Məhkəmə qərarları › İş №2(102)-1834/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1834/2021

20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1834/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 20.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1890/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra cavabdeh) 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 19030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, “xxxx” MMC (VÖEN **********) 17 may 2004-cü il tarixdən 10 saylı Ərazi Vergilər İdarəsində MMC kimi qeydiyyata alınmışdır. MMC-nin qanuni təmsilçisi İddiaçıdur.

3. Həmçinin o da mübahisə edilmir ki, Cavabdeh MMC (VÖEN **********) 09 mart 2007-ci il tarixdən 10 saylı Ərazi Vergilər İdarəsində MMC kimi qeydiyyata alınmışdır. Cavabdeh MMC-nin əvvəlki qanuni təmsil çisi X2 olmuş, MMC-nin Müşahidə Şurasının 05 fevral 2019-cu il tarixli qərarı ilə X2 tutduğu vəzifədən azad edilmiş, qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə X3 təyin olunmuşdur.

4. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, “xxxx” MMCnin direktoru İddiaçı ünvanlanmış məktubla Cavabdeh MMC-nin direktoru X Cavabdeh MMC müəssisəsi olaraq aldıqları səpin aqreqatının 7500 manat və su kanal açan avadanlığının 1000 manat, cəmi 8500 manat dəyərini son tarix olaraq 28 sentyabr 2016-cı il tarixədək nəğd vasitə ilə ödəyəcəklərinə zəmanət vermişlər.

5. İddiaçı bildirir ki, cavabdeh İsmayıllı rayonun İvanovka kəndində fəaliyyət göstərir. Müxtəlif sahələrlə yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə də məşğul olur. Cavabdeh təşkilata 2015-ci ildən b aşlayaraq müxtəlif kənd təsərrüfatı texnikaları satmışdır və pulunu da razılaşdıqları vaxtlarda almışdır. Həmin vaxtlarda direktor işləyən X yaxından tanımışdır. Aralarında etibar və inam yaranmışdır. Sonuncu dəfə 2016-cı ilin sentyabr ayının əvvəllərində MMC-yə 7500 manat dəyərində 1 ədəd səpin aqreqatı və 1000 manat dəyərində 1 ədəd kanal açan avadanlıq satmışdır. MMC-nin rəhbərliyi kənd təsərrüfatı texnikalarının cəmi dəyəri olan 8500 manat pulu 28 sentyabr 2016-cı il tarixədək nəğd şəkildə ödənilməsini öhdələrinə götürmüş və bu barədə zəmanət də verilmişdir. Cavabdeh tərəfindən ötən müddət ərzində müxtəlif bəhanələr gətirilərək borcun ödənilməsi təmin olunmamışdır. Dəfələrlə MMC-nin bir neçə əməkdaşı ilə telefon əlaqəsi saxlanılsa da onlar MMC-nin direktoru işləmiş X işdən çıxdığını, o nun verdiyi zəmanət sənədinin heç bir əhəmiyyəti olmadığını, hazırkı rəhbərliyin isə borcu ödəməyəcəyini bildirmişlər. ”O, həmin kənd təsərrüfatı texnikalarını xarici ölkədən alaraq Azərbaycana gətirir.” Texnikaların pulunu” dollarla ödəməsinə baxmayaraq respublika ərazisində manatla satır. Cavabdehə texnikaları satdığı vaxt 1 ABŞ dollarının kursu 1,05 manat olmuşdur. Həmin texnikaların qiyməti hazırda 2 dəfəyə yaxın artmışdır. Əgər cavabdeh razılaşdıqları vaxtda yəni, 2016-cı ilin sentyabr ayında onun pulunu qaytarsaydı həmin ərəfədə yeni texnikalar alıb ölkəyə gətirərdi. Hazırda dolların kursunun 1,70 manat olması nəzərə alınarsa” cavabdeh təşkilatın hərəkətləri nəticəsində xeyli miqdarda fayda ”onun əlindən çıxmışdır.” Hesab edir ki, cavabdehin məqsədi etibarından sui istifadə edərək onu aldatmaq olmuşdur. Cavabdeh təşkilatın bu hərəkətləri nəticəsində o, mənəvi sarsıntı keçirmiş, qısa müddətli müalicələr almağa məcbur olmuşdur. Borcunu almaq məqsədi ilə bir neçə dəfə Bakı şəhərindən MMC-nin fəaliyyət göstərdiyi İsmayıllı rayonun İvanovka kəndinə gəlib-getmişdir. Bu illər ərzində yollara 500 – 600 manat pul xərcləyərək maddi ziyana düşmüşdür. Məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu da ödəmişdir. O, cavabdehdən 8500 manat əsas borc, 8000 manat əldən çıxmış fayda, 2000 manat mənəvi zərər, 500 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 19030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. Cavabdehin nümayəndəsi bildirir ki, cavabdeh müəssisə 8500 manat məbləğində öhdəliyi “xxxx” MMC qarşısında götürmüş və alınmış texnik aların pulu “xxxx” MMC-yə nağd qaydada ödənilmişdir, bu səbəbdən cavabdeh müəssisə yenidən həmin borca görə məsuliyyət daşımamalıdır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli ”(hakim R.Şirinov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ”Cavabdehndən 8500 manat əsas borc, 2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyan və 30 manat dövlət rüsumu – cəmi 10730 (on min yeddi yüz otuz) manat məbləği alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat (VÖEN **********) 09 mart 2007-ci il tarixdən 10 saylı Ərazi Vergilər İdarəsində MMC kimi qeydiyyata alınmışdır. MMC-nin əvvəlki qanuni təmsilçisi X2 olmuş, hazırkı ”qanuni təmsilçi isə X. İddiaçı ilə cavabdeh təşkilat arasında 2016-cı ildə” kənd təsərrüfatı texnikalarının alqı-satqısı aparılmışdır. Həmin vaxt X MMC-nin qanuni təmsilçilik funksiyalarına malik direktoru vəzifəsində işləmiş, həmin vəzifədən 05 fevral 2019-cu il tarixdə azad olunmuşdur. Göründüyü kimi texnikaların alqısatqısı aparılan zaman MMCnin direktoru X olmuş, hazırda MMC ləğv olunmamış və fəaliyyət göstərir. MMC-nin direktorunun vəzifədən azad olunması həmin MMC tərəfindən aparılmış alqı-satqı üzrə borcların ödənilməsi öhdəliyindən cavabdehi azad etmir. Məhkəmə şərh olunanları və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara alır ki, iddia tələbi 8500 manat əsas borc tələbinə dair hissədə təmin olunmalıdır.

9. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda tələbinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin iddiaçıdan 2016-cı ildə 1 ədəd 7500 manat dəyərində səpin aqreqatı və 1 ədəd 1000 manat dəyərində kanal açan” kənd təsərrüfatı texnikalarını alaraq pulunu vaxtında ödəmədiyindən iddiaçı 8000 manat əldən çıxmış fayda tələb etsə də, məhkəmə həmin texnikaların xarici valyuta ilə alınaraq ölkəyə gətirildiyini və ötən müddət ərzində dolların kursunun 1,05 manatdan 1,70 manata qalxdığını,” texnikalarını pulunu vaxtında almadığından əldə edəcəyi gəlirlərin əldən çıxdığını və qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən - 2000 manat məbləğində təmin edilməsi əsaslıdır.

10. Bundan başqa məhkəmə iddia tələbinin 500 manat məbləğində maddi ziyan hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı həmin tələbinə dair məhkəməyə əsaslı sübutlar təqdim etməsə də ”pulunu almaq məqsədi ilə yaşadığı Bakı şəhərindən bir neçə dəfə İsmayıllı rayonun İvanovka kəndinə gəlib getməsi, iddia ərizəsinin hazırlanması və məhkəmə iclaslarına gəlib-getməsi üçün 200 manat məbləğində pul xərcləməsi ağlabatandır. Ona görə də məhkəmə qərara alır ki, iddia tələbinin həmin hissədə qismən 200 manat miqdarında təmin olunması qanunamüvafiqdir.

11. Həmçinin məhkəmə iddia tələbinin cavabdehdən 2000 manat mənəvi zərər tələbinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı iddia tələbində ona 2000 manat mənəvi zərər dəydiyini qeyd etsə də həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı mənəvi zərərin n ədə ifadə olunduğunu və ona hansı qaydada ziyan dəydiyini, bununla bağlı cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu hər hansı sübutla izah edə bilməmişdir. Ona görə də məhkəmə qərara alır ki, iddianın mənəvi zərər tələbinə dair hissəsi təmin edilməməlidir

12. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 329.2, 329.3, 329.4, 385.1, 425.1, 427.4, 443.1, 443.2, 443.3, 443.4, 448.1, 448.3, 449.1, 567, 600.1, Mülki Prossesual Məcəllənin 119.1, 214-220, 227.2, 227.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1 890/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov-sədrlik edən və məruzəçi, Ə.Məcidov və R.Rəfiyev) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli ”qətnaməsi qismən yəni- “2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyanın” Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi hissələrində” ləğv edilmiş, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin “2000 manat əldən çıxmış fayda, 200 manat maddi ziyanın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi” hissələrində təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli, 2(037)-418/2020 nömrəli” q ətnaməsinin cəmi borcun 10730 (on min yeddi yüz otuz) manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, həmin hissədə cəmi borcun 8530 (səkkiz min beş yüz otuz ) manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə (Cavabdehndən 8500 manat əsas borc və 30 manat dövlət rüsumunun alınması hissəsində) dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat (VÖEN **********) 09 mart 2007-ci il tarixdən 10 saylı Ərazi Vergilər İdarəsində MMC kimi qeydiyyata alınmışdır. MMC-nin əvvəlki qanuni təmsilçisi X2 olmuş, hazırkı qanuni təmsilçi isə X1r. İddiaçı ilə cavabdeh təşkilat arasında 2016-cı ildə kənd təsərrüfatı texnikalarının alqı-satqısı aparılmışdır. Həmin vaxt X MMCnin qanuni təmsilçilik funksiya larına malik direktoru vəzifəsində işləmiş, həmin vəzifədən 05 fevral 2019-cu il tarixdə azad olunmuşdur. Göründüyü kimi texnikaların alqısatqısı aparılan zaman MMC-nin direktoru X olmuş, hazırda MMC ləğv olunmamış və fəaliyyət göstərir. MMC-nin direktorunun vəzifədən azad olunması həmin MMC tərəfindən aparılmış alqı-satqı üzrə borcların ödənilməsi öhdəliyindən cavabdehi azad etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir.

16. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı öz apelyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sub utu məhkəməyə təqdim etməmiş, bunu yalnız öz mülahizələri əsasında əsaslandırmağa çalışmışdır. ””””””

17. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, bu apelyasiya şikayətininn dəlilləri qismən əsaslı olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması və dəyişdirlməsi üçün əsaslı olsa da, iddianın tam rədd edilməsi üçün əsaslı deyildir. ””””””

18. Kollegiya birinci instansiya məhkəməsinin əldən çıxmış fayda və maddi zərərlə bağlı gəldiyi bu mövqeyi ilə razılaşmamış və bununla bağlı aşağıdakıları qeyd etmişdir.

19. Əvvəla ona görə birinci instansiya məhkəməsi bu qənaətə gələrkən öz qətnaməsində əsaslandırmışdır ki, iddiaçı 1 ədəd 1000 manat dəyərində kanal açan” kənd təsərrüf atı texnikalarını alaraq pulunu vaxtında ödəmədiyindən iddiaçı 8000 manat əldən çıxmış fayda tələb etsə də, məhkəmə həmin texnikaların xarici valyuta ilə alınaraq ölkəyə gətirildiyini və ötən müddət ərzində dolların kursunun 1,05 manatdan 1,70 manata qalxdığını,” texnikalarını pulunu vaxtında almadığından əldə edəcəyi gəlirlərin əldən çıxdığını və qeyd olunan hüquq normalarının tələblərini nəzərə alaraq iddia tələbinin həmin hissədə qismən - 2000 manat məbləğində təmin edilməsi, maddi ziyanla bağlı isə 200 manat məbləğində pul xərcləməsi ağlabatandır və” iddia tələbi həmin hissədə qismən - 200 manat miqdarında təmin olunması əsaslıdır. ”””””

20. Kollegiya birinci instansiya məhkəməsinin bu əsaslandırmasına tənqidi yanaşaraq qeyd etmişdir ki, əvvəla iddiaçı iddia tələbinin bu hissəsini təsd iq edən sübutları məhkəməyə təqdim etməlidir ki, cavabdeh də buna qarşı öz etirazının əsaslarını təsdiq etsin. İş materiallarından isə göründüyü kimi iddiaçı tərəfindən belə bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə öz mülahizələri əsasında bunu əsaslandırmağa çalışmışdır. ”””” ””””””

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. ”””””””

22. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən” sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. ”””””

23. Buradan da göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbinin apelyasiya şikayəti vermiş cavabdehə münasibətdə “əldən çıxmış fayda, maddi ziyan” hissəsi ilə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmçinin” müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilmişdir.

24. Göründüyü kimi, iddia tələbinin bu dəlilləri kifayət qədər ziddiyyətli olmasını, yəni konkret olaraq cavabdeh tərəfin iddiaçıya” maddi ziyan vurmasını təsdiq etmədiyini birinci instansiya məhkəməsi nəzərə almayaraq ətraflı araşdırma aparmamışdır.

25. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin digər- yəni hazırki mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olmasına dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2-2(102)-068 nömrəli qərarı ilə iş məhkəmə aidiyyatı qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün İsmayıllı rayon Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddi açı fiziki şəxs olaraq hazırkı iddia ilə çıxış etmək hüququ yoxdur. Belə ki, cavabdeh müəssisə 8500 manat məbləğində öhdəliyi İddiaçı qarşısında deyil, “xxxx” MMC qarşısında götürmüş və alınmış texnikaların pulu “xxxx” MMC-yə nağd qaydada ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

37. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş q üvvəsi yoxdur. (maddə 88)

38. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

39. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

40. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

41. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır

43. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (38)

44. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh təşkilat arasında 2016-cı ildə kənd təsərrüfatı texnikaları olan səpin aqreqatının və su kanal açan avadanlığının alqı-satqısı aparılmışdır və bu müqavilə üzrə cavab deh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək texnikaların dəyərini ödəməmişdir.

45. Bununla bağlı cavabdehin verdiyi etirazların məzmunu və kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, qeyd edilən əmlaklara dair alqı-satqı müqaviləsi onunla iddiaçının qanuni təmsilçisi olduğu “xxxx” MMC arasında bağlanmışdır. Ona görə də İddiaçı fiziki şəxs olaraq hazırkı iddia ilə çıxış etmək hüququ yoxdur. Bundan başqa cavabdeh müəssisə 8500 manat məbləğində öhdəliyi İddiaçı qarşısında deyil, “xxxx” MMC qarşısında götürmüş və alınmış texnikaların pulu “xxxx” MMC-yə nağd qaydada ödənilmişdir.

46. Cavabdeh irəli sürdüyü dəlilləri təsdiq edən hal kimi ona istinad edir ki, yuxarıda qeyd edilən əmlakları aldıqları dövrdə iddiaçı “xxxx” MMC-nin direktoru olmuş və onlar məhz sonuncuya ünvanladıqları mə ktubda aldıqları əmlakların dəyərini 28.09.2016cı ilədək nəğd ödəmələrinə zəmanət vermişlər.

47. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün araşdırılmalı və hüquqi qiymət verilməli olan hallardan biri İddiaçı mübahisə predmeti olan və cavabdeh müəssisə tərəfindən satın alınmış texnikalara mülkiyyət hüququnun, yəni son nəticədə hazırkı iş üzrə iddianı qaldırmağa İddiaçı subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsidir.

48. Ona görə də apelyasiya instansiyası məhkəməsi işə yeni apelyasiya baxışında İddiaçı mübahisə predmeti olan texnikalara mülkiyyət hüququnun olubolmamasını araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.

49. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə ”prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

50. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1890/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar