Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1807/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), X12 və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh və vəkili X oğlunun iştirakı ilə, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim X.İ.Quliyev) x nömrəli, 12 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, mərhum X2 miras qalmış, Xaçmaz rayo nunun Qımıl-qışlaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə, evin yerləşdiyi 0,27 ha həyətyanı torpaq sahəsinə və 0,24 ha pay torpaq sahəsinə münasibətdə mirasın iddiaçılar İddiaçı1 və İddiaçı2 Şixbala qızı tərəfindən qəbul edilməsi, həmçinin qeyd olunan əmlaklarda hər birinin payının 1/3 hissə olmasının müəyyən edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şixbala qızının hər birinin 1/3 hissədə paylarına qanun üzrə vərəsəlik qaydasında mülkiyyət hüquqlarının müəyyən edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın (hakimlər Ş.R.Abasov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və T.Q.Məmmədov) xnömrəli, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin x nömrəli, 12 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Şixbala qızı Cavabdeh qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar və üçüncü şəxs X11 doğma bacıdırlar. Cavabdeh isə mərhum qardaşları xun oğludur. X1, anaları isə X10 olmuşdur. Onlar 08 yanvar 1936-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Valideynlərinin birgə nikahlarından onlar və 21 yanvar 2015-ci il tarixdə vəfat etmiş qardaşı x anadan olmuşlar. Cavabdeh mərhum qardaşları xun ögey oğludur. Belə ki, qardaşları xun övladı olmadığı üçün o, ailə qurduğu qadının yanında gələn Şahini övladlığa götürmüşdür. Valideynləri birgə yaşadıqları dövrdə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində fərdi yaşayış evini, evin yerləşdiyi 0,27 ha həyətyanı torpaq sahəsini və 0,24 ha pay torpaq sahəsini əldə etmişlər. Əmlaklar anasının adına qeydə alınmışdır. Mərhum anası Bağdasər Kərimovanın adına evə dair 130 reyestr nömrəli qeydiyyat vəsiqəsi, evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair JN-261 F seriyalı, 30214018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və pay torpaq sahəsinə dair JN-256 seriyalı, 30214018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Lakin həmin mülkiyyət sənədləri naməlum şəraitdə itmişdir. Bu barədə Xaçmaz rayon Polis Şöbəsinin müvafiq arayışı və qəzetə verilmiş elan mövcuddur. Reyestr xidmətinin verdiyi arayışla da həmin əmlakların mərhum Bağdasər Kərimovaya məxsus olması müəyyən edilmişdir və sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Valideynlərindən ataları Şıxbala Kərimov 20 noyabr 1981-ci il tarixdə, anaları Bağdasər Kərimova isə 05 yanvar 2016-cı il tarixdə vəfat etmişlər. Anasının vəfatından sonra Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,27 ha həyətyanı torpaq sahəsi və 0,24 ha pay torpaq sahəsi miras qalmışdır. Valideynləri vəfat etdikləri günədək miras əmlaka dair hər hansı vərəsənin və digər şəxsin adına vəsiyyətnamə qoymamışlar. Hazırda onların ölümündən sonra birinci növbəli vərəsələri olaraq iddiaçılar qalmışlar. Analarının ölümü ilə yuxarıda qeyd olunan əmlaklara vərəsəlik açılmışdır. İddiaçılar anaları xəst ə olduğundan və son illərdə gözləri görmədiyindən vəfat etməzdən üç il əvvəl mütəmadi olaraq analarına baxmışlar, analarının yanına gedib-gəlmişlər, analarının bütün ehtiyaclarını təmin etmişlər, onun gözlərindən əməliyyat etdirmişlər, analarının ərzaq təminatını və digər maddi ehtiyaclarını ödəmişlər və növbə ilə analarının yanında qalaraq ona baxmışlar. Cavabdeh həmin evdə yaşasa da analarına baxmamış, onunla münasibətləri olmamış, analarına qarşı hörmətsiz hərəkətlər etmiş və ona qayğı göstərməmişdir. Anaları vəfat etdikdən sonra onun dəfnini iddiaçılar təşkil etmişlər və yas mərasimlərini vermişlər. Həmçinin analarının vəfatından sonra iddiaçılar evin birinci mərtəbəsində yerləşən bir otağa və ikinci mərtəbəsində yerləşən bir otağa, ümumillikdə iki otağa sahiblik etməyə başlamışlar. Hə min otaqlar anaları ölənədək onların istifadəsində və sahibliyində olmuşdur, analarının ölümündən sonra da həmin otaqlar onların istifadəsində və sahibliyindədir. Onlar mütəmadi olaraq miras evə gedib-gəlirlər, müəyyən vaxtlarda orada qalırlar və istifadələrində olan otaqların açarları onlardadır. Evin qalan hissəsi isə cavabdehin istifadəsindədir. Üçüncü şəxs olan bacıları Yavər Abasova isə heç nəyə qarışmamış və mirası qəbul etməmişdir. İddiaçılar analarının vəfatından sonra ondan miras qalmış əmlaklara münasibətdə birinci növbəli vərəsə olaraq hər biri özünə münasibətdə mirası faktiki idarə etməklə və mirasa sahiblik etməklə onu qəbul etmiş vərəsədirlər. Cavabdeh olan qardaşları oğlu Cavabdeh birinci dərəcəli vərəsələrin dairəsinə aid deyildir. Buna baxmayaraq o, mirasın ona məxsus oldu ğunu bildirir və miras əmlakdan onların istifadəsinə maneəçilik törədir. Göstərilənlərə əsasən, mərhum anaları X2 miras qalmış Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə, evin yerləşdiyi 0,27 ha həyətyanı torpaq sahəsinə və 0,24 ha pay torpaq sahəsinə münasibətdə mirasın tərəflərindən qəbul edilməsinin, həmçinin qeyd olunan əmlaklarda hər birinin payının ½ hissə olmasının müəyyən edilməsi, paylarına münasibətdə miras əmlaklara qanun üzrə vərəsəlik qaydasında mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili x oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkə mə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qə bul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: 19 aprel 1956-cı il tarixli, İ-İE seriyalı, 000557 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08 yanvar 1936-cı il ildə X10 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. 12 sentyabr 2 019-cu il tarixli, İE seriyalı, 707081 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Məmmədova (Kərimova) Yavər Şixbala qızı 06 sentyabr 1951-ci ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuşdur. Onun valideynləri X5 və X10 olmuşlar. Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 avqust 2018-ci il tarixli, 55 nömrəli arayışdan görünür ki, iddiaçı X8 xx xxx 1955- ci ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kənində anadan olmuşdur. Onun anası X10 olmuşdur. Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 iyun 2019-cu il tarixli, 63 nömrəli arayışdan görünür ki, 31 yanvar 2015-ci il tarixdə Kərimov Teyfur Şıxbala oğlu barəsində tərtib edilmiş ölüm akt qeydində onun doğum tarixi 1937-ci il, doğum yeri isə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi göstərilmişdir. 25 oktyabr 1980-ci il tarixli, Xİ-CQ seriyalı, 428094 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 19 yanvar 1977-ci ildə Quba rayonunda anadan olmuş, onun valideynləri Kərimov Teyfur Şixbala oğlu və X16 olmuşlar. Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 iyul 2018-ci il tarixli, 51 nömrəli arayışdan görünür ki, İddiaçı1 12 avqust 1966-cı ildə X21 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və ər soyadı olan «Məmmədova» soyadını qəbul etmişdir. 19 sentyabr 1976-cı il tarixli, İ-CQ seriyalı, 391900 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Şixbala qızı 19 sentyabr 1976-cı ildə X6 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və ər soyadı olan «Müzəffərova» soyadını qəbul etmişdir. 21 iyul 1978-ci il tarixli, İ-CQ seriyalı, 488494 nö mrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 23 iyul 1971-ci ildə X9 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və ər soyadı olan «Abasova» soyadını qəbul etmişdir. 22 mart 1982-ci il tarixli, İİ-CQ seriyalı, 338088 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 noyabr 1981-ci ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində vəfat etmişdir. 01 avqust 2008-ci il tarixli, AZ-İ seriyalı, 963732 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimov Teyfur Şıxbala oğlu 12 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. 05 fevral 2016-cı il tarixli, AZ-İ seriyalı, 784812 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 yanvar 2016-cı ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dai r JN-261F seriyalı, 30214018 kodlu şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarına əsasən X3 mülkiyyətinə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisindən 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağ mülkiyyət hüququna dair JN-256 seriyalı, 30214018 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarına əsasən X3 mülkiyyətinə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisindən 0,24 ha pay torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04 iyun 2018-ci il tarixli, **********48 nömrəli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəs inin arxiv sənədlərində mərhum X7 məxsus olan Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə 130 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan əlavə, mərhum X3 adına olan 0,27 ha torpaq sahəsinə verilmiş JN-261F seriyalı, 30214018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Xaçmaz rayon Polis Şöbəsinin 03 iyun 2018-ci il tarixli arayışının surətindən görünür ki, mərhum X3 adına verilmiş 130 reyestr nömrəli qeydiyyat vəsiqəsi, JN-256 seriyalı, 30214018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı və JN- seriyalı, 30214018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadə tnamə naməlum şəraitdə itmiş və tapılması mümkün olmamışdır. Fərdi yaşayış evinə dair dekabr 1986-cı il tarixli texniki pasportun surətindən görünür ki, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində X3 adına fərdi yaşayış evi qeydiyyata alınmışdır. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Qımıl-qışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 iyul 2018-ci il tarixli, 458 saylı arayışdan görünür ki, mərhum X10 həqiqətən də 08 yanvar 1936-cı il tarixdən 05 yanvar 2016-cı il tarixədək Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yaşamış və orada 05 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Ölümündən sonra ailə tərkibi olaraq iddiaçılar İddiaçı1, İddiaçı2 Şixbala qızı və üçüncü şəxs X11 qalmışlar. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli miras əmlak iddiaçıların anası, mərhum X7 məxsus olmuşdur. O, 05 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,27 ha həyətyanı torpaq sahəsi və 0,24 ha pay torpaq sahəsi miras qalmışdır. Hazırda iddiaçılar mirasın qəbulu faktının və miras əmlakdan payların müəyyən edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tut ur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193- cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» 20 oktyabr 2011-ci il tarixli və Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» 13 dekabr 2011-ci il tarixli qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdı rılmasında özünü göstərir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda q anun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşdən görünür ki, miras qoyan X3 oğlu x vəfat etmiş, qızı Yavər Abasova isə mirasdan imtina etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Yavər Abasova mirasa olan pay hüququnu itirmiş, mərhum xun bu hüququ isə oğlu Cavabdeh keçmişdir. Miras qoyan X3 vəfatından sonra onun vərəsələri kimi iddiaçılar İddiaçı1, İddiaçı2 Şixbala qızı və Cavabdeh qalmışlar. İddiaçılar da həmin miras əmlakı faktiki qəbul etdiklərini, həmin əmlaka vaxtaşırı gedib təmizlik və s. işlər apardıqlarını, hətta evin müəyyən otaqlarının açarlarının da onlarda olduğunu bildirmişlər. Cavabdeh də izahatında bu faktı qismən də olsa təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdu r. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Bu onun subyektiv hüququdur.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktla r əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla təsdiq olunmadığından apellyasiya instansiyası məhkəməsinin bununla bağlı gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xnömrəli iş üzrə 28 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1807/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1807/2020
12.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver