Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1858/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı, onunu vəkilləri X1, Səfərov Novruz Rüstəm oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il t arixli 2(103)-13932/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş maddi ziyana görə 5.113 manat, mənəvi zərərə görə 10.000 manat, əldən çıxmış faydaya görə 7.200 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 22.343 manat pulun cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev, iş № 2(004)-4173/19) İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddaçı İddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və F.Babayev, iş № 2(103)13832/19) iddiaçının apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, cavabdeh qeyri-qanuni olaraq «Kia Pregio» markalı 10 OJ-756 dövlət qeydiyyat nişanlı avtomobili hər hansı sənəd tərib etmədən öz istəklərinə uyğun idarənin qarşsında girov kimi saxlamışlar. Bu isə bir başa özbaşınalıq, vəzifə səlahiyyətlərini aşmaqla digər şəxslərin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. O, may ayının sonlarında İsmayıllı rayonuna getmiş, avtomobili uzun müddət dayandığından istifadəyə yararsız olduğundan onların xərci hesabına evakuator vasiəsi ilə Bakı şəhərinə gətirmiş servisdə avtomobili yoxladıqdan sonra müəyyən olundu ki, avtomobilin bir çox hissəsi uzun müddət istifadə olunmadığı üçün sıradan çıxmış və istifadəyə yarasızdır və bu barədə qüsur aktı tərtib olunmuşdur. Bundan sonra o, nazirliyə məlumat vermiş, lakin onlar ona belə vəziyyətdə dəymiş ziyanın ödənilməsinin mümkün olmadığını, ancaq məhkəmə qətnaməsi əsasında ziyanı ödəyə biləcəklərini bildirdilər. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli 2(103)-13932/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkilləri X2, Səfərov Novruz Rüstəm oğlu kas sasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh tərəfə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə m übahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, İddiaçı atası Şükürov Tofiq Böyükkişi oğluna məxsus olan və etibarnamə əsasında idarə etdiyi “KİA PREGİO” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonundan meşə məhsulu olan kömürün qanunsuz alqı-satqısı ilə məşğul olmuşdur. Meşə məhsulu sayılan kömürün kütləvi alqı-satqısı ilə məşğul olmaq üçün müvafiq qaydada rəsmi icazə və ya məhsulların qanuni yolla kəsilmiş ağaclardan istehsal edilməsini təsdiq edən sənədləri olmamışdır. İddiaçı meşə məhsulu olan kömürün qanunsuz alqı-satqısı və daşınması ilə məşğul olduğuna görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən cərimə edilmiş, İddiaçı 08.05.2019-cu il tarixli TT**********167143.88 nömrəli qəbzlə 143,88 manat meşə cəriməsini və 08.05.2019-cu il tarixli TT**********42251.8 nömrəli qəbzlə 10 kubmetr kömür üçün 51,80 manat meşə cəriməsini Şamaxı rayonu Meşə Təsərrüfatı İdarəsinin hesabına ödədikdən sonra, 08.05.2019-cu il tarixli ƏİK 013176 nömrəli meşə məhsullarının buraxılış orderini əldə etmişdir. Bundan sonra 08.05.2019-cu il tarixdə tərtib edilmiş akta əsasən “KİA PREGİO” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini və 10 kubmetr kömürü təhvil almışdır. Avtomobil uzun müddət işlənməmiş qaldığı üçün akkumlyatoru sıradan çıxmış və avtomobili işə salmaq mümkün olmamışdır. Bu səbəbdən iddiaçı avtomobilini evakuatorla Bakı şəhərinə gətirmişdir. İşin bu halı iddiaçının yazdığı 08.05.2019 -cu il tarixli izahatı, 08.05.2019-cu il tarixli təhvil-təslim aktı, 08.05.2019-cu il tarixli ƏİK 013176 nömrəli meşə məhsullarının buraxılış orderi, 08.05.2019-cu il tarixli qəbzlərlə təsdiq edilir. Fərdi sahibkar X3 tərəfindən tərtib edilmiş 18.05.2019-cu il tarixli qüsur aktında göstərilir ki, Şükürov Tofiq Böyükkişi oğluna məxsus olan “KİA PREGİO” markalı ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili təmirə ehtiyacı var. Ehtiyat hissələrinin alınması üçün 4263 manat və 850 manat usta haqqı olmaqla, cəmi 5113 manat vəsait tələb olunur. Apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa z iyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənziml ənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cava bdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə isə cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığı üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi avtomaşına dəymş zərər kimi 5113 manatın, 10000 manat mənəvi zərərin, əldən çıxmış faydaya dair isə 7200 manatın ödənilməsi ilə bağlıdır. Nəzərə alınsa ki, nəqliyyat vasitəsi iddiaçıya deyil, onun atası Şükürov Tofiq Böyükkişi oğlunun mülkiyyətindədir, belə olan halda İddiaçı avtomaşına vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməsinə subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmamış qalmışdır. Eyni zamanda nəqliyyat vasitəsinin mülkiyyətiçisi işə prosessal şəxs qismində iştiraka cəlb olunmamışdır. Bununla yanaşı iddiaçının əldən çıxış fayda ilə bağlı tələbinə münasiəbətdə qeyd edilməlidir ki, iddiaçı müvafiq boşdayanmaya görə və digər əsaslarla 7200 manat məbləğində pul tələb edir. Lakin apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən həmin tələb üzrə iş üçün əhəmiyyət kəsb edən bütün hallar yoxlanılmamış, cavabdehin hərəktləri nəticəsində iddiaçıya göstərilən əsaslarla zərər vurulmasını mümkünlüyü aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın düzgün həll edilməsi ilə bağı iddiaçının təqdim etmiş olduğu sübutarla işdə olan digər sübutarın qa rşlıqlı yoxlanılması təmin olunmamışdır. Faktiki olaraq təqdim olunmuş sübutların təhlili aparılmadan iddiaçı tərəfindən hər hansı sübutun təqdim olunmamasına əsaslanmaqla iddianın rədd olunması nətcəsinə gəlmişdir. Mülki Proessual Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 111 5-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturda ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Kollegiya qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti və ya hərəkətsizliyi) tanıyır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 21, 1096, 1115-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməli dir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Belə ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, iddiaçının təqdim etmiş olduğu sübutların aydınlaşdırlması üçün heç bir cəhd göstərməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxım dan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məh kəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəl illərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələ bləri baxımından düzgün qiymət verilməli, araşdırılmış hallar əsasında cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulması faktının olub-olmamasını, buna uyğun da sonuncunun hazırki iş üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli 2(103)13932/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1858/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1858/2020
02.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver