Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1810/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hasarın, tikililərin, darvazanın cavabdehlərin vəsaiti hesabına sökülməsi, həyətdə hər hansı bir tikili tikilməsinin, dəyişiklik aparılmasının qadağan edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1343/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0619 ha torpaq sahəsi İddiaçı mərhum əri X2 məxsus olmuşdur. Vahid Qasımov vəfat etdikdən sonra digər vərəsələrin razılığı əsasında həmin əmlaklara dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2015-ci il tarixli şəhadətnamə verilib. 2. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0619 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınıb. Daşınmaz əmlakın texniki pasportuna əsasən torpaq sahəsində A və B literli yaşayış evləri və C literli anbar mövcuddur.
3. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə gəlinidir.
4. Bundan əvvəl tərəflərin arasında həmin əmlaklarla bağlı mübahisələr olub. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-299/2019 nömrəli, 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüququna kompensasiya verilməklə xitam verməsi və mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddiası təmin edilməyib.
5. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-40/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərardadı ilə, Mingəçevir Şəhər Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına iddiaçı apellyasiya şikayətindən imtina etdiyi üçün xitam verilib.
6. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-322/2020 nömrəli, xx.xx.2020-ci il ta rixli qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh1 Mingəçevir Regional “ASAN-xidmət” Mərkəzi Notariat ofisinin notariusu X3 qarşı xx.xx.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi İddiaçı Yusif qızının olması və sonuncunun miras əmlakdan tam pay alması barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunsuz olduğuna görə etibarsız hesab edilməsi barədə iddiası təmin olunmayıb.
7. Həmin iş üzrə iddia ərizəsi belə əsaslandırılmışdı ki, İddiaçı Cavabdeh1 aldatmış, onun da ailə üzvləri ilə birlikdə atasından miras qalmış evdə yaşamaqla mirası qəbul etdiyinə baxmayaraq, ondan mirasdan imtina etmək barədə ərizə alınıb bütün miras əmlak anasının adına rəsmiləşdirilib. Lakin anası həyətdə daimi birdəfəlik yaşayacaqlarına söz verməsinə baxmayaraq ona və arvadına qarşı evdən çıxarılma barədə məhkəmədə iddia qa ldırılıb.
8. Mingəçevir Şəhər Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsində iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 miras əmlakdan öz anasının xeyrinə imtina etmiş, iddia müddətini ötürmüş və tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evini faktiki iki hissəyə bölmüş hasarın, icazəsi olmadan aparılan tikililərin, darvazanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi, həyətdə hər hansı tikili tikməyin, dəyişiklik aparılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırıb ki, ünvan 2 fərdi yaşayış evi və 0,0619 ha torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehlər də onun mülkiyyətində olan evdə yaşayırlar. Cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin ortasından şiferlə hasar çəkərək, həyəti iki hissəyə bölüb və bununla da mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə mane olublar. Şiferdən çəkilən hasar onun yaşadığı evə çox yaxın olduğuna görə isti havada normal nəfəs almaq mümkün olmur. Cavabdehlər hasarın digər tərəfində onun razılığı olmadan tikililər tikirlər, həmçinin ayrı darvaza qoyublar. Nəticədə o, mülkiyyətində olan fərdi yaşayış evində normal şəraitdə yaşaya, torpaq sahəsindən tam istifadə edə bilmir.
11. Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirib ki, mübahisəli ev əvvəllər atası Vahid Qasımovun mülkiyyətində olmuşdur. Həmin həyətyanı sahədə faktiki olaraq 2 yaşayış evi var. Evlərin biri köhnədir, digəri isə 2020-ci ildə tikilmişdir. Atasının sağlığında, eləcə də atasının ölümündən sonra ailə üzvləri ilə birlikdə köhnə evdə özü yaşayırdı. Yeni tikilmiş evdə isə atası və anası yaşayırdı. Atasının ölümündən sonra anasının təklifi ilə miras paydan imtina etməsi barədə ərizə ilə notariusa müraciət edib, buna görə də miras ev bütünlüklə anasının mülkiyyətinə verilib. Onun ailə üzvləri ilə yaşadığı köhnə ev qəzalı vəziyyətdə olduğuna görə, həyətdə öz ailəsi üçün ev tikdirmək qərarına gəlib. Eləcə də anası ilə münasibətləri pisləşdiyinə görə şiferlə hasar çəkməklə həyəti iki yerə bölüb, həyətə öz ailəsinin giriş-çıxışı üçün ayrı darvaza quraşd ırıb.
12. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən tikilən tikilinin və hasarın iddiaçının mülkiyyətində yerləşən torpaq sahəsində olmasının müəyyən edilməsi üçün ekspertiza təyin olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1945 №-li, 23 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanda cavabdeh tərəfindən şiferdən çəkilmiş hasar və aparılan tikinti işləri İddiaçı mülkiyyətində olan 0,0619 ha torpaq sahəsinə düşür.
13. Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(051)-404/2021 saylı qətnaməsi ilə (hakim M.Kərimova) iddianın təmin olunması, ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsini iki hissəyə bölmüş şiferdən çəkilmiş hasarın, iddiaçının razılığı olmadan aparılan tikililərin, darvazanın cavabdehlərin vəsaiti hesa bına sökülməsi, cavabdehlərə həyətdə hər hansı tikili tikmək və dəyişiklik aparmasının qadağan edilməsi, iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
14. Məhkəmə müəyyən etmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi ev və 0.0619 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdehlərin həmin evə və ya torpaq sahəsinə mülkiyyət payları olması müəyyən edilməyib. Cavabdehlər iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsini iddiaçının razılığı olmadan şiferlə iki hissəyə bölərək torpağın digər hissəsində tikinti işləri aparırlar, eləcə də torpağın həmin hissəsinə giriş-çıxış üçün darvaza qoymuşlar.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyətçi kimi hüquqları cavabdehlər tərəfindən pozulduğ una görə iddia təmin olunmalıdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəli ünvanda yerləşən həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən evlərin iddiaçının adına hansı vaxtdan və hansı şərtlərlə keçməsini dəqiq aydınlaşdırmamışdır. Belə ki, mübahisəli 0,0619 ha həyətyanı torpaq sahəsi və 2 yaşayış evi mərhum atası Vahid Qasımovun mülkiyyətində olmuş və atasının sağlığında və atasının ölümündən sonra arvadı və 3 azyaşlı övladı ilə birlikdə həmin köhnə qəzalı evdə yaşayırlar. Hələ atasının sağlığında onun icazəsi ilə həyətyanı torpaq sahəsi iki yerə bölünmüş və atası vəfat edəndən sonra vərəsələr mirası qəbul edən zaman iddiaçı ilə notariusda razılaşmışlar ki, atasından miras qalmış əmlakı mülkiyyət kimi iddiaçının adına rəsmiləşdirilməsinə bu şərtlə razılıq verir ki, həmin həyətyanı torpaq sahəsi iki yerə bölünmüş vəziyyətdə qalsın, ayrıca giriş darvazası olsun və həmin torpaq sahəsinin arasında çəkilmiş hasar qalmaqla həyətdə ona yeni ev tikməyə icazə verilsin. İddiaçı əvvəl razılıq versə də, sonradan aralarında mübahisə y aranmışdır. Mübahisəli ünvanda yerləşən həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evlər miras əmlakdır və həmin əmlaka dair onun məcburi pay hüququ və arvadının (digər cavabdeh) yaşamaq və mülkiyyət hüququ vardır. Torpaq sahəsində yerləşən mübahisəli evdə ayrıca su, işıq, qaz sayğacları, ayrıca telefon və internet xətti vardır. Lakin məhkəmə bu halları düzgün qiymətləndirməmiş və əsassız olaraq onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-460/22 nömrəli, 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla i ddia rədd edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı razılıq əldə edilmiş, razılıq nəticəsində cavabdeh miras payından iddiaçının xeyrinə imtina etmiş və iddiaçıya məxsus həyətdə ev tikmişdir. Lakin onların arasında həmin evin həyətin nə qədər sahəsini əhatə edəcəyi barədə heç bir razılaşma olmamışdır. Beləliklə, həm cavabdehin mirasdan məhrum edilməsi, həm də onun tərəfindən mübahisəli ünvanda yerləşən həyətyanı torpaq sahəsində tikilmiş tikilinin sökülməsi Mülki Məcəllənin 158, 560.1 və 560.2-cı maddələrinə ziddir. İddiaçı öz hüquqlarından sui-istifadə etməklə, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri, mühüm qaydalardan biri olan dürüstlük qaydasını pozmuşdur.
21. Məhkəmənin qənaətinə görə iddia təmin edi ləcəyi halda Cavabdeh1 miras əmlakdan imtina etməsinin onun üçün heç bir müsbət nəticəsi olmur. Yəni, sonuncu həm miras əmlakdakı payından məhrum olur, həm də tərəflərin razılığı ilə həyətdə tikilmiş evin, hasarın sökülməsi ilə ona külli miqdarda zərər vurulur. Ona görə də, iddia tələbi təmin edilə bilməz.
22. Digər tərəfdən, iddiaçı məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, o cavabdehə aid evin, hasarın, tikililərin tamamilə sökülməsini istəmir. Etirazını belə əsaslandırmışdır ki, oğluna 1,5 sot torpaq sahəsində tikinti işləri aparmağa icazə vermişdir. Ancaq o, razılaşmanı pozaraq 1,5 sot torpaq sahəsindən kənara çıxmışdır.
23. Məhkəmə qeyd etmişdir ki, iddiaçının etirazı əsassızdır. Belə ki, mübahisəli ev tam hazır deyil, ev hazır olduqda n sonra onun ətrafında hasar çəkildikdə həmin məsələyə qayıtmaq mümkündür. Eyni zamanda tərəflərin belə razılaşması iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmir
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 152.1, 152.6, 157.4, 157.8, 158.4, 560.1, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
25. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunu kobud surətdə pozmuş, iddiaçının hüquqlarına müdaxilə edərək qətnaməyə iddiaçının adından əlavə sözlər daxil etmişdir. İddiaçı heç bir vaxt söyləməmişdir ki, “cavabdehə aid evin, hasarın, tikililərin tamamilə sökülməsini istəmir. Etirazını belə əsaslandırmışdır ki, oğluna 1.5 sot torpaq sahəsində tikinti işləri aparmağa icazə vermişdir. Ancaq o, razılaşmanı pozaraq 1.5 sot torpaq sahəsindən kənara çıxmışdır.” Bütün bunlar məhkəmənin səhv təxəyyülünün nəticəsidir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.Hüseynov (məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) 2(102)-3961/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir.
28. Kollegiya qeyd etmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair MPM-in 9, 14, 88, 217 və 220-ci maddələrinin tələblərinə riayət olunmamışdır.
29. İşə baxmış apellyasiya instansiyası məhkəməsi müə yyən etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsi ilə bağlı razılıq əldə edilmiş, razılıq nəticəsində cavabdeh miras payından iddiaçının xeyrinə imtina etmiş və iddiaçıya məxsus həyətdə ev tikmişdir. Məhkəmə hesab etmişdir ki, iddianın təmin olunması Cavabdeh1 həyətdə inşa edilməkdə olan tikililərə əmlak hüquqlarını pozmuş olar.
30. Lakin məhkəmə MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən hansı sübutlar əsasında işin qeyd olunan hallarını müəyyən etdiyini, Cavabdeh1 həyətdə inşa edilməkdə olan tikililərə hansı hüquqlarının yarandığını əsaslandırmamışdır.
31. Əksinə iddia ərizəsində iddiaçı cavabdehlər tərəfindən həyətdə tikinti işlərinə başlandığı dövrdən buna etiraz etdiyini, polisə şikayət verdiyini bildirmiş və iddia ərizəsində tikinti işlərinin dayandırılmasını tələb etmişdir. İddiaçı iddia ərizəsi ilə yanaşı, oxşar məzmunlu müvəqqəti xarakterli tədbir barədə ərizə də vermişdir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə mübahisəli əmlakın həyətində yarımçıq tikili müəyyən edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini, həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, o cavabdehə aid evin, hasarın, tikililərin tamamilə sökülməsini istəmir, oğluna 1,5 sot torpaq sahəsində tikinti işləri aparmağa icazə vermişdir. Ancaq o, razılaşmanı pozaraq 1,5 sot torpaq sahəsindən kənara çıxmışdır.
33. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in hansı normasına əsasən iddiaçının istinad olunan izahatının iddianın rədd olunmasına əsas verdiyi barədə mövqey ini də əsaslandırmamışdır.
34. Məhkəmənin mövqeyindən belə anlaşılır ki, həmin izahat iddiaçı tərəfindən tikinti aparılmasına icazə verildiyi barədə faktın etirafı kimi qiymətləndirilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, MPM-in 106.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
35. Baxılan iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolunda məhkəmə iclasının sinxron audio və video yazısının aparıldığı qeyd edilsə də, həmin məlumatların əks olunduğu elektron daşıyıcı iş m ateriallarına əlavə edilməmişdir.
36. Eyni zamanda iddiaçı tərəfindən verildiyi qeyd olunan izahatın əks olunduğu protokol iddiaçı tərəfindən imzalanmamış, həmin etirafı ifadə edən yazılı ərizə işə əlavə olunmamışdır.
37. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının həmin məzmunda izahatın vermədiyi barədə məhkəmə iclas protokoluna qeydi müddət ötürülməklə verildiyi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılmışdır.
38. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən dürüstlük prinsipinin pozulması və hüquqdan sui-istifadə hallarına yol verilməsi barədə məsələyə qiymət verilməsi yalnız iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan və işin hallarını mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən etdikdən son ra mümkündür. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
39. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(107)-1343/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən sаxlаnılmışdır.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən obyektiv qərar qəbul edilməsi üçün xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən mübahisələndirilən əraziyə İddiaçı, Cavabdeh1 iştirаkı ilə baxış keçirilərkən müəyyən edildi ki, mübahisə predmeti olan həyətə girmək üçün iki qapı mövcuddur. İddiaçı məxsus həyətə giriş qapısı sol tərəfdə, Cavabdeh1 tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikilmiş mübahisəli yarımçıq tikiliyə daxil olmaq üçün istifadə olunan qapı isə sağ tərəfdə yerləşir. Həmin qapıdan içəriyə daxil olan zaman Cavabdeh1 tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikilmiş mübahisəli yarımçıq tikili yerləşir. Cavabdeh1 və ailəsinin yaşadığı evə tikilmiş mübahisəli yarımçıq tikilidən sonra daxil olmaq mümkündür. Mübahisəli yarımçıq tikili ilə iddiaçının həyəti arasında arakəsmə mövcuddur.
41. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi ev və 0.0619 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh1 həmin evə və ya torpaq sahəsinə mülkiyyət payları olması müəyyən edilməmiş, həmçinin, iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsini iddiaçının razılığı olmadan şiferlə iki hissəyə bölərək torpağın digər hissəsind ə tikinti işləri aparmış, eləcə də torpağın həmin hissəsinə giriş-çıxış üçün darvaza qoymuşdur.
42. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 2 ünvanda cavabdeh tərəfindən şiferdən çəkilmiş hasar və aparılan tikinti işləri iddiaçının mülkiyyətində olan 0,0619 ha torpaq sahəsinə düşür.
43. Bundan əlavə məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, mübahisə predmeti olan tikilinin tikilməsinə nə yazılı nə də şifahi razılıq vermiş, məhkəmə iclaslarında da həmin tikilinin tikilməsinə razılıq verdiyini etiraf etməmişdir.
44. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı ona məxsus olan torpaq sahəsində mübahisə predmeti olan tikilinin tikilməsinə r azılıq verməmiş, əvvəlki məhkəmə iclaslarında həmin tikilinin tikilməsinə razılıq verdiyini etiraf etməmişdir. Eyni zamanda iddiaçı ona məxsus olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparması barədə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə DİN-nin 102 xidmətinə müraciət edərək oğlu Natiqin ünvanda qanunsuz tikinti işləri aparması barədə məlumat vermişdir. Lakin Cavabdeh1 əməlində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir.
45. Cavabdeh1 apellyаsiyа şikаyətinin dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
46. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
47. Kassator şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə iclasında reallıqda qətnamədə göstərilməyən sübutlar araşdırılmış, lakin əsas sübutlar araşdırılmadan, üzərindən keçilmişdir. Cavabdehin sözləri səhv yazılmışdır. Guya cavabdeh izahatında iddiaçının həmin evin tikintisinə razı olmadığını bildirmişdir. Bu tam əsassızdır və sübutların saxtalaşdırılmasıdır.
48. Bundan başqa, iş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən qanunla müəyyən olunmuş və öz tələbini əsaslandıran bütün sübutlar təqdim olunsa da, iddiaçı heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarında olmayan sübutlar əsasında v ə öz mülahizəsinə uyğun qətnamə çıxarmışdır.
49. Kassator həmçinin qeyd etmişdir ki, Ali Məhkəmə tərəfindən ilk dəfə işə baxılarkən məhkəmə iclasının sinxron audio və video yazısının əks olunduğu elektron daşıyıcının iş materiallarına əlavə edilmədiyi göstərilmiş və qətnamə ləğv edilərək apellyasiya məhkəməsinə qaytarılmışdır. Lakin audio və video yazısının əks olunduğu elektron daşıyıcı əlavə edilməsi tövsiyə olunsa da, baxılan iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolunda məhkəmə iclasının sinxron audio və video yazısının iş materiallarında olub-olmaması ümumiyyətlə araşdırılmamışdır. Əgər xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolunda məhkəmə iclasının sinxron audio və video yazısı yoxdursa bu vətəndaşın deyil, məhkəmənin təqsiridir. Tətbiq edilən hüquq Azərbaycan R espublikasının Konstitusiyası
50. Maddə 13 İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
51. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
54. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
55. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
56. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına zi yan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
57. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
58. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
59. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
60. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata k eçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
61. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
66. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhk əməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsində onun ixtiyarı olmadan cavabdeh tərəfindən hasar çəkilməsi, habelə tikililərin inşa edilməsi, darvazanın quraşdırılması ilə müşayiət olunan hərəkətlərə son qoyulması barədədir.
74. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi çıxış edir. Bununla y anaşı iddianın həlli zamanı mülkiyyət hüququ ilə bağlı əlaqəli olan digər normaların da gözlənilməsi zəruridir.
75. Bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilir.
76. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0619 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh1 həmin evə və ya torpaq sahəsinə mülkiyyət payları olması müəyyən edil məmişdir. Həmçinin cavabdeh iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsini iddiaçının razılığı olmadan şiferlə iki hissəyə bölərək torpağın digər hissəsində tikinti işləri aparmış, eləcə də torpağın həmin hissəsinə giriş-çıxış üçün darvaza qoymuşdur. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, ünvan 2 ünvanda cavabdeh tərəfindən şiferdən çəkilmiş hasar və aparılan tikinti işləri iddiaçının mülkiyyətində olan 0,0619 ha torpaq sahəsinə düşür.
77. Bu halda məhkəmə baxılan mübahisəyə Mülki Məcəllənin mülkiyyət hüququndan bəhs edən normaları tətbiq etməklə iddianı təmin etməkdə haqlı olmuşdur.
78. Çünki Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilm iş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
79. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
80. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
81. Baxılan işdə iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.
82. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
83. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
84. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti t əmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1343/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.