Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1841/2022 16.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı, Cavabdeh MMC-nin İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə müdaxilənin ədalətli kompensasiyası) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10238/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus olan iki ədəd qeyri-yaşayış sahəsindən istifadəyə törədilən manelərə son qoyulması barədə ilkin, həmin sahələrin əvəzi verilməklə sökülməsi haqqında Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri ünvan 2 ünvanında yerləşən, ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 53.2 kv.m qeyriyaşayış sahəsinə və həmin ünvanda ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahələrindən istifadəyə dair maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 55 saylı, 1 1.03.2020-ci il tarixli sərəncamına əsasən yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsinə dair sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçisi (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında “Ailə Park" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Ailə Park" MMC-nin istifadəsinə verilmişdir. Həmin binada 1-ci mərtəb ədə 53.2 kv.m qeyri-yaşayış sahəsi AR ƏMDK yanında DƏDRX-in ******* nömrəli çıxarışı, və 56.7 kv.m zirzəmi AR ƏMDK yanında DƏDRX-in ******* nömrəli çıxarışı əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlə bu günə kimi aralarında razılıq əldə olunmamışdır. Bu isə iddiaçıya maddi cəhətdən xeyli ziyan vurmaqla onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə imkan vermir. Belə ki, cavabdehin apardığı söküntü işləri iddiaçıya məxsus olan qeyri-yaşayış sahələrində istifadə etməsinə ora sərbəst şəkildə girib çıxmasına mane olur. Bundan başqa aparılan söküntü işləri nəticəsində əmələ gələn tullantılar iddiaçının obyektinin qarşısına yığılır.
4. Cavabdeh MTK, İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını, ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 2 (iki) il müddətinə Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın parklanma ərazisindən 56,7 kv.m-dən ibarət olan parklama sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməsi, sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayı ş sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.100 (bir min bir yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, ünvan 3 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsi əşyaları boşaldılmaqla cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).
5. Cavabdeh MTK tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 6, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agent liyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün kəskin yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MTKnın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh MTK-nın istifadəsinə verilməsi haqqında Bak ı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 1572 №- li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olar 16A saylı binada İddiaçı xaric mülkiyyətçilərin hamısı ilə qarşılıqlı razılıq əsasında onların mülklərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair notarial müqavilələr bağlanılmış və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 16A ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə 53,2 kv.m qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin alt hissəsində yerləşən ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə 56,7 kv.m zirzəmi sahəsinin sahibi olan İddiaçı ilə də danışıqlar aparılmış, lakin İddiaçı MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Belə ki, İddiaçı ona məxsus olan qeyri-yaşayış sahələrinin əvəzinə MTK-dan digər sakinlərə nisbətən daha artıq qeyri-yaşayış sahəsi və güzəştli şərtlərlə müqavilə bağlanmasını tələb etmiş və mülkiyyət hüququndan açıq-aşkar sui-istifadə edərək yalnız onun bu tələbi yerinə yetirildikdən sonra müqavilə bağlayacağını bildirmişdir. Hüquqlardan bu cür sui-istifadə qanunla yol verilməzdir. Cavabdeh MTK tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələ rinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Cavabdeh MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. İddiaçı digər mənzil sahibləri kimi, sahib olduğu qeyri-yaşayış sahələrinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m qey ri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 1.100 (bir min bir yüz) manat kirayə haqqı təklif olunur. Cavabdeh MTK iddiaçının mülklərinin yerləşdiyi binanın bütün sakinləri ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Hal-hazırda İddiaçı MTK ilə razılaşmaması və absurd tələblər irəli sürməsi həmin binanın sakinlərinin hüquqlarını kobud surətdə pozur, həmçinin MTK tərəfindən sakinlər qarşısında götürülmüş öhdəli klərin icra olumamasına səbəb olur. İddiaçı ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, İddiaçı əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. İddiaçı tələbi əsassızdır və hüquqdan sui- istifadədir. İddiaçı əs assız tələbləri nəticəsində qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keirilməsini qeyri- mümkün edir və təklif edilən bərabər şərtlərlə razılaşaraq mənzillərini təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini də pozur. Göründüyü kimi hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir. Lakin İddiaçı özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Cavabdeh MTK Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.
6. Bakı şəhəri N ərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 02 avqust 2021-ci il tarixli, 2(005)-2086/2021 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin olunaraq, ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 2 (iki) il müddətinə Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın parklanma ərazisindən 56,7 kv.m-dən ibarət olan parklanma sahəsinin 2 (iki) il müddətinə Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, qeyri-yaşayış sahəsi Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.100 (bir min bir yüz) manat məbləğində kirayə haqqının ödənilməsi, ünvan 3 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsi əşyaları boşaldılmaqla cavabdeh İddiaçı hesabına sökülməsi, ödənilmiş dövlət rüsumları tərəflərə aid edilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ilk iddiaçı öz davranışları ilə qarşılıqlı iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamda n irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almış, mübahisəli mənzilləri tənasübsüz qiymətlərlə alqı-satqı etməyə məcburetməyə çalışmaqla hüquqlarından sui-istifadə etmişlər. Buna görə də ilk iddia tələbi rədd olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) 15 dekabr 2021-ci il tarixli, 2(103)-10238/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(005)-2086/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayəti nin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın təmin edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ilin yanvar ayından bu günədək cavabdeh şirkət tikinti işləri apararaq onun mülkiyyət hüququmu kobud surətdə pozmaqdadır. İddiaçı, mülkiyyət hüququ ilə ona məxsus olan qeyriyaşayış sahələrindən istifadə edə bilmədiyinə görə ona həm maddi, həm də mənəvi formada zərər verməkdədir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinə dair cavabdehin iddia tələbini təmin edərkən müvafiq xüsusatları nəzərdən qaçırmış və düzgün qərar verməmişdir. Belə ki, kirayə haqqının məbləğinin qeyri-yaşayış sahələrinin cavabdehə təhvi l verildiyi andan etibarən hesablanması qərarını tamamilə əsassız və qeyriqanunidir. Mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilmsinə dair əlavə tədbirlər barədə” Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 fevral 2018-cı il tarixli, 56 nömrəli qərarı ilə ləğv edilmişdir. Ləğv edilmiş normativ hüquqi akta əsaslanaraq qətnamənin qəbul edilməsi maddi hüquq normasının kobud sürətdə pozulması hesab edilməldir. Bakı Apellyasiya Məhkəməsi qətnamədə göstərmişdir ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına istinad etməsini, bununla da, maddi hüquq normasının pozulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə öz qərarında həmin normativ hüquqi aktı qeyd etsə də, gəldiyi düzgün nəticə həmin akta əsasən olmamışdır. Lakin, göstərilən qərara əsaslanıb məhkəmə İddiaçı ziyanına mülkiyyət hüququmu pozan qərar qəbul etmişdir. Kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair hissədə göstərilmiş əsaslardan da görünür ki, məhkəmə sadalanan prosessual normaların tələbini pozmuşdur. İş materiallarında faktiki olaraq, iddiaçının öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların olmasına baxmayaraq, məhkəmənin həmin sübutları obyektiv tədqiq et məməsi prosessual hüquq normalarının pozulması deməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası:
13. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
14. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və t orpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləş dirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə ə lavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Mübahisə, iddiaçıya məxsus qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları və onların itirilməsi ilə bağlı olduğu üçün mülkiyyət hüququ və ona müdaxilə imkanları, bu çərçivədə tərəflərin və dövlətin öhdəlikləri nəzərdən keçirilməlidir.
24. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər (§ 13-14).
25. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin et mək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. 26. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.13.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqlarına və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqla rın və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
27. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəy yən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 16-18).
28. Göründüyü kimi, mülkiyyət hüququ, Azərbaycan Respublikası nda konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün şəxsin əşyaya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir.
29. Hazırkı işdə tikinti şirkətinin sökülməsini tələb etdiyi qeyri-yaşayış sahələri üzərində ilkin iddiaçının mülkiyyət hüququnun olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs i yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 19.02.2014-cü il və 04.09.2014-cü il tarixli çıxarışlarla təsdiqlənir.
30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş digər hallarından görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun 03.03.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsi 16 A saylı binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilmişdir.
31. Bakı şəhər İcra Hakimiyyəti, mübahisəli qeyri-yaşayış sahələrinin də yerləşdiyi həmin binanın sökülməsi barədə sərəncam vermiş və Cavabdeh MMC həmin sərəncamın icrası çərçivəsində müvafiq tədbirlər görür. Qeyd olunanlar, müdaxilənin varlığına dəlalət edir.
32. Kollegiya nəzərə alır ki, m ülkiyyət hüququna müdaxilənin mümkünlüyü yuxarıda göstərilən normativ hüquqi aktlarda nəzərdə tutulmuşdur. Həmin aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür.
33. Kollegiya bildirir ki, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan saki nlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.
34. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr isə qarşılıqlı iddianı təmin, ilkin iddianı rədd edərkən ilkin iddiaçıya dəyən zərərin tam olaraq kompensasiya edildiyini əsaslandıra bilməmişlər.
35. Məlum olduğu kimi, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şər aitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (§ 15).
36. Baxılan işdə ilkin iddiaçıya binanın birinci mərtəbəsində yerləşən 53.2 kv.m. qeyri-yaşayış sahəsinin əvəzində eyni mərtəbədə və ölçüdə sahə verilməsi qət olunsa da, zirzəmidə yerləşən 56.7 kv.m. qeyri-yaşayış sahəsinin əvəzində binanın parklanma ərazisindən verilən sahənin ədalətli əvəzləmə olub-olmaması qiymətləndirilməmişdir.
37. Kollegiya bildirir ki, zirzəmidə yerləşən qeyri-yaşayış sahəsi qarşılığında yeni tikilən binanın yaşayış olmayan mərtəbəsindən verilən sahə mütənasib olmaqla aradan qaldırılan mülkiyyəti ədalətli şəkildə kompensasiya etməlidir. Bu zaman məhkəmə məsələyə formal yanaşmamalı, əvəzləşdirilən sahələri təyinatı, istifadə imkanları, mülkiyyətçinin iqtisadi (əmlak) mənafelərini hansı həcmdə qar şılaması və digər vacib meyarlar baxımından müqayisə etməklə kompensasiyanın ədalətli olmasını əsaslandırmalıdır. Hazırkı işdə 56.7 kv.m. qeyri-yaşayış sahəsi ilə bağlı belə bir dəyərləndirmə aparılmamışdır.
38. Kollegiya onu da nəzərə alır ki, kompensasiyanın həcmi müəyyənləşdirilərkən şəxsin mülkiyyət hüququ pozulmasaydı, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda), çəkdiyi və çəkməli olduğu xərclər obyektiv şəkildə qiymətləndirilməklə qərar verilməlidir.
39. Məhkəmə, İddiaçı qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən ona hər ay 1.100 manat məbləğində kirayə haqqının ödənilməsini qət etmişdir. Əgər həmin pul vəsaiti (qətnamənin mətnindən çıxan mənaya görə) yalnız bir - 53.2 kv.m. sahə üçün nəzərdə tutulmuşdursa, ayrı və müstəqi l daşınmaz əşya kimi dövlət reyestrində qeydə alınmış 56.7 kv.m. qeyri-yaşayış sahəsinə görə hansı səbəbdən kirayə pulunun tutulmaması əsaslandırılmamışdır.
40. Bundan əlavə, müvafiq razılaşma əldə edilmədən binanın söküntüsü ilə bağlı görülən işlər nəticəsində mülkiyyətçi və kənar şəxslərin sahəyə girişi-çıxışı, ümumilikdə əmlakın təyinatı üzrə istifadəsi mümkünsüz olduğu təqdirdə bu növ zərərin mülkiyyətçiyə ödənilməli olan pul vəsaitinin həcmində və ya müddətində niyə nəzərə alınmadığı da məhkəmələr tərəfindən izah olunmamışdır.
41. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya instansiyası ilkin iddiaçıya ödənilən kompensasiyanın ədalətliliyi ilə bağlı tam və hərtərəfli təhlil aparmamış, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və ai diyyəti hüquq normalarına uyğun əsaslandırmamışdır. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.
42. Kollegiya hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddianın həlli, ədalətli kompensasiyanın həllindən asılı olduğu üçün qətnamə bütövlükdə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10238/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəy ə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov