inventarizasiya nəticələrinə dair Aktda qeyd edilmiş əmlakların cavabdehin maddi məsuliyyət daşıdığı əmlaklar olması barədə iş materiallarına hər hansı sübutlar əlavə edilməmişdir. Belə ki, inventarizasiya aktında qeyd edilən malların məhz cavabdehə təhvil verilmiş mallar olması iş materiallarından görünmür. Həmçinin iş materiallarında olan imtina aktında cavabdehin yoxlamanın nəticəsinə dair tərtib edilmiş sənədlərlə tanış olması, lakin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişd ir. İddiaçı tərəfindən cavabdehin həqiqətən də inventarizasiyada iştirak etməsi barədə sübutlar nə birinci, nə də apelyasiya məhkəməsinə təqdim edilməmişdir. Buna görə də iddia tələbi təmin edilə bilməz.

22. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 377.1, 445.7, 462.1, 464.1, 560.2, 560.3.3-cü, Əmək Məcəlləsinin 10, (“ç” bəndi), 191, 192, 194, 199, 200, 202.1, 202.2, 203, 206-cı, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansi ya məhkəməsi cavabdehi məsuliyyətdən azad edərək bildirmişdir ki, 15 avqust 2023-cü il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt” digər sübutlarla öz təsdiqini tapmadığından, həmin akt iddianın təmin edilməsi üçün yetərli hesab edilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyinə cavab olaraq qeyd edilməlidir ki, cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı-də çalışdığı müddət ərzində “X1 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. Apellyasiya instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutları heçə sayaraq öz qətnaməsində göstərmişdir ki, cavabdehin inventarizasiyada iştirak etməsi barədə sübutlar nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim edilməmişdir. Bununl a bağlı qeyd olunmalıdır ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Yekun Aktda sözügedən malların hər biri ayrı-ayrılıqda barkodu qeyd edilməklə cavabdeh tərəfindən imzalanmaqla qaimə-faktura əsasında cavabdehə verilmişdir. Həmin qaimə-fakturalar mövcuddur. Sözügedən qaimə-fakturalar cild kitablara əlavə edilmiş formada kifayət qədər böyük həcmli sənədlərdir. Bu səbəbdən də həmin sənədlərin elektron sistemə fiziki cəhətdən yüklənməsi mümkünsüz olmuşdur. Zərurət yaranarsa iddiaçı tərəf həmin sənədləri fiziki formada məhkəməyə təqdim edə bilər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10 (“ç” bəndi). Əmək müqaviləsi üzrə işçi işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşıyır. Maddə 191 (1). Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə

192. Tərəflərin maddi m əsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə

194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə

199. İşçinin X1i İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakı n və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop mad dələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Maddə 200(1). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202(1).İşəgötürənə dəymiş ziyanın məbl əği faktik itkilər üzrə müəyyən edilir. Maddə 202(2). İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə

203. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüqu qu vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 205(2). Əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Maddə 206(1). Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin həd lərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyy ən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

31. İddia tələbi işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi barədədir. İddiaçı tələbinin əsası kimi 15 avqust 2023-cü il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”a istinad etmişdir. Cavabdeh də iddiaçının irəli sürüdüyü tələbi qəbul etməmişdir.

32. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə iddiaçı tərəfindən aparılan inventarizasiya nəticələrinə dair Aktda qeyd edilmiş əmlakların cavabdehin maddi məsuliyyət daşıdığı əmlaklar olması barədə iş materiallarına hər hansı sübutlar əlavə edilməmişdir. İnventarizasiya aktında qeyd edilən malların məhz cavabdehə təhvil verilmiş mallar olması iş materiallarından görünmür.

33. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi iddia tələbini sübuta yetirilməməsi əsası ilə təmin etməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

35. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edə bilməmişdir. İddia tələbində göstərilən hallarla bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

37. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaç ının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddanı təmin etməmişdir.

38. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

39. Kassasiya şikayətində iddiaçı xx.xx.2023-cü il tarixli Yekun Aktda sözügedən malların hər birinin ayrı-ayrılıqda barkodu qeyd edilməklə cavabdeh tərəfindən imzalanıb qəbul edilməsi, həmin qaimə-fakturaların mövcud olması, sözügedən qaimə-fakturaların cild kitablara əlavə edilmiş formada kifayət qədər böyük həcmli sənədlər olduğu üçün elektron sistemə fiziki cəhətdən yüklənməsinin mümkünsüz olması, zərurət yaranarsa, həmin sənədləri fiziki formada məhkəməyə təqdim edə biləcəklərini göstərmişdir.

40. Məhkəmə kollegiyası kassasiya şikayət inin bu dəlili bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Mülki Prosessual Məcəllənin 184.3-cü maddəsinə görə hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəx slər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

43. Sübutların təqdim edilməsi ilə bağlı prosessual qanunvericiliyin qeyd edilən müddəlarından da göründüyü kimi bu normalarda sübutun hansı mərhələdə və hansı şərtlərlə təqdim edilməli olması birmənalı təsbit edilib. Bir qayda olaraq sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilməli dir, bununla belə yalnız qanunda nəzərdə tutulan şərtlər daxilində bu istisnadan kənara çıxılmasının mümkünlüyü də müəyyən edilib ki, bu da sübutların təqdim edilməsi əsaslarının məhkəmə baxışı gedişində əmələ gəlməsidir.

44. Hazırki işdə isə belə bir istisna halı olmamışdır. Kassasiya şikayətinin dəlillərinə görə də iddiaçının göstərdiyi sübutlar əvvəlcədən var idi, bu sübutlar iddiaçıda olub, lakin həcm baxımından onların məhkəməyə və ya elektron qaydada təqdimatı mümkün olmayıb.

45. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxsin sübutlar təqdim etmək kimi hüququ ilə yanaşı, elə həmin Məcəllənin 47.3-cü maddəsinə görə, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıması da müəyyən edilib.

46. Həmçinin yuxarıda da qeyd edildiyi kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

47. Buradan da müəyyən edilir ki, sübutetmə prosessual hüquq olmaqla yanaşı, həm də işdə iştirak edən şəxsin vəzifəsidir. Buna baxmayaraq, iddiaçı sübutetmə ilə bağlı prosessual hüququndan istifadə etməmiş, vəzifələrini isə yerinə yetirməmişdir.

48. Belə olan halda, həmin sübutların çoxhəcmli və ya hər hansı səbəbdən işə mahiyyəti üzrə və sübutları qiymətləndirməklə baxan məhkəmələrə təqdim edilməməsinin məsuliyyətini iddiaçı özü daşımalıdır.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-499/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar