Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1862/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X1 və Cavabdeh2 qarşı hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdı rov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(107)1100/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(033)-71/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Zaqatala rayonu, X1 məxsus 7,74 ha torpaq sahəsi ilə bağlı 53 nömrəli 06 may 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X2 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə protokolun etibarsız hesab edilməsi, Cavab deh2 ilə Zaqatala rayonu, Aşağı Tala bələdiyyəsi arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisində 3M-181 nömrəli reyestrdə qeydə alınmaqla bağlanmış 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)-373/2023 nömrəli qərardadı ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilərək, İddiaçı ərizədə qeyd olunan məsələnin həlli ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2023cü il tarixli, 2(102)-2950/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edil miş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2023-cü il tarixli, 2(107)373/2023 nömrəli qərardadı ləğv edilmiş və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(107)-1100/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2(033)71/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Zaqatala rayonu X1 və Cavabdeh2 qarşı 06 may 2021-ci il tarixdə keçirilmiş hərracın nətic ələrinə dair protokolun etibarsız hesab edilməsi və 18 may 2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2024-cü il tarixli, 2(102)-1247/2024 nömrəli qərardadı ilə kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyindən qeyri-mümkün hesab olunmuşdur.
6. Bundan sonra, iddiaçı təkrarən kassasiya şikayəti vermiş, kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmiş və Şəki Apellyasiya Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(107)-1100/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməklə, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayə ndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamışdır.
9. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya s istemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti elektron imza ilə İddiaçı tərəfindən imzalanmışdır.
10. Kassasiya şikayətinə Vəkil4 adına tərtib olunmuş 30 dekabr 2023-cü il tarixli vəkil orderi əlavə edilsə də, vəkil kassasiya şikayətini elektron imza ilə imzalamamışdır. Bu səbəbdən, hazırki kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 67.1 və 407.3-cü maddələrinin tələblərinə uyğun olaraq vəkil tərəfindən tərtib olunması müəyyən olunmur. Halbuki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən birinci dəfə kassasiya şikayəti verilərkən, həmin şikayət prosessual hüquq normalarına uyğun olaraq həm iddiaçı, həm də ona hüquqi yardım göstərən vəkil tərəfindən imzalanmışdır.
11. Qeyd olunanlara əsasən, kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığı üçün icraata qəbul edilə bilm əz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(107)-1100/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.