Məhkəmə qərarları › İş №2(102)-1859/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1859/2020

10.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1859/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 və “xxxx” ASC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il saylı qərardadından İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(009)-702/2019, hakim Ü.S.Şükürova) İddiaçı "X3” İctimai Birliyinə qarşı iddiası təmin edilmiş, ca vabdeh tərəfindən aparılmış xx xxxx 2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Məmmədov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 1.216.000 manat məbləğində olduğu əsas götürülməklə Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (2(103)-13000/2019, hakimlər İ.Ə.Kərimli, İ.K.Xəlilov, C.A.Cəmilova) “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan iddiaçı ve rdiyi kassasiya şikayətində qərardadın ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında “xxxx” ASC-nin vəkili kassasiya şikayətini əsassız edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir Hüquqi məsələlər: Məhkəmə kol legiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya kredit verilmiş, həmin müqavilə borcluya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Məmmədo v küçəsində yerləşən 27 saylı fərdi yaşayış evi ilə təmin edilərək həmin əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Borclu İddiaçı bank qarşısında öhdəliklərini lazımınca icra etməmiş, bank kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 113417 manat əsas borc, 23809 manat faiz borcu, 3000 manat cərimə borcu olmaqla, cəmi 140.226 manat məbləğində pulun İddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Rəhim Məmmədov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinə yön əldilməsi, həmin evin ilkin satış qiymətinin 920.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə olunan məbləğ borc məbləğindən artıq olduqda isə artıq məbləğin İddiaçı qaytarılması, həmin əmlak açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı həmin evdən çıxmadığı halda, onun məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə faiz borcunun tutulması hissəsində ləğv edilmiş, iddia qismən təmin edilərək İddiaçı faiz borcu üzrə 22.504 manat tutulması qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qəbul edildikdən sonra, xx xxxxxxxx 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraicət edərək ipoteka predmeti olan fərdi yaşayış evinin düzgün qiymətləndirilmədiyi, bununla da mülkiyyətçi kimi hüquqlarının pozulduğuna istinad edərək həmin əmlakın qiymətləndirilməsinə dair xx xxxx 2016-cı il tarixli hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuş dur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, Bakı şəhəri Nərimanov rayonu R.Məmmədov küçəsində yerləşən 27 saylı evin ilkin satış qiyməti ilə bağlı məsələ “xxxx” ASC-nin İddiaçı qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə baxılarkən araşdırılmış və qiymətləndirilmişdir. İddiaçının mübahisələndirdiyi xx xxxx 2016-cı il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat digər mülki işdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün əsas götürülmüş, həmin iş üzrə sübut kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsi ilə iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı hazırkı iddiası yolverilməz olmaqla həmin iddiaya məhkəmədə baxılmalı deyil. Bu halda apellyasiya məhkəməsinin mülki iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə iş üzrə icraata xitam verilməsi əsaslarını müəyyən edən prosessual qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə iş üz rə icraata xitam verilməsi əsaslarını müəyyən edən prosessual qanunvericiliyin tələblərinə uyğun olmaqla, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar