Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1818/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1223/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki rayonu Aqrar İslaha t Komissiyasının xx.xx.2002-ci il tarixli 06 saylı qərarı ilə Cavabdeh2 Şəki rayonu İ Biləcik kəndində 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Cavabdeh2 adına xx.xx.2004-cü il tarixli JN 0048, kod 40404068 torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.
2. Mübahisəli torpaq sahəsinin Cavabdeh2 tərəfindən İddiaçı satılması barədə xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsi Şəki rayon 1 saylı dövlət notariat konturu tərəfindən təsdiqlənmişdir.
3. Mübahisəli torpaq sahəsi xx.xx.2021-ci ildə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncunun adına **********193 qeydiyyat nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli elektron qaydada təqdim edilən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2009-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istəmişdir. Ona məlum olmuşdur ki, Cavabdeh2 Şəki rayonu, Birinci Biləcik kəndində yerləşməklə mülkiyyətində olan torpaq sahəsini satmaq istəyir. Cavabdehlə görüşüb torpaq sahəsini almaq istədiyini bildirmişdir. Cavabdeh də onunla razılaşmışdır. 2009-cu ildə aralarında şifahi razıla şma olmuş və həmin torpağı cavabdehdən alaraq oranı təmizləyərək orada fındıq bağı salmışdır. Sonradan yəni 2015-ci ildə cavabdehin mülkiyyətində olan Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən 0,4388 ha torpaq sahəsinin alğı-satqı müqaviləsi üzrə rəsmiləşdirilməsi üçün notariat kontoruna getmişlər. Nəticə etibarı ilə Şəki rayonu 1 saylı dövlət notariat kontorunda 23 noyabr 2015-ci il tarixdə Cavabdeh2 mülkiyyətində olan 0,4388,11 ha torpaq sahəsinin ona satılmasını təsdiq edən AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi bağlamışlar. Həmin müqavilənin 6-cı bəndində qeyd edilmişdir ki, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyy atı tarixindən əmələ gəlir. Göstərmişdir ki, o, satın aldığı torpaq sahəsini kiməsə satmaq, kiməsə icarəyə vermək, kiməsə bağışlamaq fikrində olmadığı üçün, yəni torpaq sahəsi ilə bağlı hər hansı bir sərəncam vermək fikri olmadığı üçün həmin torpaq sahəsinə öz adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almamışdır. Bu vəziyyətdən sui-istifadə edən Cavabdeh2 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi haqqında məlumatı gizlətmiş, ona satdığı torpaq sahəsinə 26 oktyabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəli elektron qaydada təqdim edilən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışdır. Bildirmişdir ki, 23 noyabr 2015-ci il ta rixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin 7-ci bəndində qeyd edilmişdir ki, alğı-satqı müqaviləsi təsdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka aid sənədləri alıcıya verməyə borcludur. Cavabdeh2 alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinə dair Kod 40404068, JN48 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktını da ona təqdim etmişdir. Ona görə də o, tam əmin olmuşdur ki, rəsmi alğı-satqı müqaviləsi ilə aldığı torpaq sahəsinə cavabdehin və ya qeyrisinin adına hər hansı bir sənədləşmə aparıla bilməz. 27 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada cavabdehdən aldığı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 19 noyabr 2021-ci il tarixli cavab məktubundan ona məlum olmuşdur ki, cavabdehin ona satdığı torpaq sahəsinə 26 oktyabr 2021-ci il tarixdə öz adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Rəsmi qaydada cavabdehdən aldığı torpaq sahəsinin cavabdehin adına dövlət qeydiyyatına alınması onda müəyyən narahatçılıqlar yaradır. Belə ki, cavabdeh həmin torpaq sahəsini başqa şəxsin adına dövlət qeydiyyatına aldırıb gələcəkdə onun həmin torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə maneçilik törədə bilər. Sözü gedən torpaq sahəsini 2009-cu ildə cavabdehdən almış, 2015-ci il tarixdə rəsmiləşdirmişdir. Həmin torpaq sahəsində özü üçün fındıq bağı salmışdır. Cavabdehə torpağa dair çıxarış aldığını bildirdikdə, cavabdeh ona həmin çıxarışı səhvən aldı ğını bildirmişdir. Daha sonra cavabdehə bu barədə bildirdikdə, cavabdeh ona demişdir ki, o, sosial müdafiə fonduna müraciət etdikdə, məlum olmuşdur ki, onun adına torpaq sahəsi var. O da düşünmüşdür ki, bəlkə ona miras qalmış başqa torpaq sahəsidir. Ona görə də, öz adına çıxarış almışdır. Göstərdikləri ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 28 may 2022-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək bildirmişdir ki, Cavabdeh2 İddiaçı ona qarşı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə iddia tələbini qəbul etmir. Cavabdeh2 iddiaçıya özünə məxsus torpaq sahəsinin satılması barədə razılığa gəlməmişdir. Atasına məxsus torpaq sahəsini iddiaçıya satarkən dövlət aktında ailə üzvləri kimi onların adları olduğundan onların da razılığı tələb olunduğu demişdir. O, sahədə işləyərkən onun yanına gələrək özünə məxsus maşında həmin razılıq sənədinə imza etdirmişdir. O, heç bir notariat xidmətinə getməmiş, özünə məxsus heç bir əmlakın satılması barədə iddiaçı ilə razılığa gəlməmişdir. Müqaviləyə nəzər yetirəndə 4388,11 kv/m torpaq sahəsinin satış qiymətinin 350 manata satıldığı görsənir. Bu isə o deməkdir ki, torpağın 1 hektarı 100 manatdan da aşağı qiymətə satılmışdır. Halbuki həmin dövrdə onun maddi imkanı var idi və heç bir halda 350 manat müqabilində 0.44 ha torpaq sahəsini 350 manata satmazdı. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Göründüyü kimi, dövlət yalnız qeydiyyata alınan hüquqların toxunulmazlığına təminat verir. İddiaçı Cavabdeh2 qarşı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 avqust 2022-ci il tarixli, e-2(075)-1205/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin edilmiş, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlə iddiaçı arasında mübahisə predmeti olan torpaq sahəsi üzrə alğı-satqı müqaviləsi mövcuddur. Satıcı olan cavabdeh alğı-satqı müqaviləsinin müddəalarına görə torpaq sahəsini faktiki olaraq 2009cu, rəsmi olaraq isə 2015-ci ildə iddiaçı olan alıcının mülkiyyətinə vermiş, iddiaçı da torpaq sahəsini qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) cavabdehə ödəmişdir. Cavabdeh alğı-satqı müqaviləsində nəzərdə tutulan torpaq sahəsini də de-yure olaraq iddiaçıya vermişdir. Beləliklə də Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən iddiaçının daşınmaz əmlak olan qeyd edilən mübahisəli torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlmişdir. Bundan başqa iddiaçı qeyd edilən torpaq sahəsini gələcəkdə daşı nmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyata aldıraraq sərəncam hüququ əldə etməklə tam mülkiyyətə “gözlənilən” hüququ vardır.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 139-1.1.3, 140, 144.1, 144.2, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 157.8, 567, 568.1, 568.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmışdır.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya insta nsiyası məhkəməsi) 2(107)-1223/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Şəki Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(075)-1205/2022 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmiş, iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh2 adına verilmiş 26 oktyabr 2021ci il tarixli ********** qeydiyyat nömrəli elektron qaydada təqdim edilən hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış Şəki rayon AİK-nın xx.xx.2002-ci il tarixli 06 saylı qərarına əsasən verilmiş 1 (bir) nəfərin adına tərtib edilmiş 1 sentyabr 2004-ci il tarixli JN 0048 kod 40404068 olan Dövlət Aktı əsasında verilmişdir. Ona görə də hazırki halda dövlət orqanları tərəfindən verilmiş mülkiyyət sənədlərinin ləğv edilməsi tələbinə mülki mühakimə icraatında baxıla bilməz. Birinci instansiya məhkəməsi iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iddiaçı inzibati orqan tərəfindən qərar qəbul edilməsini xahiş edir.
14. Məhkəmə gəldiyi nəticəni MPM-in 2.1, 2.2, 261.0.1, 262.1, 262.3, 372.1, 372.7, 384.0.5, 387, 400, 402.2.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2. 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarına, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumunun 19 may2014-cü il tarixli Qərarında izah olunmuşdur ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0,4388,11 ha torpaq sahəsini 23 noyabr 2015-ci il tarixdə AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satmış və həmin torpaq sahəsi ilə bağlı cavabdehin heç bir hüq uqu qalmadığı halda ona 26 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Həmin çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, İddiaçı iddia tələbinə mülki icraat qaydasında Şəki Rayon Məhkəməsində baxılmalı idi. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı qəbul etməyi qanunsuz və ədalətsiz olmaqla yanaşı, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə maneçilik törədən Cavabdeh2 maraq və mənafeyinə xidmət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
18. Maddə 261.0.1 Hakim iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydas ında baxılmalı deyildirsə iş üzrə icraata xitam verir.
19. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində iddiaçı qərardadı tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadı nın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında bu qənaətə gəlmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində sözügedən torpaq sahəsinə dair cavabdehin adına aparılmış mülkiyyət qeydinin əsasında AİK-nın xx.xx.2002-ci il tarixli 06 saylı qərarı ilə tərtib olunmuş 1 sentyabr 2004-ci il tarixli, JN 0048 kod 40404068 olan Dövlət Aktı dayanır.
25. Bu hal ona dəlalət edir ki, mübahisə edilən qeydiyyat (çıxarış) mülki hüquqi əqd əsasında deyil, inzibati akt əsasında aparılmışdır. Belə olan halda həmin qeydin ləğv edilməsinə dair iddiaya mülki mühakimə icraatında baxıla bilməz.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti nə dair” 10 aprel 2015-ci il tarixli Qərarına əsasən, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəs ində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. Qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya məhkəməsinin mülki iş üzrə icraata xitam verməsi yuxarıda göstərilən prosessual hüquq normlarına uyğun olmuşdur və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1223/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.