Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1828/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki ş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyab r 2019-cu il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin 07 iyun 2019-cu il 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Qubadov, iş № 2(035)-294/19) iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi apellyasiya şikayəti vermişdi r. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən və məruzəçi, M.Əsədli və İ.Quliyev, iş № 2(106)-3585/18) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Zərdab Rayon Məhkəməsinin 07 iyun 2019-cu il 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 artıq ödənilmiş ÜDSY 3799.68 manat və Cavabdeh2 artıq ödənilmiş ÜDSY 3927.84 manat məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatlar ı təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, onlar hər hansı səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının nümayəndəsi və vəkili X5 izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Hazırki iş üzrə iddiaçı cavabdehlər Cavabdeh1 artıq ödənilmiş ÜDSY görə 3799.68 manat, Cavabdeh2 artıq ödənilmiş ÜDSY görə 3927.84 manat pulun geri alınmasını iddia edir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Zərdab RİHB-nın Bıçaqçı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 97 saylı, 01.04.2019-cu il tarixli arayışdan görünür ki, Zərdab rayonunun Bıçaqçı kənd sakini X1 İƏD üzrə nümayəndəliyin 5 saylı təsərrüfatbaşına kitabında ayrı təsərrüfatdır və aşağıdakı kimi ailə tərkibi vardır: arvadı X7- işləmir, qızı X9- şagird, oğlu X10 şagird. Kitab tərtib ediləndə onun təsərrüfatında qeyd edilməsinə baxmayaraq anası X2 3 ildən artıq müddətdir ki, böyük oğlu X14 ilə birlikdə yaşayır. İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət şöbəsi tərəfindən 13-28 dekabr 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsində aparılan araşdırma zamanı Zərdab rayonunun Bıçaqçı kənd sakinləri Cavabdeh1 və Cavabdeh2 təmsilçisi olduqları ailəsinə VEMTAS tərəfindən 01.01.2017-ci il tarixdən 01.01.2019-cu ilədək aylıq məbləği, uyğun olaraq 158.32 manat və 163.66 manat olmaqla, 2 il müddətinə təyin olunmuş ÜDSY işlərinin monitorinqi olmuş, yerində ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmış, müəyyən olunmuşdur ki, cavabdehlər ÜDSY-nin verilməsi üçün müraciət edərkən ərizə-bəyannamədə ailə tərkibi və şəxsi yardımçı təsərrüfat məlumatları düzgün göstərməmişlər. Belə ki, Elşin Məmişov şəxsi təsərrüfatında 5 baş inəyi olmasına və anası Xəzilənin onunla yaşamasına baxmayaraq ərizə-bəyannamədə həmin məlumatları, o cümlədən Ofeliya Valikova şəxsi təsərrüfatında 2 baş inəyi olmasına və qaynanası Bədircahanın onunla yaşamasına baxmayaraq ərizə-bəyannamədə həmin məlumatları göstərməmişdir. Bu səbəbdən Nazirliyin Aparatının Daxili nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 37 saylı qərarı ilə təsdiq edilmiş “ÜDSY alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.7-ci bəndinə istinad olaraq dayandırılmasına və qanunvericiliyə müvafiq olaraq artıq ödənilmiş ÜDSY-ın geri qaytarılmasına qərar verilmişdir. Göründüyü kimi inzibati orqan cavabdehl ərə verilən ÜDSY-nin əsassız olaraq verilməsini müəyyən edərək məbləğlərin ödənilməsinin dayandırılması və həmin məbləğlərin geri qaytarılmasına dair inzibati akt qəbul edərək həmin məbləğin geri qaytarılmasına dair tələb irəli sürmüşdür. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi icrası «İcra Haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra olunur. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusi yyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 72-ci maddəsində inzibati orqanların qəbul etdiyi inzibati aktlardan inzibati şikayətin inzibati qaydada və ya məhkəmə qaydasında verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarının 5.1 və 7.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pul tələblərinin icra edilməsi digər növ inzibati aktların icra edilməsindən fərqlənir. Hazırkı icraat daxilində tələb yönəldilmiş borclu inzibati akt ilə üz ərinə konkret hərəkəti həyata keçirmək vəzifəsi qoyulmuş şəxsdir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. Bundan sonra məhkəmə qaydasında icra sənədinin əldə edilməsinə heç bir ehtiyac yoxdur. Tələbin icraya yönəldilməsi haqqında qərar birmənalı şəkildə hansı tələbin (məbləğ, forma, müddət) irəli sürüldüyünü əks etdirməlidir. Bu qərar özü müstəqil olaraq inzibati akt hesab edilir və ona qarşı müstəqil qaydada inzibati şikayət və inzibati iddia (mübahisələndirmə) irəli sürülə bilər. Göstərilənlərə istinad edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının qəbul etdiyi inzibati akt faktiki olaraq müvafiq olaraq icraya yönəldilməli olan sənəddir. Həmin qərarda inzibati orqanın gəlmiş olduğu nəticəsi ilə bağlı yeni dən məhkəmə qərarının əldə edilməsinə ehtiyac yoxdur. İzah olunmalıdır ki, inzibati orqan müvafiq olaraq artıq tutulması qərara alınmış pul məbləğinin yenidən məhkəmə qaydasında tutulmasına dair tələbi irəli sürməli deyil, müvafiq olaraq qəbul edilmiş və özlüyündə icra sənədi sayılan inzibati aktı icra edilməsi üçün müvafiq icra qurumuna göndərməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim işin icraatına xitam verir. Həmçinin qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 90.1-ci, “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 13 sentyabr 2011ci il tarixli qərarında da vurğulanmışdır ki, vergi orqanı məhkəməyə yalnız siyahıya alınmış əmlakın açıq hərracda satılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmək hüququna malikdir. Digər hallarda, vergi borcunun alınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədən kənar qaydada həll olunur. Vergi ödəyicisinin zəruri və kifayət olan həcmdə siyahıya alınacaq əmlakının olmaması isə vergi orqanına vergi borcunun məhkəmə qaydasında tutulması ilə bağlı iddia qaldırmasına əsas ola bilməz.” Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamı ş saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 06 noyabr 2019-cu il tarixli 2(106)3585/18 saylı qətnaməsi ləğv olunsun. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki ş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1828/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1828/2020
02.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver