Məhkəmə qərarları › İş №2(102)-1835/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1835/2020

18.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1835/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-11593/2019 saylı qətnaməsindən İddiaçı2 və cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli, iş № 2(009)-78/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 cav abdehlər “xxxx” MMC, Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Polis İdarəsinə qarşı maddi və mənəvi zərərin ödənilməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı1 məxsus N saylı evin 12 saylı mənzilinin 52,7 kv.metrdən ibarət olan ümumi sahəsinə 20 faiz artıq əlavə sahə hesablanmaqla “xxxx” MMC tərəfindən N saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında ona yeni və təmirli mənzilin verilməsi və həmin mənzil təqdim edilənədək 2017-ci ilin noyabr ayından onun müvəqqəti olaraq kirayə edilmiş mənzildə yaşaması üçün öz hesabına ödədiyi aylıq kirayə haqqının 400 manat məbləğində hesablanmaqla 8000 manat məbləğində pulun MMC tərəfindən İddiaçı1 ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə İddiaçı2 məxsus N saylı evin 7 saylı mənzilinin 2017-ci il üçün orta təmi rli vəziyyətdə bazar dəyəri kimi 225.000 manatın, 20 faiz əlavə kompensasiya hesablanmaqla 45.000 manatın və 2017-ci ilin noyabr ayından 2019-cu ilin iyul ayınadək 20 ay üçün onun müvəqqəti olaraq kirayə edilmiş mənzildə yaşaması üçün öz hesabına ödədiyi kirayə haqqının aylıq 400 manat məbləğində hesablanmaqla 8000 manat kirayə haqqı olmaqla ümumilikdə 278.000 manat məbləğində pulun MMC-dən İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda mənəvi ziyana görə cavabdehdən iddiaçıların hər birinin xeyrinə 5000 manat tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2 019-cu il tarixli qətnaməsi qismən - 20 faiz əlavə kompensasiya məbləğinin hesablanmaqla 45.000 manat məbləğində pul vəsaitinin MMC-dən İddiaçı2 xeyrinə tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi, qətnamənin ona aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2016-cı il tarixli sərəncamı ilə N qəsəbəsi ərazisində yerləşən və uzun müddətli istismar nəticəsində yararsız hala düşərək hazırda yararsız vəziyyətdə olan N ünvanında yerləşən 1-2 mərtəbəli yaşayış binalarının sökülməsinə və sahəsi 0,54 ha təşkil edən həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə “xxxx” MMC-yə icazə verilmişdir. Həmin sərəncamla ərazidə yerləşən yaşay ış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımı maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının MMC-nin vəsaiti hesabına həyata keçirilməsi müəyyən olunmuşdur. Lakin MMC tərəfindən yuxarıda göstərilən sərəncamın tələblərinin ziddinə olaraq həmin ərazidə yerləşən iddiaçılara məxsus mənzillərin yerləşdiyi bina özbaşına sökülməklə onlara maddi və mənəvi zərər dəydiyindən İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzillərinin bazar dəyərinin 140.000 manat və 230.700 manat təşkil e tməsini, mənzillərinin qanunsuz sökülməsi nəticəsində Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanına əsasən onlara mənzillərinin bazar dəyərinin 20 faiz miqdarında əlavə kompensasiya ödənilməli olmasının nəzərə alınmaqla onlara müvafiq olaraq 182.000 manat və 299.910 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin məbləğlərin və mənəvi ziyana görə onların hər birinin xeyrinə 50.000 manat MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini də xahiş etmişlər. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı1 iddia tələbindən imtina etdiyi üçün ona münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilmiş, İddiaçı2 münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 20 faiz miqdarında əlavə kompensasiyanın öd ənilməsinə dair hissədə ləğv edilərək həmin hissədə iddianın rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı2 kassasiya şikayəti verərək mənzilinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin tələblərinin pozulmaqla sökülməsini, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” x xxxxxx 2007-ci il tarixli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanının 2.3-cü maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 2 0 faiz miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsini, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın həmin hissədə əsassız olaraq rədd edilməsini əsas göstərməklə qətnamənin ləğv edilib iddia tələbinin tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi, İddiaçı2 mənzilinin əvəzinə ümumi sahəsi 74,6 kv.metr+20% kv.metrdən az olmamaqla yeni tikiləcək çoxmərtəbəli yaşayış binasında yeni və təmirli mənzilin verilməsi və ona qədər 2017-ci ilin noyabr ayından müvəqqəti olaraq kirayədə yaşaması üçün hər ay 342 ma nat hesablanmaqla kirayə haqqı məbləğinin ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı, onun vəkili və cavabdeh “xxxx” MMC-nin vəkili verdikləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsi, MMC-nin kassasiya şikayətinin təmin olunmamasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş və iş materialları ilə təsdiq olunan hallarından görünür ki, İddiaçı2 məxsus mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydalara zidd olaraq cavabdeh tərəfindən özbaşına sökülmüş və cavabdehin hərəkəti nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri və Mülki Məcəllənin 152-ci maddəsi ilə qorunan və müdafiə olunan mülkiyyət hüququ pozulmuşdur. Həmin pozuntu ilə əlaqədar iddiaçıya maddi və mənəvi zərər dəymişdir. İşin həmin halları tam sübuta yetirilməklə heç bir mübahisə doğurmur və iddiaçı bununla əlaqədar ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Müəyyən olunmuşdur ki, cavabdeh tərə findən sökülmüş iddiaçıya məxsus mənzilin 2017-ci il üçün bazar dəyəri 225.000 manat təşkil edir və bu, X2 xx xxx 2019-cu il tarixli rəyi ilə təsdiq olunmaqla işin həmin halı da mübahisə doğurmur. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya məxsus mənzilin bilavasitə sökülməsi nəticəsində ona mənzilin dəyəri həcmində maddi ziyan dəymişdir. (kirayə haqqı ilə əlaqədar dəymiş ziyandan başqa). İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanının 2.3-cü maddəsinə əsaslanaraq ona əlavə olaraq mənzilin bazar dəyərinin 20 faiz həcmində əlavə satınalma haqqı ödənilməsini tələb etmişdir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” x xxxxxx 2007-ci il tarixli Qanununun təsdiq edilməsi ha qqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli Fərmanının 2.3-cü maddəsinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus mənzilin dövlət ehtiyacları ilə bağlı alınmamasını əsas göstərməklə iddiaçıya 20 faiz ödənilməsinə dair hissədə qətnaməni ləğv edərək həmin hissədə iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, məhkəmə həmin nəticəyə iddiaçıya dəymiş ziyanın ədalətli ödənilməsi imkanını müzakirə etmədən gəldiyindən nəticə qanuni və əsaslı sayıla bilməz. İşin mübahisə olunmayan ha llarından görünür ki, iddiaçıya məxsus mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı tarixli qərarına uyğun olaraq verilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2016-cı il tarixli sərəncamının icrası ilə əlaqədar sökülmüşdür. Lakin həmin qərarda və sərəncamda söküntü işlərinin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi müəyyən olunsa da, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzil qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə sökülmüş, ona maddi və mənəvi ziyan vurulmuşdur. İddiaçı ona vurulmuş ziyanın ödənilməsini tələb etsə də uzun müddət ərzində tələbi ödənilməmiş, iddiaçı yeganə yaşayış yerindən məhrum olmaqla öz vəsaiti hesabına kirayədə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçıya məxsus mənzil dövlət ehtiyacl arı üçün alınmasa da, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz miqdarında əlavə satınalma haqqı onun kobud şəkildə pozulmuş hüquqlarının daha sərfəli və ədalətli ödənilməsini təmin etdiyindən iddiaçı mənzilinin dəyərindən əlavə 20 faiz miqdarında ona haqq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Kollegiya hesab edir ki, qanunun analogiyasından istifadə olunmaqla “Mülki Məcəlləyə də yişikliklər və əlavələr edilməsi barədə” x xxxxxx 2007-ci il tarixli Qanunun yuxarıda göstərilən normasının tətbiqi baxımından mübahisənin həlli imkanı müzakirə olunmalı idi. Əks təqdirdə şəxsin əmlakı dövlət ehtiyacları üçün alındığı təqdirdə o, daha üstün kompensasiya əldə etmək imkanı əldə edir, əmlakı qanunsuz olaraq məhv edildikdə isə o, daha aşağı səviyyədə (20% az) təminat əldə edir. Həmin uyğunsuzluq əmlakı məhv olmuş iddiaçının vəziyyətini (kompensasiyanın məbləği ilə əlaqədar) pisləşdirdiyindən, kollegiya hesab edir ki, işin həmin halı qanunun analogiyasından istifadə imkanının müzakirəsini labüd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 №-li qərarının 1-ci bəndinə görə məhkəmə qətnaməsi mülki və iqtisadi mü bahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mübahisəli hüquq münasibətində müəyyənliyin yaranması və pozulması iddia olunan hüquqların real bərpası təmin olunmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasd ır. Cavabdehin kassasiya şikayətində qətnamənin ləğv edilib iddiaçıya ümumi sahəsi 74,6 kv.metr və əlavə olaraq 20 faizdən az olmamaqla sökülən ərazidə tikiləcək binada mənzilin verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia tələbində maddi və mənəvi ziyanın ödənilməsi barədə tələb irəli sürüldüyündən və məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq həmin tələblər üzrə işə baxmalı olduğundan, kassasiya şikayətində tələb olunan qaydada qətnamə qəbul edilməsi qanunun yuxarıda göstərilən normasının müddəasına ziddir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçın kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2 019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar