Məhkəmə qərarları › İş №2(102)-1849/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1849/2020

17.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1849/2020 17.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili X4 və cavabdeh “xxxx” MTK-nın vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən cavabdeh “xxxx” MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Cavabdeh2nə və xnə qarşı iddia qaldıraraq (sonradan tələbin həcmini artırmaqla) cavabdehlər tərəfindən mənzillə rə zorla daxil olunması, çoxmənzilli yaşayış binasının və mənzillərin sökülüb dağıdılması və məhv edilməsinin onun pis rəftara məruz qalması, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, maddi zərərə görə 130.330 manat, mənəvi zərərə görə 50.000 manatın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması, eyni zamanda 8 ay müddətində ödədiyi 4.000 manat məbləğində kirayə haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim N.Bağırov) xx.xx.2018-ci il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, dəymiş maddi ziyana görə 90.000 manat, səkkiz aylıq dövr üçün aylıq 400 manat kirayə haqqının əvəzi, cəmi 3.200 manat, mənəvi ziyanın əvəzi olaraq 1.000 manat, ümumilikdə 94.200 manatın Cavabdeh1 MTK -dan İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pulun 100 manat hissəsinin İddiaçı, 150 manat hissəsinin isə Cavabdeh1 MTK-dan tutulub, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sərlik edən və məruzəçi), M.Məmmədov və E.Nağıyeva) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməməsi, cavabdeh “xxxx” MTK-nın apelyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, xnömrəli qətnaməsinin maddi zərərin tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin maddi zərərin tutulması hissəsində qismən təmin edil məsi, dəymiş maddi zəzərə görə 75.450 manatın cavabdeh “xxxx” MTK-dan İddiaçı xeyrinə tutulması, iddia tələbinin maddi zərərin məbləği ilə bağlı qalan hissədə təmin edilməməsi, qətnamənin 94.200 manat cəmi məbləğin tutulması hissəsində dəyişdirilməsi, cəmi məbləğ 79.650 manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə - 3200 manat kirayə haqqının, 1000 manat mənəvi zərərin və ekspertiza tədqiqatları dəyərinin tutulması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) 2(102)-4507/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işin apelyasiya qaydasında yenidən baxılması üçün qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sərlik edən və məruzəçi), A.Hüseynov və A.İmanov) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh1 MTK-nın apelyasiya şikayətinin təmin edilməməsi, İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli xsaylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, dəymiş maddi zəzərə görə 101.000 manat, səkkiz aylıq dövr üçün aylıq 300 manat kirayə haqqının əvəzi, cəmi 2.400 manat, mənəvi ziyanın əvəzi olaraq 3.000 manat, ümumilikdə 106.400 manatın Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pulun 100 manat hissəsinin İddiaçı, 150 manat hissəsi isə Cavabdeh1 MTK-dan tutulub, “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh “xxxx” MTK Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, iddia tələbinin maddi ziyana görə 65.000 manat, səkkiz aylıq dövr üçün aylıq 342 manat kirayə haqqının əvəzi, cəmi 2.736 manat, ümumilikdə 67.736 manatın cavabdeh “xxxx” MTK-dan tutulması hissəsində təmin, qalan hissədə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsasland ırılmışdır ki, “X7” MMC və “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyləri ilə mübahisə predmeti mənzilin maksimum real bazar dəyərinin 65.000 manat olması müəyyən edilir. Göründüyü kimi həmin ərazidə mənzillərin kirayə haqları 400 manat deyil, 342 manat təşkil edir. Bu barədə müvafiq sübutlar təqdim edilmiş və iş materiallarında mövcuddur. Lakin məhkəmə həmin sübutları araşdıraraq müvafiq hüquqi qiymət verməmişlər. Belə ki, iddiaçı tərəfindən sarsıntı keçirilməsi və iztirabların keçirilməsi sübuta yetirilmədyi üçün iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmələrin bu hissədə gəldiyi qənaət movcud qanunvericiliyə və mənəvi zərərin tutulması ilə bağlı Ali Məhkəmənin Plenum Qərarı ilə ziddiyət təşkil edir. Məhkəmə kollegiyası, qətnaməni mübahisələndirilən hissədə yoxlamışdır. Başqa söz lə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində ümumi sahəsi 50.3 kv olan 1 saylı evin, 6 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx xxxxxx 2017-ci il tarixli, MB 10-875 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 1 nömrəli yaşayış binasında yerləşə n 2 otaqlı, 6 saylı mənzilinin xx xxxxxx 2017-cı il tarixinə bazar dəyəri 101.000 manat təşkil edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” DLİnun mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxx 2016-cı il tarixli “ünvan 1 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında” aktdan görünür ki, sözügedən ünvanda yerləşən bina XX əsrin əvvəllərində inşa olunmuşdur. Bina 2 mərtəbəli, 12 mənzillidir, tikili planda düzbucaqlı formalı olub, 38x18m-dir binanın xarici və daxili yükdaşıyan divarları 40 sm qalınlığında əhəng daşından hörülmüşdür. Mərtəbəarası örtükləri pilləkəndəndir. Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyaları üzərində asbest-sement vərəqələrlə üzlənmişdir. Binaya keçirilən vizual texniki baxış zamanı onun uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Yükdaşıyan divarlarda çoxsaylı müxtəlif istiqamətli bir və iki tərəfli çatlar boyuna və eninə divar birləşmələrində aralanmalar yaranmışdır. Xarici və daxili divarlarda əhəng daşlarında və suvaqlarda aşınmalar, hörgüarası məhlullara əllə toxunduqda ovulub tökülməsi müşahidə olunmuş, mənzillərin daxili divarlarında su sızmanın və rütubətin izləri müşahidə olunmuşdur. Binada sakinlər tərəfindən əlavə artırmalar inşa edilmişdir. Binada fiziki aşınmaya ən çox məruz qalan hissələr-dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərdir. Eyvanlarda armaturun mühafizə qatının aşılaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədirlər və hər an dağılma təhlükəsi mövcuddur. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Burada təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Cavabdeh2 Başçısının xx xxxxxxxx 2016-cı il tarixli 120 №-li Sərəncamından görünür ki, “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 f evral tarixli, 86 saylı qərarı rəhbər tutularaq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 2 ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binasının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş xx xxx 2016-cı il tarixli aktı və Cavabdeh1 MMC-nin xx.xx.2016-cı il tarixli, 01/16 saylı müraciəti nəzərə alınaraq qərara alınır:

1. Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Tofiq Məmmədov küçəsi 1 və 3 ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binasının söküntüsü Cavabdeh1 MMC tərəfindən yerinə yetirilsin və həmin kooperativə sahəs i 0.54 ha olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilsin.

2. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada manzillərin ayrılması Cavabdeh1 MMC-nin vəsaiti hesabına həyata keçirilsin. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş əmlakın qiymətləndirilməsi üzrə “X7” MMCnin xx.xx.2018-ci il tarixli, ƏEM/M 107-556/18 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 1 saylı evin (hazırda sökülmüş) 6 saylı mənzilin təmirli vəziyyətdə mənzilinin xx xxx 2018-ci il tarixinə bazar dəyəri 65.000 manat müəyyən edilmişdir. Eləcə də, həmin ərazidə yerləşən 2 otaqlı orta təmirli mənzillərin orta aylıq kirayə dəyəri xx xxx 2018-ci il tarixinə 300 manat müəyyən edilmişdir. Hazırkı mübahisə İddiaçı məxsus mənzilə münasibətdə onun mülkiyyət hüququnun müdafiəsindən yaranmışdır. İddiaçının fikrincə ona məxsus mənzil cavabdehlər tərəfindən qanunsuz olaraq sökülmüş, bu da ona əhəmiyyətli dərəcədə ziyan vurulmasına gətirib çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hü ququ vardır. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyası 13 və 29-cu mad.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətşizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozun tusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia tələbinin qanuni əsası kimi MM-nin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfındən müəyyən edilməlidir. Odur ki, hazırkı iş üzrə araşdırma predmetini cavabdeh(lər)in delikt no rmaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan normaların hazırkı işə tətbiqi ilə bağlı bildirmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 1 saylı evin, 6 saylı, 2 otaqlı mənzili onun razılığı və ya digər qanuni əsas olmadan xx xxxxxx 2017-ci il tarixdə axşam saatlarında sökülmüş və həmin mənzilin, eləcə də həmin binada yerləşən digər mənzillərin söküntüsü Cavabdeh1 MMC tərəfındən həyata keçirilmişdir. Cavabdehlər tərəfindən iddiaçının mənzilinin yerləşdiyi binanın sökülməsi əsası kimi həmin binanın qəzalı vəziyyətdə olması göstərilmişdir. Halbuki qəzalı vəziyyətdə olan binaların sökülməsi aşağ ıdakı qaydalara riayət edilməklə həyata keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.3-cü maddəsinə əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Mənzil Məcəlləsinin 28.4-cü maddəsinə əsasən qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Yuxarıda qeyd olunan hallar hazırki işə baxılarkən müəyyən olunmamışdır. Cavabdeh1 MMC-nin təqsirlə əhatə olunan yuxarıda qeyd olunan əməli hüquqa zidd olmaqla, iddiaçının mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilə təşkil etmiş və iddiaçının maddi ziyan çəkməsi ilə nəticələnmişdir. Ona görə də, Cavabdeh1 MMC İddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Avropa Məhkəməsinin presedent hüququna əsasən mülkiyyətə edilən i stənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Cavabdeh1 MMC tərəfındən həyata keçirilmiş söküntü işləri nəticəsində İddiaçı mülkiyyət hüququ pozulmuş, iddiaçının öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də mütənasib olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfındən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması ü çün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Birinci instansiya məhkəməsi iddianın maddi zərər kimi mənzilin dəyərinə görə 101.000 manat məbləğində pul tələbinə dair hissəsini araşdıraraq, iş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair “xxxx” MMC Konsaltiq və Qiymətləndirmə Şirkətinin rəyini, həmin şirkətin direktoru Nüsrət İbrahimovun mütəxəssis fikrini, eyni zamanda “X7” MMC-nin rəyini nəzərə alıb belə qənaətə gəlmişdir ki, sökülmüş mənzilin yerləşdiyi əraziyə və layihəyə uyğun bazar qiymətləri arasında ziddiyətlər olduğundan, iddiaçıya məxsus olmuş və sökülmüş mənzilin dəyəri müəyyənləşdirilərkən 2 ziddiyyətli ekspert rəyi ilə müəyyən olunmuş məbləğlərdən orta qiymət götürülərək, kompensasiyanın 90.000 manat müəyyən edilməsi daha ədalətli olardı. Əvvəlki apelyasiya baxışı zamanı Kollegiya tərəfindən qiymətləndirmə ekspertizası təyin edilmiş, əmlakın qiymətləndirilməsi üzrə “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 02/1801 saylı rəyi ilə ünvan 3 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan, ümumi sahəsi 50,3 kv.m təşkil edən 2 otaqlı mənzilin təmirli vəziyyətdə 2017-ci ilin noyabr ayına bazar qiyməti 58.000 manat, 2019-cu ilin yanvar ayına bazar qiyməti 62.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin maddi zərər kimi mənzilin dəyəri ilə bağlı hissəsində 101.000 və 65.000 qiymətlərin orta qiyməti kimi 90.000 manat kompensasiya məbləğinin müəyyən edilməsi barədə gəldiyi nəticə yalnışd ır. Məhkəmə əsassız olaraq, 2 ekspert rəyi ilə müəyyən olunmuş məbləğlərdən orta qiymət götürərək maddi zərərin məbləğini 90.000 müəyyən etmişdir. İddia tələbinin bu hissəsi ilə bağlı Kollegiya qeyd etmişdir ki, iş materiallarında olan “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx xxxxxx 2017-ci il tarixli, MB 10-875 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsi, 1 nömrəli yaşayış binasında yerləşən 2 otaqlı, 6 saylı mənzilinin xx xxxxxx 2017-cı il tarixinə bazar dəyəri 101.000 manat təşkil edir. Kollegiya bu rəyə əsaslanaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə 101.000 manat maddi zərər tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi bu barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə sözügedən mənzilə baxış keçirilməklə həyata keçirilmişdir, yəni həmin qiymətləndirmə rəyi mənzil sökülməmişdən qabaq real vəziyyətdə mənzil mövcud olarkən baxış keçirilməklə həyata keçirilmiş qiymətləndirmə üzrə verilmiş rəydir. Birinci instansiya məhkəməsi tərəfindən, həmçinin əvvəlki apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizaları həyata keçirilərkən isə artıq həmin mənzil sökülmüş, real vəziyyətdə mövcud olmamışdır. Hazırda sökülmüş mənzilin yerləşdiyi ərazi üzrə baxış keçirilməklə, həmin ərazidə olan digər yaşayış evləri ilə oxşarlıq, uyğunluq və digər amillər nəzərə alınaraq qiymətləndirmə həyata keçirilmiş və rəy verilmişdir. Belə olan halda mübahisə predmeti olan mənzilin mövcudluğu halında baxış keçirilməklə müəyyən edilmiş məbləğ əsas götürülməli və iddiaçıya həmin məbləğdə (101.000 manat) maddi zərər ödənilməlidir. İddiaçının kirayə haqqı ilə bağlı tələbinə münasibətdə Kollegiya qeyd etmişdir ki, iddiaçının özünün izahatına görə mənzili söküldükdən sonra o, ailəsi ilə birgə Səbail rayonu, 20-ci sahədə ayda 300 manat ödəməklə kirayədə yaşayır. Yəni, iddiaçı 8 ay kirayədə yaşaması üçün cəmi 2.400 manat kirayə haqqı ödəmişdir. Belə olan halda bu məqsədlə cavabdehdən hər ay üçün 400 manat yaxud da cavabdehin təklif etdiyi məbləğdə - 342 manat kirayə haqqı tutulması iddiaçının əsassız olaraq cavabdehin hesabına varlanmasına gətirib çıxara bilər. Ona görə də 8 aylıq kirayə haqqı olaraq 2.400 manat tutulmalıdır. Kirayə haqqının qalan his səsi ilə bağlı iddiaçı müstəqil iddia qaldıra bilər. Apelyasiya instansiyası məhkəməsi mənəvi zərərlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu xx xxxxxx 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 2-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əs asında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi, Cavabdeh1 MMC tərəfındən aparılmış söküntü işləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzilindən məhrum olması və iddiaçının bu məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara müraciət etməyə məcbur qalması, eləcə də vurulmuş zərərin uzun müddət ərzində cavabdeh tərəfındən aradan qaldırılmaması faktları özü-ö zlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu xx xxxxxx 2008-ci il tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" qərarının 10-cu bəndində göstərmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği ağlabatan və ədalətli deyildir. İ nsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx xxxx 2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, şəxsə mənəvi zərərin vurulm ası, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Cavabdeh MTK-nın hərəkətləri nəticəsində iddiaçının mülkiyyətindəki mənzilə olan hüquqları (sahiblik, istifadə və sərəncam) məhdudlaşdırılmış, iddiaçının öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə Cavabdeh1 M TK-dan xeyrinə mənəvi zərərin əvəzi kimi 3.000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlmişdir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Cavabdeh2 Başçısının 02 sentyabr 2016-cı il tarixli, 120 №-li Sərəncamına əsasən Səbail rayonu, Tofiq Məmmədov küçəsi 1 ünvanda yerləşən 1-2 mərtəbəli yaşayış binasının söküntüsü Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməsi qərara alındığından hazırki iddia üzrə cavabdehliyi birbaşa Cavabdeh1 MMC daşıyır. Cavabdehlər Cavabdeh2 və Səbail rayon Polis İdarəsi tərəfindən İddiaçı qarşı mülki hüquq pozuntusu (delikt) törətməsi faktı aşkar edilmədiyin dən, iddia tələbi həmin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsi yuxarıda göstərilən qənaətə gələrkən Mülki Prosessual Məcəllənin 420ci maddəsinə istinad etməklə hazırkı işə baxmış kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeləri nəzərə almışdır. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi bundan ibarət olmuşdur ki, “Məhkəmə kollegiyasımənzilin dəyərinin müəyyən edilməsi, kirayədə yaşamanın müddəti nəzərə alınmaqla məbləğin hesablanması və mənəvi zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilməsində apelyasiya instansiyası məhkəməsinin səhvə yol verməsi ilə razılaşır. Hesab edir ki, qeyd olunan mənzilin real bazar dəyəri (yəni oxşar şəraitli mənzil almaq üçün tələb olunan məbləğ), kirayə yaşamaq üçün sərf olunan məbləğ, mülkiyyət hüququna müdaxilə ilə bağlı iddiaçının məruz qaldığı mənəvi sarsıntılar baxımından ədalətli şəkildə dəyərləndirilməlidir”. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnamə dəyişdir ilmədən saxlanlsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar