Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1857/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı8 və qeyrilərinin Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icrasının cavabdehə həvalə edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X44 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı8 və digərlərinin Cavabdeh MTK-ya qarşı “öhdəliyin icrasının cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-408/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh MTK tərəfindən verilmiş kassasiy a şikayətinə 02 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birləşdirilmiş birinci iş üzrə
1. İddiaçılar cavabdeh tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X127 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının sakinləridirlər və həmin binadan əldə etdikləri mənzillərə görə iddia ərizəsinə əlavə edilmiş müqavilələr əsasında pay haqqını tam ödədikləri halda onlara maliyyə arayışı, MTK-ya üzv qəbul edilmələri barədə ümumi yığıncağın qərarının verilmədiyini və binanın istismara qəbul edilməsi üçün cavabdeh tərəfindən zəruri hərəkətlər edilmədiyini iddia etmişlər. 2. 14.10.1994-cü il tarixdə 17614 nömrə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh Kiçik Müəssisəsinin xx.xx.2007-c i il tarixdə təşkilati-hüquqi forması dəyişdirilərək Cavabdehnə (VÖEN **********) çevrilmişdir.
3. Kooperativin həm xx.xx.2007-ci ildə təsdiq edilmiş nizamnaməsinin, həm də xx.xx.2014-cü ildə 2-ci redaksiyada təsdiq edilmiş nizamnaməsinin 6.1-ci bəndində qeyd edilmişdir ki, kooperativ üzvlüyünə qəbul ərizə əsasında ümumi yığıncağın qərarı ilə həyata keçirilir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Bakı şəhəri, Xətai rayonu, X127 küçəsi, 2319-cu məhəllə ünvanında yerləşən bina sakinlərinə verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda çoxmənzilli yaşayış binasının istismara qəbul edilməməsi ilə bağlı bildirilmişdir ki, bundan əvvəl yuxarıda göstərilən ünvandan Nazirliyə daxil olmuş vətəndaş Xanlar Məmmədovun eyni məzmunlu müraciəti əsasında Nazirlik tərəfindən Azərbayc an Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu məktubu göndərilmişdir. Komitədən verilən məlumata əsasən Cavabdeh MTK (keçmiş Cavabdeh kiçik müəssisəsi) tərəfindən inşa edilmiş 16 mərtəbəli 3 girişli yaşayış binası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 247 nömrəli (bənd 44) sərəncamının tələbinə əməl edilmədən, yəni yaşayış binasının tikintisi qeydiyyatdan keçirilmədən inşa edilmiş və dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmədən 2009-cu ildən məskunlaşdırılmışdır. Həmçinin bildirilmişdir ki, hazırda tikintisinə icazə tələb olunan obyektlərin istismarına icazə verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014cü il 16 sentyabr tarixli 309 nömrəl i “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısının təsdiq edilməsi haqqında Qərarı”nın tələblərinə uyğun olaraq zəruri sənədlər tam tərkibdə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na əsasən tikinti obyektinə dair kod təqdim edildikdən sonra həyata keçirilir. Bununla əlaqədar, Cavabdeh MTK tərəfindən Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə uyğun olaraq zəruri sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətlərinin tam tərkibdə elektron qaydada /e:tik inti.gov.az/ internet səhifəsinə daxil olmaqla təqdim edilməsi məqsədəuyğun hesab olunur. Eyni zamanda, sözügedən məsələyə dair Nazirliyin sorğu məktubuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X32 Agentliyi və X104 Xidməti tərəfindən sözügedən çoxmənzilli bina problemlərin (təhlil qrupunun rəyinin olmaması, yanğından mühafizə sistemində və kommunikasiya təminatında (lift, qaz, su və kanalizasiya) nöqsanlar) olması səbəbindən istismara qəbul edilməmişdir. Bununla əlaqədar, çoxmənzilli binada qısa müddət ərzində rəydə qeyd olunmuş texniki problemlərin aradan qaldırılması Fövqəladə Hallar Nazirliyi tərəfindən Cavabdeh MTK rəhbərliyinin nəzərinə çatdırılmış və lazımi tövsiyələr verilmişdir. Çoxmənzilli binada mənzil lərin çıxarışlarla təmin olunması məsələsi ilə bağlı bildirilir ki, qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binasına dair dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi barədə “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” və ya binanın istismarına icazə sənədi verildikdən sonra sözügedən məsələyə qanunamüvafiq qaydada baxılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əlavə edilməklə ərizə ilə Azərbaycan Respublikasının Prezidenti y anında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhərində yerləşən hər hansı bir mərkəzinə müraciət olunmalıdır. Çoxmənzilli binanın idarə olunmasına etinasız münasibət göstərilməsi ilə bağlı qeyd edilir ki, qeyd olunan çoxmənzilli binanın ümumi əmlakının saxlanması və sakinlər üçün normal mənzil kommunal xidmətlərinin təmin edilməsi, eləcə də müraciətdə qaldırılan məsələlərin həlli məqsədilə binada Mənzil Məcəlləsinin müddəalarına uyğun sahə mülkiyyətçilərinin yaxından iştirakı ilə idarəetmənin təşkili məqsədəuyğun hesab olunur. Eyni zamanda bildirilmişdir ki, müraciət olunduğu təqdirdə Nazirliyin aidiyyəti əməkdaşları tərəfindən çoxmənzilli binada idarəetmənin təşkili istiqamətində köməklik göstəriləcəkdir.
5. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)- 5505/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış məktuba əsasən, "xxxx" MTK-nın inşa etdiyi mənzillərin payçılara verilməsinə dair MTKnın arxivində ümumi yığıncağın hər hansı qərarı aşkar edilməmişdir. Bakı şəhəri, Xətai rayonu, X127 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. Hazırda sözü gedən yaşayış binasının idarəçiliyi "xxxx" MMMC tərəfindən həyata keçirildiyindən binaya göstərilən kommunal və s. xidmətlər barədə MTK-da hər hansı məlumat yoxdur və həmin məlumatların əldə edilməsi üçün "xxxx" MMMC-yə müraciət edilməsi məqsədəmüvafiqdir. "xxxx" MTK-nın arxiv sənədləri içərisində qərardadda adları göstərilən şəxslərdən yalnız 28 nömrəli və 148 nömrəli mə nzilə dair müqavilə aşkar edilmiş, qalan şəxslərin adına olan hər hansı müqavilə aşkar edilməmişdir. X72 "xxxx" MTK-nın əvvəlki təsisçilərindən biri olmuş, sonradan vəfat etmişdir. X73 hazırda "xxxx" MTK-nın təsisçilərindən biridir.
6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X32 Agentliyinin 06 mart 2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədə (məhəllə 23/19, ev 3) inşa edilmiş yaşayış binası Cavabdeh MTK tərəfindən 2009-cu ilə qədər inşa edildiyindən artıq hazır tikili kimi qeydiyyata alınmışdır. Tikintini həyata keçirən podratçı barədə Agentlikdə məlumat yoxdur.
7. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 27 fevral 2024-cü il tarixli cavab məktubundan görünür ki, Ba kı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 2319-cu məhəllədə (məhəllə 23/19, ev 3) inşa edilmiş 16 mərtəbəli, 3 girişli yaşayış binasının tikintisini həyata keçirən subyektlərə (hüquqi və ya vergi orqanlarında qeydiyyata alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) dair məlumatların (ad, qeydiyyat ünvanı, VÖEN, işlərin aparılması müddəti) verilməsi barədə müraciətə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılaraq, bildirilmişdir ki, Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Birləşdirilmiş birinci iş üzrə İş üzrə qəbul edilmiş məhkəmə aktları b) Birləşdirilmiş birinci iş üzrə birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İ ddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Arxitektura və Şəhərsalma Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X32 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X104, "xxxx" MMMC, X73, X2, X52, X53 cəlb edilməklə) “müəyyən hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı8, İddiaçı10, İddiaçı2, İddiaçı11, İddiaçı5, İddiaçı3, İddiaçı9, İddiaçı1, İddiaçı4, İddiaçı12 və İddiaçı6 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin üm umi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri Xətai rayonu X127 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barə də qətnamənin qəbul edilməsini xahiş etmişlər.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, aldıqları mənzillərə dair pay haqqını tam ödəmələrinə baxmayaraq nə maliyyə arayışı, nə də mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı Cavabdeh MTK tərəfindən indiyədək ona təqdim edilməmişdir. İddiaçılar bildirmişlər ki, pay haqqını tam ödəməklə MTK-ya heç bir borcun olmadığını təsdiqləyən maliyyə arayışının və mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi üçün dəfələrlə MTK-nın o zamankı sədri Rövşən Rüstəmova və hal-hazırki sədri Svetlana Kazımovaya müraciət etsələr d ə, sonuncular müxtəlif bəhanələr gətirərək adı çəkilən sənədləri təqdim etməkdən boyun qaçırmışlar. İddiaçılar məktubla MTK-nın sədri Svetlana Kazımovaya müraciət edərək, payçılara maliyyə arayışının verilməsini əks halda məhkəməyə müraciət edəcəyini bildirsələr də, qeyd edilən sənədlər payçılara təqdim edilməmişdir. Adı çəkilən hər iki sənəd mənzilə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi üçün qanunvericiliyə əsasən tələb edildiyindən bu sənədlərin MTK tərəfindən iddiaçılara təqdim edilməməsi mənzilə çıxarış alınmasına süni maneçilik törətməklə iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçılar məhkəmənin nəzərinə onu da çatdırmaq istəyirlər ki, hal-hazırda yaşadıqları binada yanğından mühafizə sist emində olan problemlər, daha dəqiq desələr binanın mərtəbələrində daxili yanğın su kranlarının, avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının quraşdırılmaması və sair bu kimi bir sıra problemlər Cavabdeh MTK tərəfindən 2009-cu ildən indiyədək aradan qaldırılmadığı üçün bina istismara qəbul edilməmişdir. Belə ki, Fövqəladə Hallar Nazirliyi X104 Xidməti tərəfindən 2017, 2018, 2019-cu illərdə qeyd edilən yaşayış binasında yanğın texniki müayinə aparılaraq yuxarıda sadalanan yanğından mühafizə sistemində aşkar olunan çatışmazlıqların təxirəsalınmaz qaydada aradan qaldırılması istiqamətində işlərin görülməsi, əks təqdirdə baş verə biləcək yanğın hadisəsinin MTK rəhbərliyinin üzərinə düşəcəyi qeyd olunmuşdur. Lakin qeyd olunan çatışmazlıqlara görə Cavabdeh MTK barəsində bir neçə il ərz ində dəfələrlə məhkəmə qaydasında inzibati cərimə tətbiq edilməsinə baxmayaraq MTK tərəfindən qeyd olunan işlər indiyədək görülməmişdir. Hətta sonuncu dəfə Fövqəladə Hallar Nazirliyi X104 Xidməti 3-cü Ərazi X104 İdarəsi tərəfindən qeyd edilən yaşayış binasında keçirilən yanğın texniki müayinə zamanı YTQ-nin, 01-2001, bənd 6.1; 65; 10.4; 9.1; 8.4-cü tələblərinin pozulması faktı aşkar edilərək protokol tərtib edilmiş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Payçıları olduğu Cavabdeh MTK-nın həm 1-ci, həm də 2-ci redaksiyasında olan nizamnaməsində mənzil tikinti kooperativinin fəaliyyətinin əsas məqsədinin kooperativ üzvlərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahələrinə olan tələbatlarının təmin edilməsi göstərilmişdir. Lakin Cavabdeh MTK nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyət məqsədinə çatmamaqla yanaşı neçə illərdir ki, öz şəxsi maraqlarına görə, daha dəqiq desə bilərəkdən mənzillərin alqı-satqı (payların özgəninkiləşdirilməsi) prosesini bir növ “öz əlində saxlamaq” məqsədilə binanı tam istismara verməyərək sakinlərin öz mülkiyyəti üzərində sərbəst surətdə sərəncam verməyini qəsdən məhdudlaşdırmışdır. Cavabdeh MTK-nın bu hərəkətsizliyi həmçinin mənzillərinin icbari sığorta olunmasına və yaşayış yeri üzrə qeydiyyata düşməsinə süni maneçilik törətdiyi üçün bu cür hal onlara neçə illərdir ki, bir sıra çətinliklər yaratmaqda davam etməkdədir. İddiaçılar məh kəmənin nəzərinə çatdırmaq istəyirlər ki, Cavabdeh MTK, yəni sədr Svetlana Kazımova və onun üzvləri məhz öz şəxsi mənfəətlərinə görə 2009-cu ildən başlayaraq binanın 240 mənzilində tam olaraq sakinlərin məskunlaşmasına baxmayaraq hələ də yanğından mühafizə sistemində olan problemləri aradan qaldırmamış və bu hərəkətsizliyi ilə 1500-dən çox bina sakininin həyatını hər an baş verə biləcək yanğın hadisəsi zamanı təhlükədə qoymaqla bərabər, həm də mənzillərinin dövlət qeydiyyatına dair çıxarışını almağına bilərəkdən süni maneçilik törədərək konstitusion hüququ olan mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, məhkəmə tərəfindən iddiaçılara MTK-nə borcun olmamasına dair maliyyə arayışının verilməsi və də mənzil- tikinti kooperativi binasında yaş ayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi öhdəliyi, həmçinin binanın istismara verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli 2(011)289/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddianın qismən təmin edilməsi, Cavabdeh MTK tərəfindən İddiaçı3, İddiaçı9 (3-cü blok 14-cü mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzilə münasibətdə) və İddiaçı6 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, Cavabdeh MTK tərəfində n İddiaçı8, İddiaçı10, İddiaçı2, İddiaçı11, İddiaçı5, İddiaçı9 (2-ci blok 12-ci mərtəbə, ümumi sahəsi 96 kv.metr olan 138 saylı mənzilə münasibətdə), İddiaçı1, İddiaçı4, İddiaçı12 mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan sənədlər müraciətə əlavə edilməklə Bakı şəhəri Xətai rayonu X127 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciə t edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddia qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 178.8, 752.1 və 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4, 112.1, 113.1, 113.2 və 113.3-cü maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6 və 8.0.9.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Birləşdirilmiş ikinci iş üzrə birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar X54, X55, X88, X89, X90, X85, X56, X45, X46, X47, X57, X48, X33, X58, X91 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar X34, X17, X35, X18, X74, X75, X9, X59, X36, X76, X19, X37, X20, X38 və X77 mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə “Hidayət-N" MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Ba kı şəhəri Xətai rayonu X127 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
13. İddiaçılar X21, X60, X78, X92, X10, X93, X94, X22, X61 və X103 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar X39, X86, X40, X79, X49, X80, X6, X7, X81 və X3 mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi və “Tikintisinə icazə tələb edilən tikinti obyek tlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri Xətai rayonu X127 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi və istismar aktının alınması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbinin əsasları əvvəlki işlə eyni olmuşdur.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(011)5505/2024 saylı qərardadı ilə iddiaçılar X4, X23, X41, X62, X1, X63, X64, X5, X24 və X82 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbi barədə iddiasına dair 2(011)-5505/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın icraatında olan iddiaçılar X25, X26, X65, X66, X67, X50, X27, X11, X12, X13, X28, X14, X8, X29, X68 Cavabdeh MTK-ya qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbi barədə iddiasına dair 2(011)-5307/2024 saylı mülki işə birləşdirilmişdir.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(011)5307/2024 nömrəli qərardadı ilə iddia iddiaçılar X81, X7, X34 və X76 münasibətdə baxılmamış saxlanılmışdır.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(011)5307/2024 nömrəli qətnaməsi (hakim Aygün Həsənova) ilə iddia tələbinin qismən təmin edilməsi, Cav abdeh MTK tərəfindən X38, X37, X39, X59, X49, X75 və X74 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqının ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, Cavabdeh MTK tərəfindən X80, X79, X86, X40, X3, X6, X36, X19, X30, X17, X35, X18, X31 və X77 mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələ b olunan sənədlər müraciətə əlavə edilməklə Bakı şəhəri Xətai rayonu X127 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özünə aid edilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 178.8, 752.1 və 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4, 110,5, 112.1, 113.1, 113.2 və 113.3-cü maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6 və 8.0.9.2ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətlərinin dəlilləri
19. Hər iki iş üzrə qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mənzil qanunvericiliyinə aid normaların məzmunundan göründüyü kimi, yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənz il-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş və mənzilin dəyərini ödəyən istənilən şəxs avtomatik olaraq kooperativin üzvü hesab olunur. Yəni, mənzil tikinti kooperativinə üzv olmayan şəxsin ilkin olaraq mütləq qaydada "xxxx" MTK-nın üzvü olduqdan sonra yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağın qərarının verilməsi barədə imperativ qayda qanunvericilikdə nəzərdə tutulmamışdır. Hətta qeyd edilən iddiaçılar mənzillərə pay haqqının əldə edilməsinə dair müqaviləni Cavabdeh MTK ilə yox MTK-nın ilkin sədri fiziki şəxs X72 bağlasalar belə, işin mübahisəsiz halıdır ki, müvafiq mənzillər dair müqavilələr bağlandığı tarixdən həmin mənzillər iddiaç ıların faktiki istifadəsində və sahibliyindədir. Bu hal həm iş materiallarında olan "xxxx" MMMC-nin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu və iş üzrə digər sübutlarla təsdiq olunmuş, həmçinin cavabdeh Hidayət-N MTK tərəfindən məhkəməyə təqdim etdiyi etirazda həmin mənzillərin iddiaçıların yox başqa şəxslərin sahibliyində və istifadəsində olmasıyla bağlı hər hansı bir qeyd öz əksini tapmamışdır. Başqa sözlə desək əgər mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək üçün, yaşayış sahəsinin ayrılması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı isə mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdırsa onda zatən müqavilələr bağlanılan müddətdən etibarən müvafiq mənzillər iddiaçıların sahibliyində v ə istifadəsindədir və mənzilin dəyəri, yəni pay haqqı onlar tərəfindən tam ödənilmişdir. Digər tərəfdən məhkəmə qətnamə ilə Cavabdeh MTK-nın üzərinə iş üzrə bütün iddiaçılara mənzilinin dəyərinin ödənilməsi barədə maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması bir daha onu təsdiq edir ki, artıq həmin şəxslər mənzilin dəyərini, yəni pay haqqını tam ödəməklə bilavasitə MTK-nın üzvləridirlər və onlara münasibətdə ümumi yığıncağın qərarının verilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, məhkəmə tərəfindən qeyd etdiyimiz maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Re spublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhz hüquqi müəyyənlik prinsipini nəzərə alaraq hesab edirik ki, iddiaçıların onlara məxsus mənzillərin faktiki sahibliyində olması i lə cavabdeh MTK-ya üzvlük məsələsi arasında olan hüquqi əlaqənin olması məhkəmə tərəfindən müəyyənləşdirilməmişdir.
21. Hər iki qətnamədən həmçinin Cavabdeh Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verərək qətnamənin ləğv etməklə, iddia tələblərinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə iddiaçılar göstərilən tələblərlə bağlı məhkəmədən əvvəl MTK-ya müraciət etmədən süni məhkəmə mübahisəsi yaratmışdırlar. Halbuki sübut qismində məhkəməyə təqdim etdikləri müqavilələrdən görünür ki, müqavilələrin 5-ci bəndində tərəflərin razılaşdıqları şərtə görə mübahisəli məsələlər ilk növbədə danışıqlar yolu ilə tərəflərin razılığı ilə həll edilməli, bu mümkün olmadıqda isə məhkəmə orqanına müraciət o lunmalıdır. Məhkəmə yekun qərar çıxaran nəzərə almalı idi ki, məhz həmin müqavilə şərtinə görə iddiaçılar MTK ilə aralarında mübahisə yarandığını, yəni iddia ərizələrində göstərdikləri tələblə eyni məzmunlu müraciəti ilk növbədə məhkəmədən kənar MTK-ya təqdim etdiklərini və MTK tərəfindən həmin müraciətin həll edilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Sözü gedən yaşayış binasının mənzillərinin pay qismində verilməsinə dair iddiaçıların təqdim etdikləri müqavilələrin rekvizitlərinə əsasən bəzi müqavilələr X72 tərəfindən fiziki şəxs qismində imzalanıb möhürlənmiş, bəziləri isə MTK tərəfindən imzalansa da MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı tərtib edilməmişdir. Məhkəmə nəzərə almalı idi ki, ümumiyyətlə Cavabdeh MTK-nın fəaliyyət göstərdiyi müddətdə hər hansı pay çıya payın verilməsinə dair MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı verilməmişdir. Payın verilməsinə dair yalnız imzalanmış müqavilənin nüsxəsi və payın dəyərinin ödənilməsini təsdiq edən maliyyə arayışı verilmişdir. Kooperativdə olan payın verilməsinin bu cür sənədləşdirilməsi kooperativlərin fəaliyyətində geniş surətdə tətbiq edilərək adət halını almış və məhz bu sənədlərin əsasında dövlət qeydiyyat orqanı payçıların kooperativdən əldə etdikləri mənzillərə hər hansı problem yaratmadan onların mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirmişdir. MTK tərəfindən binanın istismarına icazə verilməsi ilə bağlı müvafiq dövlət qurumlarına müraciətin edilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilsə də, lüzumsuz və əsassız olaraq həmin müraciətin edilməsi öhdəlik kimi MTK-nın üzərinə qoyulmuşdur. Ona görə də hesab edirəm ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-289/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan apellyasiya qaydasında ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmalıdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2024-cü il tarixli, 2(103)-5765/2024 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-408/2025 nömrəli mülki iş üzrə 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçıların apellyasiya şikayətlərin in qismən təmin edilməsi, birləşdirilmiş birinci iş üzrə Xətai Rayon Məhkəməsinin 29 may 2024- cü il tarixli 2(011)-289/2024 nömrəli qətnaməsinin iddiaçılar İddiaçı5, İddiaçı12, İddiaçı1, İddiaçı11, İddiaçı10, İddiaçı2, İddiaçı4 və İddiaçı8 münasibətdə iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissələrdə iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK tərəfindən İddiaçı5, İddiaçı12, İddiaçı1, İddiaçı11, İddiaçı10, İddiaçı2, İddiaçı4, İddiaçı8 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, birləşdirilmiş ikinci iş üzrə Xətai Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli 2(011)-5307/2024 nömrəli qətnaməsinin iddia tələbinin iddia çılar X21, X51, X45, X60, X10, X57, X95 və X20 münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissələrdə iddia tələbinin təmin edilməsi, Cavabdeh MTK tərəfindən X6, X31, X19, X40, X3, X35, X80 və X20 mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTKnın üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTKnın üzərinə qoyulması, qətnamələrin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsi birləşdirilmiş birinci iş üzrə qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, X127 küçəsi, 2319-cu məhəllə ünvanında inşa edilmiş çoxmərtəbəli bina istismara qəbul aktının alınmamasına baxmayaraq, sakinlərin istifadəsinə verilmişdir. İddiaçılar tərəfindən həmin binan ın tərkib hissəsi olan müvafiq mənzillərin inşasına dair bağlanılmış müqavilələrin əsli (surətləri iş materiallarına əlavə edilməklə) məhkəməyə təqdim edilmişdir. Zəruri qaydada məlumatlandırılmış Cavabdeh MTK sübutların təmini barədə bəzi məhkəmə qərardadlarına yazılı cavab verməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir və müəyyən məlumatların arxivdə olmaması barədə məlumatlar istisna olmaqla, iddia tələblərinə münasibətdə sair qəbildən olan hər hansı etiraz irəli sürməmişdir.
26. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MTK ilə İddiaçı3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2-ci blok mansard mərtəbəsində, ümumi sahəsi 72 kv.metr olan 160 saylı mənzil, İddiaçı9 ilə bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 3-cü blok 14-cü mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzil, İddiaçı6 ilə bağlanılmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2-ci blok 13-cü mərtəbə, ümumi sahəsi 72 kv.metr olan 145 saylı mənzil inşa edilərək adları qeyd edilmiş iddiaçıların sahibliyinə və istifadələrinə verilməlidir. Fiziki şəxs kimi fəaliyyət göstərən və xx.xx.2005-ci il tarixdən 2011-ci ilədək (2011-ci ildə ölmüşdür) Cavabdeh MTK-nın sədri kimi fəaliyyət göstərən X72 ilə İddiaçı4 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən 2-ci blok 13-cü mərtəbə, ümumi sahəsi 91 kv.metr olan 142 saylı mənzil, İddiaçı11 ilə bağlanılmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən 3-cü blok 15-ci mərtəbə, ümumi sahəsi 60 kv.metr olan 233 saylı mənzil, İddiaçı5 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli m üqaviləyə əsasən 3-cü blok 9-cu mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 204 saylı mənzil, İddiaçı9 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 2-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 96 kv.metr olan 138 saylı mənzil, İddiaçı12 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 3-cü blok 15-ci mərtəbə, ümumi sahəsi 130 kv.metr olan 235 saylı mənzil, İddiaçı1 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 1-ci blok 8-ci mərtəbə, ümumi sahəsi 125 kv.metr olan 36 saylı mənzil, İddiaçı8 ilə bağalnılmış xx.xx.2007- ci il tarixli müqaviləyə əsasən 3cü blok 15-ci mərtəbə, ümumi sahəsi 105 kv.metr olan 231 saylı mənzil, İddiaçı10 ilə bağlanılmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 1-ci blok 5-ci mərtəbə, ümumi sahəsi 130 kv.metr olan 22 saylı mənzil - adları qeyd edilmiş iddiaçıların sahibliyinə və istifadəsinə verilməlidir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı2 3-cü blok 13-cü mərtəbə, ümumi sahəsi 105 kv.metr olan 221 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə müqaviləni xx.xx.2015-ci il tarixdə fiziki şəxs kimi fəaliyyət göstərən X73 ilə bağlamışdır. Müstəqil tələb irəli sürməyən X42 birinci instansiya məhkəməsində verdiyi izahatının məzmunundan görünür ki, mərhum əri X72 2011-ci ildə vəfat etdikdən sonra sözügedən binada idarəetmə işləri faktiki olaraq onun tərəfindən həyata keçirilmişdir.
28. Birləşdirilmiş ikinci işlə əlaqəli məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK ilə iddiaçı X58 arasında bağlanmış 25 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 3-cü blok 2-ci mərtəbəsində, ümum i sahəsi 135 kv.m olan 169 saylı mənzil, X55 arasında bağlanmış 07 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən 1-ci blok 2-ci mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 10 saylı mənzil, X85 arasında bağlanmış 12 avqust 2022-ci il tarixli müqaviləyə əsasən 3-cü blok 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 226 saylı mənzil, X89 arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən 1-ci blok 14-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 69 saylı mənzil, X90 arasında bağlanmış 06 mart 2021-ci il tarixli müqaviləyə əsasən 1-ci blok 9-cu mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 45 saylı mənzil, X61 arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən 2-ci blok 14-cü mərtəbəsində, ümumi sahəsi 96 kv.m olan 148 saylı mənzil, X78 arasında bağlanmış 22 yanvar 2021-ci i l tarixli müqaviləyə əsasən 2-ci blok 14-cü mərtəbəsində, ümumi sahəsi 153 kv.m olan 146 saylı mənzil inşa edilərək adları qeyd edilmiş iddiaçıların sahibliyinə və istifadələrinə verilməlidir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, fiziki şəxs kimi fəaliyyət göstərən və 17 avqust 2007-ci il tarixdən 12 yanvar 2015-ci il tarixədək Cavabdeh MTK-nın sədri kimi fəaliyyət göstərən X72 ilə iddiaçı X56 arasında bağlanmış 15 avqust 2007- ci il tarixli müqaviləyə əsasən 3-cü blok 11-ci mərtəbəsində, ümumi sahəsi 135 kv.m olan 215 saylı mənzil, X91 arasında bağlanmış 08 fevral 2006-cı il tarixli müqaviləyə əsasən 2-ci blok 10- cu mərtəbəsində, ümumi sahəsi 96 kv.m olan 128 saylı mənzil, X47 arasında bağlanmış 25 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən 3-cü blok 12-ci mərtəbəsində, ümumi s ahəsi 135 kv.m olan 219 saylı mənzil, X92 arasında bağlanmış 09 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən 1-ci blok 10-cu mərtəbəsində, ümumi sahəsi 130 kv.m olan 47 saylı mənzil, X103 arasında bağlanmış 13 iyul 2006-cı il tarixli müqaviləyə əsasən 2-ci blok 8-ci mərtəbəsində, ümumi sahəsi 72 kv.m olan 120 saylı mənzil, X10 arasında bağlanmış 30 iyul 2005-ci il tarixli müqaviləyə əsasən 1-ci blok 6-cı mərtəbəsində, ümumi sahəsi 60 kv.m olan 28 saylı mənzil, X95 arasında bağlanmış 08 aprel 2006-cı il tarixli müqaviləyə əsasən 3-cü blok 3-cü mərtəbəsində, ümumi sahəsi 135 kv.m olan 174 saylı mənzil, X95 arasında bağlanmış 08 aprel 2006-cı il tarixli müqaviləyə əsasən 2-ci blok 10-cu mərtəbəsində, ümumi sahəsi 153 kv.m olan 126 saylı mənzil, X60 arasında bağlanmış 29 iyul 2005-ci il tarixli müqaviləyə əsasən 1-ci blok 9-cu mərtəbəsində, ümumi sahəsi 99 kv.m olan 44 saylı mənzil - adları qeyd edilmiş iddiaçıların sahibliyinə və istifadəsinə verilməlidir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı X33 1-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 20 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə 14 fevral 2018-ci il tarixli müqaviləni, iddiaçı X48 1-ci blok 12-ci mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 59 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə 18 may 2015-ci il tarixli müqaviləni, iddiaçı X57 3-cü blok mansard mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 237 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə 01 aprel 2014-cü il tarixli müqaviləni, X69 2-ci blok 13-cü mərtəbəsində, ümumi sahəsi 96 kv.m olan 143 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə 15 iyun 2015-ci il tarixli müqaviləni, X46 3-cü blok 12-ci mərtəbəsində, ümumi sahəsi 60 kv.m olan 218 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə 24 noyabr 2014cü il tarixli müqaviləni, X21 1-ci blok 11- ci mərtəbəsində, ümumi sahəsi 105 kv.m olan 54 saylı mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə 22 mart 2018-ci il tarixli müqaviləni fiziki şəxs kimi fəaliyyət göstərən X73 ilə bağlamışdır.
31. Məhkəmə kollegiyası hər iki mülki iş üzrə tələblərin oxşar olduğunu nəzərə alaraq hesab etmişdir ki, hər iki tələb üzrə birlikdə hüquqi dəyərləndirmə aparılmalıdır.
32. Kollegiya qeyd etmişdir ki, yuxarıda sadalanmış müqavilələrin tələblərinə əsasən müvafiq mənzillər tikildikdən sonra iddiaçı lara təhvil verilməli və iddiaçılar isə mənzillərin dəyərini ödəmək öhdəliyi daşıdıqlarından, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mənzil tikintisi ilə bağlı iddiaçıların bağladıqları müqavilələr podrat müqavilələridir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” podratçının müqavilə üzrə vəzifəsi kimi müəyyən edilib. Mənzil podratın maddiləşmiş nəticəsidir, iddiaçıların sifarişi və maliyyəsi hesabına əmələ gəlib, ona görə də podratçının vəzifəsidir ki, mənzillərə dair mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan sənədlər də iddiaçılara verilsin. Cavabdehin müvafiq sənədləri təqdim etməməsi nəticəsində iddiaçıların əmlak hüquqları pozulur və onlar mənzillərini öz adlarına dövlət qeydiyya tına ala bilmirlər. Bundan başqa podrat münasibətlərində podratçının “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə vermək” öhdəliyi mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan ağlabatan bütün hərəkətlərin də icrasını, misal üçün binanın istismara qəbul aktının alınması üçün müvafiq dövlət orqanına podratçının müraciətini də nəzərdə tutur.
34. Birləşdirilmiş birinci iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı9 (3-cü blok 14-cü mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzilə münasibətdə), İddiaçı6 podrat müqaviləsini Cavabdeh MTK ilə; iddiaçılar İddiaçı4, İddiaçı11, İddiaçı5, İddiaçı9 (2- ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 96 kv.metr olan 138 saylı mənzilə münasibətdə), İddiaçı12, İddiaçı1, İddiaçı8, İddiaçı10 podrat müqaviləsini X72 ilə; İddiaçı2 isə müqaviləni X73 ilə bağlamalar ı, həmçinin birləşdirilmiş əlaqli iş üzrə iddiaçılar X29, X26, X24, X50, X41, X66 və X67 podrat müqaviləsini Cavabdeh MTK ilə iddiaçılar X70, X62, X82, X23, X1, X4, X27, X11, X15, X13, X28, X14, X16 və X68 podrat müqaviləsini X72 və X73 ilə bağlamaları, yəni eyni binanın tərkib hissələri olan müxtəlif mənzillərin inşası ilə bağlı yaranmış podrat münasibətlərində tərəfin (podratçının) dəyişməsi tikilmiş mənzillərə dair əmlak hüquqlarının qeydiyyatı üçün zəruri sənədlərin verilməsi və binanın istismara qəbulu ilə bağlı müəyyən hərəkətlərin edilməsi ilə bağlı podratçının ümumi vəzifələrinə təsir etməməlidir.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hər iki iş üzrə haqlı olaraq hesab etmişdir ki, iddia tələblərində göstərilmiş müqavilələrə əsasən ödənilmiş pul v əsaitlərinə dair maliyyə arayışlarının verilməsi və “tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli Qərarında tələb olunan bütün tikinti sənədlərini müraciətə əlavə etməklə Bakı şəhəri Xətai rayonu X127 küçəsi 2319-cu məhəllə ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının istismara qəbul edilməsi üçün cavabdehin müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi hissəsində iddia tələbləri bütün iddiaçılara münasibətdə təmin edilməlidir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbinin qeyd edilən hissəsi üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır v ə təmin edilə bilməz.
36. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq birləşdirilmiş əsas iş üzrə iddiaçılar İddiaçı3, İddiaçı9 (3-cü blok 14-cü mərtəbə, ümumi sahəsi 135 kv.metr olan 230 saylı mənzilə münasibətdə), İddiaçı6, birləşdirilmiş əlaqəli iş üzrə iddiaçılar X58, X55, X61, X85, X78, X89 və X67 Cavabdeh MTK ilə müqavilə bağlayaraq kooperativin üzvləri olduqlarından, “mənzil-tikinti kooperativinin binasında yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi” barədə iddia tələbləri həmin iddiaçılara münasibətdə təmin edilməsi qənaətinə gəlmiş olsalar da, digər iddiaçıların kooperativin üzvü olduqlarını təsdiq edən sənədlər iş materialları ilə müəyyən edilmədiyi əsası ilə iddia tələbini o nlara münasibətə rədd etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi hər iki iş üzrə Cavabdeh MTK-nın üzərinə iş üzrə bütün iddiaçılara mənzilinin dəyərinin ödənilməsi barədə maliyyə arayışının verilməsi öhdəliyinin qoyulması nəticəsinə gəlsə də, ümumi yığıncağın qərarının bütün iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia tələbini qismən təmin etməsi barədə qənaəti anlaşılan olmamışdır.
37. Kollegiya qeyd etmişdir ki, yuxarıda istinad edilən normaların məzmunundan göründüyü kimi, yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və mənzil-ti kinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyriyaşayış) sahəsi əldə etmiş və mənzilin dəyərini ödəyən istənilən şəxs avtomatik olaraq kooperativin üzvü hesab olunur. Yəni, mənzil tikinti kooperativinə üzv olmayan şəxsin ilkin olaraq mütləq qaydada "xxxx" MTK-nın üzvü olduqdan sonra yaşayış sahəsinin verilməsi barədə ümumi yığıncağın qərarının verilməsi barədə imperativ qayda qanunvericilikdə nəzərdə tutulmamışdır. Hətta qeyd edilən iddiaçılar mənzillərə pay haqqının əldə edilməsinə dair müqaviləni Cavabdeh MTK ilə yox MTK-nın ilkin sədri fiziki şəxs X72 ilə bağlamış olsalar belə, işin mübahisəsiz halıdır ki, müvafiq mənzillər dair müqavilələr bağlandığı tarixdən həmin mənzillər iddiaçıların faktiki istifadəsində və sahibliyindədir. Başqa sözlə desək əgər mənzil-tikinti k ooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək üçün, yaşayış sahəsinin ayrılması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı isə mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdırsa onda zatən müqavilələr bağlanılan müddətdən etibarən müvafiq mənzillər iddiaçıların sahibliyində və istifadəsindədir və mənzilin dəyəri, yəni pay haqqı onlar tərəfindən tam ödənilmişdir.
38. Kollegiya hesab etmişdir ki, iddiaçılar mənzilin dəyərini, yəni pay haqqını tam ödəməklə bilavasitə MTK-nın üzvləri hesab olunurlar. Ona görə də iddiaçıların apellyasiya şikayəti qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməli və onlara münasibətdə ümumi yığıncağın qərarının verilməsi öhdəliyi də cavabdehin üzərinə qoyulmalıdır.
39. Kollegiya cavabdehin apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi və iddia tələblərinin baxılmamış saxlanılması barədə dəlillərinə qiymət verərək qeyd etmişdir ki, hazırkı mübahisə ümumi məhkəmənin aidiyyəti qaydasında baxıldığından və iddiaçılarla cavabdeh arasında ayrı-ayrılıqda bağlanmış müqavilələrdə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydası müəyyən edilmədiyindən iddia tələbinin baxılmamış saxlanılmasına hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi hər iki işə mahiyyəti üzrə baxmaqda haqlı olmuşdur. Göründüyü kimi, cavabdeh tərəfin hər iki iş üzrə vermiş olduğu apellyasiya şikayətlərində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayətləri təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 178.8, 752.1, 752.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.4, 110.5, 112.1, 113.1, 113.2, 113.3-cü maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6, 8.0.9.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-408/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.
42. Şi kayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçıların müqavilələrində nəzərdə tutulmuş cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması şərtinə riayət etməmələrini nəzərə almadan əsassız və qanunsuz nəticəyə gəlməklə göstərilən prosessual hüquq normasını pozmuşdur. Apellyasiya məhkəməsi apellyasiya şikayətində cavabdeh MTK tərəfindən binanın istismarına icazə verilməsi ilə bağlı müvafiq dövlət qurumlarına mübahisəsiz olaraq müraciət edildiyi üçün həmin tələblə bağlı tərəflər arasında mübahisənin olmaması səbəbindən həmin tələbə mahiyyəti üzrə baxılmasının qeyri-mümkünlüyü barədə cavabdehin dəlilinə ümumiyyətlə münasibət bildirməməklə, iddiaçıların qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barədə müqavilə ilə nəzərdə tu tulmuş qaydaya əməl etməmələrini nəzərə alıb ərizəni baxılmamış saxlamaqla prosessual hüquq normalarını pozmuşdur.
43. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 152.1.6, 220, 220.4, 259-cu maddələrinə istinad edilərək əsaslandırılmışdır.
44. Cavabdeh sonradan kassasiya şikayətinə əlavə verərək ********* saylı cinayət işi üzrə iddiaçılar İddiaçı8 və X23 müqavilələrinin saxta olduğunun müəyyən edildiyini, həmin müqavilələrin əslinin nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmədiyini, yalnız surətlərinin təqdim edildiyini göstərmişdir. Kassasiya şikayətinə 2025-ci ilin may ayında verilmiş ekspert rəyləri əlavə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. İddiaçı8 kassasiya şikayətinə qarşı etiraz ünv anlayaraq qeyd etmişdir ki, iddiaçıların tələblərinin əsası mənzillərinin onlara ayrılmasını təsdiq edən MTK-nın ümumi yığıncağının qərarının, mənzillərə görə ödənişi tam verilməsini təsdiq edən maliyyə arayışının və istismar aktının verilməsindən ibarətdir və bu halların tərəflər arasındakı bağlanmış müqavilə ilə tənzimlənməsi müqavilə şərtlərində nəzərdə tutulmamışdır. Ona görə də tərəflər arasındakı müqavilə ilə tənzimlənməyən hallara görə pretenziya qaydasına riayət edilməsi tələb edilməsi tam əsassızdır. İddiaçılar tərəfindən dəfələrlə MTK rəhbərliyi ilə danışıqlar aparmış, hətta xeyli sayda sakin o cümlədən iddiaçılar onlara maliyyə arayışının və MTK-nın ümumi yığıncağının qərarının təqdim etmələri, əks təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə "xxxx" MTK-nın sədri Svetlana Kazım ovaya xx.xx.2023-cü il tarixdə sifarişli məktub (məktub və məktubun çatması barədə poçt qəbzi iş materiallarına əlavə edilmişdir) ünvanlanmış, lakin MTK tərəfindən həmin məktuba cavab verilməmişdir. Hesab etmişlər ki, cavabdeh MTK sadəcə olaraq formal şikayətlər verməklə qanunla üzərinə düşən öhdəliklərin yerinə yetirilməsindən yayınmaq istəmişdir. Cavabdeh "xxxx" MTK tərəfindən müxtəlif vaxtlarda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X104 Xidmətinə ünvanladığı məktublar iddiaçıların tələblərinin yerinə yetirilməsini tam olaraq özündə əks etdirmir. Yəni MTK-nın məhkəməyə təqdim etdiyi məktublarda ancaq binaya dair yanğın təhlükəsizliyi ilə bağlı rəyin alınması barədə Fövqəladə Hallar Nazirliyinə etdiyi müraciət əks olunmuşdur. Halbuki iddiaçıların iddia tələbi "Tikintisin ə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarında tələb olunan sənədlər (o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı rəy) müraciətə əlavə edilməklə binanın istismara qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, yəni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilməsi təşkil etmişdir. İş materiallarından da aydın olmuşdur ki, MTK tərəfindən binadakı çatışmazlıqlar aradan qaldırılmadığı üçün binanın istismara verilməsi üçün qanunla tələb olunan sənədlərlə həmin orqana müraciət olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası nın Mülki Məcəlləsi
46. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.
47. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir.
48. Maddə 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak et mək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır.
49. Maddə 109.3. Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir.
50. Maddə 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir
51. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesa b edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
52. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırıl mış muzd ödəməyi öhdəsinə götürür.
53. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
56. Maddə 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır.
57. Maddə 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir.
58. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
59. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsa sında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
60. Maddə 113.2. 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüq uqlarının qeydə alınması üçün əsasdır.
61. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu
62. Maddə 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) dövlət qeydiyyatı üçün əsaslarından biridir.
63. Maddə 8.0.9.2. Çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə,müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırkı kassasiya şikayətində qətnamə apellyasiya instansiyası məhkəməsinin aktı kassator tərəfindən t am mübahisələndirildiyindən tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş, həmin dəlillərdə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və hes ab edir ki, iddianın baxılmamış saxlanılması üçün qanuni əsaslar mövcud deyil.
70. Kassasiya şikayətinə əlavədə qeyd edilmiş dəlillə bağlı (iddiaçılar İddiaçı8 və X23 müqavilələrinin saxta olduğu) məhkəmə qeyd edir ki, cavabdeh nə birinci, nə də apellyasiya instansiyası mərhələsində qeyd edilən müqavilələri mübahisələndirmədiyindən məhkəmələr tərəfindən həmin müqavilələrin etibarlılığı yoxlanılmamışdır. Kassasiya məhkəməsi yeni sübut qəbul etmək, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olmadığından və MPM-nin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxladığından ka ssasiya şikayətinə əlavədə qeyd edilmiş dəlil üzrə yoxlama aparılmır.
71. Cavabdehə izah edilir ki, istintaqı davam edən cinayət işi üzrə qeyd edilən müqavilələrin saxtalaşdırılması faktı təsdiq edilərsə iddiaçı MPM-nin 45-ci fəslində nəzərdə tutulmuş qaydada qanuni qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hal üzrə baxılması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.
72. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-408/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.