Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-184/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sami oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi, maddi və mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Sami oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 avqust 2022-ci il tarixli, 2(103)5534/2022 nömrəli qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Sami oğlu ilə X4 arasında işbirliyi olmuş, onlar hər ikisi xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC tərəfindən yaşayış binasının tikintisinin aparılmasına vəsait qoymuş, bununla belə, rəsmi olaraq həmin cəmiyyətin payçısı olmamışlar.
2. İddiaçı xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MTK-nın üzvü olmaqla bu kooperativin 20 % payının sahibi olmuş, "xxxx" MTK xx.xx.2008-ci il tarixdə adını və təşkilati-hüquqi forması dəyişdirərək, "xxxx" MTK-ya, xx.xx.2012-ci il tarixdə isə təşkilati-hüquqi formasını təkrarən dəyişdirərək, "xxxx" MMC-yə çevrilmişdir.
3. Tikinti işləri yekunlaşdıqdan sonra İddiaçılə Eldar Vəliyev arasında əmlak bölgüsü, o cümlədən son haqq-hesab aparılmış və bununla bağlı xx.xx.2010-cu il tarixdə sadə yazılı formada əlyazma tərtib edilmişdir. Həmin əlyazma bir vərəqdən və 2 səhifədən ibarətdir. Əlyazmanın birinci səhifəsinin üst yarım hissəsində İddiaçı Eldar Vəliyevə 460 000 ABŞ dolları, X5 Kəlbiyevə 185 000 ABŞ dolları məbləğində borcunun olduğu, birinci səhifəsinin alt yarım hissəsində isə ayrı-ayrı məbləğlər göstərilmiş, onların qarşısında müxtəlif adlar yazılmış və imzalar edilmişdir.
4. X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh1 və Cavabdeh2 X2 müvafiq olaraq həyat yoldaşı və oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sami oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, 182.848 ABŞ dolları və 13 337 manat məbləğində pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 182.848 ABŞ dollarının və 63.367 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X4 arasında işbirliyi olmuş, işbirliyi çərçivəsində onlar yaşayış binasının tikintisini həyata keçirmişlər. X4 rəsmi payçı olmamış, lakin qeyri-rəsmi olaraq onun tikintidə 35 % payı olmuşdur. Tikinti işləri başa çatdıqdan sonra onlar arasında haqq-hesab aparılmış və bu barədə xx.xx.2010-cu il tarixdə sadə yazılı formada sənəd tərtib edilərək hər ikisi tərəfindən imzalanmışdır. Həmin sənədə əsasən, on un X3 460.000 ABŞ dolları, X2 isə ona 185.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bundan sonra onların arasında olan bütün haqq-hesablar həmin sənəddə qeyd edilmiş və X4 tərəfindən imzalanmışdır. Bu sənəddə göstərilən məbləğlərin fərqindən də müəyyən edilir ki, X2 ona 182.848 ABŞ dolları məbləğində borcu qalmışdır. Eyni zamanda, inşa edilmiş bina ilə bağlı yaranmış kommunal borclar da 2013-cü ilin aprel ayında tərəfindən qarşılanmışdır ki, payına uyğun olaraq bu məbləğin 13.337 manat hissəsini məhz X4 ödəməli idi. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 onun həyat yoldaşı, Cavabdeh2 isə oğlu olmaqla onun vərəsələridir. Bu səbəblə iddia üzrə tələb bu şəxslərə qarşı irəli sürülmüşdür.
7. Cavabdeh2 (həmçinin, digər Cavabdeh1 nümayəndəsidir) iddianı qəbul etməmi ş, izahatlarında göstərmişdir ki, atası və iddiaçı arasında 2010-cu ildə son haqq-hesab aparılmış, bununla bağlı sadə yazılı formada əlyazma tərtib edilmişdir. Əlyazmada olan qeydlər atasının iddiaçıya olan borclarını əks etdirmir, əksinə iddiaçının atasına qaytardığı borcları əks etdirir. Bu səbəbdən həmin əlyazma 2010-2012-ci illərə aid olmasına baxmayaraq, iddiaçı tərəfindən məhz atasının ölümündən sonra iddia irəli sürülmüşdür. Hələ bir neçə il əvvəl onların arasında baş tutmuş görüşdə iddiaçı onun atasına hələ də 30.000 ABŞ dolları borcunun olduğunu şəxsən etiraf etmiş və qaytaracağına vəd vermişdir. Digər tərəfdən məsələn, qeyd edilən hissədə xx.xx.2010-cu il tarixə aid qeyddə “175.000 ABŞ dolları” sözləri, onun yanında “obyekt” sözü, ondan sonra isə atasına aid imza əks etdirilmiş dir. İddiaçı onun atasının bu məbləğdə borcunun Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsinə görə yarandığını iddia edir. Halbuki, hələ atası sağ olanda ona həmin qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı verilmiş, bundan sonra bu əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda da əmlak onun mülkiyyətindədir. Bundan əlavə atasının vəfatından sonra vərəsəlik qaydasında atasından onlara hər hansı miras əmlak qalmamışdır. Bu da öz növbəsində ondan iddiaçının xeyrinə hər hansı məbləğdə pulun tutulmasını istisna edir.
8. Cavabdeh2 nümayəndəsi (vəkili) də iddianın əsassız olduğunu bildirmiş, eyni zamanda iddia tələbinə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
9. Bakı şəhəri Binəqədi Ray on Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı, X2 ona 182.848 ABŞ dolları məbləğində borcunun yarandığını iddia edir və öz iddiasının əsası kimi onunla həmin şəxs arasında xx.xx.2010-cu il tarixdə sadə yazılı formada tərtib edilmiş əlyazmanı təqdim edir. Lakin həmin əlyazmadan bu şəxsin iddiaçıya borcunun olması müəyyən edilmir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı, X1 hər hansı əmlakın miras qaldığını və ya ondan miras qalmış hər hansı əmlakın hər hansı formada cavabdehlər tərəfindən qəbul edildiyini təsdiq edən sübut təqdim edə bilmir. Məhkəmə tərəfindən də belə bir halın mövcudluğu müəyyən edilmir. İş materialla rına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda Cavabdeh2 mülkiyyətində bir ədəd mənzilin və 1 ədəd qeyri-yaşayış sahəsinin olması göstərilsə də, bu əmlakların məhz X1 ona miras qaldığı qeyd edilməmişdir. Bu baxımdan cavabdehlər borclu kimi X2 hər hansı kreditorunun (əgər belə bir şəxs varsa) mənafelərini ödəməyə borclu deyillər. Bu da öz növbəsində ümumilikdə iddianın rədd edilməsini şərtləndirir.
12. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd etmişdir ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğu və iddiasının əsaslı olduğu halda belə, onun iddiası Cavabdeh2 aid hissədə məhz iddia müddəti tətbiq edilməklə rədd edilmiş olacaqdır. Belə ki, iddiaçı tərəfindən təq dim edilmiş əlyazmada məbləğlə bağlı son qeyd xx.xx.2012-ci il tarixdə aparılmışdır, lakin bu qeyd qarşısında hər hansı imza mövcud deyildir. Qarşısında imza olan son qeyd xx.xx.2011-ci il tarixə aidddir, iddia isə xx.xx.2021-ci il tarixdə qaldırılmışdır. Bu baxımdan bu qəbildən olan iddialar üçün müəyyən edilmiş nəinki 3 illik iddia müddəti, həmçinin, ümumi, yəni 10 illik iddia müddətinin ötürüldüyü ehtimal edilir.
13. Məhkəmə, iddia tələbinin “13337 manat pulun tutulması” hissəsi ilə bağlı vurğulamışdır ki, iddiaçı bu tələblə də cavabdehlərə qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Ümumiyyətlə, rəsmi olaraq payçı olmadığı bir halda, bu məbləğin məhz iddiaçı tərəfindən ödənilməsi anlaşılmazdır. Həmçinin, bu ödənişin aparılmasını təsdiq edən xx.xx.2013-cü il və xx. xx.2013-cü il tarixli qəbzlərə əsasən, ödənişlər iddiaçı tərəfindən, lakin "xxxx" MMC-nin direktoru Əliyev Fazilin adından aparılmışdır.
14. Məhkəmə, iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsinə də eyni mövqedən yanaşmış və bu tələbin həmçinin törəmə tələb olmasını da nəzərə alıb rədd edilməli olduğu nəticəsinə gəlmişdir.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 385.1-ci, 372.1-ci, 373.1-ci, 373.2-ci, 375-ci, 380-ci, 739.1-ci, 740-cı, 1133.1-ci, 1151.1-ci, 1243.2-ci və 1306.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı Sami oğlunun nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmadığı, maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu irəli sürülmüşdür.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 25 avqust 2022-ci il tarixli, 2(103)-5534/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, iddiaçı iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirə bilməmişdir.
20. Kollegiyanın qənaətinə görə, iddiaçının istinad etdiyi əlyazmanın 1-ci səhifəsinin alt hissəsində olan bütün məbləğlərin qarşısında məhz X4 tərəfindən imza edilməsi, onun iddiaçıya borc qaytarması deyil, iddiaçının ona borc ödəməsi anlamına gəlir. Çünkü qeyd edilən məbləğlərin tərəflərin hansının hansına və nə məqsədlə (borc verilməsi və ya qaytarılması, habelə əvəzləşdirmə qaydasında verilməsi) ödənilməsi göstərilməmiş, iddiaçının imzası ümumiyyətlə əks olunmamış, bir sıra məbləğlər silinmiş, 570.000 ABŞ dolları məbləğində pulun verildiyi göstərilsə də, bu məbləğin iddiaçı tərəfindən X3 məhz borc kimi verilməsi barədə hər hansı qeyd aparılmamış, xx.xx.2012-ci il tarixə və xx.xx.2012-ci il tarixə aid olan qeydlər qarşısında ümumiyyətlə imza edilməmişdir.
21. Əlyazmada 17.800 ABŞ dolları məbləğinin səhv hesablandığı göstərilsə də, bu məbləğ hər hansı məbləğdən silinməmiş və ya bu məbləğ hesabına hər hansı məbləğ artırılmamışdır. Eyni qaydada, əlyazmanın 1-ci səhifəsinin alt hissəsində verilmiş, lakin sayılmamış kimi göstərilən 30.000 ABŞ dolları məbləği də hər hansı məbləğə hesablanmamışdır.
22. Ağlabatan mühakimə əsasında qəbul olunmalıdır ki, X3 460.000 ABŞ dolları məbləğində borcu olan iddiaçı bu məbləği tam şəkildə qaytardıqdan sonra həmin əlyazmada bu barədə müvafiq qeyd aparmaqla qalan məbləğin verilmə və ya alınma məqsədini dəqiq göstərməli və müvafiq qeydlər səhifənin üst hissəsinin formasına uyğun olaraq hər i ki tərəfin imzası ilə təsdiq edilməli idi.
23. Şərh olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı Sami oğlu (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tə rəfindən qeyd olunan maddi hüquq normalarına istinad edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməli olduğu halda, məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmaqla maddi hüquq normalarının pozuntusuna yol verilmişdir. Eləcə də, qeyd olunan prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, iddiaçı tərəfin təqdim etdiyi sübutlara, o cümlədən işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayəti əsaslandırılarkən, Mülki Məcəllənin 385.1, 442, 1151.1-ci, Mülki Prosessual Məcəllənin 217.1, 217.3, 218.1-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarına istinad edilmişdir. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlar ını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
30. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
31. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma h əmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
33. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
34. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
36. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il ə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Odur ki, kassasiya şikayəti dəlilləri apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymət ləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
53. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5534/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.