Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1850/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçı Xnın vəkili Vəkil1 Oktay oğlunun, 3-cü şəxs X11, cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq), eyni zamanda 3-cü şəxs Xun vəkili Vəkil2, 3cü şəxs X11 və maraqlı şəxs X4 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Xnın cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaqa) qarşı “qərarın hissəvi ləğv edilməsi” tələbinə dair mülki iş üz rə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli 2(103)-10506/2018 nömrəli qətnaməsindən iddiaçı X və vəkili Vəkil1 Oktay oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına (Azərittifaqa) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərittifaqın 17 iyul 2013-cü il tarixli 55 saylı qərarının 2-ci hissəsinin - Cəlilabad rayon kooperativlər Cəmiyyəti idarə heyətinin “Sahil” yeməkxana binasının məhrum X5 bağışlanmasına dair 12 yanvar 1999-cu il tarixli qərarının etibarsız hesab edilməsi hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Elman Rəhimov) 22.02.2018-ci il tarixli 2(009)-677/2018 nömrəli qət naməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 28.11.2018-ci il tarixli 2(103)10506/2018 nömrəli qətnaməsi ilə iddiaçı Xnın apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.02.2018-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı X və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli 2(103)-10506/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhk əməsi mülki işi araşdırarkən apellyasiya şikayətinin bir çox dəlillərinə heç bir qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, “Sahil” yeməkxanasının müştərək əmlak olması işdəki hər hansı bir sübutla öz təsdiqini tapmır. Bundan başqa “Sahil” yeməkxanasının müştərək əmlak olması halında belə, Cəlilabad RKC idarə heyətinin “Sahil” yeməkxanasının mərhum X1ə bağışlanması barədə 12.01.1999-cu il tarixli qərarı, bağışlanma formasında özgəninkiləşdirmə istiqamətində prosedura uyğun olaraq “müəyyən edilmiş qaydada” ilkin rəsmiləşdirmə olduğundan və Cəmiyyətlərin nümunəvi Nizamnaməsinin maddə 15.4-cü bəndinə görə “müəyyən edilmiş qaydada ilkin rəsmiləşdirmə” olan 12.01.1 999-cu il tarixli qərar bu gün də qüvvəsində olduğundan nizamnamələrin hər hansı bir normasının pozulması halı mövcud deyildir. Hər bir halda “Sahil” yeməkxanasının özgəninkiləşdirilməsi zamanı müvafiq nizamnamənin tələbləri pozulmuş olsaydı belə, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının Cəlilabad rayon İstehlak Cəmiyyətinin qərarını etibarsız hesab etmək kimi hər hansı bir səlahiyyəti mövcud deyildir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaq) eyni zamanda 3-cü şəxs X11 vəkili Vəkil2 və X kassasiya şikayətinə etiraz edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hər tərəfli araşdırma apar ılaraq düzgün qərar qəbul edildiyindən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasında maraqlı şəxs X4 nümayəndəsi X6 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onların məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktik i hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, Cəlilabad rayon Kooperativlər Cəmiyyətinin idarə heyətinin «Sahil» yeməkxana binasının kooperativ payçı sayılan X1ə bağışlanılmasına dair 12.01.1999-cu il tarixli qərar Azərittifaqın və Cəlilabad rayon Kooperativ Cəmiyyətinin nizamnaməsinin tələblərinə uyğun olmamış, rayon kooperativ cəmiyyətinin (ictimai iaşə müəssisələri birliyinin balansında olan) əmlakı Azərittifaqla müştərək, yəni birgə əmlakları olduğu halda Azərittifaq Şurasının ikinci yığıncağı tərəfindən 05.12.1997-ci ildə qəbul olunmuş və 1999-cu ildə qüvvədə olmuş Nizamnamənin tələb lərinə görə həmin əmlakın özgəninkiləşdirilməsi, həmçinin bağışlanılması səlahiyyəti Azərittifaq Şurasına, Şuralar arası müddətdə isə Azərittifaq idarə heyətinə aid olmuş, əmlakın bağışlanılması məsələsinə rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağında baxılmamış, həmçinin yeməkxana binasının bağışlanılmasına prosedura uyğun Azərittifaq idarə heyətinin razılığı olmamışdır ki, buna görə də Azərittifaqın idarə heyətinin 17.07.2013-cü il tarixli 55 saylı qərarı ilə ləğv edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı özü də birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı izahatında 12/İ-1999-cu il tarixli qərarın qəbul edilməsində həmin vaxt Cəlilabad RKC İdarə Heyətinin üzvlərinin etiraz etmədiyinə görə «bağışlanma məsələsi»nə Cəmiyyətin ali orqanı olan Ümumi yığın caqda baxılmamasını qəbul edir, həmçinin Cəlilabad RKC-nin İdarə Heyəti tərəfindən notariat qaydada nəzərdə tutulan «bağışlama» həyata keçirilməməsi, «Sahil» yeməkxanasının mərhum X.Atayevə bağışlanılması prosedurunda yalnız Cəlilabad RKC-nin idarə heyətinin iradə ifadəsinin rəsmiləşməsi, bundan əlavə heç bir hərəkət edilmədiyi, nizamnamələrə əsasən kooperativ cəmiyyətlərinin Azərittifaqla müştərək olan əmlak üzərində payları 50%+50% nisbətində müəyyən edildiyindən «Sahil» yeməkxanası üzərində Cəlilabad RKC-nin də 50% payının idarə heyəti tərəfindən «Sahil» yeməkxanası üzərindəki 50% payı barədə iradəsini qərar formasında rəsmiləşdirmək hüququ, lakin Azərittifaqın 50% payı və Cəlilabad RKC-nin 50% payı bir vahid yeməkxana üzərində cəmləşdiyindən özgəninkiləşdirmə istiqamətindəki sonrakı hə rəkətlər üçün Azərittifaqın da razılığının tələb olunduğu qəbul edilir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən «Azərittifaq»ın idarə heyəti 17.07.2013-cü il tarixli 55 saylı qərarının 2ci hissəsi ilə Cəlilabad RKC idarə heyətinin «Sahil» yeməkxana binasının X1ə bağışlanılmasına dair 12.01.1999-cu il tarixli (protokol № 2) qərarını etibarsız hesab etməklə 23.08.2003-cü il tarixdə Azərittifaqın XX qurultayında qəbul edilmiş və 19.11.2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınan nizamnaməyə uyğun hərəkət etmiş və bu zaman 17.07.2013-cü il tarixli 55 saylı qərarın 2ci hissəsi ilə mülki qanunvericiliyin tələblərinin pozulması halına, o cümlədən hər hansı şəxsin əmlak hüquqlarının məhdudlaşdırılmasına yol veri lməmişdir. Məhkəmə kollegiyası məruzəçini və məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqınının 16 noyabr 1996-cı il tarixdə Azərbaycan Kooperatorlarının növbədənkənar XİX qurultayında qəbul olunmuş və 17.03.1997-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış Nizamnaməsinin 8-ci maddəsinin 5-ci bəndinə əsasən Azərittifaq özünə məxsus olan əmlakı istehsalat zərurəti ilə əlaqədar olaraq öz xüsusi təsərrüfatına daxil olan təsər rüfat hesablı müəssisə, təşkilat və birliklərin, eləcə də ona üzv olan kooperativ cəmiyyətlərinin və ittifaqların tam təsərrüfat və operativ idarəçiliyinə verə bilər. Belə halda Azərittifaq əmlak üzərində mülkiyyət hüququnu özündə saxlayır. Həmin nizamnamənin 11-ci maddəsinin 5-ci bəndinə əsasən Azərittifaqın əmlakı Azərittifaqın qurultayının, yaxud şura yığıncağının qərarı ilə əvəzsiz və ya dəyəri ödənilməklə fiziki və hüquqi şəxslərə verilə, satıla, bağışlanıla və silinə bilər. Şura bu səlahiyyətinin məhdud həddə həyata keçirilməsini Azərittifaqın idarə heyətinə həvalə edə bilər. Azərittifaqla onun üzvlərinin müştərək mülkiyyətində olan əmlakın satılması, bağışlanılması və silinməsi üzvlərin idarəetmə orqanlarının qərarı ilə müəyyən olunmuş qaydada rəsmiləşdirilməklə Azərittifaqın idarə heyətinin sonradan Azərittifaqın şura yığıncağı tərəfindən təsdiq olunan qərarına əsasən həyata keçirilir. Həmin nizamnamənin 15-ci maddəsinin «i» və «k» bəndlərinə əsasən Azərittifaqın özünün və üzvləri ilə müştərək olan və bölünməz fondlara daxil olan əmlakı əldə etmək və özgəninkiləşdirməklə (almaq, satmaq, əvəzi ödənilməklə, yaxud əvəzsiz olaraq hüquqi və fiziki şəxslərə vermək, bağışlamaq və s.) bağlı məsələlərə baxır, kooperativ cəmiyyətləri və ittifaqların idarəetmə orqanlarının (payçıların (müvəkkillərin) ümumi yığıncağı, şura, konfrans və qurultay) özlərinin və Azərittifaqın nizamnaməsinə və qanunvericiliyə zidd qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə Azərittifaqın idarə heyətinin qərarlarına baxır və müvafiq qərar qəbul edir. Həmçinin həmin nizamnamənin 15-ci maddəsinin «n» bəndinin 7 və 8-ci yarımbəndlərinə əsasən Şura yığıncağının qanunvericiliyə, Azərittifaqın özünün və üzvlərinin nizamnamələrinə zidd olan qərarları şuranın özü və ya qurultay tərəfindən ləğv edilir, yaxud müvafiq dəyişiklik aparılır. Zəruri hallarda şura öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini idarə heyətinə həvalə edə bilər. Qeyd olunan müddəalar Azərbaycan Mərkəzi Kooperativlər İttifaqınının 23 avqust 2003-cü il tarixdə XX qurultayında qəbul olunmuş və 19.11.2003-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış Nizamnaməsinin 6-cı maddəsinin 2.8-ci, 15-ci maddəsinin 3.11, 17-ci maddəsinin 3.12-ci bəndlərində də öz əksini tapmışdır. Belə ki, həmin nizamnamənin sözügedən maddələrinə görə Azərittifaqın üzvləri Azərittifa qla müştərək olan əmlak barədə sərəncam verməzdən (silmək, satmaq, əvəzsiz vermək və s.) əvvəl Azərittifaqın İdarə Heyətinə bildirməli və idarə heyətinin razılıq barədə qərarını almalıdır. Azərittifaq Şurası Azərittifaqın özünün və üzvləri ilə müştərək olan və bölünməz fondlara daxil olan əmlakı əldə etmək və özgəninkiləşdirməklə (almaq, satmaq, əvəzi ödənilməklə yaxud əvəzsiz olaraq hüquqi və fıziki şəxslərə vermək, bağışlamaq və s.) bağlı məsələlərə baxır. Azərittifaqın İdarə Heyəti kooperativ cəmiyyətləri və ittifaqların idarəetmə orqanları, idarə heyətləri və idarə heyəti sədrlərinin özlərinin Azərittifaqın Nizamnaməsinə, eləcə də qanunvericiliyə zidd olan qərar və sərəncamların icrasını dayandırır, zəruri hallarda həmin rəhbər işçiləri vəzifədən azad etməyə qədər inzibati qaydada məsu liyyətə cəlb edir. Həmçinin Cəlilabad Rayon Kooperativ Cəmiyyətinin 1999-cu ildə qüvvədə olan və XİX çağırış Azərittifaq Şurasının ikinci yığıncağı tərəfindən 5.12.1997-ci ildə qəbul edilmiş Nizamnaməsinin 4-cü maddənin 3-cü bəndinə əsasən Kooperativ Cəmiyyəti müştərək əmlak növləri istisna olmaqla müstəqil surətdə əmlaka sahiblik, əmlakdan istifadə və əmlak barədə sərəncam vermək hüququna malikdir. Həmin Nizamnamənin 13-cü maddəsinin 3-cü bəndinin 9-cu hissəsinə əsasən kooperativ Cəmiyyəti üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı əsas fondlara daxil olan əmlakı əldə etmək və özəgəninkiləşdirmək barədə məsələlərə baxır (Azərittifaq ilə müştərək olan əmlak barədə qəbul olunmuş qərar Azərittifaqın İdarə Heyəti və Şura yığıncağı tərəfindən təsdiq edildikdən sonra icra edilə bilər). Nizamnam ənin 15-ci maddəsinin 4-cü bəndi (4-cü abzas) ilə idarə heyətinin (kooperativ cəmiyyəti sədrinin) qanunvericiliyə, özünün və tərkibinə daxil olduğu ittifaqın Nizamnaməsinə zidd olan qərarları idarə heyətinin (kooperativ cəmiyyəti sədri) üzvlərin (müvəkkillərin) ümumi yığıncağı kooperativ cəmiyyətinin tərkibinə daxil olduğu ittifaqın idarəetmə orqanları tərəfindən baxılıb dəyişdirilə və ya ləğv edilə bilər. Nizamnamənin 18-ci maddəsinin 1-ci bəndinə əsasən kooperativ cəmiyyətinin əmlakı eyni zamanda kooperativ cəmiyyəti ilə bölünməz fondların (binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmin və s.) tikilməsini, əldə edilməsini maliyyələşdirmiş Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaqın) müştərək əmlakıdır. Bu maddənin 4-cü bəndinə əsasən kooperativ cəmiyyəti öz əmlakı üzərin də hüququnu bu Nizamnaməyə uyğun olaraq üzvlərin (müvəkkillərin) ümumi yığıncağı və idarə heyəti (kooperativ cəmiyyətinin sədri) vasitəsilə həyata keçirir. Kooperativ cəmiyyəti Azərittifaqla müştərək olub bölünməz fondları təşkil edən əmlakın özgəninkiləşdirilməsi (satılması, bağışlanılması və s.) və silinməsi onun idarəetmə orqanlarının qərarı (müəyyən olunmuş qaydada rəsmiləşdirilməklə) Azərittifaq İdarə Heyətinin qərarı ilə təsdiq edildikdən sonra həyata keçirilir. Hazırki iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cəlilabad rayon Kooperativlər Cəmiyyətinin idarə heyətinin «Sahil» yeməkxana binasının kooperativ payçı sayılan X1ə bağışlanılmasına dair 12.01.1999-cu il tarixli qərar Azərittifaqın və Cəlilabad rayon Kooperativ Cəmiyyətinin nizamnaməsinin tələbləri nə uyğun olmamış, rayon kooperativ cəmiyyətinin (ictimai iaşə müəssisələri birliyinin balansında olan) əmlakı Azərittifaqla müştərək, yəni birgə əmlakları olduğu halda Azərittifaq Şurasının ikinci yığıncağı tərəfindən 05.12.1997-ci ildə qəbul olunmuş və 1999cu ildə qüvvədə olmuş Nizamnamənin tələblərinə görə həmin əmlakın özgəninkiləşdirilməsi, həmçinin bağışlanılması səlahiyyəti Azərittifaq Şurasına, Şuralar arası müddətdə isə Azərittifaq idarə heyətinə aid olmuş, əmlakın bağışlanılması məsələsinə rayon kooperativ cəmiyyətinin müvəkkillər yığıncağında baxılmamış, həmçinin yeməkxana binasının bağışlanılmasına prosedura uyğun Azərittifaq idarə heyətinin razılığı olmamışdır ki, buna görə də Azərittifaqın idarə heyətinin 17.07.2013-cü il tarixli 55 saylı qərarı ilə ləğv edilmişdir. Azərbayc an Respublikası Mülki Məcəlləsinin 213.7-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqla üstünlük hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqı olaraq, qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd etmişdir ki, hazırki işdə Cəlilabad RKC-nin idarə heyəti tərəfindən «Sahil» yeməkxanası ilə bağlı qərar verilərkən Azərittifaqın əmlak maraqları nəzərə alınmamış və nəticədə qanuna zidd və əsassız bir qərar qəbul edilmişdir ki, həmin qərar da sonradan Azərittifaqın hazırda mübahisələndirilən qərarı ilə ləğv edilmişdir. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətində göstərilənlər iddiaçının şəxsi mülahizələri olmaqla, hər hansı sübutla təsdiq olunmur. İddiaçı özü də kassasiya şikayətində əmlakın onun atasına bağışlanmasına dair Cəlilabad RKC-nin idarə heyətinin 12.01.1999-cu il tarixli qərarın əmlakın özgəninkiləşdirilməsi barə də ilkin mərhələ olduğunu qəbul edir və göstərir ki, həmin qərar Cəmiyyətin ümumi yığıncağında müzakirəyə çıxarılmalı, ümumi yığıncaq müsbət rəy verdikdən sonra Azərittifaqın idarə heyətinin razılığı alınmalı, Azərittifaqın razılığından sonra mülkiyyət hüququ əldə edilməli və notariusda müqavilə bağlanmalıdır. Lakin 12.01.1999-cu ildən həmin qərarın ləğv edildiyi 17.07.2013-cü il tarixə qədər bu razılıqların alınması və müzakirələrin keçirilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin mübahisəli əmlak üzərində onun mərhum atasına məxsus hər hansı hüquq yaranmadığından 12.01.1999-cu il tarixli qərarın sonradan etibarsız hesab edilməsi iddiaçının əmlak hüquqlarını pozmamışdır. Beləliklə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərin ə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən ap ellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Xnın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.11.2018-ci il tarixli 2(103)10506/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1850/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1850/2019
01.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver