Məhkəmə qərarları › İş №2(102)-1840/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1840/2020

19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1840/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 oğlunun, Cavabdeh1 vəkili Məcidov Meybulla Həbi oğlunun iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin ċavabdeh Cavabdeh1 Tahı̇ r oğlu və N.N.N. oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13321/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti, vəkili X2 oğlu və Cavabdeh1, vəkili Məcidov Meybulla Həbi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli, 2(010)2342/2019 saylı qətnaməsi ilə (hаkim A.A.Qasımov) iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13321/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova, X.Ə.Sarıyev) iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu tarixli, 2(010)-2342/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4528 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun, 1 manat bank xidməti xərcinin, cəmi 4559 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 90 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 30 manatının isə “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı “xxxx”ASC-nin xeyrinə dəymiş ziyana görə 6.087,71 (altı min səksən yeddi manat yetmiş bir qəpik) manat sığorta ödənişinin, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 1 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx xxxxx 2016-cı ildə “avtonəqliiyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx xxxxxx 2016-cı ildə Cavabdeh2 idarə etdiyi Cavabdeh1 məxsus “Daewoo BS 090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “xxxx” ASC tərəfindən sığortalanmış “İveco Urbanw ay” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşları tərəfindən KYP 617659 saylı inzibati protokol tərtib olunmuşdur. Hadisə tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh2 avtonəqliyyat vasitəsini icbari sığorta olmadan idarə etmişdir. “xxxx” MMC tərəfindən tərtib olunmuş xx xxxxxx 2016-cı il tarixli zərər aktına əsasən “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 6087.71 (altı min səksən yeddi manat yetmiş bir qəpik) manat müəyyən edilmişdir. “xxxx” ASC-nin xx xxxxxx 2016-cı il tarixli sığorta aktına əsasən “xxxx” ASC tərəfindən dəymiş ziyana görə 6087. 71 (altı min səksən yeddi manat yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Beləliklə sığortalı “İveco Urbanway” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün “xxxx” ASC tərəfindən sığortalıya 6987,7 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh1 və Cavabdeh2 Oruc oğlundan subroqasiya qaydasında tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilib həmin hissədə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ona münasibətdə ləğv edilib iddianın ona münasibətdə təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya ş ikayətinin dəlilləri: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və vəkili X2 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, avtomobilə vurulmuş ziyanın müəyyən edilməsinə dair əsassız ekspert rəyinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 və vəkili Məcidov Meybulla Həbi oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyətin C avabdeh1 üzərinə qoyulması məsələsində səhvə yol vermiş,qanunsuz və əsassız olaraq təqsiri olmadan Cavabdeh1 məsuliyyətə cəlb etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkili Məcidov Meybulla Həbi oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayəti n təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X2 oğlunun, Cavabdeh1 vəkili Məcidov Meybulla Həbi oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh1 kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalar ının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən məlum olur ki, sığortalı “xxxx” MMC-yə məxsus 1 saylı əlavədə olan siyahıda göstərilmiş avtonəqliyyat vasitələri (o cümlədən İveco Urbanway markalı, ** JX *** dövlət qeydiyyat nişanlı qırmızı qara rəngli avtobus) xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək sığortalanmışdır. İşdə olan 617659 saylı, xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokolun surətindən məlum olur ki, “Daewoo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobu su yol vərəqi marş 44 əsasında idarə edən Cavabdeh2 xx.xx.2016-cı il tarixdə, saat 21:40-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinin tələbini pozaraq hərəkət zamanı Naximov küçəsində manevr edib nəticədə qarşıda olan “İveco” markalı, ** JX *** nömrəli avtobusun arxa sol istiqamətinə dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilərək xx.xx.2016-cı il tarixdə 60 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan və xx.xx.2016-cı il tarixdə “xxxx” ASC tərəfindən tərtib edilmiş sığorta aktına əsasən dəymiş maddi zərər və sığorta ödənişi 6087,71 manat müəyyən edilərək avtobusun təmiri üçün “xxxx” MMC-nin hesabına köçürülmüşdür. İş materiallarında n görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən qətnaməsində qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbini sübut edən sənədlərin əsilləri və yaxud onların müvafiq qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməmişdir. Yəni, iddiaçı tərəfindən iddia tələbinin əsaslandırıldığı sənədlər (sübutlar) kimi iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş sənədlərin, o cümlədən də sığorta aktlarının, ödəniş tapşırıqlarının, məhkəmə qərarının və digər sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmamış və məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən iddia tələbinin sübuta yetirilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu fikri ilə razılaşmayaraq qeyd etmişdir k i, iddiaçı tərəf özlərinə məxsus sənədləri “xxxx” ASC-nin möhürü ilə təsdiq edərək məhkəməyə təqdim etmişdir. Həmin surətlər sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri hesab edilir. Məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən məhz iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında uzun müddət araşdırılma aparılmış, hətta məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, müvafiq rəy əldə edilmiş, bu müddət ərzində sənədlərin əsli tələb edilməmiş, lakin bütün bunlara baxmayaraq sırf bu əsasla iddia təmin edilməmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsi, hadisə nəticəsində “xxxx” ASC-də sığortalanmış avtonəqliyyat vasitəsinə zərər dəyməsi, həmin hadisənin Cavabdeh2 tərəfindən törədilməsi, onun məsuliyyətə cəlb edilməsi və iddiaçı tərəfindən sığortalıya sığorta ödənişinin a parılması işin mübahisəsiz halıdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qəza sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdə törədildiyindən hadisə nəticəsində dəymiş və iddiaçı tərəfindən ödənilmiş zərər subroqasiya qaydasında iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. -936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydas ında onun verdiyi sığorta ödənişi məbləğində keçir. -936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Cavabdeh2 tərəfindən törədilmiş və məhz o məsuliyyətə cəlb edilmişdir. Lakin, tərəflər arasında əmək münasibətləri mövcud olmamış, əmək müqaviləsi bağlanmamışdır. Belə olan halda, cavabdehlər arasında işçi-işəgötürən münasibətlərinin mövcudluğu istisna edilir. Bu səbəbdən də, Cavabdeh1 yüksək təhlükə mənbəyi sayılan və ha disə törədilən avtobusu Cavabdeh2 hansısa qanuni əsaslarla verilib verilməməsi məsələsi araşdırılmışdır. Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hadisə törədilərkən Cavabdeh2 “Daewoo” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusu yol vərəqi marş 44 əsasında idarə etmişdir. İş materiallarından görünür ki, cavabdehlər izahat verərək bildirmişlər ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 yol vərəqi verilməmişdir. Belə ki, Cavabdeh1 yol vərəqindən xəbəri olmadığını, Cavabdeh2 isə belə bir yol vərəqinin ona verilmədiyini bildirmişdir. Hər iki cavabdeh avtobusun Cavabdeh2 qarajdan verdiyini, 1 gün sınaq müddəti müəyyən edildiyini, həmin müddətdə də qəza törədildiyini bildirmişdir. Bununla da nəqliyyat vasitəsinin idarə edilməsi üçü n Cavabdeh1 tərəfindən Cavabdeh2 qanuni əsaslarla verilmədiyi müəyyən edilmişdir.Bu səbəbdən də, məsuliyyət həm mənbə sahibi kimi onun (Cavabdeh1), həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin (Cavabdeh2) üzərinə qoyulur. İş materiallarında faktiki olaraq yol vərəqəsinin kserosurəti əlavə olunmuşdur, lakin nə mülkiyyətçi, nə də nəqliyyat vasitəsini idarə edən sürücü hadisə baş verən vaxtı belə yol vərəqəsinin mövcud olmadığını göstərirlər. Belə olan halda isə nəqliyyat vasitəsi idarə olunarkən yol vərəqəsinin olmaması aşkardır. Eyni zamanda hər iki cavabdeh qəbul edir ki, nəqliyyat vasitəsi məhz hadisə günü N.Yolçuyevə verilmişdir, yol vərəqəsində isə xx.xx.2016-cı il göstərilməsi həqiqətə uyğun deyil, faktiki olaraq yol vərəqəsinin hadisədən sonra tərtib olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəmə kollegiyası hesab etmişdir ki, vurulmuş zərərə görə məsuliyyət hər iki cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Z ərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. -1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Cavabdehlərdən zərər olaraq tutulacaq pul məbləği ilə əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixdə “xxxx” ASC tərəfindən tərtib edilmiş sığorta aktını mötəbər sübut hesab etmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 14997 saylı ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urbanway” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4528 manat müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə dəymiş zərər 4528 manat müəyyən edildiyindən məhz həmin məbləğin hər iki cavabdehdən subroqasiya qaydada iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmiş və qeyd etmişdir ki, bundan artıq məbləğdə zərərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəli nmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13321/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar