Məhkəmə qərarları › İş №2(102)-1858/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1858/2019

18.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1858/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1858/2019 18 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı MMC-nin vəkili X13 oğlunun, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.10.2018-ci il tarixli, 2(103)9935/2018 nömrəli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Ə.Me hdiyev) 07 iyun 2018-ci il tarixli, 2(006)-576/2018 saylı qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.M.Həsənov, X.A.Mərdanova və İ.Ş.Vəliyev) 04.10.2018-ci il tarixli, 2(103)-9935/2018 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı “X5 X9 İhracat Sanayi və Ticarət Limited” Şirkətinə və Cavabdeh1 qarşı “beynəlxalq yük daşınmasına dair CMR-in və anlaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş. İddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği İddiaçınə aid olunmuş, həmçinin həmin Cəmiyyətdən apellyasiya şikayətinə görə ödənilmi ş rüsumun əvəzi qismində 15,40 (on beş manat 40 qəpik) manat “X5 X9 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin, 15,40 (on beş manat 40 qəpik) manat Cavabdeh1, ekspertiza tədqiqatının xərci qismində isə 178,65 (yüz yetmiş səkkiz manat 65 qəpik) manat Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. İddiaçı MMC və vəkili X13 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı MMC cavabdehlər “X5 X9 İhracat Sanayi və Ticarət Limited” Şirkətinə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 23 may 2016cı il tarixdə MMC tərəfindən verilmiş 002061 saylı CMR-dən təkrarən qanunsuz olaraq 04 noyabr 2016-cı il tarixdə MMC-nin daşınmasını öz üzərinə götü rmədiyi yükün MMC-nin adından daşınması ilə əlaqədar istifadə etməsinə görə həmin CMR-in, habelə MMC-nin adından qanunsuz olaraq Şirkətlə müvafiq yükün daşınması üçün MMC-nin xəbəri olmadan saxta tərtib edilmiş anlaşmanın (razılığın) etibarsız hesab edilməsi barədə qətnamə, həmçinin Cavabdeh1 saxta əməllərinə görə onun cinayət məsuliyyətinə cəlb olunması barəsində xüsusi qərardad çıxarılmasını və prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkəti MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, vurulmuş zərərin əvəzi qismində 49 200 avronun, 55 100 ABŞ dollarının, 2030 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək MMC-dən vurulmuş zərərə görə 49 200 avronun və 5100 ABŞ dollarının, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı olduqlarından apellyasiya şikayəti vermişlər və hazırkı iddia tələblərinin təmin edilməsi qeyd edilən qətnamənin apellyasiya qaydasında ləğv edilməsinə əsas verəcəkdir. Həmin işə baxan məhkəmə iddianı təmin edərkən istinad etdiyi rəsmi sübutlara düzgün qiymət verməmişdir. Belə ki, MMC ilə ***ndə qeydiyyatda olan Cavabdeh1 arasında 23 may 2016-cı il tarixdə 447 saylı müqavilə bağlanmış, həmin müqavilə 30 iyun 2016-cı il tarixə qədər etibarlı olmuş, müqaviləyə əsasən adı çəkilən şəxsə rus dilində 981 saylı etibarnamə və 14(447) say lı həmin müqavilənin rus dilində nüsxəsi təqdim edilmiş, müqavilə şərtlərinə görə beynəlxalq yük daşımanın həyata keçirilməsi üçün həmin sürücüyə iddiaçı təşkilatın adından 002061 saylı CMR verilmiş, bütün təqdim olunan sənədlər nömrəli və sayla olduğundan, həmin CMR də yalnız bir daşımanın həyata keçirilməsi üçün nəzərdə tutulmuş, daşıyıcı Cavabdeh1 ona təqdim edilmiş CMR-lə (002061) Türkiyə Respublikasının İzmir şəhərindən Qazaxıstanın Astana şəhərinə yük aparmış, onu yüklə təmin edən “xxxx” şirkəti ilə MMC arasında 18 iyul 2016cı il tarixdə yükün İzmirdən Astanaya çatdırılması üçün müqavilə imzalanmışdır. Lakin Cavabdeh1 həmin yükün daşınması üçün təklif olunan yol pulu ilə razılaşmayaraq daha sonra sifarişçidən əlavə xidmət haqqı istəmiş və yük vaxtında sifarişçiyə təqdim edilməmişdir. Həmin vaxt MMC, həmin yükün bütün riskini öz üzərinə götürərək daşıyıcı Cavabdeh1 əlavə pul vermiş və təmənnasız olaraq icazə blankları (dozvol) ilə təmin edərək yükün təyinatı yerinə çatdırılmasına nail olmuş, bundan sonra sifarişçi “xxxx” şirkətinin MMC-yə qarşı malın vaxtında çatdırılmamasına görə iddiaları daxil olmuş, ona görə də MMC tərəfindən qəti qərara alınmışdır ki, bir daha Cavabdeh1 heç bir iş tapşırılmasın və onunla heç bir müqavilə bağlanmasın. MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə xitam verildikdən sonra, Cavabdeh1 başqa bir şirkətlə - “xxxx” MMC ilə müqavilə bağlamış və həmin şirkətə məxsus CMR-lə X1 şəhərinə gələrək 11 oktyabr 2016-cı il tarixdə Türkiyənin Bursa şəhərinə yük aparmış, məhz Türkiyədən qayıdarkən MMC-yə məxsus olan möhürü və ştampı kustar üsulla qe yri-qanuni yolla hazırlatmış və ondan qanunsuz olaraq yeni yükün daşınmasında istifadə etmişdir. Belə ki, cavabdeh “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkəti ilə İddiaçı MMC arasında heç bir yeni anlaşma olmadan, həmçinin Cavabdeh1 ilə heç bir yeni müqavilə bağlanmadan sonuncu, 23 may 2016-cı il tarixdə ona vaxtilə verilmiş 002061 saylı CMR-dən təkrarən 04 noyabr 2016-cı il tarixdə qanunsuz olaraq istifadə edərək (halbuki həmin CMR-dən yalnız bir dəfə bir yükün daşınmasında istifadə etmək olardı) ikinci dəfə Türkiyədən Qazaxıstana yük götürmüşdür. Halbuki həmin yükün daşınmasına dair MMC təşkilat olaraq cavabdeh “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkəti qarşısında yeni heç bir rəsmi öhdəlik götürməmiş, həmin vaxtı Cavabdeh1 artıq şirkətin əməkdaşı olmamış və ona həmin yükü n daşınması ilə əlaqədar nə şifahi, nə də ki rəsmi heç bir tapşırıq verilməmişdir; ona görə də, MMC hesab edir ki, “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin Cavabdeh1 qanunsuz əməlləri nəticəsində özlərinə vurulmuş ziyanı Cavabdeh1 deyil, MMC-dən tələb etməsi tamamilə əsassızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı MMC və vəkili X13 oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə məhkəmə bir tərəfdən, yalnız cavabdehin izahatını qeyd edib, eləcədə gəldiyi nəticənin hansı sübutlara söykəndiyini əsaslandırmayıb. Məhkəmə iş üçün ən əhəmiyyətli sübutlardan biri olan yanğın zamanı tərtib olunmuş yanğın aktına belə münasibət bildirib ki, "...həmin akt təqsirkar şəxsləri aşkara çıxarmalı olan komissiya tərəfindən tərtib edilməli, o cümlədən həmin akta yanmış binanın və onun elektrik şəbəkəsinin planı, kimyəvi, elektrotexniki, yanğın-texniki və digər sahələr üzrə mütəxəssislərin rəyləri, obyektin rəhbəri tərəfindən imzalanmış və möhürlənmiş yanğından dəyən ziyan haqqında arayış və yanğınla əlaqədar başqa materiallar əlavə edilməli idi”. Məhkəmə kollegiyasının bu mülahizəsinin hansı hüquq normasına əsaslandığını, başqa sözlə, belə bir şərtin Azərbaycan Respublikasının hansı qanunvericiliyində təsbit olunduğunu göstərməyib. Deməli, bu münasibət fakta və hüquqa deyil, mülahizəyə əsaslanıb. Halbuki, MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X13 oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə d ə, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətlərini təmin edib, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkəti İddiaçı MMC-yə e-mail vasitəsilə yük daşınmasına dair təklif göndərmiş, daha sonra tərəflər arasında daşıma müqaviləsi (anlaşma) bağlanmış, müqavilədə malların ** DB ***/** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə daşınacağı, yükləmə yerinin X4 şəhəri, boşaldılma ünvanının Qazaxıstan Respublikasının Çimkənd şəhəri, yükləmə tarixinin 04.11.2016-cı il, tranzit müddətinin 17 gün olduğu göstərilmiş, müqavilənin məbləği 7400 ABŞ dolları olaraq müəyyənləşdirilmiş, həmin məbləğin 50%-inin avans, qalan 50 %-inin isə CMR təslimindən sonra 10-15 gün ərzində ödəniləcəyi qeyd edi lmiş, müqavilə İddiaçı MMC-nin möhürü ilə təsdiq olunmuş, müqavilənin digər şərtlərində daşıma vasitəsinin müəyyən edilmiş vaxt ərzində yükü ala bilməməsinə və ya bu səbəbdən yola çıxmamasına görə İddiaçı MMC-nin məsuliyyət daşıyacağı, yükləmə üçün 72 saat, yükü boşaltma üçün 72 saat nəzərdə tutulmuş, bu müddəti keçən hər gün üçün 150 ABŞ dolları məbləğində ödəniş ediləcəyi, yük daşıyan nəqliyyat vasitəsinin fors-major hallar istisna olmaqla son təyinat nöqtəsindək daşımanı vasitəsiz həyata keçirəcəyi, nəqliyyat vasitəsinin yüklənməsi anında nəqliyyat vasitəsinin sürücüsünün təlimatlara uyğun olaraq mütləq sənədlərə nəzarət etməli olduğu, müəyyən edilmiş bütün sənədlərin əsillərini almalı olduğu və sənədlərdə əskiklik olarsa, nəqliyyat vasitəsində baş verəcək yük boşaltma işlərinin gecikmə sinə görə daşıyıcı şirkətin, sənədlərdə əskiklik və ya səhv aşkarlanmadığı halda baş verəcək zərərlərə görə “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin məsuliyyət daşıyacağı, daşımanın TİR karnesi ilə həyata keçiriləcəyi, nəqliyyat vasitəsinin TİR karnesi və CMR yazıldıqdan sonra dərhal “X5 X10 İhracat Sanayi və Ticarət Limited” şirkətinə göndəriləcəyi, təsdiq edildikdən sonra lazımı işlərin başlanacağı, “X5 X10 İhracat Sanayi və Ticarət Limited” şirkətinin təsdiqi olmadan tərtib olunacaq TİR karnesi və ya CMR-də baş verəcək problemlərə görə “X5 X10 İhracat Sanayi və Ticarət Limited” şirkətinin heç bir məsuliyyət daşımayacağı, nəqliyyat vasitəsinin çatma vaxtının (gömrük tarixi başlanğıc sayılmaq şərti ilə) 7 gün təşkil etdiyi, müddət bu vaxtı keçərsə, daşımanı həyata keçirən tər əfin yazılı şəkildə bu barədə xəbər verməli olduğu, gecikmənin forsmajor hallar nəticəsində baş verdiyi müəyyən edilərsə heç bir cəza tətbiq edilməyəcəyi, yükləmə sırasında malların tam və əskiksiz olaraq təhvil alındığının qəbul ediləcəyi, yükləmə xətası və ya dəymiş zərərlər CMR-də bəyan edilmədiyi və ya yazılı məlumat verilmədiyi təqdirdə baş verəcək problemlərə görə İddiaçı MMC-nin məsuliyyət daşıyacağı, müqavilənin şərtlərinin, təqdim edilməsindən etibarən 24 saat içində heç bir imtina olmazsa qəbul edilmiş sayılacağı təsbit olunmuşdur. 31 oktyabr 2016-cı il tarixdə İddiaçı MMC tərəfindən e-mail vasitəsilə “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinə 14/11-23 saylı invoys göndərilmiş, invoysa əsasən ** DB ***/** ZA *** dövlət nömrə nişanlı avtomobillə daşınacak yükün daşıma ha qqı 7400 ABŞ dolları müəyyənləşdirilmiş, 05 noyabr 2016-cı il tarixdə İddiaçı MMC-nin adından ** DB ***/** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə X3 şəhərindən Qazaxıstan Respublikasının Çimkənd şəhərinə yükün daşınması barədə 002061 nömrəli beynəlxalq qaimə (CMR) tərtib edilərək qaiməyə (23-cü xanada - daşıyıcının möhürü və imzası qrafasının qarşısında) İddiaçı MMC-nin möhürü vurulmuşdur. Yükün daşınması ilə bağlı sürücü Cavabdeh1 23 may 2016-cı il tarixdə rus dilində etibarnamə verilmiş, etibarnamə İddiaçı MMC-nin direktoru *** tərəfindən imzalanmaqla yanaşı, şirkətin möhürü ilə təsdiqlənmişdir. Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Mərkəzi Gömrük İdarəsinin Bryansk Gömrüyünün 18 yanvar 2017-ci il tarixdə İddiaçı MMC-yə ünvanladığı 18 yanvar 2017-ci il tarixli 37-17 /1540 saylı “informasiya təqdim olunması haqqında” məktuba əsasən, daşıyıcı İddiaçı MMC barəsində Rusiya İXM-nin 16.9-cu maddəsinin 1-ci hissəsi ilə inzibati araşdırma başlanmış, məktubda aşağıdakılar göstərilmişdir: “...19 dekabr 2016-cı il tarixdə Bryansk gömrüyü X2 3 saylı Gömrük Rəsmiləşdirmə və X12nin gömrük tranzitinin gömrük proseduruna uyğun olaraq mal buraxılışı həyata keçirilmişdir: digər qapaqla, qalpaq və qapaqlar, kəsmə tıxaclar, hermetikləşdirici tıxacların qılafı və digər qeyri-nəcib metaldan hazırlanmış digər qablaşdırma ləvazimatı brutto çəkisi 21680,00 kq, qiyməti 49200.00 Avro olan mal Türkiyədən “X14. Və Tic. A.Ş” Şirkətindən “TOO. JFM Company ünvanına 18.12.2016-cı il tarixli CMR 592112, 04.11.2016-cı il tarixli AL-489685 saylı hesab faktura üzrə ** DB ***/99 ZA3348 nö mrə nişanlı nəqliyyat vasitələrində gətirilmişdir. Bu halda daşıyıcı qismində İddiaçı MMC şirkəti çıxış edir. X11 Məcəlləsinin 220-ci maddəsinə əsasən göndərmə orqanı X2 3 saylı Gömrük Rəsmiləşdirmə və X12 tərəfindən malın çatdırılma yeri olaraq Belarus Respublikasının DGK Qomel gömüyü “Novaya Quta” gömrük məntəqəsi müəyyən olunmuşdur. Bu zaman gömrük tarnziti müddəti 21.12.2016cı ilə qədər müəyyən olunmuşdur. 13 yanvar 2017-ci ildə Belarus Respublikasının DGK Qomel gömrüyündən məlumat alınmışdır ki, TD № 10102073/191216/0000067 üzrə gömrük tranzitinin gömrük proseduruna yerləşdirilmiş mal təyinat məntəqəsinə daxil olmamışdır. İndiyə qədər də Bryansk gömrüyünə həmin malın çatdırılması barədə məlumat yoxdur. Qeyd edilənlərə əsasən malın təyinat yerinə çatdırılıb-çatdırlmaması, çatdırılmas ı halında kim tərəfindən çatdırıldığı, hansı sənədlərin təqdim olunduğu, malın daşınmasını həyata keçirən sənədlər, malın hal-hazırda olduğu yer, həmin malın çatdırılmaması və yaxud verilməsı vaxtı, səbəbləri və halları və s. bu kimi sulların cavablandırılması xahiş olunur”. “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin MMC-yə qarşı iddia tələblərinə 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsində baxılmış, həmin məhkəmənin 02 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, MMC-dən vurulmuş zərərə görə 49 200 avronun və 5100 ABŞ dollarının, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutularaq “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinə ödənilməsi qət edilmiş, MMC qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya icraatı zamanı isə işin icra atı dayandırılmışdır (hazırkı işə baxılıb yekun qərar qəbul edilənədək). Sənədlərin texniki ekspertizasının 03 may 2018-ci il tarixli rəyi ilə, “X6” şirkəti və “X7 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkəti arasında olan razılaşmadakı ştamp və möhür əkslərinin və imzanın izlərinin birbaşa icra olunmadığı, elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda (printer, çoxaldıcı aparat) nüsxəyə çap edildiyi, həmin razılaşmada olan “LÜTFEN SÖZLEŞMEYİ TEYİT EDİNİZ” sözlərinin altındakı İddiaçı MMC Azərbaycan Respublikası Bakı şəhəri CFF” məzmunlu möhür əksinin və imzanın başqa sənəddən köçürülərək həmin hissəyə montaj vasitəsilə əlavə olunmasının istisna olunmadığı göstərilmişdir. İddiaçı, hər CMR-in birdəfəlik istifadə üçün nəzərdə tutulduğunu, sürücü Cavabdeh1 isə 002061 saylı CMR-lə da ha əvvəl “xxxx” şirkəti üçün İzmirdən Astanaya yük daşıdığını, həmin vaxt onunla MMC-nin münasibətlərinin korlandığını və bir daha onunla iş görməmək qərarı verdikləri üçün münasibətlərinə xitam verildiyini, bununla belə sürücü Cavabdeh1 MMC-yə məxsus möhürü və ştampı kustar üsulla qeyri-qanuni yolla hazırlatdığını, həmin möhürdən, ona daha əvvəl verilmiş 002061 saylı CMR-dən və etibarnamədən qanunsuz olaraq istifadə etməklə “X7 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkəti ilə yük daşımasına dair müqavilə bağladığını, əslində isə “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkəti və MMC arasında heç bir yeni anlaşmanın olmadığını, həmin şirkət qarşısında heç bir rəsmi öhdəlik götürmədiklərini, həmin vaxt artıq Cavabdeh1 şirkətin əməkdaşı olmadığını və ona yükün daşınması ilə əlaqədar nə şifahi, nə də rəsmi heç bir tapşırıq verilmədiyini, ona görə də “X7 X10 İhracat Sanayi və Ticarət Limited” şirkətinin zərərindən Cavabdeh1 məsuliyyət daşımalı olduğunu irəli sürməklə sözügedən CMR-nin və şirkətlər arasındakı müqavilənin (anlaşmanın) etibarsız hesab olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə ekspert rəyinə, eləcə də sözügedən CMR-in (beynəlxalq qaimənin) bir dəfəlik istifadə üçün nəzərdə tutulduğuna əsaslanmaqla MMC-nin irəli sürdüyü iddia tələblərinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbin in qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni sürücü Cavabdeh1 iddiaçıya məxsus möhürü və ştampı kustar üsulla qeyri-qanuni yolla hazırlatması və həmin möhürdən istifadə edərək “X7 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkəti ilə yük daşımasına dair müqavilə bağlaması ümumiyyətlə sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Proses sual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Əksinə apellyasiya baxışı zamanı, “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkəti ilə İddiaçı MMC arasında müqaviləyə qədərki danışıq və yazışmaların e-mail vasitəsi ilə baş tutduğu, “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin MMC-yə e-mail vasitəsilə yük daşınmasına dair təklif göndərdiyi, daha sonra tərəflər arasında daşıma müqaviləsi (anlaşma) bağlandığı, hətta iddiaçı tərəfindən ödəniş üçün hesab-faktura göndərildiyi, həmin hesab-fakturaya əsasən daşıma haqqının 7.400 ABŞ dolları müəyyənləşdirildiyi və “X5 X10 İhrac at Sanayi və Ticarət Limited” Şirkəti tərəfindən 5100 ABŞ dollarının avans qismində ödənildiyi (2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsin 02 iyun 2017-ci il tarixli qətnaməsi ilə avans olaraq ödənilmiş həmin pulun da tutulması qət edilmişdir) müəyyən edilmişdir; bütün bunlar isə sözügedən CMR-nin və şirkətlər arasındakı müqavilənin (anlaşmanın) etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlərin mövcudluğunu istisna edir. 03 may 2018-ci il tarixli ekspert rəyinə münasibətdə kollegiya qeyd etmişdir ki, əvvəla tərəflər arasındakı anlaşmanın bilavasitə (yəni klassik yazılı qaydada) bağlanmış olduğu ümumiyyətlə irəli sürülməmişdir; əksinə şirkətlər arasında müqaviləyə qədərki bütün danışıq və yazışmaların e-mail vasitəsi ilə baş tutduğu və sözügedən anlaşmanın da məhz elektron yazı şmalar üzərindən bağlanmış olduğu işin mübahisəsiz halıdır. İşdən görünür ki, “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin nümayəndəsi (vəkili) də həmin anlaşmanın elektron yazışmalar vasitəsilə bağlandığına əsaslanmaqla iş üzrə ekspertizanın təyin edilməsinə davamlı olaraq etiraz etmiş, ekspert rəyi alındıqdan sonra eyni etirazını təkrarlamış, bununla belə birinci instansiya məhkəməsi işin qeyd edilən xüsusatına ümumiyyətlə diqqət etməmişdir. Digər tərəfdən beynəlxalq yük daşınması ilə bağlı müqavilələrin (anlaşmaların) bilavasitə (klassik yazılı qaydada) bağlanması həmin münasibətlərin mahiyyətinə uyğun olmamaqla yanaşı, məntiqli də deyildir. Nəzərə alınmalıdır ki, “Beynəlxalq yük daşınması müqaviləsi haqqında” 19 may 1956-cı il tarixli Konvensiyada (Azərbaycan Respublikası bu K onvensiyaya 11 fevral 2000-ci il tarixdə qoşulmuşdur) yük daşınması müqaviləsinin bağlanması hər hansı formaya tabe tutulmamışdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yük daşınması müqaviləsi ilə bağlı müddəalarında (850-861-ci maddələr) da belə müqavilənin bağlanmasının hər hansı xüsusi forması müəyyən edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 406.1-ci maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “hər CMR-in birdəfəlik istifadə üçün nəzərdə tutulması, sürücü Cavabdeh1 002061 saylı CMR ilə daha əvvəl “xxxx” şirkəti üçün İzmirdən Astanaya yük daşıması, həmin vaxt onunla MM C-nin münasibətlərinin korlanması və bir daha onunla iş görməmək qərarı vermələri və münasibətlərinə xitam verilməsi, bununla belə sürücü Cavabdeh1 ona daha əvvəl verilmiş həmin CMR-dən və etibarnamədən qanunsuz olaraq istifadə etməklə “X7 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətindən yük qəbul edərək daşıması” arqumentlərinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 850.1-ci və 850.2-ci maddələrinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür; əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətb iq edilir. Mülki Məcəllənin tələblərinə görə, vəkalət verənlə vəkalət alan arasındakı münasibətlərə tapşırıq müqaviləsinin müddəaları tətbiq olunduğu halda, üçüncü şəxslər üçün nümayəndəliyə (təmsilçiliyə) aid müddəalar qüvvədə olur (maddə 778.2). Mülki Məcəllənin əqdlərdə təmsilçilik başlıqlı 16-cı fəslində yerləşən 366.2-ci maddəsinə görə isə, “etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir”. İddiaçı tərəfindən sürücü Cavabdeh1 yük daşınmasını həyata keçirmək üçün müvafiq səlahiyyətlərin nəzərdə tutulduğu 23 may 2016-cı il tarixli etibarnamə verilmiş, o isə məhz həmin etibarnaməni “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinə təqdim etməklə hüquq münasibətlərinə girmiş, həmin vaxt etibarnamə qüvvədə olmuş (hətta ləğv edilmiş olsa belə sonuncu bunu bilmirdi və ya bilməli də deyildi), cavabdeh şirkət onu iddiaçı MMC-nin tam səlahiyyətli nümayəndəsi bilərək qəbul etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, hətta sözügedən etibarnamə ləğv edilmiş olsa idi belə, iddiaçının mövqeyi düzgün olmayacaqdı. Bundan başqa, İddiaçı MMC-nin sürücü Cavabdeh1 23 may 2016-cı il tarixli etibarnaməni və 002061 saylı CMR-ni təqdim etməklə daşımaq üçün təhvil aldığı yükü itirmiş olduğu, bu səbəbdən “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin İddiaçı MMC-yə qarşı iddia qaldıraraq daşınan yükün dəyərini, ödənilmiş avans məbləğini və hüquqi xidmətlərə görə çəkilmiş xərcləri tələb etdiyi, həmin işə baxan 2 saylı Bakı inzibatiİqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qətnaməsi ilə isə iddianın qismən təmin edildiyi, MMC-nin ondan apellyasiya şikayəti verdiyi, sonradan hazırkı iddianı qaldırmaqla həmin iş üzrə icraatın dayandırılmasına müvəffəq olduğu, iddiasının təmin edilməsi ilə həmin qətnamənin ləğvinə nail olmağa çalışdığı (bunu iddia ərizəsində özü etiraf edir: “...hazırkı iddia tələblərini təmin edilməsi qeyd edilən qətnamənin apellyasiya qaydasında ləğv edilməsinə əsas verəcəkdir”) müəyyən edilmişdir. Bütün bunlar isə MMC-nin “hüquqdan sui-istifadə qadağası”nı pozduğunu göstərir. Nəzərə alınmalıdır ki, mülki münasibət lərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apell yasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətləri nə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X8 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mar t 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada, iddiaçı müqavilə münasibətləri çərçivəsində sırf qarşı tərəfə vurduğu zərəri ödəməkdən yayınmaq məqsədi ilə sözügedən CMR-in və müqavilənin (anlaşmanın) etibarsızlığına nail olmağa çalışmaqla hüquqlarından sui-istifadə etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisələndirilən CMR-in və müqavilənin (anlaşmanın) etibarsız hesab edilməsi “X5 X10 İhracat Sanayi və Ticarət Limited” Şirkətinin tələb hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə etirazın əsasları ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd edilənlər baxımından əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki iddiaçı tələbinin əsasını əslində cavabdehlə sonuncu halda müqavilənin bağlanmaması, sürücüsünün sonuncu yükdaşımanı özbaşına şəkildə aparması səbəbindən zərərin vurulmasında təqsirli olmamasının sübuta yetirilməməsi təşkil edir. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək hazırki iddianı qaldırsa da, istinad etdiyi halların sübuta yetirilməsi üzrə yükün üzərində olmasına baxamayaraq bunun öhdəsindən gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi də kifayət qədər ətraflı araşdırma aparmaqla madi və prosessual hüquq normalarının tətbiqi baxımından düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 4 17.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.10.2018-ci il tarixli, 2(103)-9935/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar