Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1865/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli, 2(103)-5563/2018 nömrəli qətnaməsindən İddiaçı Təvəkkül qızı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim F.Abdıyev) 12.12.2017-ci il ta rixli, 2(005)6583/2017 nömrəli qətnaməsi ilə İddiaçı Təvəkkül qızının cavabdehlər Cavabdeh1 MMC-nə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinə, “xxxx” MMC-nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə, N1, Cavabdeh2 qarşı (xxxx “xxxx”) ASC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qiymətləndirmə barəsində hesabatın ləğv edilməsi, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi və qeydiyyata alınması tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının (hakimlər İ.Vəliyev, X.Mərdanova, E.Həsənov) 04.07.2018-ci il tarixli, 2(103)-5563/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12.12.2017-ci il tarixli, 2(005)-6583/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh1 MMC-nə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xətai rayon İcra şöbəsinə, xxxx “xxxx” ASC-nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı əmlakın qiymətləndirməsi barədə hesabatın ləğv edilməsi və ilkin satış qiymətinin müəyyən edil məsi tələbinə dair iddia ərizəsi ilə 23.08.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi haqqında 23.02.2017-ci il tarixli, 83 nömrəli hesabatın ləğv edilməsi və ona məxsus “Chevrolet Aveo minik” markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-nə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinə, “xxxx” MMC-nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə, N1 qarşı (xxxx “xxxx”) ASC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müba hisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia tələbi irəli sürmüş, Cavabdeh1 MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə 23.02.2017-ci il tarixli, ****nömrəli hesabatın ləğv edilməsi, cavabdeh “xxxx” MMC tərəfindən 25.08.2017-ci il tarixdə keçirilən hərracın və hərracın yekunları barədə 100 nömrəli, 25.08.2017-ci il tarixli protokolun etibarsız hesab edilməsi, 25.08.2017-ci il tarixli, 100 nömrəli protokol əsasında AR DİN BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən “Chevrolet Aveo minik” markalı, ************** Ban nömrəli, **-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində cavabdeh hüquqlarının qeydə alınması barədə Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin ləğv edilməsi, onun “Chevrolet Aveo minik” markalı, ************ Ban nömrəli, **--*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi və qanunla müəyyənləşdirilmiş qaydada bu hüququn qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-nə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinə, “xxxx” MMC-nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə, N1, Cavabdeh2 qarşı (xxxx “xxxx”) ASC və xxxx Respublikasının İqtisadiyyat Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia tələbi irəli sürmüş, Cavabdeh1 MMC tərəfindən tərtib və təsdiq edilmiş əmlakın qiymətləndirilməsi barədə 23.02.2017ci il t arixli, 83 nömrəli hesabatın ləğv edilməsi, cavabdeh “xxxx” MMC tərəfindən 25.08.2017-ci il tarixdə keçirilən hərracın və hərracın yekunları barədə ***** nömrəli, 25.08.2017-ci il tarixli protokolun etibarsız hesab edilməsi, 25.08.2017-ci il tarixli, **** nömrəli protokol əsasında AR DİN BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən “Chevrolet Aveo minik” markalı, ********************* Ban nömrəli, **--*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində cavabdeh Novruzov Ramil Vaqif oğlunun hüquqlarının qeydə alınması barədə 22.09.2017-ci il tarixli Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin ləğv edilməsi, cavabdeh ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında AR DİN BDYPİ-nin Qeydiyyat Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən “Chevrolet Aveo minik” markalı, *********** Ban nömrəli, **--*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində Cavabdeh2 hüquqlarının qeydə alınması barədə 25.09.2017-ci il tarixli Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin ləğv edilməsi, onun “Chevrolet Aveo minik” markalı, *********** Ban nömrəli, **--*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi və qanunla müəyyənləşdirilmiş qaydada bu hüququn qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı apelyasiya şikayətini iki istiqamətdə qurmuş, birinci istiqamət qiymətləndirmə ilə bağlı, ikinci istiqamət isə hərracın nəticələri barə də protokolun etibarsızlığı ilə bağlı olmuşdur. Apellyasiya şikayətində hərracın nəticələri barədə protokolun etibarsızlığına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün və qanuni olmadığı qabartılsa da, apelyasiya instansiyası məhkəməsi qətnamənin həmin hissəsinə münasibət bildirməmiş, ancaq iddia tələbinin qiymətləndirməyə aid olan hissəsini müzakirə etmək və ona hüquqi qiymət verməklə kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin etdiyi kobud qanun pozuntusunu təkrar edərək göstərmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçının ünvanına təsdiq etmə üsulu ilə bildiriş göndərilmişdir. Lakin apelyasiya məhkəməsi bu məsələdə “İpoteka Haqqında” Qanunun 42.1-ci maddəsini səhv təfsir etmiş və bununla da Azərbaycan Respublikası MP M-nin 386-cı maddəsindəki pozuntuya yol vermişdir. Digər tərəfdən apelyasiya məhkəməsi özü qətnamədə etriaf etmişdir ki, hərracın keçirilməsi barədə bildiriş həqiqətən də iddiaçıya verilməmişdir. Apellyasiya məhkəməsinin araşdırmadığı və düzgün hüquqi qiymət vermədiyi digər pozuntu faktı isə hərracın keçirilməsinə dair bildirişin göndərilməsi vaxtı ilə bağlıdır.Belə ki, apelyasiya məhkəməsi iddia tələbini hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində rədd edərkən cavabdeh “xxxx” MMC tərəfindən bildirişin iddiaçıya qanunla müəyyənləşdirilmiş 30 günlük minimal müddətdən daha az vaxt qalmış göndərilməsinə dair halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi kimi iddia ərizəsinə bu hissədə ümumiyyətlə münasibət bildirməmişdir. Bununla da cavabdeh “xxxx” MMC hə rracın keçirilmə qaydalarını pozmuşdur. Ona görə də hərracın yekunları barədə 100 nömrəli, 25.08.2017-ci il tarixli Protokol etibarsızdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli, 2(103)-5563/2018 nömrəli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh1 MMC-nin, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin, “xx xx” MMC-nin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndələri, N1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx Respublikasının İqtisadiyyat Nazirliyi məhkəməyə ərizə ünvanlayaraq, işə onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Təvəkkül qızının vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə xxxx Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx “xxxx” ASC məhkəməyə kassasiya şikayətinə etiraz ərizəsi ünvanlayaraq, məhkəmədən kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9564/2016 nömr əli, 25.10.2016-cı il tarixli qətnaməsi ilə “xxxx (xxxx)” ASC ilə İddiaçı arasında 10.05.2013-cü il tarixdə bağlanmış 112814-1-6539 saylı avtomobil krediti müqaviləsi ləğv edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 10.216,98 ABŞ dolları məbləğində əsas borcun, 1.365,02 ABŞ dolları məbləğində faiz borcunun, 71,40 ABŞ dolları məbləğində cərimənin, cəmi 11.653,40 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq «xxxx (xxxx)» ASC-yə ödənilməsi, tələbin İddiaçı qızma məxsus olan «Chevrolet Aveo” minik markalı *******dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 11.653,40 ABŞ dolları məbləğində xxxx Respublikası manatın ın və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” (xxxx) ASC-nə ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)-3307/2017 nömrəli, 13 iyun 2017-ci il tarixli qətnaməsinin surətinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9564/2016 saylı, 25 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 21.12.2016- cı il tarixli aktın surətinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-9564/2016 nömrəli, 25 oktyabr 2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu İddiaçı yaşadığı ünvana gedilmiş və həmin vaxt mənzildə olan İddiaçı qızma qeyd ediİən icr a sənədinin mahiyyəti izah edilmiş və ondan borcun yönəldilməli olan avtomobilin təhvil verilməsi tələb edilmişdir. İddiaçı ilk olaraq bundan imtina etmiş, lakin bu halda avtomobilin evakuator vasitəsi ilə aparılacağı barədə ona məlumat verildikdən sonra avtomobili könüllü şəkildə təhvil vermişdir. Avtomobilə baxış keçirilmiş və heç bir dəyərli əşya aşkar edilməmiş və avtomobil duracağa təhvil verilmişdir. Cavabdeh1 MMC-nin 23.02.2017-ci il tarixli, **** nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatının surətinə əsasən iddiaçı mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində tələkkül tapan qiyməti 7000 manat təşkil edir. “xxxx” MMC tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə, “xxxx” (xx xx) ASC-nə və İddiaçı ünvanlanmış 26.07.2017-ci il tarixli, 01/57 saylı bildirişin surətinə əsasən “Chevrolet Aveo” minik markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 7000 manat olmaqla hərraca çıxarılması və hərracın 25.08.2017-ci il tarixdə saat 11:00-da keçirilməsinin planlaşdırıldığı barədə məlumat verilmişdir. Bildirişin İddiaçı çatdırılması barədə 03.08.2017-ci il və 14.08.2017-ci il tarixli poçt qəbzlərinin surətinə əsasən hərracın keçirilməsi barədə bildirişlər İddiaçı təqdim edilmədən geri qaytarılmışdır. “xxxx” MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə 100 nömrəli, 25.08.2017-ci il tarixli protokolun surətinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9564/2016 saylı, 26 oktyabr 2016-cı il tarixli icra vərəqəsinin və Bakı şəhə ri Xətai rayon İcra şöbəsinin ********* saylı, 19.06.2017-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmış İddiaçı məxsus “Chevrolet Aveo” minik markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil 7140 manata N1 satılmışdır. xxxx Respublikası DİN BDYPİ-nin 02.12.2017-ci il tarixli, ************ nömrəli məktubundan və ona əlavə edilmiş sistemdən çıxarışdan görünür ki, “Chevrolet Aveo” minik markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adından 22.09.2017-ci il tarixdə qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları dəyişdirilərək (təzə nömrə nişanı **--***) N1 adına 22.09.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış, daha sonra “Chevrolet Aveo” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil N1 adından 25.09.2017-ci tarixdə qeydiyyatdan çıxarılaraq C avabdeh2 adına dövlət qeydiyyatına alınmışdır. 25.09.2017-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən “Chevrolet Aveo” minik markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil N1 tərəfindən Cavabdeh2 11600 manata satılmışdır. Məhkəmə kollegiyası iddia tələbinin “qiymətləndirmə barədə hesabatın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə Cavabdeh1 MMC-nin 23.02.2017-ci il tarixli hesabatı ilə “Chevrolet Aveo” minik markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil üçün müəyyən edilmiş 7000 manat məbləğinin qiymətləndirmə dövründə və həmin texniki göstəricilərə malik avtomobil üçün aşağı qiymət olduğunu sübuta yetirməli idi. Belə ki, həm qüvvədə qanunvericilik, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin pre sedent hüququ bu mövqedən çıxış edir. Lakin iddiaçı avtomobilin real bazar qiymətindən olduğca aşağı olduğunu, avtomobilin bir çox detal və hissələrinin, ehtiyyat hissələrinin yararsız, korlanmış vəziyyətdə olması barədə hesabatda əks etdirilmiş məlumatın reallığı əks etdirmədiyini, təhrif edildiyini, əmlakın qiymətini daha da aşağı salmaq məqsədilə edilmiş qərəzli hərəkət olduğunu bildirsə də, öz mövqeyini sübuta yetirə bilməmiş, Cavabdeh1 MMC-nin 23.02.2017-ci il tarixli hesabatında avtomobilin texniki göstəriciləri ilə bağlı əks olunmuş məlumatı təkzib edən və avtomobilin həmin vaxt saz vəziyyətdə olmasını, dəyərinin 7000 manatdan artıq olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan Cavabdeh1 MMC-nin 23.02.2017-ci il tarixli hesabatından (qiyməti müəyyən edilərkən avtomobilin texniki göstəricilərinə və həmin tarixə mövcud olan texniki vəziyyətə istinad olunmuş və nəqliyyat vasitəsinin təmirə ehtiyacı olduğu müəyyən edilmişdir), avtomobilin dayanacağa təhvil verilməsi barədə aktda kəs etdirilmiş məlumatdan (avtomobilin sağ və sol tərəfi vuruq olmuşdur) belə qənaətə gəlinir ki, avtomobilin texniki göstəriciləri 2016-cı ilin dekabr-2017ci ilin fevral ayları ərzində qeyri-qənaətbəxş olmuşdur (iddiaçı tərəf əksini sübuta yetirə bilmir). Bu baxımdan məhkəmə avtomobilin 1 (bir) aydan artıq cavabdeh N1 qalmasını da nəzərə alıb, onun avtomobili hərracdan aldıqdan sonra saz vəziyyətə çatdırılmasına 3000 manatdan artıq vəsait xərclənməsi barədə dəlillərini əsaslı hesab edir. Avtomobilin hazırki mülkiyyətçisi Cavabdeh2 da avtomobili əldə etdikdən sonr a 500 manatdan artıq vəsait sərf etdiyini bildirir. Məhz bu səbəbdən avtomobilin yenidən qiymətləndirilməsinin keçirilməsi mümkün olmamışdır. Belə ki, avtomobilin hazırki qiyməti şərtsiz olaraq mübahisəli hesabatla müəyyən edilmiş qiymətdən artıq birmənalı olaraq fərqli olacaqdır. Hesabatda qeyd edilən mülkiyyətçi ilə müsahibə metodu barədə məhkəmə kollegiyası qeyd etmişdir ki, bu metod əmlakın bazar dəyərinin müəyyən edilməsində istifadə olunan metoddur və bu metodun hesabatda əks etdirilməsi iddiaçıdan müsahibənin alınması demək deyil. Hesabatdan da görünmüşdür ki, iddiaçıdan hər hansı müsahibə alınmamışdır. Məhkəmə kollegiyası iddiaçının qətnamə qanuni qüvvəsini almadan avtomobilin Xətai rayon İcra şöbəsinin sifarişi əsasında və onun məlumatı olmadan qiymətləndirilməsi barədə dəlili ilə də razılaşmamışdır. Bel əki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və yalnız bundan sonra icra məmurları tərəfindən icra hərəkətləri həyata keçirilmişdir. Həmçinin iddiaçı avtomobili icra məmurlarına könüllü şəkildə təhvil vermiş və icra məmuru tərəfindən icra sənədinin mahiyyəti barədə məlumatlandırılmış iddiaçı baş verəcək proseslərdən məlumatlı idi. Hər bir halda 2016-cı ilin dekabr ayından sonra mülkiyyətində olan avtomobili ilə maraqlanmaq hüququndan məhrum edilməmişdir. Bununla belə məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, 2017-ci ilin fevral ayına avtomobilin dəyəri məhz 7000 manat məbləğində olmuşdur. Bu səbəbdən hesabatın ləğv edilməsi üçün hər hansı əsas yoxdur və iddia tələbi bu hissədə rədd edilməlidir ki, bir inci instansiya məhkəməsi bu qənaətində haqlı olmuşdur. Kollegiya iddia tələbinin “Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” hissəsi ilə bağlı da iddiaçının əsaslandığı halları tamailə əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə də haqlı olaraq rədd edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının ünvanına təsdiq etmə üsulu ilə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası iddia üzrə “qiymətləndirmə barədə hesabatın ləğv edilməsi, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələblərinin əsas tələb olduğunu, “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, mülkiyyət hüququn bərpa edilməsi və qeydiyyata alınması” tələblərinin bu tələblərə münasibətdə törəmə tələb olduğunu və əsas tələblərin təmin olunub-olunmamasından asılı olduğunu, əsas tələblərin də öz növbəsində təmin edilməməsi qənaətinə gəldiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, mülkiyyət hüququn bərpa edilməsi və qeydiyyata alınması” hissəsində təmin edilə bilməz. Məhkəmə hər bir halda Mülki Məcəllənin 182-ci maddəsinə istinadən onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Cavabdeh2 avtomobili N1 almış, həmin vaxt avtomobilin üzərində hər hansı məhdudiyyət olmamış və o, ümumiyyətlə iddiaçını tanımamışdır. Bu baxımdan hüquqi nəticə etibarı ilə Cavabdeh2 vicdanlı alıcı statusuna malik olan şəxsdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etd iyi04.07.2018-cı il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12.12.2017-ci il tarixli, 2(005)-6583/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qənaətinə gələrkən haqlı olmuş, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S1 şikayəti üzrə xxxx Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının xxxx Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27.10.2004cü il tarixli qərarında vurğulanmışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. xxxx Respublikası Konstitusiya Məhkəməsinin “H1 şikayəti üzrə xxxx Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının xxxx RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.09.2014-cü il tarixli qər arına əsasən, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Beləliklə, göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. xxxx Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və xxxx Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli, 2(103)5563/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-1865/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1865/2019
18.03.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver