Məhkəmə qərarları › İş №2(102)-1868/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1868/2019

18.03.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1868/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Ərizəçi X1 və vəkili Lələyev Saleh Cabbar oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli, 2(103)12793/2018 nömrəli qərardadından X2 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Nizami Rayon Xalq Məhkəməsinin 28.02.1997-ci il tarixli, 2-14/1997 nömrəli qətnaməsi ilə X5 ünvan 1 ünvanında yerləşən evin İddiaçı məxsus olması haqqında ərizənin rədd olunması və X6 İddiaçı oğluna qarşı ünvan 1 ünvanında yerləşən evin onun babası M1 məxsus olması və iddiaçı İ1 adına qeydiyyat şəhadətnaməsinin qismən etibarsız sayılması, onun tərəfindən və Mirabutalıb Mirhadi oğlu tərəfindən vərəsəliyin qəbul olunması və 29 saylı evə vərəsəlik hüquqlarının tanınması haqqında qarşılıqlı ərizəsinin rədd olunması, Texniki İnventarlaşdırma idarəsi tərəfindən 17.10.1990-cı ildə İddiaçı oğlunun adına verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv olunması qət olunmuşdur. İddiaçı X3 Rayon Xalq Məhkəməsinin 28.02.1997-ci il tarixli, 2-14/1997 nömrəli qətnaməsindən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-14/1997 saylı, 09.10.2018-ci il t arixli qərardadı ilə apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatət verilmədiyindən Azərbaycan Respublikasının MPM-nin 130.3, 360 və 363.3-cü maddələrinə əsaslanaraq Ərizəçi X1 Nizami Rayon Xalq Məhkəməsinin 28.02.1997-ci il tarixli, 2-14/1997 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. X2 Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2-14/1997 saylı, 09.10.2018-ci il tarixli qərardadından şikayət vermiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.10.2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) 06.12.2018-ci il tarixli, 2(103)-12793/2018 nömrəli qərardadı ilə X2 tərəfindən verilmiş şikay ət qismən təmin olunaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.10.2018-ci il tarixli qərardadı ləğv edilmiş, hazırki iş üzrə Nizami Rayon Xalq Məhkəməsinin 28.02.1997-ci il tarixli, 2-14/1997 nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmişdir. X2 və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli qərardadından kassasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: X2 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ərizəçi apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 06.12.2018-ci il tarixli qərardadında göstərdiyi “hazırki iş üzrə Nizami Rayon Xalq Məhkəməsinin 28.02.1997-ci il tarixli, 2-14/1997 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək hüququ olmayan şəxs X7 qeyd olunan iş üzrə apellyasiya şikayəti vermişdir” sözləri razılaşmır. Belə ki, ərizəçi mərhum atası İddiaçı oğlunun yeganə hüquqi varisi, vərəsəsidir və onun ölümündən sonra ondan miras qalan Bakı şəhəri, ************ küçəsi, (keçmiş 26 Bakı Komissarı küçəsi) 29 saylı evi faktiki qəbul edərək idarə etmiş, həmin miras üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Bakı şəhəri 24 saylı Notariat Kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi ədalətli məhkəmə araşdırılması aparmamış və qərardad qəbul edərkən istinad etdiyi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Ona görə də, iş üzr ə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli qərardadının qismən, yəni Nizami Rayon Xalq Məhkəməsinin 28.02.1997-ci il tarixli, 2-14/1997 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edildiyi və şikayətin geri qaytarıldığı hissədə ləğv edilib Nizami Rayon Xalq Məhkəməsinin 28.02.1997-ci il tarixli, 2-14/1997 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən X2 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı ApellyasiyaMəhkəməsininMülki Kollegiyası qəbul etdiyi 06.12.2018-ci il tarixli qərardadı ilə X2 tərəfindən verilmiş şikayətin qismən təmin olunaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.10.2018-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki iş üzrə Nizami Rayon Xalq Məhkəməsinin 28.02.1997-ci il tarixli, 2-14/1997 nömrəli qətnaməsindən X2 tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılmasının qeyrimümkün hesab edilməsi qərarına gələrkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya mə hkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən 363.1.1-ci apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Belə ki, apelyasiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, İddiaçı oğlu 15.10.1993-cü ildə vəfat etmiş və Nizami Rayon Xalq Məhkəməsi tərəfindən İddiaçı arvadı X8 (Ərizəçi X1 ögey anası) prosessual hüquq varisi tanınmaqla yuxarıda qeyd edilən i ddia ərizəsi ilə 1997-ci ildə Nizami Rayon Xalq Məhkəməsinə müraciət etmiş, iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmiş və həmin qətnamədən tərəflər, o cümlədən İddiaçı oğlunun prosessual hüquq varisi X8 apelyasiya şikayəti verməmişdir. X2 isə həmin qətnamədən apelyasiya şikayəti vermək hüququ olmayan şəxsdir. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, ərizəçi Bakı şəhəri 24 saylı Notariat Kontoru tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış 21.01.2018-ci il tarixli müraciətə istinad etsə də, özünün hüquq varisi olması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar ı araşdırmalı və onlardan istifadə etməlidir Beləliklə, kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual qanunun tələblərinə uyğun çıxarıldığına görə dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi X1 və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.12.2018-ci il tarixli, 2(103)-12793/2018 nömrəli q ərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar