Məhkəmə qərarları › İş №2(102)-1835/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1835/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1835/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, Cavabdeh5 MMC-yə, Cavabdeh6 ASC-yə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-yə və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna qarşı “protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair birinci, iddiaçı Cavabdeh3 Cavabdeh4, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh6 ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ikinci və iddiaçı Cavabdeh6 ASC-nin Cavabdeh3 qarşı “borcun alınması” tələbinə dair üçüncü iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, mənzil-tikinti kooperativinin tərtib etdiyi protokoldan çıxarışın və mənzilin dövlət qeydiyyatına alınması üçün sənədlərin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)2379/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkə məsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 07 avqust 2012-ci ildə müqavilə ilə Cavabdeh5 MMC Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 13, M9, m3) tikilərək İddiaçı təhvil verilməsi öhdəsinə götürmüş və MMC tərəfindən verilmiş arayışa əsasən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.

2. Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzil "xxxx" MMC (MTK)-nin üzvlərinin ümumi iclasının 195 nömrəli, 29 aprel 2021-ci il tarixli protokolundan çıxarışa, 01-M nömrəli, 29 aprel 2021-ci il tarixli maliyyə arayışına, 01-F nömrəli, 29 aprel 2021-ci il tarixli forma 2 arayışına əsasən 21 may 2021-ci il tarixdə Cava bdeh4 adına qeydiyyatdan keçmişdir.

3. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 18 noyabr 2021-ci il tarixli, 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsi ilə Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 13, M9, m3) alıcı-ipoteka qoyan Cavabdeh3 mülkiyyətinə vermiş, əmlakın dəyəri 170.000 manat qiymətləndirilməklə 70.000 manat alıcı tərəfindən, 100.000 manat isə ipoteka saxlayan Cavabdeh6 ASC tərəfindən 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kredit hesabına ödənilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. 4. 18 noyabr 2021-ci il tarixli, 202/21 sa ylı kredit müqaviləsi ilə kreditor qismində Cavabdeh6 ASC borcalan Cavabdeh3 300 ay müddətinə illik 8% faiz dərəcəsi ilə ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini üzərinə götürmüşdür.

5. Cavabdeh3 sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququ 30 noyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Cavabdeh6 ASC tərəfindən tərtib edilmiş 06 aprel 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 06 aprel 2023-cü il tarixə əsas borcu 99.682,44 manat, faiz borcu 9.712,41 manat olmaqla, cəmi borcu 109.394,85 manat təşkil edir.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli hökmü ilə X15 Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

8. Həmin hökmlə müəyyən olunmuşdur ki, X16 01 noyabr 2017-ci il tarixdən "xxxx" MTK-nın sədri kimi 02 avqust 2017-ci il tarixli nizamnaməyə əsasən kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, kooperativi təmsil etmək, kooperativin adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam vermək və s. öhdəliklərin yerinə yetirilməsinə səlahiyyətl i məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə ünvan 1 ünvanında yerləşən və 01 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X5 mülkiyyətində olmaqla yaşayış olmayan 37 nömrəli mənzili həmin binanın 07 avqust 2012-ci il tarixli müqavilə əsasında 80.000 ABŞ dollarına alınmış İddiaçı məxsus olan 38 nömrəli mənzili kimi təqdim edərək Cavabdeh4 aldatmaqla 29 aprel 2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib, imzası və MTKnın möhürü ilə təsdiq edərək, 29 aprel 2021-ci il tarix də Cavabdeh4 həmin mənzili ona guya 101.000 manata satmaq adı ilə aldadaraq ünvan 2 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh4 18 noyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeyd edilən mənzili 170.000 manata X4, bununla da qeyd olunan hərəkətləri ilə Cavabdeh4 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-yə, Cavabde h5 MMCya və Cavabdeh6 ASC-yə qarşı iddia ərizəsi ilə və Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 3 saylı evin 38 saylı mənzilinə dair Cavabdeh4 adına verilmiş "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, 29 aprel 2021-ci il tarixli protokolundan çıxarışın, 01-M nömrəli, 29 aprel 2021-ci il tarixli maliyyə arayışının, 01-F nömrəli, 29 aprel 2021-ci il tarixli forma 2 arayışının, Cavabdeh4 adına 21 may 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh3 arasında 12 saylı notariat ofisində bağlanmış 18 noyabr 2021-ci il tarixli, 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab e dilməsi, həmin sənədlər əsasında Cavabdeh3 adına verilmiş 30 noyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının həmin mənzilə mülkiyyət hüququnun tanınması və mənzilə dair adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh5 MMC ilə bağladığı 125 nömrəli, 07 avqust 2012-ci il tarixli sifariş müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə MMC tərəfindən inşa edilmiş 3 girişli yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan 38 nömrəli mənzilin dəyərini təşkil edən 80.000 ABŞ dolları məbləğində pul vəsaitini tam ödəməklə mənzili almışdır. Mənzilin ümumi dəyərinin tam olaraq ödənilməsi və borcun olmaması Cavabdeh5 MMC tərəfindən verilmiş “Maliyyə arayışı” ilə təsdiq olunur. Mənzilə dair müqavilə bağladığı gündən mənzil iddiaçının sahibliyində və istifadəsində olmuş, orada təmir işləri aparmış, həmin vaxtdan ailəsi ilə birgə həmin mənzildə yaşayır. 2021-ci ilin dekabr ayında iddiaçıya məlum olmuşdur ki, ona məxsus 38 saylı mənzil başqa şəxsə satılmışdır. O, bunun necə baş verə biləcəyini MMCnin rəhbəliyindən soruşduqda ona bildirilmişdir ki, 02 avqust 2017-ci il tarixdə Cavabdeh5 MMC-nin də təsisçiliy i ilə "xxxx" MTK təsis edilmiş və MTK-nın sədri X2. X19 iddiaçıya məxsus 38 saylı mənzil də daxil olmaqla bir neçə mənzili MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar vermək yolu ilə başqa şəxslərə təkrar satmışdır. X17 avtomobilində yanğın baş verdiyini, yanğın baş verən zaman Rafətin də avtomobilində olub-olmadığının dəqiq bilinmədiyini, onun harada olmasını bilmədiyini, yanğınla bağlı istintaq aparıldığını bildirmişdir. Bu məsələ ilə bağlı Cavabdeh4la danışıqlar zamanı sonuncu bildirmişdir ki, Rafət Qəniyev ona iddiaçının yaşadığı 38 saylı mənzili deyil, yanında yerləşən mənzili göstərmiş və həmin mənzilə baxıb bəyənərək almış, sonradan həmin mənzili Cavabdeh3 satmışdır. İddiaçının həmin vaxta qədər, MTK-nın təsis edilməsi, Rafət Qəniyevin MTK sədri olması və mənzili başqa şəxsə satılması barədə məlumatı olmamışdır. Məsələ ilə bağlı dərhal hüquq müstəvisində lazımı addımların atılması üçün vəkilə müraciət etmişdir. 28 yanvar 2022-ci il tarixli vəkil sorğusu ilə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib-verilməməsi məsələsinin aydınlaşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına sorğu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 fevral 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 3, 38 saylı mənzil (ümumi sahəsi 92.5 kv.m, yaşayış sahəsi 53.4 kv.m, 2 otaqlı, 9-cu mərtəbə, giriş 1) "xxxx" MMC üzvlərinin ümumi iclasının 195 nömrəli, 29 aprel 2021-ci il tarixli protokolundan çıxarışına, 01-M nömrəli, 29 aprel 2021-ci il tarixli maliyyə ar ayışına, 01-F nömrəli, 29 aprel 2021-ci il tarixli forma 2 arayışına əsasən 21 may 2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 18 noyabr 2021-ci il tarixli, 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına 30 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin surətini də tələb etsə də, təqdim edilməmiş və bu barədə hər hansı məlumat verilməmişdir. Bundan başqa, sorğuya cavabda MMC-nin protokolundan çıxarışı qeyd olunsa da, MMC rəhbərliyi protokoldan çıxarışın MTK tərəfindən verildiyini qeyd etmişdir. Toplanmış sübutlar əsasında müəyyən olunmuşdur ki, həqiqətən də 3 saylı binada iddiaçıya məxsus olan 38 saylı mənzil sonradan verilmiş protokolundan çıxarış və maliyyə arayışı əsasında Cavabdeh4, daha sonra isə alğı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh3 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmişdir. Eyni zamanda sorğuya cavabdan aydın olmuşdur ki, verilmiş çıxarışda mənzilin ölçüləri ilə həqiqi ölçüləri arasında uyğunsuzluq vardır. Bu da bir daha sübut edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları gəlib mənzilə baxış keçirmədən çıxarış verilmişdir. Nəticədə, hazırda iddiaçıya məxsus 38 saylı mənzilə dair qanunsuz sənəd əsasında başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmışdır ki, bu qeyd də onun mülkiyyət hüq uqlarını pozur.

11. İddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh6 ASC cəlb edilməklə Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, 18 noyabr 2021-ci il tarixdə cavabdeh, o və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs arasında Bakı şəhəri 12 saylı notariat ofisində 4Ə-3274 reyestr nömrəsi ilə qeydə alınmış 202/21 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin və həmin müqavilənin icrasından yaranmış bütün digər hüquqi nəticələrin etibarsız hesab edilməsi, 170000 manat məbləğində pulun Cavabdeh4 alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İkinci tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 2021-ci ildə ipoteka ilə mənzil almaq niyyətinə gəlmişdir. Bu məqsədlə elan larda olan mənzillərə baxarkən “İnstagram” sosial şəbəkəsində ev satışı ilə məşğul olan Tural adlı maklerin elanları arasında ünvan 3 ünvanında yerləşən 38 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 13, M9, m3 nömrəli mənzil) 173.000 manata satışa çıxarılması barədə məlumat almışdır. Mənzili bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Bu məqsədlə valideynlərinə mənzilə baxmağı tapşırmış, mənzilə baxmaq üçün nümayəndəsi kimi atası Nümayəndə2 və anası X11 getmişlər. Mənzilə baxarkən orada Turalın işçisi və özünü mənzilin mülkiyyətçisi kimi qələmə verən cavabdeh olmuşdur. Mənzili açıb atası və anasına göstərmişlər. Atası və anası mənzilə baxıb bəyəndikləri üçün mülkiyyətçi Cavabdeh4 ilə alğı-satqı barədə razılıq əldə etmişlər. Bundan sonra müvafiq sənədləşdirmə işlərinin aparılması və mənzilin ipoteka ilə alğısatqısı üçün bankla danışıqlar apararaq ipoteka krediti ayrılması haqqında razılıq əldə etdikdən sonra 18 noyabr 2021-ci il tarixdə cavabdeh, o və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs arasında Bakı şəhəri 12 saylı notariat ofisində alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 170.000 manat məbləğində pul ödəmişdir. Bundan sonra o, həmin müqavilə əsasında qeyd edilən mənzil üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin bir neçə ay ödəniş etdikdən sonra ona məlumat gəlmişdir ki, başqa bir şəxs gələrək həmin mənzilin ona məxsus olduğunu, iddiaçıya göstərilən və faktiki təhvil verilmiş mənzilin 38 deyil, 37 nömrəli olduğunu bildirmişdir. Apardığı araşdırmala r nəticəsində məlum olmuşdur ki, həqiqətən də bu tələb üzrə iddiaçının sahiblik və istifadəsində olan mənzil 38 deyil, 37 nömrəli mənzildir. 38 nömrəli mənzil isə hazırda onun sahiblik və istifadəsində olan mənzilin yanında olan mənzildir. Həmin mənzil tamamilə başqa bir şəxsə məxsusdur və uzun illərdir ki, həmin mənzildə yaşayır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehə müraciət edərək, etibarsız əqd nəticəsində əldə etdiyi 170.000 manat məbləğində pulu geri ödəməsini tələb etsə də, cavabdeh hər dəfə bundan imtina etmişdir. Nəticədə isə həm mənzildən məhrum həm də 170.000 manat məbləğində puldan məhrum olmuşdur. Bununla da hüquqları kobud şəkildə pozulmuşdur.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

14. Daha sonra, iddiaçı Cavabdeh6 ASC Cavabdeh3 qarşı iddia ərizəsi ilə və Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh6 ASC və Cavabdeh3 arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3 99.682,44 manat əsas borc, 9.712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun Cavabdeh6 ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bu tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Bank ASC ilə Cavabdeh3 arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 8% dərəcəsi ilə 299,5 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsa sən Cavabdeh3 01 mar 2023-cü il tarixə əsas borcu 99.682,44 manat, faiz borcu 8.886,9 manat olmaqla, cəmi borcu 108.569,34 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə, bank tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh3 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır.

16. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh6 ASC-nin iddiası üzrə mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh3 iddiası üzrə mülki işlə bir icraatda birləşdirilmişdir.

17. Birinci instansiya məhkəməsi tərəfində n 01 avqust 2022-ci il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 37 və 38 saylı mənzillər binanın birinci blokunda, 10-cu mərtəbədə yerləşirlər. Liftdən çıxıb sağa döndükdə sözügedən mənzillər müşahidə olunur. 37 saylı mənzilin qapısı bağlıdır və mənzilə daxil olmaq olmur. Həmçinin müəyyən edildi ki, mənzillər sağdan sola doğru sıralanmışdır. 38 saylı mənzilə daxil olduqda məlum olmuşdur ki, mənzildə yaşayış var və iddiaçı (İddiaçı) hal-hazırda həmin mənzildə yaşayır. Mənzilin sahəsi 100 kv.metrdir və 2 otaqdan ibarətdir. Mənzilin eyvanına daxil olmaq mümkün olmamışdır. Eyvanda iddiaçının əşyaları yerləşdirilmişdir və görünür ki, əşyalar xeyli zamandır orada qalmışdır.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı ilə məhkəmə tikinti-tex niki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, ekspertizaya 38 saylı mənzil kimi təqdim edilmiş və eyni zamanda İddiaçı yaşadığı mənzilin ümumi sahəsinin 92,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, ekspertizaya 37 saylı mənzil kimi təqdim edilən mənzilin qapısı bağlı olduğundan həmin mənzildə ölçü işləri aparılmamışdır. Bu səbəbdən də, sözügedən mənzilin ümumi sahəsinin neçə kv.m olduğunu m üəyyən etmək mümkün olmamışdır.

19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, e2(004)-53/2023 nömrəli qətnaməsi ilə (hakim G.Əkbərli) birinci tələb üzrə iddia qismən, ikinci və üçüncü tələb üzrə iddia tam təmin edilmiş, birinci tələb üzrə "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, 29 aprel 2021-ci il tarixli protokolundan çıxarışın, 01-M nömrəli, 29 aprel 2021-ci il tarixli maliyyə arayışının, 01-F nömrəli, 29 aprel 2021-ci il tarixli forma 2 arayışının etibarsız hesab edilməsi və həmin sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına 21 may 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birinci və ikinci tələb üzrə Cavabdeh4 ilə Ca vabdeh3 arasında 12 saylı notariat ofisində bağlanmış 18 noyabr 2021-ci il tarixli 4Ə-3274 reyestr nömrəli alğısatqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, birinci tələb üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş 30 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 13, M9, m3) mənzilə İddiaçı sahiblik və istifadə hüququnun müəyyən edilməsi, birinci tələb üzrə iddianın qalan hissədə rədd edilməsi, ikinci tələb üzrə 170.000 manat məbləğində pul vəsaitinin Cavabdeh4 Cavabdeh3 xeyrinə tutulması, üçüncü tələb ü zrə Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh3 99.682,44 manat əsas borc, 9.712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 398,97 manat məbləğində pulun Cavabdeh6 ASCnin xeyrinə tutulması qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi ilkin olaraq birinci tələbi araşdıraraq qeyd etmişdir ki, işin mahiyyətinin araşdırılması zamanı ilk növbədə İddiaçı 07 avqust 2012-ci il tarixdə müqavilə əsasında satılmış mənzilin, sonradan 21 may 2021-ci il tarixdə Cavabdeh4 adına hansı əsasla qeydiyyata alınması məsələsi aydınlaşdırılmalıdır.

21. İş üzrə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəs inin 01 iyun 2022-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh4 adına qeydiyyata alınmasının əsası "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının 19 aprel 2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş 29 aprel 2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş 29 aprel 2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışından ibarət olmuşdur. Hansı ki, qeyd olunan sənədlər MMC-nin sədri kimi X16 tərəfindən imzalanmışdır və onun barəsində hazırkı mənzil mübahisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi aparılır.

22. Məhkəmə "xxxx" MTK tərəfindən tərtib edilmiş 29 aprel 2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışına nəzər salaraq qeyd etmişdir ki, arayışın məzmununda ünvan 5 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur və bu binanın giriş 1, mərtəbə 9, ümumi sahəsi 96 m2, yaşayış sahəsi 82 m2 olan iki otaqlı 38 nömrəli mənzilin pay dəyərinin Cavabdeh4 tərəfindən tam ödənildiyi qeyd olunsa da, mənzilin hansı müqaviləyə əsasən Cavabdeh4 satıldığı, mənzilin dəyərinin nə qədər təşkil etdiyi, dəyərinin nəyə əsasən müəyyən edildiyi və hansı qaydada ödənildiyi öz əksini tapmamışdır. Hansı ki, həmin məlumatlar MMC tərəfindən İddiaçı adına verilmiş maliyyə arayışında qeyd edilmişdir.

23. Bundan başqa, "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının 19 aprel 2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarışda iclasda 210 nəfərin iştirak etdiyi qeyd olunsa da, iştirakçılar barədə məlumat olmadığından o nların şəxsiyyətini müəyyən etmək mümkün deyildir.

24. Məhkəmə həmçinin qeyd etmişdir ki, ikinci tələb üzrə Cavabdeh4 məhkəmə iclasında izahatında Rafət Qəniyevin ona faktiki olaraq həmin ünvanda, həmin mərtəbədə yerləşən 37 saylı mənzili göstərdiyini və təqdim etdiyini, lakin 38 saylı mənzilə dair maliyyə arayışı və digər sənədlər verdiyini, dolayısı ilə 38 saylı mənzili ona satdığını və həmin mənzilə dair çıxarış almasına, bununla da onu aldatmağa nail olduğunu bildirmişdir.

25. Məhkəmə sənədlərlə bağlı qeyd olunanlarla yanaşı ikinci tələb üzrə Cavabdeh4 iddianı qismən etiraf etməsini də nəzərə alaraq hesab etmişdir ki, "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının 19 aprel 2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarış, "xxxx" MTK tərəfindən tərtib edilmiş 29 aprel 2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş 29 aprel 2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışı formal olaraq tərtib edilmişdir və həmin sənədlərin heç bir hüquqi əsası yoxdur.

26. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi Mülki Məcəllənin 139 1.1.6-cı maddəsi rəhbər tutulmaqla mübahisə predmeti olan 38 saylı mənzil Cavabdeh4 adına mübahisələndirilən həmin sənədlər əsasında rəsmiləşdirilmişdir. Lakin həmin sənədlər yarandığı andan etibarsız sənədlər olduğundan və hüquqi nəticələr yaratmadığından, bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində mənzilin Cavabdeh4 adına qeydiyyata alınması ilə bağlı verilmiş 30 noyabr 2021-ci il tarixi çıxarış ləğv edilməlidir.

27. Məhkəmə birinci və ikinci tələb üzrə eyni predmeti təşkil edən 18 noyabr 2021ci il tar ixli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, göründüyü kimi 18 noyabr 2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin əsasını Cavabdeh4 adına verilmiş 21 may 2021-ci il tarixli çıxarış təşkil edir. Hazırkı halda həmin çıxarış etibarsız hesab edildiyindən həmin çıxarışın doğurduğu nəticələr, dolayısı ilə çıxarışla Cavabdeh4 müəyyən edilən mülkiyyət hüquqları əsasında bağlanmış müqavilə də etibarsızdır.

28. Qüvvədə olan qanunvericilik (MM-in 139-1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddələri) üçün xarakterik olan əsasa bağlılıq prinsipi tələb edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış istənilən qeydin etibarlı hüquqi əsası (müqavilə, məhkəmə qətnaməsi, vəsiyyətnamə və s.) olsun. Lakin Cavabdeh4, dolayısı ilə də, Cavabdeh3 mübahisəli mənzilə münasibətdə mülkiyyət hüquqları etibarsız əqdlər əsasında qeydə alınmışdır. Bu baxımdan, onların həmin daşınmaz əmlaka dair hər hansı hərəkət etmək, o cümlədən özgəninkiləşdirmək hüququ olmamışdır.

29. Məhkəmə qeyd etmişdir ki, birinci tələb 30 noyabr 2021-ci il tarixdə mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh3 adına qeydiyyata alınması ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi hissədə də əsaslı olduğundan təmin edilməlidir.

30. Belə ki, həmin çıxarış 18 noyabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən verilmiş, hazırda isə həmin müqavilə etibarsız hesab edilmişdir. Bu halda etibarsız müqavilənin doğurduğu nəticələr, dolayısı ilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarış hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.

31. Məhkəmə birinci tələb üzrə İddiaçı mübahisə predmeti olan 38 saylı mənzilə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair çıxarışın verilməsi öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 üzərinə qoyulması tələbi ilə bağlı qeyd etmişdir ki, hazırkı halda mənzilə dair Cavabdeh4 adına olan sənədlərin – arayışlar, çıxarış və dövlət reyestrindən çıxarışın etibarsız və ləğv edilməsinin ən böyük əsası məhz iddiaçının həmin mənzilə olan mülkiyyət hüquqlarına söykənir. Bu halda iddiaçının həmin mənzilə mülkiyyət hüquqlarının olmasının yeni müəyyən edilmiş və ya mübahisəli fakt kimi məhkəmə qətnaməsi ilə yenidən müəyyən edilməsi hazırkı qətnamənin öz-özlüyündə mübahisəli faktlara əsaslanması ilə nəti cələnə bilər. Bundan başqa hazırkı halda qətnamə ilə müəyyən edilmiş faktlar və qəbul edilmiş qərar əsasında iddiaçının adına mənzilə dair müvafiq qeydlərin aparılmasında hər hansı maneə və ya cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 hər hansı imtina ilə bağlı qanunsuz hərəkəti müəyyən edilmədiyindən cavabdeh orqanın üzərinə belə bir öhdəliyin qoyulmasına zərurət yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz.

32. Məhkəmə ikinci tələb üzrə iddiaçının cavabdehdən 170.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh3 satılmasına dair alğı-satqı müqaviləsi etibarsız hesab edilərək, bu müqavilədən irəli gələn çıxarış ləğv edildiyindən, iddiaçı avtomatik olaraq hazırda adına qeydiyyatda olan mənzildən məhrum edilmiş olacaqdır. Bu halda iddiaçının cavabdehə Cavabdeh4 mənzilin dəyəri olaraq ödədiyi 170.000 manat məbləğində pul onun əsassız varlanmasına və iddiaçıya həmin məbləğdə maddi ziyan dəyməsinə səbəb olur. Məhkəmə bu halı, həmçinin tərəflərin hüquq və mənafelərini nəzərə alaraq qeyd etmişdir ki, iddia tələbi 170.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır.

33. Birinci instansiya məhkəməsi üçüncü tələblə bağlı qeyd etmişdir ki, iş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvə linə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Hazırda kredit müqaviləsi üzrə borclu kredit müqaviləsinin mənzilin dəyərinin ödənilməsi məqsədilə bağlandığından mənzilin alğı-satqısına dair müqavilə etibarsız hesab edildiyi halda tərəflərin əvvəlki vəziyyətinə qayıtmalı və buna görə də, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə xitam verilməli olduğunu bildirmişdir.

34. Məhkəmə qeyd etmişdir ki, işin hallarından da göründüyü kimi bankla Cavabdeh3 arasında 18 noyabr 2021-ci il tarixdə ayrı-ayrılıqda iki müqavilə: 1 - kredit müqaviləsi və 2 - alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə bir birinə bağlı olsa, müqavilələrin icrası bir-birini şərtləndirsə də, hər iki müqavilə müstəqil olmaqla yaratdığı öh dəliklər də müxtəlifdir. Hər nə qədər kredit müqaviləsində borcalana kredit verilməsinin məqsədi kimi mübahisə predmeti olan 38 saylı mənzilin dəyərinin ödənilməsi qeyd edilməsinə baxmayaraq verilmiş kreditin məqsədli təyinatına uyğun istifadə etmək borcalanın vəzifəsidir. Hazırkı halda borcalanın götürdüyü krediti təyinatına uyğun istifadə etməməsi və ya edə bilməməsi onun kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə xitam verilməsinə əsas ola bilməz. Həmin kredit müqaviləsinin etibarlılığı isə digər əsaslarla mübahisələndirilməmiş, həmçinin məhkəmə iclasında izahat verən tərəflər də bununla bağlı fikir irəli sürməmişlər. Buna görə də, iddia tələbi kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və Cavabdeh3 99.682,44 manat əsas borc, 9.712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,8 5 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır.

35. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.3, 139-1.1.4, 139-1.1.6, 149.2, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 339.1, 421.2, 422.1, 739.1, 739.2, 741-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

36. Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunması, birinci və ikinci iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əvvəlcə onun iddia tələbini ayrıca icraata ayırmış, daha sonra isə həmin icraatı dayandırmışdır. Məhkəmənin ona qarşı olan qərəzi buradan görünür. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında hazırkı mülki iş ilə birbaşa əlaqəli olan və təqsirləndirilən şəxs Rafət Qəniyevin barəsində cinayət işinin araşdırması aparılır. Həmin cinayət işinin araşdırması yekun məhkəmə qərarı çıxaraq bitdiyi zamana kimi mülki işin icraatı dayandırılmalı idi. Məhkəmə işə hərtərəfli, obyektiv, tərəflərin iştirakının təmini şəraitində baxmalı olduğu halda prosessual hüquq normalarının tələblərini pozaraq baxmış və sonda qərəzli qətnamə qəbul etmişdir. Çünki təqsirləndirilən şəxs Rafət Qəniyevin barəsindəki cinayət işi məhkəmənin icraatında olan hər bir mülki iş ilə sıx bağlıdır. Əgər gələcəkdə cinayət işi üzrə Rafət Qəniyev təqsirsiz bilinərsə, hazırkı mülki işlərin heç biri təmin olunmaya bilər. Belə olduğu halda, həmin mülki işlər üzrə qəbul olunmuş qərarlar da öz əhəmiyyətini itirə bilər. Bu azmış kimi, onun iddia tələbi də həmin ü ç mülki işlə bağlıdır. Məhkəmə onun da icraatını ayırmaqda qeyd olunan prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə olduğu təqdirdə birinci və ikinci iddia tələblərinin sübut olunmaması müəyyən olunur. Həmin iddia tələblərinin sübut olunmaması da iddianın təmin olunmasını istisna edir.

38. Qətnamədən həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni 9.712,41 manat məbləğində faiz borcunun ondan tutularaq "xxxx" Bank ASC-yə verilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

39. Bu apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi Cavabdeh6 ASC-nin iddiası üzrə 9.712,41 manat məbləğində faiz borcunun alınması hissəsində təmin etməsi tamamilə əsassız və qeyri-qanunidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən əqd etibarsız hesab edildikdə tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Hazırkı halda tərəflərin əvvəlki vəziyyətə gətirilməsi 100.000 manat məbləğində pulun Cavabdeh6 ASC-yə qaytarılması olduğu halda məhkəmə əsassız olaraq 9.712,41 manat məbləğində faiz borcunun da ondan alınması barədə nəticəyə gəlməklə səhvə yol vermişdir.

40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)-2379/2024 nömrəli qətnaməsi ilə (hakim M.Rüstəmlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.İskəndərov və S.Səlimova) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, e-2(004)-53/2023 nömrəli qətnaməsi faiz borcu məbləği hissəsində dəyişdirilmiş, 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı Cavabdeh6 ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 7.843,31 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

41. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

42. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 iyun 2022-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh4 adına qeydiyyata alınmasının əsası "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının 19 aprel 2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş 29 aprel 2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş 29 aprel 2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışından ibarət olmuşdur. Qeyd olunan sənədlər X16 tərəfindən imzalanmışdır.

43. X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024cü il tarixli hökmü ilə müəyyən olunur ki, o, ünvan 1 ünvanında yerləşən və 01 dekabr 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X5 mülkiyyətində olmaqla yaşayış olmayan 37 nömrəli mənzili həmin bin anın 07 avqust 2012-ci il tarixli müqavilə əsasında 80.000 ABŞ dollarına alınmış İddiaçı məxsus olan 38 nömrəli mənzili kimi təqdim edərək Cavabdeh4 aldatmaqla 29 aprel 2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, 29 aprel 2021-ci il tarixdə Cavabdeh4 həmin mənzili ona guya 101.000 manata satmaq adı ilə aldadaraq ünvan 6 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh4 18 noyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeyd edilən mənzili 170000 manata X4, bununla da qeyd olunan hərəkətləri ilə C avabdeh4 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Həmin hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməmişdir.

44. Həmçinin, Cavabdeh4 da birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında Qəniyev Rafətin ona faktiki olaraq həmin ünvanda, həmin mərtəbədə yerləşən 37 saylı mənzili göstərdiyini və təqdim etdiyini, lakin 38 saylı mənzilə dair maliyyə arayışı və digər sənədlər verərək dolayısı ilə 38 saylı mənzili ona satdığını, bununla da onu aldatdığını təsdiq etmişdir.

45. Göründüyü kimi, sözügedən 38 saylı mənzilin dövlət reyestrində Cavabdeh4 adına qeydiyyata alınmasına əsas ol muş sənədlərin hər hansı hüquqi qüvvəsi olmamışdır. Belə olan halda həmin sənədlər əsasında mənzilin Cavabdeh4 adına dövlət reyestrində qeydə alınması, onun tərəfindən özünə məxsus olmayan mənzilin özgəninkiləşdirilməsinə dair 18 noyabr 2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeyd etibarlı hesab edilə bilməz.

46. O da qeyd edilməlidir ki, hazırkı iş üzrə mənzili əldə edən Cavabdeh3 və xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh6 ASC dövlət reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanaraq vicdanlı əldə edən kimi hüquqlarının müdafiəsini tələb etmirlər.

47. Mülki qanunvericiliyin müddəalarına əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qa ytarmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi mənzilə görə ödənilmiş 170.000 manat məbləğin Cavabdeh4 tutularaq Cavabdeh3 ödənilməsi barədə gəldiyi nəticə qanuna müvafiq olmuşdur.

48. O da nəzərə alınmalıdır ki, Cavabdeh4 X7 vurulmuş zərərin tələb edilməsi ilə bağlı iddia qaldırmış və məhkəmə iclasında bildirdiyinə görə iddiası təmin edilmişdir.

49. Apellyasiya kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh3 ilə Cavabdeh6 ASC arasında 18 noyabr 2021ci il tarixli kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386cı maddəsinə əsasən müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh isə üzərinə düşən öhdəli kləri lazımi qaydada tam yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borcalanın götürdüyü krediti təyinatına uyğun istifadə edə bilməməsi onun kredit müqaviləsi üzrə yaranmış faiz borcundan azad edilməsinə əsas ola bilməz. Belə ki, bankın əsas fəaliyyət istiqamətlərinə fiziki və hüquqi şəxslərdən depozitlərin cəlb edilməsi, həmin depozitlər və ya öz hesabına faizlə kreditlərin verilməsi, əldə edilmiş gəlir hesabına depozitlərin qaytarılması və s. aiddir. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsi Cavabdeh3 apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq hazırkı iş üzrə etibarsız hesab edilməmişdir.

51. Apellyasiya məhkəməsi Cavabdeh3 tutulmalı olan faiz borcuna münasibətdə qeyd etmi şdir ki, Cavabdeh6 ASC tərəfindən borcluya göndərilmiş 26 yanvar 2023-cü il tarixli bildirişə əsasən 5 iş günü ərzində gecikdirilmiş borcunu ödəməyəcəyi təqdirdə kredit müqaviləsinə xitam verilməklə, əsas və faiz borcunun tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. İddiaçı Cavabdeh6 ASC Cavabdeh3 öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış borcu qeyd olunan bildirişlə tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə edərək, qanunvericiliklə ona verilən hüququndan istifadə etmişdir. Göstərilənlərə əsasən apellyasiya kollegiya hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş faiz borcunun iddiaçının iradəsinə əsasən müqaviləyə xitam verilən 26 yanvar 2023-ci il tarixinədək cavabdehdən tutul ması hissəsində tələb əsaslıdır.

52. Apellyasiya araşdırması zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 26 yanvar 2023-cü il tarixə faiz borcunun 7.843,31 manat təşkil etdiyi müəyyən edilmişdir.

53. Beləliklə, göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli, e-2(004)53/2023 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı Cavabdeh6 ASC-nin xeyrinə 9.712,41 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli, faiz bor cunun məbləği 7.843,31 manat müəyyən edilməlidir.

54. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 140, 337.1, 337.4, 337.5, 385.1, 386.1, 421.2, 421.3, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 169.1, 217.4, 218.3, 384.0.3, 387.1, 392.2, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

55. Cavabdeh4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)-2379/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Prosessual Məcəllənin 9.1, 10.1, 14.1, 254.1, 254.1.4-cü maddələrinin tələbləri pozulmuşdur.

57. Belə ki, birinci instansiya məhkəməsi icraatında olan dörd mülki işdən kassatorun X12 qarşı olan “pul” tələbini ayrıca icraata ayırmaqla, Konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqlarının məhkəmədə operativ və hərtərəfli müdafiəsi təminatımı pozmuşdur. Bu barədə apellyasiya şikayətində dəlillərini göstərsə də, məhkəmə həmin halları nəzərə almamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında hazırkı mülki iş ilə birbaşa əlaqəli olan və təqsirləndirilən şəxs Rafət Qəniyevin barəsində cinayət işinin araşdırması aparılır. Həmin cinayət işinin araşdırması yekun məhkəmə qərarı çıxaraq bitdiyi zamana kimi mülki işin icraatı dayand ırılmalı idi. Bu barədə müvafiq sənədləri və vəsatəti məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə həmin halları nəzərə almamış və vəsatətini təmin etməyərək işin baxışını davam etmişdir. Məhkəmə işə hərtərəfli, obyektiv, tərəflərin iştirakının təmini şəraitində baxmalı olduğu halda qeyd olunan prosessual hüquq normalarının tələblərini pozaraq baxmış və sonda qərəzli qətnamə qəbul etmişdir. Bundan başqa, kassatorun iddia tələbi də hazırkı üç mülki işlə bağlıdır. Məhkəmə onun da icraatını ayırmaqda qeyd olunan prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə kassatorun Cavabdeh3 ödəyəcəyi pulun icrasını onun R.Qəniyevdən alacağım pulun icrası ilə eyni zamanda həyata keçirilməsini müəyyən etməli idi.

58. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci m addələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

59. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

60. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə r iayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh4 tərəfindən ona qarşı yönəldilmiş tələblərin təmin edilməsi hissəsində mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 140-cı maddəsinə əsasən reyest rin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasi bətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesa b etmişdir ki, kassatorun mübahisəli mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün "xxxx" MTK tərəfindən verilmiş sənədlərin hər hansı hüquqi qüvvəsi olmadığından, kassatorun adına daşınmaz əmlakın dövlət reyestrindəki qeyd qanunsuz olmuşdur.

66. Həmçinin, Cavabdeh4 özünə məxsus olmayan mənzilin özgəninkiləşdirilməsinə dair 18 noyabr 2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeyd etibarlı hesab edilə bilməz.

67. Kassasiya şikayətinin dəlilləri formaldır və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

68. İlk olaraq qeyd olunmalıdır ki, cavabdeh mübahisələndirilən sənədlərin və müqavilənin etibarsız olması halını şikayətində mübahisələndirməmişdir.

69. X3 barəsində olan cinayət işinə baxılanadək hazırkı iş üzrə icraatın dayandırılmamasını kassasiya şikayətinin dəlili kimi göstərmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsindən də müəyyən olunur ki, X15 Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli hökmü ilə məhkum olunmuş və həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdir. Beləliklə, müəyyən olunur ki, işə apellyasiya məhkəməsində baxılanadək cinayət işi üzrə hökm qəbul edilmiş və qüvvəyə minmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili üzrə hər hansı pozuntu müəyyən olunmur.

70. X1 qarşı pul tələbinə dair iddiasının ayrıca icraata ayrılmasına dair kassasiya şikayətinin dəlili həmçinin açıq-aydın əsassızdır. Belə ki, həmin tələbin təmin edilib və ya rədd olunmasının ha zırkı mübahisənin həllinə təsiri əsaslandırılmamışdır. Digər tərəfdən, kassatorun bu dəlili prosessual hüquq normasının pozuntusuna yönəldilmişdir. Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə görə isə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

71. X1 qarşı iddiası üzrə qəbul ediləcək qətnamənin hazırkı iş üzrə qətnamə ilə eyni zamanda icra olunmasına dair kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, bu tələblərin faktiki və hüquqi əsasları müxtəlif olduğundan, onların eyni zamanda icra olunması üçün hüquqi əsası yoxdur.

72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 2(103)-2379/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni "xxxx" MMC (MTK) ü zvlərinin ümumi iclasının 195 nömrəli, 29 aprel 2021-ci il tarixli protokolundan çıxarışının, 01-M nömrəli, 29 aprel 2021-ci il tarixli maliyyə arayışının, 01-F nömrəli, 29 aprel 2021-ci il tarixli forma 2 arayışının etibarsız hesab edilməsi və həmin sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına 21 may 2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh4 ilə Cavabdeh3 arasında 12 saylı notariat ofisində bağlanmış 18 noyabr 2021-ci il tarixli 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, 170.000 manat məbləğində pul vəsaitinin Cavabdeh4 Cavabdeh3 xeyrinə tutulması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar