Məhkəmə qərarları › İş №2(102)-1858/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1858/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1858/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2025-ci il tarixli, 2(103)904/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdehlərdən Cavabdeh1 İddiaçı oğlu, Cavabdeh2 isə - iddiaçının keçmiş gəlinidir.

2. Cavabdehlər 21 noyabr 1995-ci ildə nikaha daxil olmuş, nikahları 01 oktyabr 2018-ci ildə pozulmuşdur. 3.1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 “Cavabdeh1 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 19 mart 2018-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-456 nömrəli bağışlama müqaviləsi etibarsız hesab olunması, onun nəticəsində İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, iddiaçı Cavabdeh2 mülkiyyətində olmuş ünvan 2 ü nvanda yerləşən 5 otaqlı mənzilə dair 29 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-487 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticəsində Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv olunması, ünvan 2 ünvanda yerləşən 5 otaqlı mənzilin 07 aprel 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-556 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməklə onun nəticəsində cavabdeh İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası tələbləri təmin edilməmişdir. 3.2. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 3.4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmaqla, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bağışlanma sına dair 19 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-456 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə ilə İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 5 otaqlı mənzilin 29 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-487 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 5 otaqlı, ümumi sahəsi 247.4 kv.m olan mənzilin 07 aprel 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-556 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müq avilə əsasında İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. 3.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və İddiaçı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4.1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26A, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 nömrəli dayanacaq yerinə Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddia təmin edilər ək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. 4.2. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə və Ali Məhkəmənin Mülki kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26A, 103 saylı mənzil 1/2 pay hissədə Cavabdeh2, 1/2 pay hissədə Cavabdeh1 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qa rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bakı şəhəri Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 126 A, 103 saylı mənzilin alınmasına çəkdiyi xərcə və digər xərclərə görə, habelə ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alınmasına, təmirinə və digər çəkilən xərclərə görə 1.000.000 manat pulun, həmçinin pul vəsaitini qaytarmaqdan boyun qaçırmaqla, pul vəsaitini əsassız əldə etməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlərin tutularaq, iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia belə əsaslandırılmışdır ki, iddiaçının oğlu Cavabdeh1la Cavabdeh2 arasında 1995-ci ildə rəsmi nikah bağlanmış və xx.xx.2018-ci ildə nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. Cavabdehlər birgə nikah dövründə iddiaçının vəsait i hesabına bir çox əmlaklar əldə edib, həmin əmlaklardan birgə istifadə etmişlər. Cavabdehlərin nikahlarına 01 oktyabr 2018-ci il tarixdə xitam verilməsinə qədər cavabdehlərlə iddiaçının arasında hər hansı narazılıq və mübahisə olmamışdır. Cavabdehlərin birgə nikahları dövrünə düşən bir sıra digər yaşayış və qeyri-yaşayış sahələrinin onun tərəfindən alınması, əvvəlcədən onun adına rəsmiləşdirilməsi və xərclərinin də onun tərəfindən ödənilməsi “əmlak bölgüsünə dair” artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin təsviri-əsaslandırıcı hissələrində öz nəticəsini tapmışdır. Əmlak bölgüsünə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli 2-103-9841/2018 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdehlərin birgə nikah dövrünə düşən və onların birgə nikah dövründə qa zandıqları əmlak kimi qiymətləndirilən ünvan 5 ünvanında “ünvan 6iş çoxmərtəbəli yaşayış binasındakı əmlak da iddiaçıya məxsus olmuşdur. Həmin ünvanda 3 saylı mənzilə və "xxxx" MTK tərəfindən Sumqayıt şəhəri, Ş.Bədəlbəyli küçəsində tikilmiş 12 mərtəbəli binanın blok “B”, 5-ci mərtəbəsində sahəsi 156 kv.m. olan 4 otaqlı 12 saylı mənzilinə münasibətdə məhkəmənin gəldiyi nəticə ilə təsdiq olunur ki, həmin mənzil iddiaçı tərəfindən alınmış, təmir edilmiş və həmin mənzilin alınması və təmiri uçun tərəfindən külli miqdar vəsait xərclənmişdir. "xxxx" MTK tərəfindən tikilmiş həmin binanın 1-ci mərtəbəsində ümumi sahəsi 186.2 kv.metr olan 34 saylı qeyri-yaşayış sahəsinin 01 iyun 2010-cu ildə iddiaçı və "xxxx" MTK arasında bağlanmış 213 saylı müqavilə əsasında iddiaçı tərəfindən alındığı, sahənin də yərinin tərəfindən ödənildiyi, lakin sonradan öz adına bağlanılmış 213 saylı müqaviləni cavabdeh Emin Qəhrəmanovun adına dəyişdirməyi göstərilir. Cavabdehin adına 23 may 2013-cü il tarixdə mülkiyyət hüquqlarına dair çıxarışın alınması barədə məhkəmənin gəldiyi nəticələrdən görünür ki, “birgə nikah dövründə əldə olunmuş” əmlak kimi bölünən bu əmlakların dəyərinin onun tərəfindən ödənilməsi faktı mübahisəsiz təsdiq edilir. Lakin yuxarıda qeyd olunan iddiaçı tərəfindən və onun vəsaiti hesabına alınmış yaşayış və qeyri-yaşayış sahələrinə, müxtəlif markalı avtomobillərə qarşı əmlak bölgüsü zamanı elə bir ciddi iradı olmamışdır. Səbəbi isə onunla əlaqədar olmuşdur ki, həmin əmlaklardan əlavə olaraq cavabdehlərin adlarına alınan və onların adına rəsmiləşdirilən, eyni zamanda alınması onların birg ə nikah dövrünə düşən 2 əmlakın, yəni ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və ünvan 8 A, 103 saylı mənzilin iddiaçının mülkiyyətinə keçiriləcəyi, onun mülkiyyətində saxlanılacağı və hər hansı səbəbdən, hətta nikahın xitamı ilə əlaqədar əmlak bölgüsündən belə asılı olmayaraq bölgüyə getməyəcəyi, həmin sahələrə dair hər hansı iddialarının olmayacağı və həmin sahələrin onun mülkiyyətində saxlanılacağı barədə cavabdehlərlə razılaşmanın olması olmuşdur. Lakin, cavabdehlər həmin razılaşmaya əməl etməmiş, onun mülkiyyətində saxlanılacağına razılaşdırılmış sahələri də məhkəmə proseslərində iddia etmişlər. Cavabdehlərin “birgə nikah” dövrünə düşən, iddiaçının mülkiyyətində saxlanacağı və onun adına rəsmiləşdirəcəkləri barədə onların öhdəlik götürdükləri bir neçə adları çəkilən qeyri-yaşa yış sahələrinin də “bölgüsünə dair” məhkəmə mübahisəsi zamanı onların hər ikisi həmin əmlakları da “birgə nikah dövründə” öz vəsaitləri hesabına qazandıqları əmlak kimi təqdim etmiş, həmin əmlakların hər ikisinin özlərinin ümumi mülkiyyətində olmasını iddia etmiş, həmin əmlakların bölgüsünə nail olmuş və hər birinin 1/2 hissədə mülkiyyət hüquqları məhkəmə qaydasında tanınmışdır. Bununla da, aşağıda qeyd edəcəyi yaşayış və qeyri-yaşayış sahələrinin onun mülkiyyətində saxlanılacağı və ona rəsmiləşdiriləcəyi barədə cavabdehlər ilə gəldiyi razılaşma pozulmuşdur. Cavabdehlərdən heç biri məhkəmə proseslərində həmin əmlakların ona məxsus olduğunu və ya ona məxsus olacağı barədə öz üzərilərinə öhdəlik götürdüklərini və hər hansı səbəbdən asılı olmayaraq həmin sahələrə qarşı iddialarının olmayacağı barədə razılaşmanın olması haqda məlumat və izahat verməmiş, həmin əmlakların “birgə nikah” dövründə qazanılmış əmlak kimi bölgüsündən imtina etməmiş, əksinə olaraq həmin əmlakları da aralarında bölməklə, onu həmin əmlaklara aid hissədə mülkiyyətindən məhrum etmiş, bununla da öhdəliklərini pozmuş, ona çox ciddi zərər vurmuşlar. Həmin əmlakların bölgüsündən sonra da onlarla danışıq apararaq əvvəlcədən razılaşmaqla onun mülkiyyətinə aid etdikləri əmlakların dəyərinin və əlavə olaraq həmin qeyri-yaşayış və yaşayış sahəsinin təmirinə, avadanlıqlarının alınmasına çəkdiyi xərclərin qaytarılmasını tələb etsə də, həmin məbləğlər qaytarılmamışdır. Ona bu hissələrdə vurduqları zərərin ödənilməsini tələb etsə də, səyləri nəticəsiz qalmışdır. Həmin sahələrdən biri olan ünvan 4 ünvanda yerləşən qeyr i-yaşayış sahəsi 13 mart 2012-ci il tarixdə bağlanılmış müqavilə əsasında “NEO'' MMC-dən Cavabdeh1 ilə razılaşmaya əsasən onun adına rəsmiləşdirilmişdir. Müqavilənin predmetini Ə.Cavad və Y.İbrahimli küçələrinin kəsişməsində tikilən çox mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində sahəsi 410 kv.metr olan qeyriyaşayış sahəsi təşkil etmişdir. Müqavilə rəsmiləşdirildikdən sonra isə, yəni 13 mart 2012-ci il tarixdən - 03 iyun 2017-ci il tarixədək qeyri-yaşayış sahəsinin dəyəri kimi müqavilədə nəzərdə tutulan məbləğ ödənilmişdir. Həm bu səbəbdən, həm də əvvəlcədən bu barədə hər iki cavabdeh ilə razılaşma olduğundan, Cavabdeh1 həmin vaxtda arvadı olan Cavabdeh2 Fəxri qızının ona verdiyi etibarnamə əsasında həmin qeyri-yaşayış sahəsini 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin notariu su tərəfindən təsdiq edilmiş 4/ə-556 reyestr nömrəli, 07 aprel 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında onun adına bağışlamaqla onun mülkiyyətinə qaytarmışdır. Lakin tərəflər arasında “əmlak bölgüsü” zamanı işə baxılarkən, hər iki cavabdeh onun adına rəsmiləşdirdikləri qeyri-yaşayış sahəsinə dair həmin bağışlama müqaviləsini mubahisələndirmiş, onun etibarsız hesab olunmasını iddia etmiş, qeyri-yaşayış sahəsinin onun adına bağışlanılmasına dair müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməklə Cavabdeh1 mülkiyyətinə qaytarılmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə nikah dövründə “qazanılmış əmlak” hesab olunmaqla hər ikisinin arasında 1/2 hissədə bölünmüş və mülkiyyətlərinə verilmişdir. Halbuki, həmin əmlakın Cavabdeh1 adına ilkin rəsmiləşdirilməsindən çox keç məmiş, həm o, həm də Cavabdeh2 özlərinin təşəbbüsü və razılığı ilə qeyri-yaşayış sahəsini iddiaçının adına bağışlamışlar. Hər iki cavabdehin əmlakın onun adına rəsmiləşdirilməsinə və mülkiyyətinə keçirilməsinə dair hərəkətləri onu göstərir ki, onlara verdiyi digər əmlakların müqabilində qeyd olunan qeyri-yaşayış sahəsi əvvəlcədən razılaşmaya əsasən onun mülkiyyətində qalmalı idi. Lakin cavabdehlər məhkəmə qaydasında əmlak bölgüsü zamanı həmin sahənin, onun vəsaiti hesabına təmir edilməsi, avadanlıqların onun tərəfindən alınması, həmin avadanlıqların sahədə quraşdırılması xərclərinin onun tərəfindən çəkilməsi, həmin sahənin onlara aldığı əmlakların müqabilində onun mülkiyyətində saxlanılacağı barədə qarşılıqlı razılaşmanın olması haqda məhkəməyə heç bir məlumat verməmiş, razılaşmanın tələbl ərini pozmuşlar. Halbuki, qeyri-yaşayış sahəsi alındıqdan sonra işçisi olan Namiq Abbasovun rəhbərliyi ilə həmin sahədə 3 il təmir işləri aparılmış, sahənin təmirinə təkcə 146000 manat pul xərcləyib, sahəni abadlaşdıraraq istifadəyə tam yararlı vəziyyətə gətirmişdir. Təmir qurtardıqdan sonra isə müxtəlif avadanlıqlar: şəhərin Cəfər Cabbarlı küçəsində yerləşən “Araz” firmasından 75000 manata “epilyasiya” aparatı alaraq quraşdırmış, ümumilikdə isə həmin qeyri-yaşayış sahəsinin istifadəyə tam yararlı vəziyyətinə gətirilməsinə külli miqdar vəsait xərcləmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin satış qiyməti müqavilə üzrə 1.080.000 manat təşkil etməsini və həmin məbləğin cavabdehlər tərəfindən ödənilməsi və onların vəsaiti hesabına alınmasına dair bu işə baxan məhkəmələr yekun nəticəyə gəlsələr də, həmin sahənin təmirinə çəkilən 146.000 manat, avadanlıqların alınmasına 450.000 manat, qaraj yerlərinin təşkilinə 30.000 manat və digər xərclərə dair cavabdehlərə qarşı tələb irəli sürsə də, cavabdehlər bölgüdən sonra da, həmin məbləğləri ödəməkdən imtina etmiş və hazırda da imtina etməkdədirlər. Əslində isə, onlar həmin məbləğlərin nə vaxt xərclənməsi, avadanlıqların hansı qiymətə alınması ilə maraqlanmamışlar, lakin onun tərəfindən ödənildiyini bilmiş, aralarında həmin sahənin onun mülkiyyətində qalacağına dair razılaşma olduğundan, həmin məbləğlər əmlak bölgüsünə qədər də tərəfindən indiyədək mübahisələndirilməmişdir. Lakin göründüyü kimi, “əmlak bölgüsü”nə dair məhkəmələrin gedişində həmin qeyri-yaşayış sahəsinə avadanlıqların onun vəsaiti hesabına alınması və istifadə uçun yararlı vəziyyətinə gətirilməsində hər hansı rollarının olmaması barədə, eləcə də qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirəcəklərinə dair öhdəlik götürmələri barədə hər hansı məlumatı verməmiş, izahatlarında həmin sahənin “birgə nikahı dövründə qazandıqları əmlak kimi” məhkəmədə müdafiə etmiş, həmin sahənin bölgüsünə və mülkiyyətlərinə keçirilməsinə nail olmuş, bununla da onu həmin əmlakdan məhrum etməklə əvvəlcədən müəyyən edilmiş razılaşmanı pozmuş, ona həmin əmlakın dəyərində 1.080.000 və təmir və avadanlıqların alınması hissəsində 626.000 manat məbləğində külli miqdarda maddi zərər vurmuşlar. ünvan 8A, 103 saylı mənzil də eyni qaydada cavabdehlər ilə onun arasında, həmin mənzilin onun mülkiyyətində saxlanılacağına dair razılaşmanın predmeti olmuşdur. Məhkəmələr həmin mənzilin alınmasına 650.000 manat vəsaitin cavabdehlərin birgə vəsaitləri hesabına alındığına dair qərar qəbul etsələr də, havalandırma sisteminin alınıb quraşdırılmasına 70000 manat, mənzilin təmirinə 206.000 manat, mebel alınmasına 50.000 ABŞ dolları, gömrük rüsumlarına 15.000 manat, "xxxx" MTK tərəfindən inşa edilmiş həmin binanın zirzəmisində 61 saylı dayanacaq uçun 30.000 manatın tərəfindən sərf olunmasına əhəmiyyət verməmişlər. Əslində həmin mənzil və zirzəmisi üçün çəkdiyi xərclərlə əlaqədar cavabdehlərlə onun arasında hər hansı mübahisə olmamış, bu xərclər məhkəmə mübahisəsinin də predmeti olmamışdır.

8. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi, vəkil X1 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı mübahisələndirdiyi daşınmaz əmlaklar üzərində Cavabdeh2 və Cavabdeh1 hər birinin 1/2 h issədə payları olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2(009)-1759/2024 nömrəli qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehlərin ona borclu olmasını sübuta yetirə bilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmas ını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2025-ci il tarixli, 2(103)-904/2025 nömrəli qətnaməsi ilə (hakim A.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və M.Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız saymış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

15. Belə ki, birinci instansiy a məhkəməsi iş üzrə müəyyən olunmuş hallara qiymət verərək bu qənaətə gəlmişdir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir.

17. Apellyasiya şikayətinin dəlillərindən biri sübutların və işin hallarının ətraflı araşdırılmaması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız saymış və qeyd etmişdir ki, Azərbaycan Respubl ikası MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Belə ki, cavabdeh iddiaçının mübahisələndirdiyi hallar və daşınmaz əmlaklarla bağlı qüvvədə olan məhkəmə qərarlarına istinad etməklə iddianın əsassız olduğunu sübuta yetirmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385 və 386-cı; Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2025-ci il tarixli, 2(103)-904/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1, 386.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya kollegiyası tətbiq olunmalı hüquq normalarını tətbiq etmədiyinə görə düzgün nəticəyə gəlməmişdir. Mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 449, 1091.1, 1091.2, 1092.1, 1093 və 1096-cı maddələri tətbiq olunaraq iddia təmin olunmalıdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə sübuta yetirilmişdir ki, cavabdehlər iddiaçının vəsaiti hesabına bir sıra əmlaklar əldə etmişlər. 20 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında qarşı tərəf iddia ərizəsində qeyd etdiyi obyektin, mənzilin alınmasına, təmirinə sərf olunan pulu haradan əldə etdiyini soruşmuş, cavabını da vermi şdir. Uzun illər ərzində əldə etdiyi qazancına bir sıra əmlaklarla yanaşı, mübahisəli daşınmaz əmlakları da almışdır. Cavabdeh tərəfin isə bu əmlakları almağa, təmir etməyə, avadanlıqla təchiz etməyə heç bir maddi imkanı olmamış, maddi imkanlarının olması barədə sübutları məhkəməyə təqdim etməmişlər.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassatorun dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasın ın Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə işt irak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində iddiaçı tərəfin izahatları və təqdim olunan sübutları əlaqəli şəkildə qiym ətləndirilmiş və yekun nəticəyə gəlinmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verilməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.

30. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

31. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd ol unmalıdır ki, hazırkı iş üzrə iddiaçının da üçüncü şəxs qismində şikayəti üzrə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasında qəbul edilmiş 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlaklar Cavabdeh1la Cavabdeh2 birgə nikahları dövründə və birgə vəsaitləri hesabına əldə olunmuşdur. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən biri də bu əmlakların İddiaçı vəsaiti hesabına alınması olmuş, həmin dəlil həm apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsi ilə, həm də Ali Məhkəmənin 05 aprel 2023-cü il tarixli qərarı ilə rədd edilmişdir. 32. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konst itusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

33. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasi ya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və oby ektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2025-ci il tarixli, 2(103)-904/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar