Məhkəmə qərarları › İş №2(102)-1845/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1845/2020

22.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1845/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul”tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsindən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” M MC Cavabdeh1 və Cavabdeh2 İsrəfıl qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 2793 manat xxxx borcun, Cavabdeh1 8690.5 manat xxxx borcun, tərəflərin hər ikisindən 500 manat xxxxi yardım xərcləri və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun “xxxx” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC 06.08.2018-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini rəhbər tutaraq “iddia ərizəsinə dəyişiklik” barədə məhkəməyə ərizə vermiş və Cavabdeh1 8690,5 manat xxxx borcu, 500 manat xxxxi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun “xxxx” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” M ənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən xxxxi şəxsdir. Cavabdeh1 2004-cü ildən etibarən Nəsimi rayonu, 787-ci məhəllədə tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmış və Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi ilə “xxxx” MMC arasında bağlanan müqaviləyə əsasən xxxx xidmətlər, o cümlədən giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirmək, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri “xxxx” MMC tərəfindən həyata keçirilir. xxxx xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin, Cavabdeh1 həmin mənzilə görə xxxx borcunu ödəməmişdir. Belə ki, Cavabdeh1 iki mənzil üçün xxxx borcu 8690,5 manat təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciət olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bu günədək olan xxxx borcunu ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq Mənzil Tikinti Kooperativinin idarəetmə orqanı dedikdə onun ümumi yığıncağı nəzərdə tutulur. Bu məqsədlə 28 aprel 2008-ci il tarixdə “xxxx” Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağı keçirilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının sakinlərinə mənzil-xxxx xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərilən təşkilatla müqavilə bağlanması barədə qərar qəbul edilmişdir. xxxx Xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,30 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) 06 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 8690,5 (səkkiz min altı yüz doxsan) manat 5 (beş) qəpik məbləğində pul vəsaitinin alınaraq “xxxx” MMC-nin xeyrinə tutulması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının ( hakimlər Xəyal Sarıyev- sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) 16 oktyabr 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli, 2(006)-4439/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı “xxxx” MMC-nin Cavabdeh1 qarşı “pul tələbinə” dair iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə qətnamənin ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” Mənzil Tikinti Kooper ativi ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən xxxx xidmətlər o cümlədən giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirmək, ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi, liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanması, təmiri və elektrik enerjisi ilə təmin olunması, məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması, cari təmir işlərinin həyata keçirilməsi, suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi, blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri “xxxx” MMC tərəfindən həyata keçirilir. xxxx xidmətin haqqı mənzilin ümumi sahəsinin hər m2 üçün 0,30 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh1 həmin müqavilə əsasında xxxx ödənişləri həyata keçirməli idi. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəb əli yaşayış binasının elektrik xətləri və avadanlıqları, liftlər, su nasosları təmir edilir. Eyni zamanda ümumi istifadədə olan sahələr xadiməçilər tərəfindən təmizlənir. Lakin Cavabdeh1 mülkiyyətində olan mənzilin ümumi istifadədə olan ərazilərinin təmizlənməsinə, işıqlandırılmasına, mühafizə edilməsinə və eləcə də digər xxxx xidmətlərə görə xxxx ödənişləri etməkdən boyun qaçırır, açıq-aşkar xxxxdan sui-istifadə edir. Bakı Apellyasiya Məhkəməsi də bütün bunları nəzərə almayaraq işə birtərəfli qaydada baxaraq əsassız qətnamə çıxarmışdır. Hətta cavabdeh mənzildə yaşayış olmasa belə yaşayış sahəsinə və xxxx xidmətlərə görə haqqı ödəmək cavabdehin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 137.10-cu maddəsini əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tər əfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş xxxx xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində işin tam xxxxlu məhkəmə kimi işə apellyasiya qaydasında baxması nəticəsində işin hallarını araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini göstərməmiş, bununla da Azərbaycan Respublikasının MPM-nin 372.1 və 372.7-ci maddələrinin tələblərinə də əməl etməmişdir. Belə ki, bu normalara əsasən apellyasiya instansiyası məhkəməsi tam xxxxlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual xxxx normalarına riayət etməsini yoxlayır. PROSE SSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X5 oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. xxxxİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual xxxx normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara xxxxi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual xxxx normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və xxxxi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1 Məmməd oğlu 18.12.2013-cü ildə “xxxx” MTK ilə 154/A-15 və 95/A-15 saylı müqavil ələr bağlayaraq, Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllə ünvanında inşa edilən 18 mərtəbəli yaşayış binasının A blokunun tikinti başa çatdıqdan sonra, həmin blokun 15-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 154,0 kv.m və 95 kv.m təşkil edən iki mənzilinin dəyərini tam şəkildə ödəyərək əldə etmişdir. İddiaçı “xxxx” MMC Cavabdeh1 8690,5 manat xxxx borcunun, 500 manat xxxxi yardım xərcinin və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun “xxxx” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehlə iddiaçı arasında xxxx xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanması və ya xxxx xidmətin haqqının müəyyən edilməsi barədə qərarın qəbul edilməsi iş materialları ilə müəyyən olunmur, iddiaçı tərəf bunu nla bağlı sübutlar təqdim etməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 8690,5 manat xxxx borcun tutulması ilə bağlı iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual xxxx normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və xxxxi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və xxxx xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və xxxx xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikin ti kooperativi üzvləri üçün–mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 136.3-cü maddəsi yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə xxxx xidmətlərə görə haqq ödəyir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin ç əkilməsi, habelə xxxx xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və xxxx xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil -tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə xxxx xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddianı qaldırılması üçün “xxxx” MTK-ya məxs us binanın mülkiyyətçilərindən xxxx xidmətlərə görə haqqın tələb edilməsi səlahiyyətinə malik olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmiş, eyni zamanda, cavabdehlə iddiaçı arasında xxxx xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlaması və ya xxxx xidmətlərə görə haqqın müəyyən edilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi müəyyən olunmur, iddiaçı tərəf bununla bağlı sübutlar təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki xxxx münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan xxxxi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 xxxx xidmətlərə görə iddiaçıya ödənişetməsi barədə öhdəliyinin mövcud olması işdə mötəbər sübutlarla müəyyən edilmədiyindən apellyasiya məhkəməsi tərəfindən iddia düzgün olaraq təmin edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə xxxxi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün xxxxi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual xxxx normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli xxxx münasibətini tənzimləyən maddi xxxx normaları düzgün tətbiq olunmuşdur. Bu səb əbdən, kassasiya şikayətlər təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar