Məhkəmə qərarları › İş №2(102)-1844/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1844/2021

30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1844/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X19 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Qonşular arasındakı su kanalının açılması) 30.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil Ədalət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X19 və qeyrilərinə qarşı su kanalının açılması tələbinə dair Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-588/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh qonşhu sahələrdə yaşayırlar. İddiaçı iddia edir ki, həyətyanı sahənin suvarılması üçün istifadə olunan ümumi su kanalı qonşular tərəfindən tutularaq çəpərlənmiş və doldurulmuşdur. Bunun nəticəsində istifadəsində olan torpaq sahəsini suvara bilmir. Ona görə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Sabirabad rayon Minbaşı Bələdiyyəsi və Sabirabad rayon Minbaşı X1rşı su kanalının açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: Sabirabad rayon Aq rar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 4-2 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 9 nəfər ailə üzvlərinə – ona, anası X3, qardaşları X6, X8, X2, X7, bacıları X4 və X5 birlikdə 7.07 ha torpaq sahəsi ayrılmışdır. Sonradan tərəflərindən xx.xx.2013-cü il tarixdə torpaq sahələrinə bitişik sahələrdən 0.3152 ha və 3.9258 ha torpaq sahələri almışlar. Həmin vaxtdan bu günə kimi həmin torpaq sahələri ailə üzvlərinin razılığı ilə onun istifadəsindədir. Həyətyanı sahələrinə və digər pay torpaqlarına gedən su kanalı qonşuları Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tərəfindən tutularaq çəpərlənmiş və doldurulmuşdur. Bunun nəticəsində faktiki olaraq o, istifadəsində olan torpaqdan artıq istifadə edə bilmir. Belə ki, su olmadığına görə orada heç nə əkib b ecərə bilmir. Dəfələlərlə bu barədə onlara bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də atası Cahangirov X9 rayonu İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək ondan su kanalının açılmasında köməklik göstərilməsini xahiş etmişdir. Oradan aldıqları xx.xx.2018-ci il tarixli 311 saylı məktubda göstərilmişdir kı, “sizin Rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəyi tərəfimizdən baxılmışdır. Müraciətinizlə bağlı bildirirk ki, sizin qaldırdığınız məsələ mübahisəli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməniz tövsiyə olunur”. Onun 1998-ci ildən həyətinə gələn su kanalının cavabdehlər tərəfindən qanunsuz olaraq çəpərlənərək doldurulması nəticəsində torpaq sahəsində istifadə üçün onlar tərəfindən yaradılmış maneələr könüllü surətdə aradan qaldırılmır. Bu səbəbdə n də məhkəməyə müraciət edərək pay torpaqlarına gələn su kanalının təmizlənərək əvvəlki vəziyyətə gətirilməsini istəyir.

3. Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(056)-1350/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Pənahov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Sabirabad rayon Minbaşı Bələdiyyəsi və Sabirabad rayon Minbaşı Sudan İstifadə edənlər Birliyinə qarşı su kanalının açılması tələbinə dair iddiası təmin edilərək İddiaçı mülkiyyətində və istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən-baş kanaldan ayrılmış suvarma kanalı və onun ətrafı təmizlənməklə və zəbt olunmuş ərazilər zəbtdən azad olunmaqla (qanunsuz çəkilmiş barı və çəpərlər sökülməklə) qazılmaqla açılmasının Sabirabad rayon Minbaşı Bələdiyyəsi və Minbaşı Sudan İstifadə edənlər Birliyi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin kanal vasitəsi ilə suyun axarının qarşısının alınmasına yönəldilmiş hərəkətlərin qadağan edilməsi qət edilmişdir.

4. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 157.4, 180, 239-cu maddələrinə və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

5. Şirvan Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- N.Mirzəyev (sərlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev ) Sabirabad Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(056)-1350/2018 saylı qətnaməsi ləğv edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Sabirabad rayon Minbaşı Bələdiyyəsi və Sabirabad rayon Minbaşı Sudan İstifadə edənlər Birliyinə qarşı su kanalının açılması tələbinə dair iddiası təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınaraq Azərbacan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

6. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, 48.2, 55, 65, 111, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlil ləri

7. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının vəkili Səmədov Müşviq Ədalət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

13. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyə lərə keçən torpaqlar hesabına yaranır.

14. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

15. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

16. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur.

17. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların valtında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Tərəflərin qonşu yaşaması və onların qanuni istifadələrində torpaq sahələrinin olması işin mübahisəsiz halıdır. İddiaçı qonşular tərəfindən ona gələn suyu tənzimləyən kanalın doldurulmasını israr edir və həmin maneənin aradan qaldırılmasını tələb edir. Cavabdeh tərəf isə iddiaçının torpaq sahəsinə onların həyətində su knalı getmədiyini və kanalın onlar tərəfindən doldurulmadığını bildirirlər.

23. Apelyasia Məhkəməsi yeganə mübahisəli hal olan həmin məsələnin (su kanalının qonşulardan keçən kanal olmasını) aydınladırılması üçün müvafiq ekspertiza keçirmiş və rəy almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 10/532 saylı ekspert rəyində Sabirabad rayonu, Yaxa Dəllək kəndində yerləşən Cavabdeh2 və onun ailə üzvlərinə məxsus 0,45 ha torpaq sahəsinin, X17 və onun ailə üzvlərinə məxsus 0,25 ha torpaq sahəsinin, X11 məxsus 0,20 ha torpaq sahəsinin, Cavabdeh1 və ailə üzvlərinə məxsus 0,35 ha torpaq sahəsinin naturada müəyyən edildiyi, İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinə gedən su kanalının cavabdehlərin mülkiyyətində olan həyətyanı torpaq sahəsindən keçmədiyi, su kanalı keçən ərazinin he ç bir cavabdeh tərəfindən zəbt edilmədiyi, sözügedən su kanalından cavabdehlərin öz həyətyanı torpaq sahələrini suvarmaq üçün istifadə etdikləri, su kanalının başlanğıc hissəsindən İddiaçı istifadə etdiyi torpaq sahəsinə qədər olan torpağın relyefi suyun sürətli axımı üçün əlverişsiz olduğu, belə ki, su kanalının cavabdehlər yaşayan ərazidən keçən hissəsi ilə İddiaçı istifadə etdiyi torpaq sahəsinin səviyyəsi arasında 80 sm-ə qədər fərq olduğu müəyyən edilmişdir.

24. Göründüyü kimi mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya gələn su kanalı cavabdehlərin istifadəsində olan su kanalı deyil. Ekspert rəy vermişdir ki, cavabdehlərin istifadə etdiyi su kanalı 80 sm aşağı səviyyədə yerləşir, iddiaçının torpaq sahəsi isə yuxarı səviyyədə olduğu üçün həmin kanaldan iddiaçıya məxsus tor paq sahəsinin suvarılması fizika qanunlarına uyğun gəlmir.

24. Kollegiya qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmir, mütəxəssis rəyini şübhə altına almağa əsas verən faktlar müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, xüsusi biliyə malik olan sahə üzrə eksertin rəyi məhkəmə tərəfindən başqa sübutlarla birgə qiymətləndirilsə də, həmin rəyi şübhə altına alan hallar aşkar edilmədiyi təqdirdə onlar sübut kimi əhəmiyyətlidirlər. Ekspertizanın keçirilməsi elə bir prosesdir ki, tərəflər onun gedişində iştirak edə, etiraz verə bilər, düzgün rəy verilməsi üçün zəruri olan sübtuları təqdim edə bilərlər. İşdən mütəxəssislər mübahisəli sahəyə yerli baxış keçirməklə rəy vermişlər.

26. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.

25. Yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətna mə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-588/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar