Məhkəmə qərarları › İş №2(102)-1839/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1839/2024

13.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1839/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evin naturada bölünməsi yaxud açıq hərracdan satılaraq satış pulunun bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı “evin naturada bölünməsi yaxud açıq hərracda satılaraq satış pulunun bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-199/203 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 10/14 hissədə Cavabdeh, 1/14 hissədə İddiaçı3, 1/14 hissədə İddiaçı5, 1/14 hissədə İddiaçı1 və 1/14 hissədə İddiaçı4 mülkiyyət hüququ qeydə alınmışdır. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən paylı mülkiyyət hüququ ilə onlara və cavabdehə məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 219,80 m2 olan fərdi yaşayış evinin naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda fərdi yaşayış evinin açıq hərracdan satılaraq, əldə edilmiş gəlirin iddiaçılar və cavabdehlər arasında bərabər bölünməsi bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, ümumi sahəsi 219.80 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı5 (1/14 hissə), İddiaçı3 (1/14 hissə), İddiaçı1 (1/14 hissə), İddiaçı4 (1/14 hissə) və Cavabdeh (10/14 hissə) məxsusdur. Fərdi yaşayış evi mərhum atamız X4 miras qalmışdır. Mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən elektron çıxarış verilmişdir. Cavabdeh onların həmin mənzildə yaşamalarına maneələr törədir. Buna görə də onlar cavabdehlə paylı mülkiyyətlərində olan yaşayış sahəsini sataraq özlərinə yaşayış evi almaq istəyirlər. Həmin paylı mülkiyyət naturada ayrılmadığı üçün fərdi yaşayış evinin satılması mümkün deyil. Hazırda həmin fərdi yaşayış evinin naturada bölünməsi, bölünə bilmədiyi halda daşınmaz əmlakın açıq hərracdan satılmasına və daşınmaz əmlakın hərracda satışından əldə edilmiş pulun tərəflər arasında bərabər bölünməsinə nail olmaq istəyirlər. 4. "xxxx" MMC tərəfindən verilmiş 30 iyun 2021-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hes abatda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin 30 iyun 2021-ci il tarixə olan bazar dəyəri 85000 manat, likvid dəyəri 68000 manat təşkil edir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, ekspert vəsatəti təmin edilmədiyinə görə (tərəflər məhkəməyə gəlmədiyinə görə) ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq ekspertizanın aparılmasından imtina edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatda göstərilmişdir ki, tədqiqa t obyektinə baxış keçirilməsinin təşkil olunması və əlavə materialların təqdim edilməsi barədə vəsatət təmin edilmədiyindən ekspertizanın

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 27 dekabr 2021-ci il tarixli, 2(010)-1638/2021 nömrəli qətnaməsi ilə (Səlimə Miriyeva) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların paylarının ayrılmasının nə naturada, nə də pul kompensasiyası verilməsi yolu ilə təmin edilməsi mümkün olmadığı halda paylı mülkiyyətdə olan fərdi yaşayış evinin hərracdan satılmasından başqa yol qalmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçılar bu əmlakın hərracdan satılmasını və satış pulunun bölünməsini tələb etməkdə haqlı olmuşdur.

9. Məhkəmə öz mövqeyini Azərbayc an Respublikası Mülki Məcəlləsinin 220.1, 220.3, 220.4, 220.6, 221-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası barədə heç bir məlumatı olmamışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən bildiriş gəldiyi zaman məhkəmə barədə məlumatı olmuşdur. Həmçinin, hakim iştiraklarını təmin etməyərək, məhkəmə çəkişməsi və bərabərlik prinsipini a çıq aydın pozmuşdur. İş materiallarına əsasən, işin faktiki hallarından göründüyü kimi, qətnamədə qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 219,80 kv/m olan fərdi yaşayış evinin qiymətləndirilməsi həyata keçirilmişdir. Belə ki, həmin qiymətləndirmənin nə vaxt, hansı şəraitdə keçirilməsindən məlumatları olmamışdır. Digər tərəfdən guya ki, qətnamədə qeyd edilənlərə əsasən məhkəmə mübahisə predmeti olan yaşayış sahəsinin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmişdir. Lakin ekspert tərəfindən ekspertizanın keçirilməsi tərəflərin ekspertizanın keçirilməsində iştirak etməməsi səbəbi ilə imtina edilmişdir. Daha sonra məhkəmə tərəfindən fərdi yaşayış sahəsinin naturadan bölünməsi məsələsinin mümkünlüyü ilə bağlı yenidən ekspertiza təyin edilmiş lakin yenidən tədqiqat obyektinə baxışın mümkün olmaması əsası ilə ekspert rəyinin verilməsindən imtina edilmişdir. Cavabdehin nə məhkəmə prosesindən nə də ki, ekspertizanın keçirilməsindən xəbəri olmamış, fərdi yaşayış evinə baxışın keçirilməsi ilə bağlı məlumat verilməmiş, həmçinin də cavabdehin yaşadığı ünvana heç kim gəlməmişdir. Cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə heç bir maneə törədilməmişdir. Beləliklə, iş materiallarından görünür ki, məhkəmə naturada bölgü və kompensasiya müddəalarının tətbiqini lazımınca müzakirə etməyib və buna dair cavabdehin arqumentlərini qiymətləndirməyib. Həmçinin məhkəmə qətnaməsində naturada bölgü müddəasına və kompensasiya müddəasının niyə tətbiqinin mümkün olmamasına əsasız və mötəbər olmayan hallara əsaslanaraq münasibət bildirmişdir. Müvafiq hüqu q normalarının aşkar mənasına görə hərrac müddəasının, yəni ümumi əmlakın açıq hərrac vasitəsilə satılması və satış pulunun mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi üçün vacib şərt naturada bölgü və kompensasiya müddəalarının yoxlanılmasıdır. Əgər naturada bölgü və kompensasiya müddəalarının uğurlu tətbiqi mümkün olmazsa, bu halda hərrac müddəası tətbiq edilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə naturada bölgü və kompensasiya müddəalarına istisna edilməyib. Lakin, naturada bölgü və kompensasiya müddəasının tətbiqinin mümkünsüzlüyü iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehin məhkəmə iclasında iştirak etməməməsi, həmçinin əsasız olaraq guya ekspertiza baş tutmadığından naturada bölgü və kompensasiya müddəaları tətb iq edilməmişdir. Göründüyü kimi, paylı mülkiyyətçi öz payına düşən əşyaya, digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Əgər bu tələb varsa və digər mülkiyyətçilər bu tələbi təmin etməyiblərsə, bu zaman hərracda satıla bilər. Lakin bu tələb yoxdursa və bu prosedur mərhələyə əməl edilməmişdirsə, mənzilin hərracda satılması sözügedən maddələrin pozulması hesab olunur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 10/2110 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin paylar üzrə naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4-cü bəndlərində və Məhkəmə Tikinti-X1 Metodlarında qeyd olunanlara əsasən texniki c əhətdən mümkün olmadığı müəyyən olunmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-199/23 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər– X2 (məruzəçi), X5 və X3 ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(010)-1638/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı5l qızı, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Cavabdeh qarşı evin naturada bölünməsi yaxud açıq hərracdan satılaraq satış pulunun bölünməsi tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, əmlakın satışından əldə olunan pul vəsaiti gəlir paylarına uğyun olaraq İddiaçı5l qızı, İddiaçı3, İddiaçı1, İddiaçı4 və Cavabdeh arasında bölüşdürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəmədə qeyd etmişdir ki, işdən müəyyən olunur ki, iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, işə məhkəmə hazırlıq iclasında baxılması 12 mart 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh nə məhkəmə hazırlıq iclasının, nə də sonrakı iclasların vaxtı və yeri barədə məlumatlandırılması barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Cavabdehin apellyasiya şikayətinin birinci dəlili də bu barədədir və işin bu halı öz təsdiqini tapdığından, bu dəlil əsaslı olmaqla məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş cav abdehin iştirakı olmadan işə məhkəmənin mübahisələndirilən qətnaməsinin ləğv edilməsinə əsas verir.

15. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əmlakın naturada bölünməsinin mümkünsüzlüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, 10/2110 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır. Pul kompensasiyasının (dəyərinin) ödənilməsi şərtinin də hazırkı işə tətbiqi istisna olur. Bu da öz növbəsində paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması üçün əsasdır. Buna görə də iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılaraq, əldə edilmiş gəlirin iddiaçılar və cavabdehlər arasında bərabər bölünməsi təmin edilməlidir.

16. Məhkəmə kollegiyası yuxarıda qeyd olun anlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətinin işin halları ilə qismən təsdiq olunur və qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 213.4, 213.5, 215.1, 215.2, 215.4, 215.5, 215.6, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6 və 221-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şik ayəti verərək qətnamənin qismən ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (Mülki Məcəllə, maddə 220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (Mülki Məcəllə, maddə 220.5). Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər ( Mülki Məcəllə, maddə 220.6). Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, yuxarıda qeyd edilən müvafiq hüquq normalarından görünür ki, ümumi mülkiyyətin bölgüsü üçün üç mərhələ ardıcıl olaraq yoxlanılmalıdır: 1) Ümumi mülkiyyətin naturada faktiki bölgüsü (Naturada bölgü müddəası); 2) Ümumi mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi (Kompensasiya müddəası); 3) Ümumi mülkiyyətin açıq hərracdan satışı(Hərrac müddəası). Müvafiq hüquq normalarının aşkar mənasına görə hərrac müddəasının, yəni ümumi əmlakın açıq hərrac vasitəsilə satılması və satış pulunun mülkiyyətçilər arasında paylara müvafiq bölünməsi üçün vacib şərt naturada bölgü və kompensasiya müddəalarının yoxlanılmasıdır. Əgər naturada bölgü və kompensasiya müddəalarının uğurlu tətbiqi mümkün olmazsa, bu halda hərrac müddəası tətbiq edilə bilər. İş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021 tarixli qətnaməsi ilə naturada bölgü və kompensasiya müddəalarına istisna edilməyib. Lakin naturada bölgü və kompensasiya müddəasının tətbiqinin mümkünsüzlüyü iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehin məhkəmə iclasında iştirakı etməməməsi, həmçinin əsasız olaraq guya ekspertiza baş tutmadığından naturada bölgü və kompensasiya müddəaları tətbiq edilməmiş Suraxanı rayon Məhkəməsi 2(010)-1638/2021 saylı, xx.xx.2021-ci il tarixdə qəbul etdiyi qətnamədə əsassız olaraq cavabdehin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməmələri səbəbləri barədə məhkəməyə məlumat verməməyi qeyd edilmişdir. Halbuki məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməmişəm. Məhkəmə iclası barədə heç bir məlumatım olmamışdır. Ancaq Suraxanı rayon İcra və Probasiya şöbəsindən bildiriş gəldiyi zaman məhkəmə barədə məlumatım olmuşdur. Həmçinin hakim iştirakımızı təmin etməyərək, məhkəmə çəkişmə si və bərabərlik prinsipini açıq aydın pozmuşdur. Hakim - bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmçinin qeyd edək ki, iş materiallarına nəzər salan zaman nə sms bildirişlə və ya pocta cavabdeh məlumatlandırılmamışdır. Belə ki, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Bu hallar apellyasiya məhkəməsinin diqqətinə çatdırılsa da apellyasiya məhkəməsi şikayətimiz təmin edərək Suraxanı rayon məhkəməsinin qətnaməsini ləğv etmiş lakin yeni qətnamə qəbul etmişdir.AR MPM-nin 387 maddəsinə əsasən işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli idi. Məhkəmə tərəfindən Suraxanı rayon məhkəməsinin qətnaməsi ləğv edilsə də yenidən işin dəlilərinə baxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

22. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

23. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

24. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

25. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

26. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunu n ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Cavabdeh kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfin dən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apel lyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxa rıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-199/203 nömrəli iş üzrə 28 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar