Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1859/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” ASC İddia tələbi: “enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin qanunsuz dayandırılması nəticəsində istehlakçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi” Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(105)-2014/2020 say lı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan “xxxx” ASC-nin 03 iyul 2019-cu il tarixli bildiriş xəbərdarlığından görünür ki, abonent kodu **********00177 olan İddiaçı 06 iyun 2019-cu il tarixdən 03 iyul 2019-cu il tarixə qədər ASC-yə olan borcu əvvəlki qalıq borc da nəzərə alınmaqla, cəmi 11,55 manat təşkil edir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdeh “Şimal” X2 və Satışı İdarəsinin X1rşı “enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin verilməsinin qanunsuz dayandırılması nəticəsində istehlakçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, cavabdehdən onun xeyrinə 1.000 manat maddi, 10.000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsinə əsasən, cavabdeh “Şimal” X2 və Satışı İdarəsinin Siyəzən Elektrik Şəbəkəsi “xxxx” ASC ilə əvəz edilmiş, sonuncu cavabdeh qismində işə cəlb edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(059)-25/2020 saylı qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddianın qismən təmin edilməsi, Siyəzən şəhəri, Yenikənd kəndində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin qanunsuz dayandırılması nəticəsində vurulmuş maddi ziyana görə cavabdeh “xxxx” ASC-dən 520 manat pulun tutularaq İddiaçı ödənilməsi, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının ümumi dəyəri 120 manatın 95 %-i, yəni 114 manatı İddiaçı, 5%-i, yəni 6 manatı cavabdeh “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməsi, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 5 %-i, yəni 1,50 manatı cavabdeh “xxxx” ASCdən alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(105)-2014/2020 saylı qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), E.Ə.Əhmədov və T.Q.Məmmədov) cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İd diaçı cavabdeh “xxxx” ASC-yə qarşı enerji təchizatı müəssisəsi tərəfindən elektrik enerjisinin qanunsuz dayandırılması nəticəsində istehlakçıya dəymiş maddi zərərin əvəzi 520 (beş yüz iyirmi) manat və dövlət rüsumunun əvəzi 01 (bir) manat 50 (əlli) qəpik məbləğində pulun tutulması hissəsində iddia tələbinin təmin edilməməsi, İddiaçı ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı t eleqramla müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və Siyəzən Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(059)-25/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əl dən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi). Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi ş ikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, borcun ödənilmədiyi təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya dəymiş zərərə görə cavabdehin hüquqazidd əməli və bu əməlin törədilməsində onun təqsirli olması öz təsdiqini tapmamış, nəticədə cavabdehin mülki hüquq məsuliyyətini istisna etməsini qaçıl maz etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya maddi zərərin dəyməsi işin mübahisəsiz halı olsa da, həmin zərərin məhz kim tərəfindən vurulduğu cavabdeh tərəfindən mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövc ud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər.Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Bunun üçün də iddiaçı cavabdehin təqsiri nəticəsində onun maddi zərərə məruz qalması buna görə də cavabdehin əməlinin hüquqa zidd olması və məsuliyyət daşımasını sübut etməlidir. İşdə olan 03 iyul 2019-cu il tarixli bildiriş xəbərdarlığından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, borcun ödənilmədiyi təqdirdə elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilmişdir. İddiaçıya dəymiş zərərə görə cavabdehin hüquqazidd əməli və bu əməlin törədilməs ində onun təqsirli olması öz təsdiqini tapmamış, nəticədə cavabdehin mülki hüquq məsuliyyətini istisna etməsini qaçılmaz etmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona maddi zərər vurulduğunu təsdiq edəcək hər hası bir tutarlı sübut təqdim edə bilmədiyindən, iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şi kayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2020-ci il tarixli, 2(105)-2014/2020 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1859/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1859/2021
20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver