Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1837/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9371/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağ ıdakıları müəyyən etdi: İşin halları İddiaçı oğlu Mahir Rəsulov 27.10.2020-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 35000 manat, ümumilikdə 40000 manat təzminatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yeganə oğlu Mahir Rəsulov xərçəng xəstəliyindən qəflətən beyinə qan sızması ilə 27.10.2020-ci il tarixdə səhər saatlarında vəfat etmişdir. Dəfn mərasimində dini işlər üzrə axundun nümayəndəsi “Covid-19” xəstəliyi ilə əlaqədar yas mərasiminin bir gündə bit məsini qəbir üstündə və gəlib evdə mərasimə gələnlərə elan etmişdir. Bu zaman başsağlığına gələnlər tədricən dağılaraq, hərə öz evinə getməyə başlamışdır. Başsağlığına gələnlər açıq havada, karantin qaydalarına riayət edərək həyət evinin qarşısında kədərlənərək görüşüb gedirdilər. Başsağlığına gələnlər küçəyə çıxıb gedərkən küçədə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Cavabdehla rastlaşmışlar. Cavabdeh maşını bir-iki dəqiqə ləngimişdir. Bu ləngimə səbəbindən maşından düşən Cavabdeh özü və sürücüsü onun evinin qarşısına gələrək onunla qarşılaşmışdır. Onunla qarşılaşan zaman nə salam, nə də ki, hüzrlə əlaqədar başsağlığı vermədən birbaşa hiddət və yüksək səslə küçədə, qapının qarşısında, ictimaiyyət, ailəsi və yaxın qohumlarının qarşısında ona qarşı dəfələrlə “vicdansız” və digər təhqiredic i sözlər demişdir. O, kövrələrək 29 yaşlı yeganə oğlunu elə indicə torpağa tapşırıb gəldiyini icra başçısı Cavabdeh bildirmişdir. Lakin icra başçısı sözlərinə məhəl qoymayaraq daha hiddətli və daha da yüksək səslə orada başsağlığına gələnlərə “vicdansız”, “vicdansızlar” ifadələri işlətmişdir. O, həyət evinin qapısının qabağında, elə Cavabdeh gözləri qarşısında “Covid-19” la əlaqədar mübarizə tədbirlərinə daxil olan 1 qutu maska və 1 litrlik spirti göstərərək bildirmişdir ki, “Covid-19” la mübarizə hər bir vətəndaşın borcudur. Cavabdeh karantin qaydası pozulmadan əsassız telefon zəngindən beş dəqiqə sonra Şəki şəhər Polis Şöbəsinin 20-25 nəfər yüksək rütbəli zabitləri onun həyətinə girərək, açıq havada karantin qaydalarına riayət etmiş, üzərində tibbi maskası olan, sosial məsafəni qoruyan, kədərli halda evlərinə getməyə hazırlaşan yaxın qohumlarının bəzisini küçədən təzyiqlə qaytararaq, bəzisini də həyətdə təzyiqlə vəzifə salahiyyətlərindən süi-istifadə edən polis əməkdaşları protokola imza atmalarını tələb etmişlər. Beləliklə, evdə olan 9 nəfərə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini tətbiq etmişlər. Elə bu an o və yaxın qohumlarından polisin bu davranışından Daxili İşlər Nazirliyinin “qaynar xətt” xidməti olan “102”-yə müraciət etmişlər. O, həyətində olan bu özbaşınalığı polis əməkdaşlarından soruşduqda ona bildirmişlər ki, icra başçısının tapşırığıdır, karantin qaydalarına əməl olundu, ya olunmadı mütləq protokol yazılmalıdır. Şahid qismində dindirilmiş X4 göstərmişdir ki, “İddiaçı atasının bibisi oğludur. Onun arvadı isə onun bibisi qızıdır. 27.10.2020-ci il ta rixdə İddiaçı oğlunun ölüm xəbərini alıb dərhal Şəki şəhərinə gəlmişdir. İddiaçı yaşadığı evin küçəsinə çatarkən bir nəfər hərbi formalı şəxsin “dövlətimizin ağır günündə bura yığışmısız utanmazlar, vicdansızlar” dediyini eşitmişdir. O, həyətə girdikdən bir qədər sonra polislər gəlmiş və onu da 200 manat miqdarında cərimələmişdirlər”. Şahid qismində dindirilmiş X22 göstərmişdir ki, “27.10.2020-ci ildə eşitdi ki, İddiaçı oğlu rəhmətə gedib, dəfndə iştirak etməyi çatdırmamış, lakin həmin günü dəfndən sonra onların evlərinə gəlmişdir. O, həyətə gələndə icra başçının oraya gəlməsini və oradakı şəxsləri “vicdansız, şərəfsiz” deyərək təhqir etdiyini və niyə oraya yığışmalarını soruşduğunun şahidi olmuşdur”. Şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, “o, İddiaçı sinif yoldaşıdır. Y aşarın oğlunun ölüm xəbərini 27.10.2020-ci il tarixdə gec saatlarda eşitmiş və axşam saat 6-da onun evinə başsağlığına gəlmişdir. Həmin vaxt onlar dəfndən geri dönmüşdülər. Dedilər İcra Başçısı gəlir, həmin vaxt onlar kənara çəkilmişlər. Elə düşünmüşdür ki, yəqin başsağlığı verməyə gəlib. İcra Başçısı yas yiyəsinin kimliyini soruşmuş, İddiaçı qabağa çıxıb yas yiyəsinin o, olduğunu bildirmişdir. İcra Başçısı “vicdansızlar bu nə biyabırçılıqdır, niyə bura yığışmısız” dedi. Həmin gün orada çox adam yox idi. 15-20 nəfər adam olardı, heç 3 dəqiqə dayanmadan oradan getmişdir”. Şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, “o və qardaşları Yaşarla dost həm də qonşudurlar. Onlar onun oğlunun dəfn mərasimindən geri döndükdə, o, çöldən abırsız sözlər eşitmiş, buna məətəl qalmışdır. İcr a Başıçısının qarşısındakı Yaşara və ümumilikdə “abırsızlar belə iş olar bura yığılmısız” deməsini eşitmişdir. Bir qədər sonra polislərin yuxarı qalxdığını görmüşdür”. Şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, “27.10.2020-ci il tarixdə Yaşarın oğlunun ölüm xəbərini eşitdi. El adətinə uyğun baş sağlığı vermək üçün Yaşargilə getmişdir. Yaşarın evi küçədən 20-30 metr məsafədə yerləşir. Həmin gün qapıdan çöldə 78 nəfər adamın yığışdığını görmüşdür. Yaşara baş sağlığı vermişdir. Ehsan verilmirdi, lakin qaydalara uyğun qapıda masa qoyulmuş üzərinə koranavirusla mübarizə tədbiri kimi spirt, maska qoyulmusdu və yas çadırı qurulmamışdı. Həmin vaxt Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cavabdeh maşınından düşdüyünü, həmin vaxt yanında sürücüsünün olduğunu görmüşdür. Cavabdeh yaxınl aşıb yas yiyəsinin kimliyini soruşanda İddiaçı yas yiyəsinin o, olduğunu, 29 yaşında oğlunun öldüyünü bildirdi. Lakin Cavabdeh tam əksinə İddiaçı və oradakı şəxslərə “utanmırsız vicdansızlar, şərəfsizlər, niyə yığışmısız, dağılın” deyərək, oradakıları təhqir etmişdir”. Şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, “27.10.2020-ci il tarixdə İddiaçı evində yas yerində olarkən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ora əsəbi gələrək onları “şərəfsiz, namussuz” deyərək təhqir etmişdir”. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, “27.10.2020-ci il tarixdə Yaşarın oğlunu dəfn edib evə qayıdarkən icra başçısının ora gəldiyini görmüşdür. İlk öncə düşünmüşlər ki, yəqin icra başçısı başsağlığına gəlib. Lakin icra başçısı oradakıları “vicdansızlar, niyə bura yığışmısız” de yərək təhqir etmiş və daha sonra polislər gəlmişdir”. Şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, “27.10.2020-ci il tarixdə İddiaçı oğlunu dəfn edib qayıtdıqdan sonra evə gəlmiş, həmin vaxt o, hovuzda əlini yuyarkən icra başçısının ora gəlməsini eşitmişdir. İcra Başçısı yas yiyəsini soruşmuş, salam vermədən “vicdansızlar niyə bura yığılmısız” demişdir. Yaşar qabağa çıxaraq yas yiyəsi olduğunu, cavan oğlunun öldüyünü demişdir”. Şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, “27.10.2020-ci il tarixdə qaynı Mahir Rəsulovun yas mərasimində iştirak etmişdir. Həmin vaxt Şəki Şəhər İcra Başçısı oraya gələrək onlara qarşı nalayiq sözlər işlətmişdir. O, “vicdansızlar niyə burdasız” deyirdi”. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, “27.10.2020-ci il tarixd ə səhər radələrində yaxın bir yoldaş zəng edərək dostu Mahirin öldüyünü bildirmişdir. O da dəfndə köməklik etmək üçün onların evinə getmişdir. Dəfndən sonra qayıdarkən həyətdə əl-üzünü yuyarkən uca səslə kiminsə “şərəfsiz, vicdansız, utanmırsız bura yığışmısız” dediyini eşitmişdir. O, həyətdən qapıya çıxanda icra başçısının 20 metr məsafə uzaqlaşdığını və kiməsə zəng etdiyini görmüşdür. Bundan 20 dəqiqə sonra isə polislər həyətə gələrək oradakı şəxslərə cərimə yazmışdır” Şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, “27.10.2020-ci il tarixdə qardaşı oğlu Mahir Rəsulov sağalmaz xəstəlikdən ölmüşdür, həmin gün onu dəfn edib qayıtdıqdan sonra həyətdə əlini yuyarkən hay-küy eşidib qaçaraq qapıya tərəf çıxmışdır. Belə ki, onun oğlu həmin ərəfədə müharibədə iştirak etdiyi üçün o təş vişdə idi. Lakin evin darvazasının qarşısına çıxanda Şəki Şəhər İcra Hakmiyyətinin Başçısının onları “şərəfsiz, vicdansız” deyərək təhqir etdiyinin şahidi olmuşdur. Həmin vaxt irəli çıxmaq istəyərkən qardaşı Yaşar əlini sıxıb onu geri çəkdi. İcra başçısı özünə xas olmayan sözlər ifadə edirdi”. Şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, “oğlu Mahir Rəsulov 2 il ərzində sağalmaz xəstəlikdən əziyyət çəkib, Türkiyə Respublikasında müalicə olunsa da, müalicəsi davamlı olduğundan, lakin o, vətəni üçün darıxdığından Azərbaycan Respublikasına Şəki şəhərinə qayıtmışdır. Ölkəmizdə müharibə dönəmi olduğundan və oğlu da olduqca vətənpərvər olduğundan hadisələrdən stres yaşayaraq səhhəti daha da pisləşmiş, müalicəyə gərəyi olması bildirilsə də, müalicəyə getməkdən imtina etmişdir. 27.1 0.2020-ci il tarixdə səhər saatlarında oğlu Mahir Rəsulov öldü və onu həmin gün dəfn etməkdə biraz gecikmişlər. Belə ki, məzarlıq dağlıq ərazidə olmaqla məzarın qazınması bir çox problemlər yaradıb, bu səbəbdən dəfn saat 18:00 radələrində baş tutub. Ölüm faktı rayon icra hakimiyyətində müvafiq olaraq qeydə alınır, istər xəstəxana, istər polis orqanı kiminsə ölməsi faktı barədə dərhal məlumat verir. Lakin ölüm faktına görə onların evə həmin gün səhər saatlarında heç bir orqandan gələn olmamışdır. Lakin dəfndən sonra evdə olarkən polis əməkdaşlarının onların evinin həyətinə gəldiklərini və oradakı şəxslərə inzibati xəta haqqında protokol yazdıqlarını görmüşdür. Həmin vaxt onun kürəkəni də cərimə yazılmasını görərkən polislərdən xahiş etmişdir ki, onun gənc oğlu ölüb, indi kürəkəni ona oğuldu r, ona cərimə yazılmasın. Lakin ona bildirdilər ki, onları bura göndəriblər”. Şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, “27.10.2020-ci il tarixdə qaynı Yaşarın oğlu Mahirin yas mərasimində iştirak etmişdir. Meyidin yuyulduğu yeri yığışdıran zaman həyətdə səs-küy eşitmiş, bir nəfərin hərbi geyimdə olmasını görüb təlaşla darvazaya tərəf qaçmışdır. Belə ki, həmin vaxt müharibə dönəmi olduğundan və oğlu da hərbi xidmətdə olduğundan düşünmüşdür ki, oğlundan nəsə xəbər var. O, ora gəldikdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cavabdeh görmüşdür. O, səsi eşidib yola tərəf qaçmışdır. “Vicdansızlar, utanmırsız yığışmısız bura” deyirdi”. Şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, “27.10.2020-ci il tarixdə nəvəsi Mahirin yas mərasimində iştirak etmişdir. Meyidin yuyu lduğu yeri yığışdıran zaman həyətdə səs-küy eşitmiş, bir nəfərin hərbi geyimdə olmasını görüb darvazaya tərəf getmişdir. O, ora gəldikdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cavabdeh görmüşdür”. Şəki Şəhər-Rayon Polis şöbəsinin 20.11.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “COVİD-19” pandemiyası ilə əlaqədar infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə respublika ərazisində insanların kütləvi toplaşmasının, o cümlədən yas mərasimlərinin kütləvi keçirilməsinin qadağan olunduğu dövrdə, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 309-da yaşayan İddiaçı 27.10.2020-ci il tarixdə yaşadığı evdə oğlu Mahir Rəsulovun ölməsi ilə əlaqədar karantin qaydalarını pozaraq, karantin qaydalarına zidd olaraq, yas mərasimi təşkil etməklə ictimai qayda və qanunlara, bu sahəyə cav abdeh dövlət orqanlarının tövsiyələrinə qarşı hörmətsizlik nümayiş etdirmişdir. Yas mərasimi keçirilən zaman şəhərin mərkəzi küçəsi olan M.Ə.Rəsulzadə küçəsində avtomobillərin toplanması nəticəsində magistral yolda tıxac yaranmış, nəticədə digər yol hərəkətlərinə maneçilik törənmişdir. Bununla bağlı polis əməkdaşları əraziyə cəlb edilməklə yas mərasimi keçirilən ünvana baxış keçirmiş, İddiaçı yaşadığı ünvanda qapalı şəraitdə yas mərasimi təşkil edilməsi müəyyən olunduqdan sonra, orada iştirak edən 8 nəfər şəxs barəsində inzibati cəza tədbirləri görülməklə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və hər birinə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə tətbiq edilmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Elşin Mehdiyev) 04 mart 2021 -ci il tarixli qərardadı ilə mülki iş ərazi adiyyatı üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) 07 iyul 2021-ci il tarixli 2(004)-3683/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən mənəvi və maddi zərər yetirilməsi faktının mövcudluğu öz təsdiqini tapmamış və iddiaçı ona cavabdeh tərəfindən qanunvericilikdə təsbit olunmuş qaydada maddi və mənəvi zərər vurulmasına əsas olan hərəkətlər etməsinə dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi hər hansı bir fakta deyil, ehtimallar əsasında qurulduğundan, iddia ərizəsində göstərilən hallar isə məhkəmə iclasında öz əksini ta pmadığından, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh kədərli günündə ona və dəfndə iştirak edən şəxslərə qarşı “vicdansız, utanmaz və şərəfsiz” deməklə təhqir etmişdir. Bu halı şahidlər də təsdiqləmişlər. Cavabdehin bu sözləri işlədərək təhqir etməsinə görə, məhkəmə linqvistik ekspertiza təyin etməli olduğu halda, etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, bi rinci instansiya məhkəməsinin 07 iyul 2021ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi şahid ifadələrinə düzgün qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrindən müəyyən edilir ki, həqiqətən Cavabdeh 27.10.2020-ci il tarixdə saat 18:00 radələrində iddiaçının yaşayış evinin qarşısına gələrək yas mərasiminə toplaşanlara irad bildirmşdir. Cavabdehin işlətdiyi ifadələrlə bağlı isə şahidlər fərqli ifadələr (“vicdansız, şərəfsiz”; “vicdansız, namussuz”; “vicdansız, utanmazlar”; “abırsızlar”) vermişlər. İddiaçı isə iddia ərizəsində cavabdehin “vicdansız”, “vicdansızlar” ifadələrini işlətməsini qeyd etmiş, lakin məhkəmə iclasında şahidlərin if adələrindən sonra apellyasiya şikayətində cavabdehin “vicdansız, utanmaz, şərəfsiz” ifadələrini işlədərək onu təhqir etməsini qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının göstərdiyi ifadələri işlətməsi müəyyən edilmir. Şahid ifadələrinə gəldikdə isə dindirilmiş şahidlər müxtəlif hallar göstərmişlər, onlar həqiqətə uyğun hesab edilməməklə, iddia ərizəsində olunan sözlərin işlədilməsi nəticəsinə gəlməyə əsas vermir, çünki iddiaçı özü ilk əvvəldən yalnız “vicdansız” sözünün işlədilməsinə istinad etmişdir. İddiaçının əvvəldən qeyd etdiyi “vicdansız” ifadəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, hətta həmin ifadənin cavabdeh tərəfindən işlədilməsi qəbul edilsə belə, göstərilən vəziyyətdə bu ifadə iddiaçının (o cümlədən digər şəxslərin) şərəf və ləyaqətini alçatmağa yönəlmiş hərəkət kimi qiymətləndirilə bilməz. Cavabdehin iddiaçıya və dəfn mərasimində iştirak edən digər şəxslərə münasibətdə “vicdansız” ifadəsini işlədərək toplaşmış şəxslərin kənarlaşdırılmasını tələb etməsi (bu həqiqət olduğu təqdirdə), iddiaçının və iştirak edən digər şəxslərin şərəf və ləyaqətini alçaltmaq niyyəti ilə deyil, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə insanların bir araya toplaşmamasını təmin etmək məqsədilə tutulmuş bir irad kimi nəzərdən keçirilə bilər. İddiaçı bildirir ki, yas yerinə gələnlər həyətində açıq havada baş sağlığı verib getmiş, qapalı məkanda yas mərasimi təşkil olunmamışdır, Nazirlər Kabinetinin qərarında isə qapalı məkanl arda təşkil olunan yas mərasimləri qadağan olunmuşdur. «Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli Qərarının 1.1-ci bəndi ilə bir sıra məhdudiyyətlər, o cümlədən dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi istisna olmaqla 2020-ci il 30 sentyabr saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə digər iş, xidmət sahələrində və istiqamətlərində fəaliyyətə icazə verilmişdir. İşdə olan Şəki Şəhər Məhkəməsinin 07.12.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X12 (hazırki iş üzrə şahidlərdən biri) 27.10.2020-ci il t arixdə saat 18:00 radələrində iddiaçının oğlunun yas mərasimində iştirak etməklə karantin qaydalarını pozması səbəbindən inzibati məsuliyyətə cəlb olunmasına dair Şəki ŞRPİ-nin 27.10.2020-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayət məhkəmənin qeyd olunan qərarı ilə təmin olunmamışdır. Həmin işə məhkəmədə baxılarkən Şəki ŞRPİ İTB-nin rəisi polis kapitanı X13 verdiyi izahatında göstərmişdir ki, X12 yas mərasimini təşkil edən şəxslərdən biri olmuşdur, belə ki, yas yerində qoyulan stol və stullar, həmçinin quraşdırılmış çadır Tehran Həşimova məxsus olmuşdur. Göründüyü kimi, iddiaçının mərhum oğlunun dəfnindən sonra həyətində çadır qurmaqla yas mərasimi təşkil et məsi inzibati xəta haqqında işdən müəyyən olunur. Bununla da iddiaçının karantin qaydalarına riayət edilməsi barədə dəlilləri təsdiq olunmur. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hərəkətlərində iddiaçının şərəf və ləyaqətini alçaldan söz və ifadələrin işlədilməsi müəyyən olunmur, buna görə də iddia təmin oluna bilməz. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessua l hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqə tini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Mənəvi zərərin ödənil məsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunveriçilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyil. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağ lamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s.hallarda özünü büruzə verə bilər”. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəra itdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9371/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.