Məhkəmə qərarları › İş №2(102)-1849/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1849/2022

19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1849/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (Şəki regional ASAN Xidmət Mərkəzi Notariat ofisi üçüncü şəxs olmaqla) ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ İş № 2(102)-1849/22 (Açar sözlər: miras payın qəbulu, vərəsəlik mübahisələri) Bakı şəhəri, 19 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (Şəki regional ASAN Xidmət Mərkəzi Notariat ofisi üçüncü şəxs olmaqla) “miras payın müəyyən edilməsi” tələbinə dair i lk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi ğarədə ilk, miras əmlakdan payın tanınması və miras payının müəyyən edilməsi” qarşılıqlı iddia tələblərinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 2073/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən ilk İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qardaş və bacılardır. Onların atası Salamov Müzəffər Məmməd oğlu 26.04.2019-cu il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evi sağlığında mərhum Salamov Müzəffər Məmməd oğlunun mülkiyyətində olmuşdur. Keçmiş mülkiyətçinin vəfatından sonra vərəsələr həmin evə miras paylarının müəyyən edilməsi məqsədilə hazırki mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı oğlu (bundan sonra – ilk iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 97,6 kv/m-lik fərdi yaşayış evindən ibarət miras əmlakını qəbul etmə faktının və həmin miras əmlakının onun adına tam miras payının müəyyən edilməsi faktı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İlk iddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum atası sağlığında onun həy at yoldaşı X1 evin onun adına rəsmiləşdirilməsi üçün etibarnamə vermişdir. Etibarnamə ilə yoldaşı evin sənədlərini hazırlayaraq notariat ofisinə müraciət etmiş, alqısatqı yolu ev həyat yoldaşının adına rəsmiləşmişdir. Bundan təxminən iki il sonra atası rəhmətə getmiş, atası rəhmətə gedəndən sonra 1 il sonra hazırki iş üzrə cavabdehlər məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hal-hazırda müqavilə ləğv edildiyindən evin mülkiyyətçisi mərhum atası Salamov Müzəffər Məmməd oğlu sayılır. Buna görə də, vərəsəlik payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum atasından hazırki iş üzrə mübahisəli ev q almışdır. Həmin evdə oğlu olaraq o ailəsi ilə birlikdə yaşamışdır. Bu günə qədər də həmin evdə vərəsə olaraq o və onun ailə üzvləri yaşayır və miras əmlakı idarə edir. Cavabdehlər yalnız atalarının yas mərasimində iştirak etmiş və bundan sonra bir dəfə də olsun miras əmlakda yaşamamışlar.

4. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı oğluna qarşı qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onların 26 aprel 2019-cu il tarixdə vəfat etmiş, mərhum ataları Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi, həmin miras əmlakın 2/3 hissəsinin onların payı kimi tanınması və hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişlər.

5. Qarşılıqlı iddiaçılar tələblərini belə əsaslandırmışlar ki, onlar mübahisəli evdə doğulub, boya-başa çatmışlar. Mərhum ataları İ qrup gözdən əlil olmuşdur. Ata və analarının sağlığında onlara tez-tez baş çəkmiş, zəruri dərmanları alıb gətirmişlər. Ataları öldükdən sonra, onun bütün yas mərasimlərini təşkil etmiş, dəfn xərclərini ödəmiş, bundan sonra da, mütəmadi olaraq həmin evə gedib-gəlmiş, əlaqəni kəsməmişlər. Bununla da, miras əmlakı faktiki olaraq qəbul etmişlər.

6. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş İsmayılova Niyar Əhmədiyyə qızı ifadəsində göstərmişdir ki, İddiaçı oğlu, Cavabdeh1 və Cavabdeh2 onun qonşularıdırlar və o, 1960-cı ildən həmin şəxslərlə qonşuluqda yaşayır. Onların ataları Müzəffər, anaları isə Kişvərdir. Əvvəlcə t ərəflərin anaları Kişvər, sonra isə ataları Müzəffər vəfat etmişdir. Müzəffər onunla qonşuluqda yerləşən evdə vəfat etmiş və Zakir də atası ilə eyni evdə yaşamışdır. O, bir qonşu kimi Müzəffərin yas mərasimlərində iştirak etmiş və hər dəfə İddiaçı oğlu, Cavabdeh1 və Cavabdeh2 Müzəffərin yasının keçirildiyi evdə olmuşlar. Həmçinin Müzəffər sağlığında xəstə olduğundan qızları Hacər və Mahizər də ona baş çəkmişlər. Lakin Müzəffərin yas mərasimindən sonra onun qızlarını həmin ünvanda görməsi yadında deyildir. Müzəffərin vəfatından sonra Müzəffərə məxsus olan evdə oğlu Zakir və onun ailə üzvləri yaşamaqdadırlar.

7. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş İsmayılov Şamil Yusif oğlu ifadəsində göstərmişdir ki, İddiaçı oğlu, Cavabdeh1 və Cavabdeh2 onun xalası Kişvərin uşaqlarıdırlar. Onla rın hər biri ilə eyni dərəcədə yaxşı münasibətləri vardır və onların heç birisi ilə arasında ədavət və düşmənçiliyi yoxdur. Xalasının əri Müzəffər 2019-cu ildə vəfat etmişdir. Xalası isə əri Müzəffərdən daha əvvəldən vəfat etmişdir. O, həm Müzəffərin vəfatından əvvəl, həm də onun vəfatından sonra, Müzəffərin bütün yas mərasimlərində onun sağlığında yaşadığı ünvanda olmuşdur. Yas vaxtı Müzəffərin hər üç övladı onun sağlığında yaşadığı və yasın keçirildiyi ünvanda olmuşlar. Müzəffərin yas mərasimlərinin təşkilatçısı isə o, özü olmuşdur. Müzəffərin yasının təşkili üçün onun oğlu Zakirin arvadı ona 1000 manat, qızı Mahizər isə 1700 manat pul vermişdir. O, 2700 manat pulun hamısını yasa sərf etmişdir. Müzəffərin yasının 52-cü günü də onun bütün övladları yas mərasiminin təşkil edildiyi ünvanda olmuşlar. Müzəffərin məzarı üçün baş daşı da onun övladlarının ona verdiyi pul hesabına qoyulmuşdur. O, baş daşının sifarişində olsa da, ancaq baş daşının pulunun kim tərəfindən verilməsi hazırda xatirində deyildir. Müzəffərin vəfatının 52-ci günündən sonra o, həmin həyətə getməmişdir.

8. Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)-1214/2021 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyev) ilk iddia qismən təmin olunmuş, İddiaçı oğlunun 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum atası Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlakın 1/3 hissəsinin onun payı kimi müəyyən edilməsi, İddiaçı oğlunun iddia tələbinin qalan hissəsinin tə min edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 aprel 2019-cu il tarixdə vəfat etmiş mərhum ataları Salamov Müzəffər Məmməd oğlundan miras qalmış ünvan 2 ünvanında yerləşən 97,6 kvadrat metrlik fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi və həmin miras əmlakın 2/3 hissəsinin onların payları kimi tanınması qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iş üzrə tərəflərin izahatları və dindirilmiş şahidlərin ifadələrindən göründüyü kimi, İddiaçı oğlu miras qalmış həmin evdə yaşayıb oradan istifadə etməklə, mərhumun dəfn mərasimində və onun sonrakı yas mərasimlərində yaxından iştirak etməklə, Cavabdeh1, Cavabdeh2 mərhumun dəfn mərasimində və onun sonrakı yas mərasimlərində yaxından iştirak etməklə, mərhum Sa lamov Müzəffər Məmməd oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq, üzürlü hallarda onun qəbulu müddətinin uzadılması imkanı da nəzərdə tutulmuşdur. Tərəflərin birinci növbəli vərəsələr kimi öz atalarından qalmış mirası qəbul etmək hüquqları vardır. Onların mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almamaları üzürlü haldır. Belə ki, İddiaçı oğlu miras evdən istifadə etmiş, mirası faktiki qəbul etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 miras qoyanın vəfatından sonra miras əmlakın olduğu yerə gələrək, yas mərasimlərində, mərhumun yas mə rasimlərinin keçirilməsi ilə bağlı xərclərdə yaxından iştirak edərək miras əmlakı faktiki olaraq qəbul etdiklərini nümayiş etdirmişlər. Beləliklə də, tərəflər notariat kontoruna müraciət etməyi zərurət hesab etməmişlər. Bununla da, onlar həmin mirası qəbul etmiş sayılsalar da, onlar həmin miras mülkün adlarına qeydə alınması ilə bağlı müddəti ötürmüşlər. Bu səbəbdən də, məhkəmə tərəflərin qəbul etdikləri mirasa dair vaxtında şəhadətnamə almamalarını üzürlü hal kimi qəbul etmişdir.

10. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisə predmeti olan əmlaka münasibətdə mirasın yalnız iddiaçı tərəfindən deyil, miras qoyanın hər üç vərəsəsi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçı bütünlükdə mirasın deyil, yalnız miras əmlakın 1/3 hiss əsinin onun payı kimi müəyyən edilməsini tələb etməkdə haqlıdır.

11. Həmçinin, cavabdehlər miras əmlakın 2/3 hissəsinin onların payı kimi tanınmasını tələb etsələr də, Cavabdeh1 və Cavabdeh2 qəbul etdikləri 2/3 hissə miras əmlaka dair öz aralarında mübahisənin olmaması, onlar tərəfindən qəbul edilmiş mirasda payın müəyyən edilməsi üçün notariat orqanına da müraciət etmək imkanlarının olmasını nəzərə alaraq, məhkəmə qarşılıqlı iddianın cavabdehlərdən hər birinin 2/3 hissə miras əmlakdan 1/3 hissə miras paylarının müəyyən edilməsinə dair hissəsini əsaslı hesab etməmişdir.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1151, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Həmin qətnamədən ilk idd iaçı apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin cavabdehlərin yas mərasimində iştirak etməklə miras əmlakı qəbul etməsi barədə gəldiyi nəticə əsassızdır. Cavabdehlər isə ümumiyyətlə həmin evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası, notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmişlər. Onlar ataları vəfat etdikdən 1 il 3 ay sonra, notariat orqanına müraciət etmişlər. Bununla da, müddəti ötürmüşlər. Cavabdehlər nə üzürlü səbəb olmadan, nə də ki, mirasa sahiblik etmədən mirası qəbul etməmişlər. Apellyasiya şikayətində Mülki Məcəllənin 1133.1, 1146, 1243.1, 1243.2, 1243.3, 1246-cı maddələrinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2073/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) ilk iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(075)-1214/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

16. Həmin qətnamədən ilk iddiaçı kassasiy a şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İlk iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, cavabdehlər ümumiyyətlə mübahisəli evdə yaşamamaqla, miras əmlakına sahiblənməməklə və buna təşəbbüs göstərməməklə və ən əsası, notariat orqanına vaxtında müraciət etməməklə mirası qəbul etməmişlər. Mirası qəbulu üçün müəyyən olunmuş müddəti ötürmüşlər. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, yas mərasimlərinin xərcləri atalarının sağlığında onun təqaüdündən toplanmış pullar hesabına həyata keçirilmişdir. Belə ki, atalarının təqaüd kartı müəyyən müddət Cavabdeh2, müəyyən müddət isə, iddiaçının həyat yoldaşı Gülzar Salamovada olmuşdur. Onlar onun təqaüdünü hissə-hissə yığmışdır. Cavabdeh2 1700 manat, Gülzar Salamova isə, təxminən 1000 manat toplamışdır. Həmin məbləğlər hesabına mərhumun yas xərcləri qarşılanmışdır. Əgər məhkəmə yalnız yas xərclərinin qarşılanmasına əsasən miras payı müəyyən etmişdirsə, o halda Cavabdeh1 mirası hər hansı bir şəkildə qəbul etməmişdir. Kassasiya şikayətində Mülki Məcəllənin 1133.1, 1146, 1243.1, 1243.2, 1243.3, 1146, 1246-cı və Mülki Prosessual Məcəllənin 77.1, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı eti raz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

20. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

21. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

22. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etm əyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

25. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18.07.2014-cü il tarixli qərarında qeyd olunur ki, Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqi q olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

36. Maddə

420. Ka ssasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

40. Belə ki, mübahisə miras əmlakın vərəsələr tərəfindən faktiki qəbulu ilə bağlıdır. Mirasın vərəsələr tərəfindən qanuni yolla-notariusa müraciət etmək yolu ilə qəbul edilməməsi işin mübahisəsiz hallarıdır. İddiaçı atasının vəfatından sonra miras evdə yaşamaqla ona sahiblik edir və mirası faktiki olaraq qəbul etmişdir. Bu hal işin sübuta yetirilmiş halıdır və qarşı tərəf bununla bağlı məhkəmə qətnməsindən şikayət verməmişlər. Mübahisə mirasın digər vərəsələr Cavabdeh1 və Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilib-edilməməsi ilə bağlıdır.

41. Mülki Məcəlləyə əsasən (§25, §26), vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18.07.2014-cü il tarixli qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəs ənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

43. Cavabdeh1 və Cavabdeh2 atalarından miras qalmış evi faktiki cəhətdən ələ keçirməklə ona sahib durmaları, evin saxlanması və normal təsərrüfatın aparılması ilə bağlı hərəkətlər etmələri sübuta yetirilməmiş qalmışdır.

44. Apellyasiya məhkəməsi sübutetmə vəzifəsini düzgün bölüşdürməmiş, qarşı tərəfin mirası qəbul etməməsi halını sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§28). Mirası faktiki olaraq qəbul etdiklərini sübutetmə vəzifəsi Cavabdeh1 və Cavabdeh2 üzərinə düşür.

45. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçıların iddia tələbinə münasibətdə qeyd etmişdir ki, onlar mərhumun dəfn mərasimində və onun sonrakı yas mərasimlərində yaxından iştirak etməklə, mərhum Salamov Müzəffər Məmməd oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər.

46. Nəzərə almaq lazımdır ki, cavabdehlərin mərhum atalarının yas mərasimlərində iştirak etmələri halının özü ayrıca götürüldükdə mirasın faktiki qəbulu kimi dəyərləndirilə bilməz. Yuxarıda qeyd olunduğu kimi mirasın faktiki qəbulu hər bir halda mirasa sahiblik, yiyələnmə və özününkü kimi idarə olunma ilə müşayət olunan hərəkətlərdə ifadə olunmalıdır.

47. Mirasın qəbulu faktının müəyyən olunması miras payının müəyyən edilməsinə dair mübahisələrdə mühüm əhəmiyyət kəsb etməklə, konkret hərəkətlərdə öz təsdiqini tapmalıdır. Hazırki iş üzrə qarşılıqlı iddiaçıların mirası qəbul etməsi konkret hərəkətlərdə müəyyən olunmur. Belə ki, mərhum Salamov Müzəffər Məmməd oğlunun sağlığında onun pensiya kartı qızında və gəlinində olmuş, həmin kartdan çıxarılan məbləğlər dəfn xərclərinin qarşılanması məqsədilə toplan mış, ataları vəfat etdikdən sonra müvafiq xərclərin qarşılanması üçün yas mərasiminin təşkilatçısına verilmişdir. Bu hal qarşılıqlı iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz ərizəsində (mülki iş, səhifə 151) etiraf edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin iclasında şahid X2 izahatında yas mərasimlərinin təşkili üçün həmin pul məbləğlərinin ona verildiyini təsdiq etmişdir. Yəni, atalarının yas mərasimlərinin təşkili, həmin tədbirlərə atalarının pensiyasından yığılan pulun sərf edilməsi mirasın faktiki qəbulu kimi deyil, mərhum qarşısında mənəvi borcun yerinə yetirilməsi kimi dəyərləndirilə bilər. Qərarın 41-ci bəndində qeyd olunan normada göstərildiyi kimi mirasın faktiki qəbulu ilə bağlı hərəkətlər şəxsin mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlid ir. Yəni, yerinə yetirilən hərəkətlər mirasın faktiki qəbuluna xidmət etməlidir.

48. Məhkəmələr müəyyən etmişlər ki, cavabdeh vərəsələr mirasqoyanın vəfatından uzun müddət əvvəl ailə quraraq yaşamaq üçün başqa ünvana köçmüş, mərhumun vəfatından sonra miras əmlaka sahiblik və onun idarə olunması İddiaçı tərəfindən həyata keçirilmişdir.

49. Ona görə, məhkəməyə lazım gəlirdi ki, qarşılıqlı iddiaçıların mirası qəbul etmələri faktına onların təqdim etdikləri sübutlar əsasında və digər sübutlarla müqayisəli qaydada qiymət versin. 50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qəra rın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

52. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. İşə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi sübutetmə ilə bağlı tərəflər arasında vəzifələri bölüşdürməli, tərəflərin həmin vəzifənin öhdəsindən hansı səviyyədə gəlmələrini müəyyən etməli, toplanmış sübutları MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymətləndirməklə mübahisə ilə bağlı yekun nəticəyə gəlməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlk İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-2073/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnam əsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar