Məhkəmə qərarları › İş №2(102)-1838/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1838/2022

10.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1838/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:qeyri-yaşayış sahəsinin boşaldılması barədə) 10.05.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)8657/2021 saylı qətnaməsindən üçüncü şəxs X1 və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıla rı müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehin ona məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən dəymiş zərərə görə 3.600 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh isə məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, sözügedən qeyriyaşayış sahəsinə dair İddiaçı adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Üçüncü şəxs X isə məhkəmədə İddiaçı qarşı iddia verərək, q eyri-yaşayış sahəsinə dair İddiaçı adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.N.Həsənova) İddiaçı iddiası qismən təmin edilərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Eyni zamanda Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 a prel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinə dair İddiaçı adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına, habelə X3 qarşı “qeyri-yaşayış sahəsinə dair İddiaçı adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına dair hissələrdə işin icraatına işə ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 08 may 2019-cu il tarixli Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən qey ri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. İddiaçı qeyriyaşayış sahəsinin mülkiyyətçisi olduğundan öz mülahizəsinə görə həmin qeyri-yaşayış sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir. Lakin, cavabdeh qeyriyaşayış sahəsini könüllü boşaltmadığı üçün iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Bu baxımdan iddiaçı cavabdehin qanunsuz sahibliyində olan qeyri-yaşayış sahəsini geri tələb etməkdə haqlı olub. Bundan başqa, iddiaçı cavabdehin qeyri-yaşayış sahəsini hər ay 450 manat ödəməklə icarəyə götürdüyünü iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi halı təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib və cavabdehin təqsiri üzündən idiaçıya 3.600 manat məbləğində zərər dəyməsi işin hər h ansı halı ilə müəyyən edilmir. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 140, 157.2, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Üçüncü şəxs X apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim lər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şik ayətinin dəlilləri Üçüncü şəxs Tərahim Abbasov kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Eyni məzmunlu olan kassasiya şikayətləri belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 41 4-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahbiliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərizində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yet irilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Hər iki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin yoxlanılmalıdır. dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Üçüncü şəxs və cavabdeh kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin olunması üçün əsasların olmadığını göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı, ünvan 1 ünvanda, 9 mərtəbəli binanın yarımzirzəmisində yerləşə n, sahəsi 34,7 kv.metr olan qeyri-yaşayış sahəsini qüvvədə olan qanunverciliyə əsasən 5.830.000 manata (AZM) satın alıb və bu barədə onun adına Azərbaycan Respublikası İİN-nin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən 01 iyul 2002-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə verilib. Sözügedən Şəhadətnaməyə və digər sənədlərə əsasən ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair iddiaçının adına Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 07 may 2019-cu il tarixli “Texniki Pasport” tərtib edilib verilib və həmin qeyriyaşayış sahəsinin ümumi sahəsi 3,6 kv.metr olan dəhlizdən; 19,6 kv.metr olan boş otaqdan; 11,5 kv.metr olan anbardan və 63,2 kv.metr olan boş otaqlardan ibarət olduğu qeyd edilib. Bundan sonra 08 ma y 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 97,9 kv.metr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin qeyri-yaşayış sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir. Lakin, cavabdeh qeyri-yaşayış sahəsini könüllü boşaltmadığı üçün iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Bu baxımdan iddiaçı cavabdehin qanunsuz sahibliyində olan həmin qeyri-yaşayış sahəsini geri tələb etməkdə haqlı olub. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müə yyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur və hər bir halda qanunverci daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını bunu iddia edənin sübut etməsi ilə əlaqələndirir. Hazırki halda cavabdeh sözügedən qeyri-yaşayış sahəsi barədə reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə iddiaçının mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, əgər sözügedən qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydi yyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat dəyişdirilmişsə və bunun nəticəsində həmin qeyri-yaşayış sahəsinə olan hüququna toxunulmuş cavabdeh və ya üçüncü şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında ayrıca birinci instansiya məhkəməsində iddia qaldıra bilər (Mülki Məcəllənin 149.2-ci maddəsi). Digər tərəfdən, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbləri təşkil edir və həmin maddənin tələbləri mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası latınca “vimdecere”- sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir və mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Mülkiyyətçinin vindikasiya iddiası ona görə müqavilədənkənar iddia hesab edilir ki, onun mülkiyyət hüququ, tələb olunan əmlakla bağlı onunla müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs tərəfindən pozulur. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşıb hesab edir ki, mülkiyyətçi olaraq iddiaçı özgəsinin, yəni Cavabdeh qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olub. Belə ki, Cavabdeh ümumiyyətlə mübahisəli qeyri-y aşayış sahəsinə heç bir hüququ yoxdur və iddiaçının mülkiyyət hüququ, tələb olunan qeyri-yaşayış sahəsi ilə bağlı onunla hər hansı müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs, yəni Cavabdeh tərəfindən pozulub, bu isə yolverilməzdir. Bundan başqa, iddiaçının hazırki tələbi yalnız Cavabdeh qarşı yönəlib və onun ümumiyyətlə üçüncü şəxs Tərahim Abbasova qarşı heç bir tələbi olmayıb. Cavabdeh kassasiya şikayətində sözügedən qeyri-yaşayış sahəsinin iddiaçıya deyil, üçüncü şəxs Tərahim Abbasova məxsus olduğunu, həmin qeyri-yaşayış sahəsindən sonuncunun razılığı ilə qanuni əsaslarla istifadə etdiyini göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Əksinə, işdən görünür ki, Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən heç bir hüquqi əsası olmadan istifadə edib, həmin qeyri-yaşayış sahəsinə dair üçüncü şəxs X4 rayon MKTB arasında bağlanmış “Qeyri-yaşayış sahələri üzrə istismar yığımı haqqında” birtipli 25 dekabr 2019-cu il tarixli müqaviləyə gəlincə isə həmin müqavilənin predmetini qeyri-yaşayış sahələri üzrə istismar yığımının ödənilməsi təkil edir və müqavilə 25 dekabr 2019-cu ildən 31 dekabr 2020-ci il tarixədək bağlanıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən müqavilə ümumiyyətlə qeyri-yaşayış sahəsinə hüquq əldə edilməsi üçün əsas hesab edilə bilməz və bu növ müqavi lələr adətən istismar yığımının ödənilməsi üçün bağlanır. Bundan başqa, sözügedən müqavilənin müddəti artıq 31 dekabr 2020-ci il tarixdə bitib. Ona görə də Cavabdeh sözügedən müqaviləyə istinad edib hazırki iddiaya etiraz etməsi qanuni və əsaslı sayıla bilməz və üçüncü şəxs X belə bir müqavilənin bağlanması Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılmasına mane olan hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh və X kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Üçüncü şəxs X1 və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-8657/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar