Məhkəmə qərarları › İş №2(102)-1865/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1865/2022

15.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1865/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8380/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X6 tərəfindən verilmiş 26.12.2018-29.12.2018-ci il tarixləri əhatə edən epikrizin surətindən görünür ki, İddiaçı sağ bud sümüyünün burmalaraltı qapalı yerdəyişmiş qəlpəli sınığı diaqnozu qoyulmuşdur. X3 baş direktorun müavini X8 ilə İddiaçı arasında bağlanmış 26.12.2018-ci il tarixli, № 6613 saylı tibbi xidmət müqaviləsinə əsasən “xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “xəstə” və/və ya “xəstə yaxını” isə göstərilən tibbi xidmətə görə müvafiq qaydada təsdiq edilmiş “qiymət cədvəli”nə əsasən tibbi xidmətin qeydiyyat vərəqəsində müəyyənləşdirilən məbləği ödəyir. X3 20.11.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 26.12.2018-ci il tarixdə “sağ bud sümüyünün burmalaraltı qapalı yerdəyişmiş qəlpəli sınığı” diaqnozu ilə cərrahiyə şöbəsinə daxil olmuş, həkim travmotoloq-ortoped Cavabdeh1 tərəfindən əməliyyat olunmuş və xəstə tərəfindən əməliyyat üçün 3800 manat vəsait ödənilmişdir. Eyni zamanda, həkim travmotoloq-ortoped Cavabdeh1 31.05.2019-cu ildən X4 çalışmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 20.11.2020-ci il tarixli, 2271 saylı ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı 26.12.2018-ci il tarixdə X5 daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ bud sümüyünün burmalaraltı qapalı yerdəyişmiş qəlpəli sınığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Sağ bud sümüyü burmalaraltı parçalı sınığının qapalı reduksiyası, intramedulyar osteosintezi” cərrahiyyə əməli yyatı icra edilmişdir. Əməliyyat zamanı sağ bud sümüyü skopi kontrolunda qapalı reduktə edilmiş, intramedulyar mil ilə osteosintez, 2 ədəd proksimal və 2 ədəd distal köndələn kilitləmə vintləri istifadə olunmuşdur. Xəstə 29.12.2018-ci il tarixdə kafi vəziyyətdə ambulator nəzarət üçün evə yazılmışdır. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, çəkilmiş radioloji filmlərin görüntülərinə və yüksək ixtisaslı mütəxəssis araşdırmalarına əsasən, onda sağ bud sümüyü boynuna 2 ədəd vintlərin qeyri-qənaətbəxş fiksasiyada olduğu müəyyən edildi. Beləliklə, aparılmış cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmiş və buna məsul şəxs müalicə həkimidir. Cərrahiyyə əməliyyatının texniki qüsurlu icrası ilə əlaqədar İddiaçı əməliyyat nahiyəsində ağrıların olması istisna edilmir. İş üzr ə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X3 məsul şəxsləri və Cavabdeh1 xəstəxanaya ödənilmiş 3.800 (üç min səkkiz yüz) manat, implant üçün ödənilmiş 2400 manat, cavabdeh həkimin əməliyyat səhvini aradan qaldırmaq üçün çəkilmiş, yollara, əlil arabasına, ağrıkəsicilərə və sair xərclərə görə 2.000 (iki min) manat, çəkilmiş ağrıların, iztirabların və mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23 dekabr 2018-ci il tarixdə evdə yeriyərkən ayağı xalçaya ilişərək yıxılmışdır. Yıxılarkən bud nahiyəsi kravatın dəmirinə dəymişdir. İ ddiaçı dərhal ağrı hiss etsə də, bunun keçici olacağını yıxılarkən toxumaların əzilməsi ilə bağlı olduğunu düşünmüşdür. Sonradan ağrıların kəskinləşdiyini görüb Sabirabad rayon xəstəxanasından həkim çağırmışlar. Həkim sağ bud nahiyəsində sınıq olma mümkünlüyünü bildirmişdir. İddiaçı bundan sonra təcili yardım maşını ilə Bakı şəhərinə gətirilmişdir. Bakı şəhərində yaşayan yaxın qohumlarının köməyi və iştirakı ilə X5 getmişlər. Müayinə nəticəsində "Sağ bud sümüyünün burmalaraltı qəlpəli yerdəyişmiş qapalı sınığı" diaqnozu ilə əməliyyat olunmağı məsləhət bilinmişdir. İddiaçı yuxarıda göstərilən "sağ bud sümüyünün burmalaraltı qəlpəli yerdəyişmiş qapalı sınığı" diaqnozu ilə X3 əməliyyat şöbəsinə daxil olmuşdur. Cavabdeh həkim travmatoloq ortoped Cavabdeh1 tərəfindən əməliyyat olunmuşdur. İddia çının əməliyyat xərci olaraq qohumları 26.12.2018ci il tarixli, 6613 saylı Tibbi Xidmət Müqaviləsinə əsasən 3800 (üç min səkkiz yüz) manat pul köçürmüşlər. Bundan əlavə, implant üçün 2.200 manat nağd şəkildə vəsait ödənilmişdir. Çünki xəstəxanadan bildirdilər ki, implantı həkim özü alıb gətirir və pulu həkimə verilməlidir. İddiaçının əməliyyatdan sonra da ağrıları nəinki azalmamış, əksinə gün-gündən daha da artmağa başlamışdır. İddiaçı təxminən on ay sonra artıq ağrılara dözə bilmədiyini və onu həkimə aparmalarını istəmişdir. Yenidən Bakı şəhərində yaşayan bacısıgilə gəlmişdir. Evə rentgen çağırmışlar və məlum olmuşdur ki, əməliyyat vaxtı ştiftin aşağı şrupları dəliklərdən keçirilsə də, yuxarı vintlər ştiftin dəliklərinə keçirilməyib. Bunu həkim olmayan adam da rentgen müayinəsinə baxmaqla görə bilər. İddiaçı sabahı gün Travmatologiya insitutunun rentgen müayinəsinə aparılmışdır. Orada da eyni diaqnoz qoyulmuşdur. Bundan sonra cavabdeh həkimə müraciət etdi. Cavabdeh1 bildirdi ki, guya iddiaçının bud oynağı yeyilib və onu 4200 (dörd min iki yüz) manat ödəsələr dəyişər. Təbii ki, razılaşmamış və yenidən Travmotologiya institutuna getmişlər. Orada məlum olmuşdur ki, bud oynağında heç bir problem yoxdur. Travmotologiya İnstitutunda yenidən əməliyyat olundu, cavabdehin səhv bağladığı vintlər çıxarılandan sonra ağrıları kəsdi və yavaşyavaş özünə gəlməyə başladı. Amma təəssüf ki, iddiaçının sağ ayağı səhv əməliyyat olunduğu üçün ağrılardan uzun müddət sol ayağının üstündə yataqda qalmışdır. İddiaçının sol ayağında porez yaranıb. Bir sözlə həkimin səhvi nəticəsində əlil arabasına m əhkum edildi. İddiaçı birinci arabanı 300 manata aldı. Üç ay keçməmiş sındı. İkinci araba isə həkimlərin səyi nəticəsində Protez institutundan alındı. Yuxarıda qeyd edilənlərdən də görünür ki, həkim səhvi nəticəsində iddiaçının səhhətinə, sağlamlığına ziyanla yanaşı, ona maddi və mənəvi ziyan da dəyib. Belə ki, iddiaçı təkcə Cavabdeh1 və işlədiyi X3 kassasına 3.800 və 2.200 manat olmaqla, toplam 6.000 manat pul ödəmişdir. İddiaçının səhv əməliyyatın aradan qaldırılmasına 2.000 manatdan çox xərci çıxıb. Bundan əlavə, iddiaçıya maddi ziyanla yanaşı, mənəvi ziyan da vurulub. Həmin müddətdə və indiyə qədər iddiaçının çəkdiyi ağrılar, iztirablar da həkimin məsuliyyətsizliyi ilə əlaqəlidir. İddiaçıya mənəvi ziyana görə də azı 4.000 manat cavabdeh tərəfindən kompensasiya edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-269/2021) iddia qismən təmin edilərək, İddiaçı X5 və Cavabdeh1 əməliyyat üçün ödədiyi 3800 (üç min səkkiz yüz) manat, implant üçün ödənilmiş 2400 (iki min dörd yüz) manat, həmçinin mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat, cəmi 11200 (on bir min iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər X2 və Cavabdeh1 birgə qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı sağ bud sümüyü boynuna 2 ədəd vintlərin qeyriqənaətbəxş fiksasiy ada olduğu müəyyən edilmişdir. Aparılmış cərrahiyyə əməliyyatı texniki qüsurla icra edilmiş və buna məsul şəxs müalicə həkimidir. Cərrahiyyə əməliyyatının texniki qüsurlu icrası ilə əlaqədar İddiaçı əməliyyat nahiyəsində ağrıların olması istisna edilmir. Məhkəmə hesab edir ki, həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə əməliyyat üçün 3800 manat, implant üçün 2400 manat olmaqla, ümumilikdə 6200 manat məbləğində pul ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində təmin edilməli, cavabdehlərdən birgə qaydada 6200 manat məbləğində maddi ziyanın əvəzi alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mənəvi zərərlə bağlı qeyd edir ki, mənəvi zərərin miqdarı iş in konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 5000 (beş min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Məhkəmə iddia tələbinin “cavabdeh həkimin əməliyyat səhvini aradan qaldırmaq üçün çəkilmiş, yollara, əlil arabasına, ağrıkəsicilərə və sair xərclərə görə 2.000 (iki min) manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X6 isə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov, iş № 2(103)-8380/2021) Cavabdeh1 və X3 apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(006)-269/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh X2 maddi ziyanın əvəzi kimi 6.200 manat, mənəvi ziyanın əvəzi kimi 3.000 manat, cəmi 9.200 manat məbləğində pul tutulub İddiaçı ödənilməsi, iddia tələbinin Cavabdeh1 qarşı hissədə rədd edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdeh X2 tutulub iddiaçıya ödənilməsi, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumlarının apellyatorlara aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhk əməsi iddiaçıya dəymiş maddi ziyanın əvəzinin müştərək qaydada Cavabdeh1 və onun iş yeri olan cavabdeh X2 birgə qaydada alınmalı olduğu nəticəsinə gələrkən Mülki Məcəllənin müvafiq maddələrinə istinad etsə də, tələbin qanuni əsası kimi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 həkim travmatoloq-ortoped həkimi Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından digər cavabdeh olan X3 işçisidir. Burada Cavabdeh1 əmək müqaviləsi, yaxud mülki hüquqi müqavilə əsasında hansısa şəxsin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o müvafiq hüquqi, yaxud fiziki şəxsin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də Cavabdeh1 məhz Mülk i Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən hazırkı iddiaya cavab verməli olan şəxs deyil və bu iddia üzrə törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımır və etmiş olduğu əməliyyat nəticəsində iddiaçıya vurulan zərərin əvəzini işçisi olduğu X6 ödəməlidir. Əlbəttə ki, X6 da Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən Cavabdeh1 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququna malikdir. Birinci instansiya məhkəməsi İddiaçı sağlamlığının pozulması nəticəsində fiziki ağrı və əzab çəkməsi və beləliklə də mənəvi zərərə məruz qalması barədə düzgün nəticəyə gəlsə də, təyin edilən mənəvi zərərin məbləği iddiaçıya vurulan mənəvi zərərin həcminə adekvat olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən tutulması qət edilmiş mənəvi zərərin məbləği yüksək olduğuna görə ağlabatan həddə azaldılmalı, İddiaçı dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat pul cavabdeh X2 alınaraq ona ödənilməlidir. Cavabdeh X3 apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayəti yalnız işə baxılarkən X3 iştirakının təmin edilməməsi və çəkişmə prinsipinin pozulması ilə bağlı olmuşdur. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, X6 12 fevral 2021-ci il tarixli məhkəmə iclasında cavabdeh qismində cəlb olunmuş, 15 fevral 2021-ci il tarixli poçt reyestrinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və bildiriş cavabdeh xəstəxanaya göndərilmiş, iş materiallarında məhkəmə sənədlərinin cavabdeh xəstəxanaya ç atması barədə heç bir məlumat olmasa da, apellyasiya şikayətindən görünür ki, sənədlər 26 fevral 2021-ci il tarixdə Xəstəxanaya daxil olmuşdur. Beləliklə, məhkəmə iclasında cavabdeh X3 nümayəndəsinin iştirakı təmin olunmamışdır. Əlavə məhkəmə-tibbi ekspertizasının keçirilməməsi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, məhkəmə-tibbi ekspertizasının 17 noyabr 2020-ci il tarixli 444/KEŞ saylı rəyi kifayət qədər əsaslandırıldığından, əlavə ekspertizanın keçirilməsinə zərurət yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri Cavabdeh X6 (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın 2(103)8380/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh X6 kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1-c i maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunverici liyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləs i üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (r eqres) hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. 51-ci maddəsinin 5-ci cümləsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gə lir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərə ri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əla qədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və h ərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlar ı ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir v ə bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlilləri işin halları ilə birlikdə tədqiq olunaraq düzgün olaraq qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8380/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar