Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1816/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Mustafa oğlu, Cavabdeh5, Cavabdeh6 İsmayıl qızı, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı (X31, X76, X22, X77, X13, xxı, 14 saylı Notariat Ofisinin xüsusi notariusu X43 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrində göstərilən alıcının hüquq və vəzifələrinin id diaçıya keçməsi, satın almaqda üstünlük hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 İsmayıl qızı, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı “notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrində göstərilən alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7292/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X61 iddiaçının nənəsi, X78 isə atası olmuşdur. X61 xx.xx.2011-ci il tarixdə, X78 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. 2. ünvan 1v küçəsində yerləşən, ümumi sahəsi 277,9 kv.m, yaşayış sahəsi 180,2 kv.m, yardımçı sahəsi 97,7 kv.m olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 29/100 hissədən – 1 otaq payı iddiaçının nənəsi X32 məxsus olmuşdur. İddiaçının atası ölənədək həmin evdə qeydiyyatda olmaqla yaşamış, iddiaçı həmin evdə qeydiyyatda olsa da, orada yaşamamışdır. 3. 14 saylı Notariat X2, X44, X14 və X6 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2003 saylı məktubundan görünür ki, X88 notariat ofisinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində, özünə məxsus 29/100 hissədən – 2 otaq payının 48000 manata satılması barədə adları ç əkilən şəxslərə məlumat vermişdir. Həmin şəxslərin payçı kimi bu payı satın almaqda üstünlük hüququ vardır. Payı almaq fikirləri varsa, 45 gün ərzində sözügedən notariat ofisinə və ya X62 fikirlərini bildirməyi xahiş edilmişdir. Əks təqdirdə alqı-satqı müqaviləsinin onların iştirakı olmadan 3-cü şəxsin adına rəsmiləşdiriləcəkdir.
4. Poçt göndərişlərinin izlənilməsi barədə məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə məktublar “qəbul olunub” statusundadır.
5. X12 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, X88 ünvan 1v küçəsi ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m-dən ibarət olan 13 otaqlı 47 saylı fərdi yaşayış ev ində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 2 otaq payını 48000 manata alıcı Cavabdeh10 satmışdır. Həmin müqaviləyə əlavə edilmiş 08A/905 saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləri barədə məlumatda göstərilmişdir ki, X88 – 29/100 hissədən – 2 otaq (qeydiyyat nömrəsi 30/19136, qeydiyyat tarixi: xx.xx.2001); X63 – 29/100 hissədən – 1 otaq; Cavabdeh4 – 29/100 hissədən – 2 otaq; Cavabdeh6 İsmayıl qızı – 29/100 hissədən – 1 otaq; X76 – 14,5/100; X7 – 29/100 hissədən – 1 otaq; X31 – 14,5/100 (qeydiyyat nömrəsi 110627388, qeydiyyat tarixi: xx.xx.2006); X23 – 29/100 hissədən – 2 otaq p ayına malik olmuşlar.
6. Paylı mülkiyyətçilərdən Cavabdeh6 İsmayıl qızı xx.xx.2021ci il tarixdə ərizə təqdim edərək, X62 məxsus olan payın satılması haqqında məlumatlı olduğunu bildirmiş, bu payın alınması üçün üstün alıcılıq hüququndan imtina etmiş və onun başqa şəxsə satılmasına etiraz etməmişdir.
7. Paylı mülkiyyətçilərdən Cavabdeh11 xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, X62 məxsus olan payın satılması haqqında məlumatlı olduğunu bildirmiş, bu payın alınması üçün üstün alıcılıq hüququndan imtina etmiş və onun başqa şəxsə satılmasına etiraz etməmişdir.
8. Paylı mülkiyyətçilərdən Cavabdeh4 xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, X62 məxsus olan payın satılması haqqında məlumatlı olduğunu bildirmiş, bu payın alınması üçün üstün alıcılıq hüququndan imtina etmiş və onun başqa ş əxsə satılmasına etiraz etməmişdir.
9. Paylı mülkiyyətçilərdən X77 xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, X62 məxsus olan payın satılmasına etiraz etməmiş, gələcəkdə bununla bağlı iddia və tələbi olmayacağını bildirmişdir. 10. “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair xx.xx.2021-ci il tarixli məlumatdan çıxarışda X24, X33, Cavabdeh4, X8, Cavabdeh6 İsmayıl qızı, X34, X64, X25, X89, X45, X31, X46, X26, X13, X35, X36, X37, X65, Cavabdeh7, X15, Cavabdeh3, X77, Cavabdeh8, Cavabdeh1, Cavabdeh9, Cavabdeh11, X16, X78, X88, X27, Cavabdeh2, X66, X47, X48, X67, X49, X38, X68, X28, X90, X29, X91, X50, X17, X69, X79, X51, X102 və X9 Bakı şəhəri, A.D.Qurbanov küçəsi, ev 47 ünvanında qeydiyyatda olması göstərilmişdir.
11. Satıcı Cavabdeh11 ilə alıcı Cavab deh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m., yardımçı sahəsi 97,7 kv.m-dən ibarət olan 13 otaqlı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 1 otaq payını 35000 manata alıcı Cavabdeh10 satmışdır.
12. Satıcı Cavabdeh4 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m., yardımçı sahəsi 97,7 kv.m-dən ibarət olan 13 otaql ı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 2 otaq payını 60000 manata alıcı Cavabdeh10 satmışdır.
13. Satıcılar Cavabdeh9, Cavabdeh2, Cavabdeh12, Cavabdeh8, Cavabdeh3, Cavabdeh1 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, satıcılar Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində istifadədə olan 0.025990 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 277,9 kv.m. olan 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə onlara məxsus 29/100 hissə – 1 otaqdan 1/7 hissə paylarını hər biri 21428 manata alıcı Cavabdeh10 satmışdır.
14. Satıcı Cavabdeh7 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh7 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m., yardımçı sahəsi 97,7 kv.m. olan 13 otaqlı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən 2 otaq payını 65000 manata alıcı Cavabdeh10 satmışdır.
15. Satıcı Cavabdeh6 İsmayıl qızı ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh6 İsmayıl qızı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m., yardımçı sahəsi 97,7 kv.m. olan 13 otaqlı fərdi yaşayış evində paylı mülkiyyət hü ququ üzrə ona məxsus 29/100 hissədən – 1 otaq 11 kv.m. payını 40000 manata alıcı Cavabdeh10 satmışdır.
16. X3 əvəzinə Cavabdeh5 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, satıcı ünvan 3 ünvanında yerləşən, 0.025990 ha torpaq sahəsinin istifadəsində olan ümumi sahəsi 277,90 kv.m. olan fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 1 otaqdan 1/14 hissə payını 10714 manata alıcı Cavabdeh10 satmışdır.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerlə şən ümumi sahəsi 277.90 kv.mdən ibarət olan fərdi yaşayış evi 29/100 hissədən 5 otaq və 29/100 hissədən 6/7 hissə pay üzrə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh10 məxsusdur, bu barədə qeyd xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Çıxarışa əsasən həmin əmlak üzərində X31 14.5/100 hissədə (qeydiyyat nömrəsi: 110627388, qeydiyyat tarixi: xx.xx.2006), X76 14.5/100 hissədə, X63 29/100 hissədən 1 otaqdan 1/14 hissədə (açıq qalır), Cavabdeh6 İsmayıl qızı 29/100 hissədən 1 otaqda (qeydiyyat tarixi: xx.xx.2006), X50 29/100 hissədən 1 otaqdan 1/14 hissədə (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) xüsusi mülkiyyət hüququ əsasında hüquq sahibləridir. 18. xx.xx.2021-ci il tarixdə 2V-521 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüq uqu haqqında şəhadətnamədə Cavabdeh8, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh9 X30 vərəsələri qismində müəyyən edilmiş və onların hər biri miras əmlakdan 1/7 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlakın ünvan 1v küçəsində yerləşən ümumi sahəsi 277.9, yaşayış sahəsi 180.2 kv/m, yardımçı sahəsi 97.7 kv/m olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X32 məxsus 29/100 hissədən – 1 otaq payından ibarət olduğu və göstərilən miras əmlakın 2/7 hissəsinin açıq saxlanıldığı qeyd edilmişdir. 19. xx.xx.2021-ci il tarixdə 2V-522 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh12 X30 vərəsəsi qismində müəyyən edilmişdir və miras əmlakdan 1/7 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlakın ünvan 1v küçəsində yerləşən ümumi sahəsi 277.9, yaşayış sahəsi 180.2 kv/m, yardımçı sahəsi 97.7 kv/m olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X32 məxsus 29/100 hissədən – 1 otaq payından ibarət olduğu, göstərilən miras əmlakın 5/7 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və 1/7 hissəsinin açıq saxlanılması qeyd edilmişdir. 20. xx.xx.2021-ci il tarixdə 2V-549 reyestr nömrəsi ilə iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı (iddiaçı) xx.xx.2020-ci il tarixdə ölmüş X39 vərəsəsi qismində müəyyən edilmiş və o, miras əmlakdan 1/14 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlakın vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X39 xx.xx.2011-ci il tarixdə ölmüş anası X32 məxsus olmuş ünvan 1v küçəsində yerləşən ümumi sahəsi 277.9, yaşayış sahəsi 180.2 kv/m, yardımçı sahəsi 97.7 kv/m olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X32 məxsus 29/100 hissədən – 1 otaq payından ibarət olduğu, göstərilən miras əmlakın 6/7 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və 1/14 hissəsinin açıq saxlanılması qeyd edilmişdir. 21. xx.xx.2021-ci il tarixdə 2V-552 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X50 (iddiaçının bacısı) xx.xx.2020-ci il tarixdə ölmüş X39 vərəsəsi qismində müəyyən edilmiş və o, miras əmlakdan 1/14 hissədə pay almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh12, Cavabdeh3, Cavabdeh4, Cavab deh5, Cavabdeh6 İsmayıl qızı, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X88, Cavabdeh10 və Cavabdeh11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satın almaqda üstünlük hüququnun pozulması ilə həyata keçirilmiş -xx.xx.2021-ci il tarixli 4Ə-1322 reyestr nömrəli; -xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli; -xx.xx.2021-ci il tarixli 4Ə-1599 reyestr nömrəli; -xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli; -xx.xx.2021-ci il tarixli 4Ə-1752 reyestr nömrəli; -xx.xx.2021-ci il tarixli 4Ə-2051 reyestr nömrəli və -xx.xx.2021-ci il tarixli 4Ə-2123 reyestr nömrəli alqı-satqı müqavilələri üzrə alıcı Cavabdeh10 satıcılara 7 müqavilə üzrə ödədiyi ümumilikdə 387.282,00 manat vəsaitin iddiaçı tərəfindən ona ödənilməsi müqabilində alıcının, yəni Cavabdeh10 hüquq və vəzifələrinin iddiaçıya keçməsi, a lıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi ilə əlaqədar yuxarıda qeyd edilən alqı-satqı müqavilələri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh10 adına qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi, alıcının hüquq və vəzifələrinin ona keçməsi ilə əlaqədar bu hüquqlarının dövlət qeydiyyatına alınaraq bununla bağlı çıxarış verilməsi, onun paylı mülkiyyətindən istifadəsinə törədilmiş maneələrin aradan qaldırılması və edilən qəsdlərin qadağan edilməsi öhdəliyinin Cavabdeh10 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 5 ünvanında yerləşən evdə qeydiyyatdadır və hazırda həmin fərdi yaşayış evinin payçı mülkiyyətçilərindən biridir. Mərhum atası X78 vəfat etdiyi xx.xx.2020-c i il tarixədək qeyd edilən ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda da yaşamışdır.
24. Evin payçı mülkiyyətçilərindən biri də nənəsi (atasının anası) olan X61 olmuş və nənəsi X61 xx.xx.2011-ci ildə vəfat etmişdir. Nənəsi və atası vəfat etdiyindən mərhum atasına qanun üzrə vərəsəlik üzrə çatacaq payın ½ hissəsi iddiaçıya keçmişdir. Bu barədə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X18 xx.xx.2021-ci il tarixdə təsdiq etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də vardır. Qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqlarının qeydə alınmasına dair onlayn qaydada xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış verilmişdir.
25. İddiaçı həmin çıxarışı əldə etdikdən sonra qeyd edilən əmlakın daha əvvəl paylı mülkiyyətçisi olmayan və adını birinci dəfə eşitdiyi Cavabdeh10 adlı şəxsin adının orada qeyd edildiyini, habelə digər payçıların adlarının həmin çıxarışda olmadığını müəyyən etmişdir. Bunun səbəbini notariusdan soruşduqda, məlumat verə bilməyəcəklərini bildirdiklərinə görə, iddiaçı hüquqi yardım göstərməsi üçün vəkillə müqavilə bağlamış və vəkil tərəfindən 14 saylı Notariat Ofisinə xx.xx.2021-ci il tarixdə sorğu ünvanlamışdır. Qeyd edilən sorğu 14 saylı Notariat Ofisinin xüsusi notariusu Elmar Əliyev tərəfindən xx.xx.2021-ci il tarixli 4582 saylı məktubla cavablandırılmış və həmin əmlakın özgəninkiləşdirilməsinə dair notariat ofisində saxlanılan 5 (beş) alqı-satqı müqaviləsinə dair sənədlərin surətləri rəsmi qaydada verilmişdir. Həmin sənədləri əldə etdikdən sonra vəkil tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən əmlaka dair digər payçıların paylarının özgəninkiləşdirilməsinə dair satın almaqda üstünlük hüququ barədə qanunvericiliyin normalarına riayət edilmədən 14 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 4Ə-1322 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X21, xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh11, xx.xx.2021-ci il tarixli 4Ə-1599 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh4, xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçılar Cavabdeh9, Cavabdeh2, Cavabdeh12, X52, Cavabdeh3, Cavabdeh1, xx.xx.2021-ci il tarixli 4Ə-1752 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh7 ilə alıcı Cavabdeh10 arasında alqı-satqı m üqavilələri təsdiq edilmişdir. Qeyd edilən müqavilələr üzrə satıcılar tərəfindən digər payçıların həmin payları satın almaqda üstünlük hüquqlarının həyata keçirilməsinə riayət edilməmiş, bu barədə qanunvericiliyin tələbinə əsasən hər hansı yazılı məlumat verilməmiş və bütün qeyd edilənlərə baxmayaraq, 14 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən bu hallara göz yumularaq həmin müqavilələr təsdiq edilmişdir. 26. xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən adları qeyd edilən satıcılar – payçılar (Cavabdeh9, Cavabdeh2, Cavabdeh12, X52, Cavabdeh3, Cavabdeh1) 14 saylı notariat ofisinin xüsusi notariusu Elmar Əliyev tərəfindən təsdiq edilmiş ərizədə elektron X1ndən çıxarışda adı çıxanlar ilə heç bir qohumluq əlaqələrinin olmadığını qeyd edərək, “Notar iat hərəkətlərinin aparılması Qaydaları haqqında Təlimat”ın 49-cu bəndini nəzərə alaraq, alqı-satqı müqaviləsinin onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etmişlər. Halbuki, həmin adları qeyd edilən şəxslər iddiaçının doğma əmiləri və bibiləridir. Notarius həmin notariat ofisində olan vərəsəlik işi zamanı qeyd edilən şəxslərin iddiaçının qohumları olduğunu bilirdi və bunları təsdiq edən sənədlər həmin notariat ofisində olan vərəsəlik işinin materiallarında mövcuddur. xx.xx.2021-ci il tarixli 4Ə-1322 nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə notariat işinin 9-cu səhifəsində olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışda iddiaçının da adı qeyd edilmişdir. Həmin əmlakın payçıları Sultanova (Ağabalayeva) Təbrizə Ağabala qızı, Cavabdeh4, Cavabdeh6 İsmayı l qızı notarial qaydada təsdiq edilmiş ərizələrində qeyd edilən fərdi yaşayış evinin satılmasından məlumatlarının olduğunu və bu payın alınması üçün üstünlük hüquqlarından imtina etdiklərini qeyd etmişlər (notariat işinin 11-13-cü səhifələri). Notariat işinin 18-ci səhifəsində olan X53 ərizəsində ünvan 1v küçəsində yerləşən 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus hissənin 48000 manata satılması barədə X40, X54, X19, X5 xəbərdar etdiyini, “Notariat hərəkətlərinin aparılması Qaydaları haqqında Təlimat”ın 49-cu bəndini nəzərə alaraq, alqı-satqı müqaviləsinin onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etdiyini, gələcəkdə bu hallarla bağlı hər hansı iddia qalxarsa, bütün məsuliyyəti öz üzərinə götürməsini qeyd etmiş və həmin ərizə 14 saylı Notariat Ofisini n xüsusi notariusu X43 tərəfindən təsdiq edilmişdir. Lakin notariat işində digər payçılara payın satılması barədə hansı qaydada məlumat verildiyi göstərilməmiş, həmin məlumatın verilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmiş və bunlar notarius tərəfindən araşdırılmadan qeyd edilən alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Reallıqda da X32 məlumatın verilməsi mümkün deyildir. Belə ki, X61 qeyd edilən ərizənin verilməsindən 10 il 4 ay 10 gün əvvəl, yəni xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
27. Bundan başqa, xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh11, xx.xx.2021-ci il tarixli 4Ə-1599 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh4, xx.xx.2021-ci il tarixli 4Ə1661 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payç ılar Cavabdeh9, Cavabdeh2, Cavabdeh12, X52, Cavabdeh3, Cavabdeh1, xx.xx.2021-ci il tarixli 4Ə-1752 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh7 ilə alıcı Cavabdeh10 arasında bağlanmış alqısatqı müqavilələri üzrə notariat işi qovluğunda satıcılar tərəfindən satın almaqda üstünlük hüququ olan şəxslərə bu hüquqlarından istifadə barədə hər hansı məlumatın verilməsini, onlara yazılı bildirişlərin göndərilməsini təsdiq edən hər hansı məlumat və sənəd mövcud deyildir.
28. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının qeydə alınmasına dair online qaydada əldə edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda payçı mülkiyyətçilər kimi X10, X20 və iddiaçının adı qeyd edilmiş, sonradan online qa ydada əldə edilmiş çıxarışa əsasən, Cavabdeh6 İsmayıl qızının və X20 paylarının Cavabdeh10 özgəninkiləşdirilməsi və bunun xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Halbuki, 14 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğu 14 saylı Notariat Ofisinin xüsusi notariusu Elmar Əliyev tərəfindən xx.xx.2021-ci il tarixli 4582 saylı məktubla cavablandırılmış, lakin notarius qeyd etdiyi xx.xx.2021-ci il tarixində payçılardan Cavabdeh6 İsmayıl qızının payının özgəninkiləşdirilməsi barədə notariat işi təqdim edilməmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə 024/22 nömrəli məktubla notariat ofisinə sorğu ünvanlanmış, notarius Elmar Əliyevin imzası ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş 291 saylı məktubla digər payçılardan Cavabdeh6 İsmayıl qızının və X20 paylarının Cavabdeh10 özgəninkiləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli 4/Ə-2051 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 4/Ə2123 reyestr nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqavilələr və müqavilələrə əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri (notariat işi) təqdim edilmişdir.
29. Həmin daşınmaz əmlakın payçıları tərəfindən payların satılmasına dair notarial qaydada təsdiq edilməsi zamanı da qanunvericiliyin tələbləri pozularaq üstünlük hüququ barədə payçılara məlumat verilməmiş, payçılar tərəfindən həmin məlumatların yazılı qaydada verilməsi tələbinə əməl edilməsi notarius tərəfindən araşdırılmadan həmin müqavilələr təsdiq edilmişdir. Halbuki xx.xx.2021-ci il tarixdə 4Ə-2051 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi təs diq edilərkən notarius tərəfindən alqı-satqı müqaviləsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli 08A-1719 nömrəli arayışında iddiaçının həmin daşınmaz əmlaka paylı mülkiyyət hüququnun qeydiyyata alındığı qeyd edilmiş, lakin notarius satıcının bütün payçılara satın almaqda üstünlük hüququnun həyata keçirilməsi barədə yazılı məlumat verməsi və bunu təsdiq edən sənədi tələb etmədən həmin alqısatqı müqaviləsini təsdiq etmişdir.
30. Bundan başqa, xx.xx.2021-ci il tarixli 4/Ə-2123 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı iddiaçının yetkinlik yaşına çatmayan bacısı X20 adından Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli 6-208- 166 qeydiyyat nömrəli r azılıq məktubu əsasında alqı-satqı müqaviləsini imzalayan Cavabdeh5 iddiaçının bacısının adından çıxış edərək elektron X1ndən çıxarışda adları qeyd edilən şəxslərin ailə üzvü olmadığını qeyd edərək, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndini nəzərə alaraq, alqısatqı müqaviləsinin onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etmiş, 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən həmin ərizə təsdiq edilmişdir. Halbuki, vərəsəlik işi qeyd edilən notariat ofisində açılmış, bacısı X50 və iddiaçı eyni vərəsəlik haqqında şəhadətnamə əsasında vərəsəliyi qəbul etmiş və onların bacı olmaları, ailə üzvü olmaları qeyd edilən vərəsəlik işinin materiallarında mövcuddur və notarius qeyd edilənləri çox gözəl bilirdi. Lakin notarius tərəfindən, o cümlədən satıcılar tərəfindən iddiaçının satın almaqda üstünlük hüququ gözlənilməmiş, bu barədə ona rəsmi qaydada hər hansı yazılı müraciət edilməmiş məlumat verilməmiş, bunlara baxmayaraq, həmin alqı-satqı müqavilələri notarius tərəfindən təsdiq edilmişdir.
31. İddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq, satın almaqda üstünlük hüququnun pozulduğunu 14 saylı notariat ofisinin xüsusi notariusu X43 tərəfindən xx.xx.2021-ci il tarixdə 4582 saylı məktubla 5 müqavilə üzrə alqı-satqı müqavilələrinə dair notariat işi təqdim edildikdən sonra məlumat əldə etmişdir.
32. Qeyd edilənlərdən başqa, satın almaqda üstünlük hüququnu pozaraq özünü həmin daşınmaz əmlaka payçı kimi qeyd etdirməyə nail olmuş Cavabdeh10 Nəsimi rayonu, A.Qurbanov küçəsində yerləşən 47 saylı fərdi yaşayış evində iddiaçının payçı ol masına baxmayaraq, iddiaçının həmin paydan istifadəsinə və sahiblik etməsinə maneələr törədərək iddiaçının istifadə və sahiblik hüququnu pozur. Belə ki, Cavabdeh10 iddiaçının payçısı olduğu həmin fərdi yaşayış evinə girişini məhdudlaşdırmaq üçün girişi taxta dirəklərlə bağlamışdır. İddiaçı payçısı olduğu həmin fərdi yaşayış evinə texniki pasport alınması ilə bağlı hüquqlarını müdafiə edən vəkili və nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrəli ərizə ilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, həmin idarənin xx.xx.2021-ci il tarixli **********85 qeydiyyat nömrəli məktubu ilə fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından texniki pasportun tərtib edilməsinin mümkü n olmadığı bildirilmişdir. Həmin şərait isə Cavabdeh10 tərəfindən yaradılmamış, əməkdaşların fərdi yaşayış evinə dair texniki pasportun verilməsi üçün ölçmə işlərinin həyata keçirilməsinə icazə verilməmiş, iddiaçının fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə müxtəlif maneələr törədilərək hüquqlarını pozmuş və halhazırda da pozmaqdadır. Cavabdeh10 iddiaçının payçısı olduğu daşınmaz əmlakdan istifadə və sahiblik hüququna qoyulan maneələrə və mülkiyyətinə edilən qəsdlərə son qoyulması üçün xx.xx.2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, həmin maneələrə və qəsdlərə son qoyulmamışdır. 33. xx.xx.2021-ci il tarixli 4Ə-1322 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə payın dəyəri 48000 manat, xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə payın dəyəri 35000 manat, xx.xx.2021-ci il tarixli 4Ə-1599 qeydiyyat nömrəli alqısatqı müqaviləsi üzrə payın dəyəri 60000 manat, xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə payın dəyəri 128568 manat, xx.xx.2021-ci il tarixli 4Ə1572 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə payın dəyəri 65000 manat, xx.xx.2021-ci il tarixli 4/Ə2051 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə payın dəyəri 40000 manat və xx.xx.2021-ci il tarixli 4Ə-2123 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə 10714 manat olmaqla, ümumilikdə 7 müqavilə üzrə 387282 manat təşkil edir və həmin alqı-satqı müqavilələri Mülki Məcəllənin tələblərinə əsasən, payçı kimi iddiaçının satın almaqda üstünlük hüququ pozulmaqla həyata keçirildiyindən alıcı tərəfindən satıcılara ödənilmiş ümu milikdə 387282 manat vəsaitin Cavabdeh10 iddiaçı tərəfindən ödənilməsi müqabilində alıcının, yəni Cavabdeh10 hüquq və vəzifələri məhkəmə qərarı əsasında iddiaçıya keçməlidir.
34. Qeyd edilən iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, həmin iddia ərizəsi kağız daşıyıcıda xx.xx.2022-ci il tarixdə, elektron qaydada isə xx.xx.2022-ci il tarixdə iddiaçının vəkili-nümayəndəsi tərəfindən imzalanmışdır. Həmin iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı (e-2(006)- 1683/2022) ilə icraata qəbul edilmiş və məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixinə, saat 11:20-yə təyin edilmişdir. Həmin iddia ərizəsi iddiaçının adından vəkilinümayəndəsinə verilmiş xx.xx.2021-ci il tarixli 7E-842 reyestr nömrəli etibarnaməyə əsasən nümayəndə tərəfindən imzalan mışdır. Qeyd edilən etibarnamə verilərkən etibarnamənin qüvvədə olma müddəti 2 ay 12 gün, yəni xx.xx.2021-ci il tarixədək göstərilmiş, həmin etibarnamənin müddətinin keçməsi nümayəndənin və məhkəmənin diqqətindən yayınmışdır. Məhkəmədə təmsil edilməsi üçün verilmiş etibarnamənin 2 ay 12 gün qüvvədə olması heç bir məntiqə uyğun olmasa da, həmin etibarnamənin qüvvədə olma müddətinə diqqət edilməmiş və iddia ərizəsi də həmin etibarnaməyə əsasən imzalanmışdır. Yəni iddia ərizəsi imzalanarkən etibarnamənin müddəti bitdiyi üçün iddiaçının vəkili-nümayəndəsinin belə bir səlahiyyəti olmamışdır.
35. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 7E1262 reyestr nömrəli xx.xx.2024-cü il tarixədək etibarlılıq müddəti olan yeni etibarnamə verilmişdir. Məhkəməyə xx.xx.2022-ci il tarixdə göndəril miş iddia ərizəsi imzalanarkən verilmiş etibarnamənin müddəti bitdiyindən həmin iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış hesab edildiyi üçün, hazırda bu səlahiyyətlərin verilməsi ilə əlaqədar yeni etibarnamə verildiyindən, Mülki Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısı alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında üç ay ərzində tələb etmək hüququ göstərildiyindən həmin müddəti ötürməmək üçün iddia ərizəsində olan nöqsanların aradan qaldırılaraq yenidən müraciət edilməsi ilə əlaqədar iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsi üçün xx.xx.2022-ci il tarixdə ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəm əsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin ərizə təmin edilmiş və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
36. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152, 157.4, 218.1, 218.2, 218.3 və 1255-ci maddələrinə istinad etmişdir.
37. Cavabdeh X55 iddiya etiraz edərək göstərib ki, ev yandığı üçün məcbur qalıb satıblar. Evin 100 kv.metr sahəsi olub, 150000 manata satmağa razılaşıblar. Notariusa gediblər, evi həmin məbləğə satmış, 128 000 manat pulu götürüblər. Orada bildiriblər ki, qardaşlarından biri, yəni iddiaçını atası vəfat etdiynə görə onun iki qızının satılacaq əmlakda pay hüququ var. Kiçik qıza düzşən payı onlar götürüb, iddiaçı ilə əlaqə saxlamağa çalışmışlar, lakin bu, mümkün olmamışdır. Həmçinin, iddiaçı ilə əlaqə yaratmaq onların deyil, not ariat orqanının vəzifəsi olmuşdur. Notariat orqanı iddiaçı ilə əlaqə yaratmağa çalışmış, sistem üzrə məlumat əldə edə bilməmiş, yalnız nikah haqqında məlumat tapılmışdır. Bundan 2 ay keçəndən sonra iddiaçının qohumuna deyilib ki, iddiaçıya payına düşən məbləği gedib götürməsini bildirsin. İddiaçının tapılması ilə bağlı rəsmi orqanlara müraciət edilməmiş, həmçinin, müqavilədə bildirilməmişdir ki, iddiaçı ilə qohumluq əlaqələri yoxdur. Evin yanmasından iddiaçının da xəbəri olub, çünki iddiaçını qohumları onlrala çox yaxın məsafədə yaşayırlar. İddaçının məqsədi problem yaratmaqdır.
38. Cavabdeh3 iddiaya etiraz edərək göstərib ki, iddiaçıya anası ilə birgə yaşamaq üçün əvvəldən 10 kv.m. sahə müəyyən olunub, lakin iddiaçı onlarla birlikdə yaşamaq istəmədiklərini bildirdi. Həmin pay iddiaçının d eyil, atasının payı idi, atasının vəfatından sonra iddiaçı ilə bacısı arasında pay bölündü. Müqavilə imzalanarkən iddiaçı ilə qohumluq əlaqələrinin olmadığını bildirməyiblər.
39. Cavabdeh5 da iddiaya etiraz edərək, digər iki cavabdehin izahatını təsdiq etdiyini bildirmişdir.
40. Cavabdeh10 iddiaya etiraz olaraq gstərib ki, Nəsimi Rayon İcra Hakimiyyətindən qeyri-rəsmi formada əldə etdiyi məlumata əsasən, 16 saylı evin yandığını, xeyriyyəçi insan kimi çətin gündə kömək edə biləcəyini düşündüyünü bildirmişdir. Buna görə də həmin sahəni almışdır. İddiaçının bu məsələdən əvvəldən xəbəri olsa da, onunla əlaqə yaratmağı mümkünsüz etmiş, qohumu olan digər cavabdehlərlə münasibətləri pozulduğuna görə hazırda da qəsdən problem yaradır.
41. Cavabdeh11 iddiaya etirazında göstərib ki, iddiaçını tanı mır. Evi birotaqlı idi və öz payını təxminən 2021-ci ilin sentyabr ayında 35000 manata satıb, satarkən evin çıxarışında adı göstərilən şəxslərdən razılıq alıb. Çıxarışda iddiaçının adının yox idi.
42. Cavabdeh9 iddiaya etiraz edərək bildirib ki, iddiaçının onun qardaşı qızıdır. Evi 150000 manata satarkən iddiaçı ilə əlaqə saxlamağa çalışıblar, lakin bu, mümkün olmayıb. Notariat ofisində ərizə imzalayarkən ərizənin məzmunundan, yəni iddiaçı ilə qohumluq münasibətlərinin olmamasını təsdiq etdikləri barədə xəbərdar edilməyiblər.
43. Cavabdeh4 iddia tələbi ilə razı olmayaraq, etirazını onunla əsaslandrıbı ki, iddiaçını tanımır, evi yandığından 60000 manata digər Cavabdeh10 satıb. Bu zaman iddiaçıya bildiriş göndərməyib.
44. Cavabdeh6 İsmayıl qızı iddiaya etoraz edərək göstərib ki, evlərin çoxu (təxminən 10-15 ev) yanıb. Onun da evi yaşamaq üçün uyğun vəziyyətdə olmayıb. Bu zaman digər Cavabdeh10 və Tural adlı şəxs onlarla əlaqə saxlaıb, evi onlara satmağa razı olub. Ev satılarkən notariusda hər hansı bildirişin verilməli olması ilə bağlı onlara məlumat verilməmiş, bu səbəbdən də iddiaçıya bildiriş verməyib.
45. Cavabdeh2 da iddia tələbinə etiraz edərək göstərib ki, evləri 2021-ci ilin avqust ayında yanıb, yararsız vəziyyətə düşüb, bundan sonra İcra Hakimiyyətinə müraciət ediblər. İcra Hakimiyyətindən onlarla əlaqə saxlayacaqlarını demişlər və Cavabdeh10 onlarla əlaqə saxlamışdır. Beləliklə, evi 150 000 manata Cavabdeh10 satblar. İddiaçıya və bacısına düşən pay 22000 manat məbləğində olmuş, bacısının payı onun qanuni nümayəndəsinə verilmiş, iddiaçıya düşən 11000 manat isə notari usda qalmışdır. Bununla bağlı iddiaçının qohumları ilə əlaqə saxlayaraq, onlara iddiaçının notariusda olan pulunu götürməsi barədə xəbərdarlıq ediblər.
46. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 14 saylı Notariat Ofisinin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək göstərib ki, payların alıcısı Cavabdeh10 payçı olub, bu səbəbdən də, iddiaçıya məlumat verilməyib. Bundan əlavə, vərəsəlikdə iddiaçının adı qeyd olunmamışdı, digərlərinin də razılığa dair ərizələri var idi. Verilən məlumatların düzgünlüyünə vətəndaşların özləri məsuliyyət daşıyır. X21 vəfat etdiyindən, onun vərəsələri cəlb edilib, heç bir hüquq pozuntusu olmayıb.
47. Cavabdeh10 nümayəndəsi iddiaya etirazında göstərib ki, alqı-satqı müqavilələri onun təmsil etdiyi şəxslə bağlanıb. Birinc i müqavilədə Cavabdeh10 payçı olmasa da, iddiaçı da vərəsə kimi tanınmamışdı. İkinci müqavilə bağlanarkən isə Cavabdeh10 payçı idi.
48. İddiaçı ərizə verərək, Cavabdeh12 və X53 cavabdehlər sırasından çıxarılmasını xahiş edib.
49. Birinci instansiya məhkəməsi 16 may 2022-ci il tarixli qərardadla cavabdeh X56 münasibətdə iddia tələbinə dair iş üzrə icraata xitam verib. Əsas da o, olub ki, iddia ərizəsi məhkəməyə verilənə qədər Nazim Səmədov vəfat etmişdi.
50. Birinci instansiya məhkəməsi X22, X13, X35 və X57 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir.
51. Cavabdeh10 nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verərək, göstərib ki, ilk alqı-satqı müqaviləsi 23 avqust 2021-ci il tarixdə bağlanmış, mübahisəli əmlak üzrə vərəsəlik iş i 08 oktyabr 2021-ci ildə açılmış və iddiaçı mirası 25 oktyabr 2021ci ildə qəbul etmişdir. İddiaçı artıq həmin vaxtdan ilk alqı-satqı müqaviləsinin bağlanmasından xəbərdar idi. Mülki Məcəllənin 218.3-cü maddəsinə görə bu tələblər üzrə iddia müddəti 3 aydır. İddiaçı 25 yanvar 2022-ci ilədək məhkəməyə müraciət etməli idi.
52. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(006)2099/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddia tələbi satın almaqda üstünlük hüququnun pozulması ilə həyata keçirilmiş - xx.xx.2021-ci il tarixli 4Ə-1322 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli; xx.xx.2021-ci il tarixli 4Ə1599 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1752 reyestr nömrəli; - xx.xx. 2021-ci il tarixli 4Ə-2051 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 4Ə-2123 reyestr nömrəli alqı-satqı müqavilələri üzrə alıcı Cavabdeh10 satıcılara ödədiyi 7 müqavilə üzrə ümumilikdə 387282.00 manat vəsaitin İddiaçı tərəfindən Cavabdeh10 ödənilməsi və bunun müqabilində alıcının, yəni Cavabdeh10 hüquq və vəzifələrinin İddiaçı keçməsi, alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi ilə əlaqədar yuxarıda qeyd edilən alqı-satqı müqavilələri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh10 adına qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 677,28 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Gün ay Abidova)
53. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, ünvan 1v küçəsində yerləşən, ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m., yardımçı sahəsi 97,7 kv.m., 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 29/100 hissədən – 1 otaq payı İddiaçı nənəsi X32 məxsus olmuşdur. X61 xx.xx.2011ci il tarixdə vəfat etmişdir. İddiaçının atası X78 ölənədək həmin evdə qeydiyyatda olmaqla yaşamış, xx.xx.2020-ci il tarixdə isə vəfat etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə 2V-521 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh8, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh9 X30 vərəsələri qismində müəyyən edilmiş və onların hər biri miras əmlakdan 1/7 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak X32 məxsus 29/100 hissədən – 1 otaq payından ibarət olib və göstərilən miras əmlakın 2/7 hissəsinin açıq saxlanıb. xx.xx.2021ci il tarixdə 2V-522 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh12 da X30 vərəsəsi qismində müəyyən edilmişdir və o da miras əmlakdan 1/7 hissədə pay almışdır. Sonradan xx.xx.2021-ci il tarixdə 2V-549 reyestr nömrəsi ilə iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş X39 vərəsəsi qismində müəyyən edilmiş və o, miras əmlakdan 1/14 hissədə pay almışdır. xx.xx.2021-ci il tarixdə 2V-552 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X50 xx.xx.2020-ci il tarixdə ölmüş X39 vərəsəsi qismində müəyyən edilmiş və o, miras əmla kdan 1/14 hissədə pay almışdır.
54. Həmçinin müəyyən edilib ki, X12 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, X88 ünvan 1v küçəsi ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m-dən ibarət olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 2 otaq payını 48000 manata alıcı Cavabdeh10 satmışdır. Həmin müqaviləyə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08A/905 saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onla rın məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləri barədə məlumatda göstərilmişdir ki, X88 – 29/100 hissədən – 2 otaq (qeydiyyat nömrəsi 30/19136, qeydiyyat tarixi: xx.xx.2001); X63 – 29/100 hissədən – 1 otaq; Cavabdeh4 – 29/100 hissədən – 2 otaq; Cavabdeh6 İsmayıl qızı – 29/100 hissədən – 1 otaq; X76 – 14,5/100; X7 – 29/100 hissədən – 1 otaq; X31 – 14,5/100 (qeydiyyat nömrəsi 110627388, qeydiyyat tarixi: xx.xx.2006); X23 – 29/100 hissədən – 2 otaq payına malik olmuşlar. Paylı mülkiyyətçilərdən Cavabdeh6 İsmayıl qızı, Cavabdeh11 və Cavabdeh4 xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, X62 məxsus olan payın satılması haqqında məlumatlı olduqlrını bildirmiş, bu payın alınması üçün üstün alıcılıq hüquqları ndan imtina etmiş və onun başqa şəxsə satılmasına etiraz etməmişlər. Paylı mülkiyyətçilərdən X77 xx.xx.2021ci il tarixdə ərizə təqdim edərək, X62 məxsus olan payın satılmasına etiraz etməmiş, gələcəkdə bununla bağlı iddia və tələbi olmayacağını bildirmişdir. X88 isə xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, ona məxsus payın satılması barədə X41, X54, X19, X11 xəbərdar etdiyini bildirmiş, həmçinin, “Elektron notariat” X1ndən çıxarışda adları çıxanların ailə üzvləri olmadığını qeyd etmiş, ona görə də “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndini nəzərə alaraq, alqı-satqı müqaviləsinin onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etmiş, gələcəkdə bu hallarla bağlı hər hansı bir iddia qalxarsa, bütün məsuliyyəti öz üzərinə götürmüşdür.
55. Birinci instansiya məhkəməsi qeyd edib ki, X88 özünə məxsus olan payı satarkən digərləri ilə yanaşı, iddiaçı Aslanova (Hafizli) Aynur Həsən qızının ailə üzvü olmadığını bildirmiş və onun razılığı olmadan alqı-satqı müqaviləsini rəsmiləşdirməyi notariusdan xahiş etmişdir. Beləliklə, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi iddiaçının hüquqlarının pozulması ilə rəsmiləşdirilmişdir. Bundan əlavə, Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən İddiaçı mirası qəbul etdiyindən miras açıldığı gündən mübahisəli əmlakın paylı mülkiyyətçisidir. Həmin Məcəllənin 218.2-ci maddəsinin tələblərinə görə, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Lakin sözügedən müqavilə rəsmiləşdirilərkən satıcının digər mülkiyyətçilərə həmin bildirişləri göndərib-göndərməməsi notarius tərəfindən, ümumiyyətlə, yoxlanılmamış, satıcının ərizəsinə əsasən müqavilə təsdiq edilmişdir. Bununla da müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə rəsmiləşdirilmişdir.
56. Birinci instansiya məhkəməsi eyni əsaslarla digər müqavilərlə üzrə də iddiaçının satın almaqda üstünlük hüquqlarının pozulması qənaətinə gəlmişdir.
57. Birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli paylı mülkiyyətə dair bağlanmış alqı-satqı müqavilələrinin hər biri iddiaçının hüquqlarını bu və ya digər şəkildə pozmaqla bağlanmış və rəsmiləşdirilmişdir. Belə ki, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələr iddiaçının həmin vaxtda həmin ünvanda qeydiyyatda olmasına dair sübutların olmasına baxmayaraq, iddiaçının yazılı razılığı alınmadan bağlanmış və notariat ofisində təsdiqlənmişdir. Hər bir müqavilə üzrə satıcı qismində çıxış edən şəxslər iddiaçının onların ailə üzvü olmadığını qeyd edərək, bütün məsuliyyəti öz üzərlərinə götürmüş və alqı-satqı müqaviləsinin bağlanıb rəsmiləşdirilməsinə nail olmuşlar. Bununla da, iddiaçının hüquqlarını pozmuşlar. Həmçinin, iddiaçı qanunvericiliyin tələbinə görə miras açıldığı gündən mülkiyyətçi sayıldığından onun paylı mülkiyyətçi kimi satın almaqda üstünlük hüququ pozulmuş, bu məsələ notarius tərəfindən hərtərəfli araşdırılmadan müqavilələr təsdiqlənmişdir. xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqav iləsinə əlavə edilmiş sübutlardan isə iddiaçının paylı mülkiyyətçilərdən biri olmasının və həmin ünvanda qeydiyyatda olmasının aşkar görünməsinə baxmayaraq, bu müqavilə də iddiaçıya xəbərdarlıq edilmədən, həmçinin, onun yazılı razılığı alınmadan bağlanmış və rəsmiləşdirilmişdir. Satıcının qanuni nümayəndəsi iddiaçının ailə üzvü olmadığını qeyd edərək, bütün məsuliyyəti öz üzərinə götürmüş və alqı-satqı müqaviləsinin bağlanıb rəsmiləşdirilməsinə nail olmuşdur. Beləliklə, müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanıb təsdiqlənmişdir.
58. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, daşınmaz əmlakın alqısatqısına dair müqavilə digər şəxslərin hüquqlarına toxunmadığı halda bağlana və rəsmiləşdirilə bilərdi. Diqqət edilməlidir ki, hazırki mübahisənin predmeti olan daşınmaz əm lak ümumi paylı mülkiyyətdir. Ümumi paylı mülkiyyətlə əlaqədar hüquqi tənzimləmənin xüsusi rejimi isə qanunvericiliklə müəyyən edilmişdir. Belə ki, ümumi paylı mülkiyyət üzərində hüquqların həyata keçirilməsi zamanı hüquq sahibindən qanunvericiliklə müəyyən edilmiş bir sıra vəzifələrə də əməl etmək tələb olunur. Lakin hazırki mübahisənin predmeti olan daşınmaz əmlakın payçıları öz hüquqlarını həyata keçirərkən qanunvericiliklə onların üzərinə qoyulmuş vəzifələrə əməl etməmişlər. Bundan əlavə, notarius tərəfindən ətraflı araşdırma aparılmamış, iddiaçının həmin ünvanda qeydiyyatda olması və paylı mülkiyyətçilərdən biri olmasına baxmayaraq, satıcıların bütün məsuliyyəti öz üzərlərinə götürməsi ilə bağlı ərizələrində qeyd etdiklərinə əsasən müqavilələr iddiaçının hüquqlarını pozmaqla rəsmiləşd irilmişdir. Halbuki, əqd qanunazidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmaması notarius tərəfindən müəyyən edilməli, hər hansı şəxsin hüququna toxunduğunu müəyyən etdiyi halda, notarius tərəfindən belə hərəkətlər qəbul edilməməli, əqd təsdiqlənməməli idi.
59. Birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 14 saylı Notariat Ofisinin nümayəndəsinin “payların alıcısı Cavabdeh10 də payçı olması, bu səbəbdən də, iddiaçıya məlumat verilməməsinin qanun pozuntusu olmaması” barədə dəlilinə münasibətdə göstərib ki, mübahisəli paylı mülkiyyətə dair bağlanmış və notarius tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ilk müqavilə ilə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı həmin vaxt paylı mülkiyyətçi olmasına baxmayaraq, satıcı tərəfindən ona heç bir bildiriş verilməmiş, alıcı isə həmin vaxt paylı mülkiyyətçi olmamışdır. Satıcı öz payını faktiki olaraq üçüncü şəxsə satmış, lakin bu barədə paylı mülkiyyətçi olan iddiaçını məlumatlandırmamışdır. Alıcı məhz bu müqavilədən sonra paylı mülkiyyətçiyə çevrilmişdir. İlk müqavilə qanunvericiliyin tələblərini pozmaqla bağlanıb təsdiqləndiyindən, digər müqavilələr də qanunvericiliyin tələblərinin pozulması ilə rəsmiləşdirilmiş hesab olunur.
60. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlib ki, iddiaçının satın almaqda üstünlük hüququnun pozulması ilə həyata keçirilmiş - xx.xx.2021ci il tarixli 4Ə-1322 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli; xx.xx.2021-ci il tarixli 4Ə-1599 r eyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1752 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-2051 reyestr nömrəli və - xx.xx.2021-ci il tarixli 4Ə-2123 reyestr nömrəli alqı-satqı müqavilələri üzrə alıcı Cavabdeh10 satıcılara ödədiyi 7 müqavilə üzrə ümumilikdə 387 282,00 manat vəsaitin iddiaçı tərəfindən ona ödənilməsi müqabilində alıcının, yəni Cavabdeh10 hüquq və vəzifələri iddiaçıya keçməli və bunun müqabilində alıcının, yəni Cavabdeh10 hüquq və vəzifələri İddiaçı keçməlidir. Alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi ilə əlaqədar yuxarıda qeyd edilən alqı-satqı müqavilələri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh10 adına qeydiyyata alınmış hüquqların qeydiyyatı ləğv edilməlidir.
61. İddia tələb inin “alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi ilə əlaqədar bu hüquqlarının dövlət qeydiyyatına alınaraq bununla bağlı çıxarış verilməsi, iddiaçının paylı mülkiyyətindən istifadəsinə törədilmiş maneələrin aradan qaldırılması və edilən qəsdlərin qadağan edilməsi öhdəliyinin Cavabdeh10 üzərinə qoyulması” hissəsində birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, bu tələblər iddiaçının öz hərəkətləri ilə realizə edilə biləcəyindən, tələblərin məhkəmə qətnaməsi ilə təmin edilməsi hüquqi nəticə doğurmayacağından, təmin edilməməlidir.
62. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi barədə əraizəsi ilə bağlı göstərib ki, iddia ərizəsi kağız daşıyıcıda xx.xx.2022-ci il tarixdə, elektron qaydada isə xx.xx.2022-ci il tarixdə iddiaçının vəkili-nümayəndə si tərəfindən imzalanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1683/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1683/2022 saylı xx.xx.2022ci il tarixli qərardadı ilə isə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürülməməsi məlum olmuşdur. Həmçinin, mirasın iddiaçı tərəfindən qəbulu müddətinin ötürülməsi ilə bağlı cavabdehin mülahizəsinə münasibətdə Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən iddiaçı mirası qəbul etdiyindən miras açıldığı gündən mübahisəli əmlakın paylı mülkiyyətçisidir.
63. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respubli kası Konstitusiyasının 12.2, 13-cü, Mülki Məcəllənin 5.3, 213.1-213.3, 215.4-215.6, 218.1218.3, 324.1, 390.1, 337.1, 337.2, 1255-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarı, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
64. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 14 saylı Notariat ofisinin xüsusi notariusu X43 apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianını təmin edilən hissəsində ləğv, iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
65. Apellyasiya şikayətinin dəlilləri: - həmin müqavilələr rəsmilləşdirilərkən iddiaçının, ümumiyyətlə, paya dair mülkiyyət hüququ olmamışdır. Satın almaqda üstünlük hüququ isə yalnız paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisinə şamil olunur. Digər tərəfdən isə iddiaçı həqiqətən də miras əmlakı faktiki qəbul edərək, onu qəbul etmişdirsə, onda o zaman niyə digər payların satılmasında xəbər tutmaması sual doğurur; - əmlakın mülkiyyətçisi miras qoyan X42r, o da xx.xx.2011-ci ildə vəfat etmişdir. O, vəfat edərkən, iddiaçının atası X78 faktiki olaraq əmlakı qəbul etmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Beləliklə, i şin hallarına görə iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla miras açıldığı zaman orada yaşamamış və özünün iddia ərizəsində qeyd etdiyi kimi faktiki olaraq başqa ünvanda daimi olaraq yaşamışdır. İddiaçı üstünlük hüququnun həyata keçirilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulmuş 3 aylıq müddəti də üzürlü səbəb olmadan itirmişdir.
66. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7292/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 İsmayıl qızı, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrində göstərilən alı cının hüquq və vəzifələrinin iddiaçıya keçməsi və s. tələbinə dair” iddiası təmin edilməmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)
67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayarq qeyd edib ki, iddiaçının atası xx.xx.2020-ci il tarixdə ölmüşdür, həmin vaxtdan sonra iddiaçı uzun müddət mirasın qəbulu ilə bağlı hərəkətsizlik göstərmişdir. Birinci alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Həmin vaxt isə iddiaçının vərəsə olması barədə notarius məlumatlı ola bilməzdi. Nə qədər ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, hesab olunur ki, o, mirası faktiki qəbul etmişdir, qəbul edilmiş miras isə vərəsənin mülkiyyəti sayılır. Lakin həmin məzmunda «mülkiyyət» virtual xarakter daşıyır, çünki bu hüququn rəsmiləşdirilmədən realizə edilməsi mümkün deyildir. Həmin əmlak (mülkiyyət) üzərində sərəncam vermək səlahiyyəti yalnız bu hüququ rəsmiləşdirdikdən (vərəsəlik şəhadətnaməsi və onun əsasında çıxarış aldıqdan) sonra yaranır.
68. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 4Ə1322 saylı işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08A/905 saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən ar ayışda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləri barədə məlumat aşağıdakı kimi qeyd edilmişdir: -
1. X88 – 29/100 hissədən – 2 otaq (qeydiyyat nömrəsi 30/19136, qeydiyyat tarixi: xx.xx.2001); -
2. X63 – 29/100 hissədən – 1 otaq; -
3. Cavabdeh4 – 29/100 hissədən – 2 otaq; -
4. Cavabdeh6 İsmayıl qızı – 29/100 hissədən – 1 otaq; -
5. X76 – 14,5/100; -
6. X7 – 29/100 hissədən – 1 otaq; -
7. X31 – 14,5/100 (qeydiyyat nömrəsi 110627388, qeydiyyat tarixi: xx.xx.2006); -
8. X23 – 29/100 hissədən – 2 otaq.
69. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən vurğulayıb ki, birinci alqı-satqı müqaviləsi bağlanan zaman məlum olan vərəsələrin razılığı alınmış, onlara bildiriş göndərilmişdir. Müqavilənin rəsmiləşdirilməsi zamanı notarius tərəfindən hər hansı pozuntuya y ol verilməmişdir. Çıxarışda olan şəxslərə bildiriş göndərilibgöndərilməməsi araşdırılmış, həmin şəxlərə bildiriş göndərilməsi müəyyən edilmişdir. İddiaçı barədə notariusun məlumatı olmamışdır və məlumatlı olması, həmçinin iddiaçının sonradan mirasın qəbulu ilə bağlı hər hansı müraciət etməsini ehtimal etməsi mümkün deyildir. Bir halda ki, həmin vaxt iddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı hər hansı müraciət edilməmişdir, belə olan halda, birinci alqı-satqı müqaviləsi bağlanan zaman notariusun iddiaçıya da təklif göndərilməsi barədə tələbə riayət edilməsini yoxlamaq kimi zərurəti olmamışdır.
70. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən iddiaçının hər hansı hüququnun pozulması halı baş verməmişdir.
71. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 218.1218.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
72. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
73. Kassasiya şikayəti belə əsaslandırlıb: - apellyasiya instansiyası məhkəməsi 14 saylı notariat ofisinin xüsusi notariusu X43 tərəfindən edilmiş qanunsuzluğa guya ki, iddiaçı Aslanova (Hafizli) Aynur Həsən qızının həmin vaxt, yəni xx.xx.2021-ci il tarixdə vərəsə olması barədə notariusun məlumatının olmaması kimi əsassız bir yanaşma ilə haqq qazandırmağa çalışmışdır. Amma apellyasiya insta nsiyası məhkəməsi nədənsə iddiaçının vərərsəlik işinin də məhz həmin notariat ofisində açılması nüansını yaddan çıxarmış və ya görməzdən gəlmişdir. Halbuki, məhz 14 saylı notariat ofisinin xüsusi notariusu X43 həmin vərəsəlik işini də özü açmışdır: - “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haq qında» Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə iddiaçının satınalmaqda üstünlük hüququnun pozulduğunu təsdiq edir; - konkret halda 14 saylı notariat ofisinin xüsusi notariusu X43 tərəfindən məhz ümumi mülkiyyətdə olan mənzilin alqı-satqısı aparıldığı zaman yuxarıda qeyd olunan qaydalara riayət edilmədiyindən həmin müqavilələr iddiaçının satın almaqda üstünlük hüququnun pozulması ilə bağlanmış hesab edilməli idi. Amma nədənsə apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı ilə müəyyən edilmiş halları da görməzdən gəlməklə qanunsuz qərar qətnamə qəbul etmişdir; - xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi iddiaçının hüquqlarının pozulması ilə r əsmiləşdirilmişdir. Həmin müqavilə rəsmiləşdirilərkən notarius tərəfindən satıcının digər mülkiyyətçilərə həmin bildirişləri göndərib-göndərməməsi, ümumiyyətlə yoxlanılmamış, satıcının ərizəsinə əsasən müqavilə təsdiq edilmişdir. Bununla da Mülki Məcəllənin 218.2ci maddəsinin pozulduğu aşkar surətdə görünsə də, apellyasiya instansiyası məhkəməsi 14 saylı notariat ofisinin xüsusi notariusu X43 tərəfindən edilmiş qanunsuzluğa haqq qazandırmaq üçün qeyd edib ki, guya iddiaçının həmin vaxt, yəni xx.xx.2021-ci il tarixdə vərəsə olması barədə notariusun məlumatlı ola bilməzdi. Nə qədər ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, hesab olunur ki, o, mirası faktiki qəbul etmişdir, qəbul edilmiş miras isə vərəsənin mülkiyyəti sayılır. Lakin həmin məzmunda «mülkiyyət» virtual xarakter daşıyır, çünki bu hüququn rəsmiləşdirilmədən realizə edilməsi mümkün deyildir. Həmin əmlak (mülkiyyət) üzərində sərancam vermək səlahiyyəti yalnız bu hüququ rəsmiləşdirdikdən (vərəsəlik şəhadətnaməsi və onun əsasında çıxarış aldıqdan) sonra yaranır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
74. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin büt ün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv ed ilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir
76. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti üçüncü şəxsin apellyasiya şikayəti üzrə yalnız iddianın təmin edilən hissəsində olub, iddianın təmin edilməyən hissəsi mübahisələndirilməyib. Buna görə də qətnamənin tam yoxlanılmnası dedikdə, apellyasiya baxışının predmeti olan hisssə başa düşülür.
77. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Apellyasiya məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlib.
80. İddia tələbi alıcı Cavabdeh10 satıcılara 7 müqavilə üzrə ödədiyi ümumilikdə 387.282,00 manat vəsaitin iddiaçı tərəfindən ona ödənilməsi müqabilində alıcının, yəni Cavabdeh10 hüquq və vəzifələrinin iddiaçıya keçməsi, alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi barədədir. İddiaçı tələbinin əsas kimi həmin müqavilələr bağlanan zaman onun paylı mülkiyyətçi kimi satı n almaqda üstünlük hüququnun pozulmasına istnad edib.
81. İddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 218-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 218.1-ci maddəsinə görə ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən isə payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildiri şin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
82. Qeyd edilən əsasla iddianın təmin edilməsi üçün həmin maddənin dispozitiv şərtləri mövcud olmalıdır: şəxs özgəninkiləşdirilən əmlakın paylı mülkiyyətçisi olmalı, ümumi paylı mülkiyyət hüququndakı payı üçüncü şəxsə satarkən satıcı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qalan mülkiyyətçilərə bildiriş verməmlidir. Bu qayda payın üçüncü şəxsə deyil, paylı mülkiyyətçilərdən birinə satılması halına aid deyil.
83. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından isə görünür ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçı satılan əmlakın mülkiyyətçisi olmamışdır. Belə ki, müəyyən edilib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08A/905 saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləri barədə məlumatda iddiaçının adı mülkiyyətçi kimi keçmir. Həmin arayışda evin mülkiyyətşiləri kimi X88, X63, Cavabdeh4, Cavabdeh6 İsmayıl qızı, X76, X7, X31 və X23 qeyd edilib.
83. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının satılan əmlakın paylı mülkiyyətçisi olması barədə reyestr qeydinin mövcud olmadığı, başqa sözlə, Mülki Məcəllənin 218.1-218.2-ci maddələrini dispozitv şərtləri müəyyən edi lmədiyindən, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının özgəninkiləşdirlən əmlakı satın almaqda üstünlük hüququ da mövcud olmamışdır.
84. Həmçinin müəyyən edilib ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra digər müqavilələr bağanarkən isə əmlak artıq paylı mülkiyyətçi olan Cavabdeh10 satılmışdır. Nəzər alınsa ki, əmlakı satın almaqda üstünlük hüququ əmlakın yalnız üçüncü şəxslərə satılması zamanı qüvvədə olur, belə olan halda, sonrakı müqavilələr bağlanan zaman da iddiaçının satın almaqda üstünlük hüququnun pozulmaması barədə apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
85. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 67-71-ci bəndlərində əks ed ilən hüququ dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks edilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mirasın qəbulu, onun rəsmiləşdirilməsi, mülkiyyət hüququnun rəsmiləşdirilmədən realizə edilməsinin mümkünsüzlüyü, əmlakın satıldığı vaxt mülkiyyətçilərin dairəsi, notariusun vəzifələri və s. barədə işin həllinə təsir edən hallara qiymət vermiş və maddi hüquq normalrını işin hallaırna uyğun laraq düzgün tətbiq etmişdir.
86. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu dəlillər iddianın təmin edilməsinə yönələn dəlillər olmuş və apellyasiya instansiyası məhkəməsi məhz həmi sdəlillərə qiymət verməklə iddianı təmin etməmişdir.
87. Məhkəmə kollegiyası qeyd olunanlara əsas ən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
88. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7292/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.