Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-187/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-413/2022 nömrəli, 15 avqust 2022-ci il il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Qasımova Samirə “BONADEA Beyənlxalq Hospitalı”nda, həkim Cavabdeh1 nəzarətində hamiləliyini davam etdirmişdir. Onun barəsində “Hamilə və Zahı qadınların müşahidə vərəqəsi”, “Doğum tarixi” və “X6” sənədləri tərtib edilmişdir. Hamiləlik zamanı o, həmin tibb müəssisəsində tibbi protokollara uyğun olaraq laborator instrumental müayinələrdən keçmişdir (ultrasəs muayinəsi, qanın umumi və biokimyəvi analizi, ikili və üclü skrininq testlər və sair). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icra at
2. İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə Cavabdeh1 2700 (iki min yeddi yüz) manat, Cavabdeh2 və “Oksigen” Klinikasından müştərək qaydada 213 (iki yüz on üç) manat, cavabdeh “X2”ndan müştərək qaydada 60 (altmış) manat, cavabdeh “BONADEA” Hospitalından 1462 (min dörd yüz altmış iki) manat alınaraq ona verilməsi barədə, ona vurulan mənəvi zərərə görə cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalından, "xxxx" MMC-dən, “X1” Cavabdeh1, X8 müştərək qaydada 100000 (bir yüz min) manat pul alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsini onunla əsaslandırmışdır ki, hamiləliyinin ilk həftələrindən həkim Cavabdeh1 müraciət etmişdir və onun məsləhəti ilə digər cavabdehlər tərəfindən də müayinə olunmuşdur. Müayinə sənədlərinin bir qismində şübhələr olmuş, lakin həkim Cavabdeh1 da bu şübhələrə göz yummuşdur. Belə ki, 2nd-3nd Trimester (həkim Cavabdeh2, müayinə tarixi xx.xx.2020) sənədindən görünür ki, “başın çevrəsi”- 225 qeyd edilmişdir. Halbuki Referans aralığı 194.8-225.3 göstərilmişdir. Qarın çevrəsi 209 göstərilmişdir. Halbuki referans aralığı 161.0-196.4 göstərilmişdir. Bu göstəricilər normadan artıq göstərir. Həmin sənəddə sağ hissədə-dölün baş hissəsi, dölün sifət hissələri, boyun, döş qəfəsi, ürək hissələri, qarın hissələri, ətraflar hissəsi qrafaların qarşısında ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “normal” sözü göstərilmi şdir. xx.xx.2020-ci il tarixli, 23 həftəlik 5 gün hamiləlik sənədində (“X2”nın həkimi Cavabdeh6) yan mədəciklər, şəffaf çəpər boşluğu, orta xətt beyin çadırı, hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd olunmuşdur. Həmin sənəddə üz strukturları (burun-dodaq, üçbucağı, profil, orbitallar) hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. Həmin sənəddə qulaq seyvanlan, fəqərə sütunu, qarnını ön divarı, mədə, sidik kisəsi, öd kisəsi, böyrəklər, ürəyin 3 damar kəsiyi hissəsində ölçülər qeyd edilməmiş, ölçülərin qeyd edilməsi əvəzinə “izlənilir” ifadəsi qeyd edilmişdir. 3-li skrinin testi 16 dekabr 2019-cu il tarixli: Burada sənədin aşağı hissəsində risk xəttinin riskə yaxın olması müşahidə olu nur.Hamiləlik dövrünün 12-ci həftəsində daun sindromu bilindiyi halda, ona bu məlumat verilməmiş və seçim hüququ izah edilməmişdir. Halbuki, o, həkimlər tərəfindən məlumatlandırılsa idi, həm uşağın, həm də özünün daimi əziyyətinə son qoymaq üçün uşağı qanunun icazə verdiyi bir vaxtda götürmək (abort etmək) hüququndan istifadə edə bilərdi. İndi isə o, uşağın əziyyətlərini ömürlük gözü ilə görərək, həm onun zülm çəkdiyini, eyni zamanda onunla bərabər özünün də daimi psixoloji zülm çəkəcəyini düşünür. Artıq ömürlük mənəvi ziyana uğramışdır. Uşağın xəstəliyi isə müalicə olunması mümkün olmayan xəstəlikdir.
4. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iddiaya etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilənlər tamamilə əsassızdır və hüquqi əsası yoxdur, ona görə də iddia rədd edilməlidir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin hamilə olduğu müddətdə onu müayinə edən həkim-ginekoloq Cavabdeh1 iddiaçını müxtəlif testlərdən keçirsə də, onun dünyaya gələcək körpəsində “Daun sindromu” olması ehtimalının olmasını tam nəzərə almamış, onu mümkün olan bütün testlərdən keçirməmiş, eyni zamanda, iddiaçını prenatal dövrdə müayinə edən həkim Cavabdeh2 da onu müayinə edərkən döldə “Daun sindromu" nun olması ilə bağlı mümkün riskləri dəqiq müayinə etməmiş, bundan başqa “Bonadea” klinikasında doğuşu qəbul edərkən həkim-ginekoloq Cavabdeh1 onunla işini düzgün qurmamış və düzgün rəftar etməmiş, kobud davranmış, vaxtında ona tibii yardım göstərilməmiş, onun doğuşu ilə bağlı sənədləşdirmə düzgün aparılmamış, uşağın doğ ulmasından sonra onun “Daun sindromu” ilə xəstə olması müəyyən edilmişdir, ona görə də ona maddi və mənəvi ziyan dəymişdir. İş üzrə cavabdeh, həkim ginekoloq, tibb üzrə fəlsəfə doktoru Cavabdeh1 “X4” MMC-də çalışmaqla, iddiaçı həmin hospitalda hamilə qadın kimi qeydiyyatdan keçdikdən sonra onu müayinə etmişdir. Səhiyyə Nazirliyinin hamiləliyin düzgün müayinəsi və dölün sağlam dünyaya gəlməsi üçün faydalı olan, daha üstün şərtlər müəyyən edən X7 (ÜST) tərəfindən təsdiq edilən klinik protokollar mövcud olduqda onların tətbiq edilə biləcəyinə dair tövsiyyələri nəzərə alınaraq, Cavabdeh1 tərəfindən təcrübəli ginekoloq kimi, iddiaçı hamiləlik dövründə skrintestlərə cəlb edilmişdir. ÜST tövsiyyələri və Hamiləliyin təqibi üzrə dünyada qəbul edilən ən yaxşı təcrübəyə (“best practice”) əsaslanmaqla iddiaçı 2-li və 3-lü skrininq testlərə cəlb edilmişdir. İddiaçının gənc olması (28 yaşı var) ailə və genetik anamnezində bir xromosom patologiyası izlənilmədiyi üçün onun hamiləliyində genetik patalogiya üzrə şübhə yaratmamışdır. İddiaçının 2-li testi zamanı müayinə nəticəsinə əsasən ultrasəsdə NTboyun yaxalıq sahəsi 1,8 mm olmuş, bu tam normal hesab olunur. Həmin müayinənin şəkilləri iddiaçıya daim verilmiş və onun “müşahidə vərəqi”nə də əlavə edilmişdir. İddiaçının keçdiyi ikili test üzrə hesablanmış trisomiya riski 13/18 xromosomda 1:10000, 21-ci xromosom üzrə isə 1:332 nəticə vermişdir. İddiaçı 3-lü testə 18 həftə 5 günlük müddətdə cəlb edilmişdir. Trisomi riski 18 1:10000 və 21-ci xromosom üzrə 1:332 nəticə vermişdir. Göründüyü kimi, hər iki testin nəticələrinə əsasən, dölün daun si ndromlu doğulması riski olmamış, daha doğrusu, qəbul edilmiş təcrübəyə uyğun olaraq iddiaçı “riskli zona”da olmamışdır. Belə ki, hamiləliyin müayinəsi üzrə üzrə dünya təcrübəsində və X5 protokollartında tövsiyyə edilən normativlərə əsasən, 2li testdə nəticə 1:200 olduqda xəstə (döl) “riskli zona”da hesab edilir, risk göstəricisi 1:200 olan zaman NP testinin (Noninvasive Prénatal Testing), risk 1:100 olduğu halda isə Amniosintezin keçirilməsi tövsiyyə edilir. Daun sindromuna risk qrupuna aid olan pasientlərdə skrininq testlərdə risk nisbəti 1:100 göstəricisində olur. Yəni bu halda, dölün daun sinromu ilə doğula biləcəyini güman etmək olar. Yuxarıdakı göstəricilərdən göründüyü kimi, iddiaçının 2-li testlərinin nəticələrinə əsasən onun risk qrupuna adi edilməsi üçün əsas olmamışdır. Həmçinin, müayinə nəticələrindən (müşahidə vərəqinə də əlavə edilən) göründüyü kimi, iddiaçının hamiləliyi dövründə aparılan ultrasəs müayinələri zamanı da heç bir patologiya aşkarlanmamış, dölün inkişafı normal olmuş, döldə heç bir orqanda qüsur aşkarlanmamışdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, tibbin və texnikanın indiki inkişaf səviyyəsində ultrasəs müayinəsinin informativlik göstəricisi 4570 faiz, ikili və üçlü testlərin informativliyi isə 80 faiz qiymətləndirilir. Bu isə o deməkdir ki, istisnaların olması mümkündür.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim B.N.Qasımov) 2(007)380/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “ona dəymiş maddi və mənəvi z ərərin ödənilməsi, maddi zərərə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Oksigen Klinikasından, Cavabdeh6, “X2”ndan, cavabdeh “Bonadea” Hospitalından 9435 (doqquz min dörd yüz otuz beş) manat maddi ziyana görə, mənəvi ziyana görə 100000 (bir yüz min) manat pul müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi və məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət olunmuşdur.
6. Məhkəmə tərəfindən yaranmış mübahisə ilə bağlı xüsusi bilik tələb edən sualların aydınlaşdırılması məqsədi ilə məhkəmə tibbi ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X10 585/KEŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı 24-cü həftəsində aparılmış ultrasəs müayinəsində ürək qüsurlarının şübhəsi aşkar edilməmişdir. İddia çıya hamiləliyinin 24-cü həftəsində aparılmış fetal ürək müayinəsi zamanı ürək kəsikləri əldə olunmuşdur, həmin müddətdə döldə Daun sindromuna xarakterik qüsurlar aşkar edilməmişdir. Nəticədə məhkəmə araşdırması zamanı iddiaçının mübahisələndirilən hissədə iddia tələbində qeyd etdiklərinə dair hər hansı hal aşkar olunmamışdır. İddiaçının hamiləliyinin 24-cü həftəsi zamanı keçirilmiş ultrasəs müayinəsi zamanı uşağın daun sindromu olmasına ehtimal yarada biləcək hallar müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı iddiasında qeyd etmişdir ki, rəfiqələrinin məsləhəti ilə həkim Rəna Abasovanın qəbuluna getmiş. Lakin o da müayinə nəticələrini düzgün qeyd etməmiş, həkim səhlənkarlığına yol vermişdir. Amma hamiləliyin irəliləyən dövrlərində protokol üzrə aparılan dopler-EXOKQ müayinələrində ürək tər əfindən anomaliyalar olması şübhəsi müşahidə edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə həkim Rəna Abasova tərəfindən aparılmış USM dopler EXOKQ-də orqanik heç bir potologiya müşahidə edilməmiş və bu barədə tibbi göstəriciləri əks etdirən sənəd rəqəmsal cavablar əlavə edilməklə təqdim olunmuşdur.
7. Məhkəmə araşdırması zamanı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalının, “Oksigen” Klinikasının, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5nın Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulması halı müəyyən edilməmiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “BONADEA” Beynəlxalq Hospitalında, “Ok sigen” Klinikasında, Cavabdeh5nda müayinə və müalicə nəticələrinə dair məlumatlandırılmış, məhkəməyə “Hamilə və Zahı qadınların müşahidə vərəqəsi”, “X6” vərəqəsi və “Doğum tarixi” məlumatları məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçıya “X4”da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun “Hamilə və zahı qadınların müşahidə vərəqəsi” açılmış və iddiaçının hamiləlik dövrünün müayinə və müşahidəsi ilə bağlı bütün məlumatlar orada öz əksini tapmışdır. İddiaçı hospitalda ona aid dosyenin olmadığını qeyd etsə də, göstərilənlərin əksinə olaraq “Müşahidə vərəqəsindən” göründüyü kimi orada iddiaçıya dair bütün məlumatlar dolğun şəkildə öz əksini tapmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iddia tələbində qeyd edildiyi kimi İddiaçı hamiləlik dövründə müalicə və m üayinəsi zamanı hər hansı həkim səhlənkarlığına yol verilməmiş, müayinə və müailicə düzgün, normativlər əsasında, səhiyyə sistemində mövcud olan protokollara uyğun aparılmışdır. İddiaçı tərəf isə qeyd edilən halı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun keçirdiyi fiziki və mənəvi sarsıntıların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini təsdiq edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, C avabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “ona dəymiş mənəvi zərərin ödənilməsi, mənəvi ziyana görə 100000 (bir yüz min) manat pul müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1 və 1115-ci maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsin in ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) 2(103)413/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-380/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, uşaqda daun sindromunun hansı növünün olmasından asılı olmayaraq hazırkı mübahisənin mahiyyəti cavabdeh tərəfindən iddiaçıya hamiləlik dövründə müayinə və müailəcinin düzgün aparıb- aparmaması və iddiaçıya düzgün məlumat verməməsi nəticəsidə yenidoğulanın daun sindromlu doğulması məsələsinin aydınlaşdırması olmuşdur ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfin əməllərində hər hansı bir qanun pozuntusu aşkarlanmamış, iddiaçının hamililəlik dövründə müayinə və müalicəsi Səhiyyə sistemində mövcud klinik protokolların tələblərinə uyğun olmuşdur.
16. Məhkəmə araşdırması zamanı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalının, “Oksigen” Klinikasının, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5nın Mülki Məcəllənin 1096.1ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulması halı müəyyən edilməmiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmamışdır.
17. Apellyasiya instansiyası məh kəməsi qeyd etmişdir ki, iddiaçı “BONADEA” Beynəlxalq Hospitalında, “Oksigen” Klinikasında, Cavabdeh5nda müayinə və müalicə nəticələrinə dair məlumatlandırılmış, məhkəməyə “Hamilə və Zahı qadınların müşahidə vərəqəsi”, “X6” vərəqəsi və “Doğum tarixi” məlumatları məhkəməyə təqdim edilmişdir. İddiaçıya “Bonadea intemational Hospital”da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun “Hamilə və zahı qadınların müşahidə vərəqəsi” açılmış və iddiaçının hamiləlik dövrünün müayinə və müşahidəsi ilə bağlı bütün məlumatlar orada öz əksini tapmışdır. İddiaçı hospitalda ona aid dosyenin olmadığını qeyd etsə də, göstərilənlərin əksinə olaraq “Müşahidə vərəqəsindən” göründüyü kimi həmin sənəddə iddiaçıya dair bütün məlumatlar dolğun şəkildə öz əksini tapmışdır.
18. İdd ia tələbində qeyd edildiyi kimi İddiaçı hamiləlik dövründə müalicə və müayinəsi zamanı hər hansı həkim səhlənkarlığına yol verilməmiş, müayinə və müailicə düzgün, normativ normalar əsasında, səhiyyə sistemində mövcud olan protokollara uyğun aparılmışdır. İddiaçı tərəf isə qeyd edilən halı təkzib edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
19. İddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir.
20. Birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdr ki, İddia çı cavabdehlər “BONADEA” Beynəlxalq Hospitalına, “Oksigen” Klinikasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5a qarşı “ona dəymiş mənəvi zərərin ödənilməsi, mənəvi ziyana görə 100000 (bir yüz min) manat pul müştərək qaydada alınaraq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir
21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyasının işə baxan məhkəmə tərkibi iş materiallarına əlavə edi lmiş, lakin mötəbərliliyi aşkar şübhə altında olan ekspert rəyini sübut kimi qəbul etməyərək iddiaçı tərəfin təqdim etdiyi və ekspert rəyi verilərkən ekspertin istinad etdiyi tibbi məlumatları obyektiv araşdırmalı, birinci instansiya məhkəməsinin yol verdiyi kobud qanun pozulması hallarını aradan qaldırmalı idi. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsi tərəfindən yol verilən qanun pozuntularını aradan qaldırmaq əvəzinə, bu pozuntuları daha ciddi şəkildə təkrarlamışdır. İş üzrə ekspertiza təyin edilərkən ekspertiza keçirilməsi zamanı iddiaçı tərəfin də prosessual tərəf olaraq iştirakının təmin edilməsini məhkəmədən şifahi vəsatətlə xahiş etmiş, eyni zamanda rəsmi qaydada yazılı vəsatətlə müraciət olunmuşdur. Məhkəmə keçiriləcək ekspertizada iştirakının təmin edilməsi məqsədilə hazırladığı məktubu çatdırmaq üçün şəxsən özlərinə təqdim etmişdir. Ekspertiza İdarəsinə təqdim edilən məktub ekspertiza İdarəsinin nümayəndəsi tərəfindən qəbul edildikdən sonra rəyin verilməsində marağı olan ekspertin nədənsə məhz həmin günə rəy verdiyi məlum oldu. Halbuki, keçiriləcək ekspertizada prosessual tərəfin iştirak etməsinin təmin edilməsi barədə məhkəmənin məktub ünvanlaması ekspertə bəlli idi və bu barədə məlumatlı olan ekspertin intensiv rəy verməsi əvvəlcədən hazır olan rəyin varlığını bir daha isbat edir. Birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qərarları Konvensiyanın 6-cı maddəsi baxımından «ədalətli məhkəmə araşdırması» prinsipinə uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər
25. İddiaçının vəkili Vəkil2 ərizə ilə müraciət edərək kassasiya şikayətinə şifahi məhkəmə baxışında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edi ki, işə şifahi icraat qaydasında baxılması üçün əsaslar yoxdur, ona görə vəkilin vəsatəti təmin olunmamalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üç ün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza t əyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
35. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələb inə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şik ayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Kassasiya şikayətində göstərilən dəlilləri iddiaçı tərəf iddia ərizəsində və apellyasiya şikayətində göstərmiş, həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsmz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır təkrar qiymətləndirməyə zərurət görmür.
46. Məhkəmə-tibbi ekspertiza keçirilən zaman iddiaçının işitrakının təmin olunmaması və Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X10 585/KEŞ saylı 21 yanvar 2021-ci il ekspert rəyinin natamam olması və bu barədə olan təkrar ekspertiza keçirilməsi barədə vəsatəttin əsassız olaraq rədd edilməsi barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvercilikdə ekspertizanın keçirilməsində tərəflərin iştirakı nəzərdə tutulmamışdır. Ekspert rəçyinin natamamlığı görünmür, iddiaçı tərəf ekspert rəyinin natamamlığını təsdiq edəcək sübutlar təqdim etməmiş və inandırıcı dəlillər irəli sürməmişdir. Rəy iddiaçının müşahidəsi və müayinəsinə dair məlumatları özündə əks etdirən “BONADEA” Beynəlxalq Hospitalında, “Oksigen” Klinikasında, Cavabdeh5nda tərtib edilmiş “Hamilə və Zahı qadınların müşahidə vərəqəsi”, “X6” vərəqəsi və “Doğum tarixi” barədə sənədlər və mülki iş materiallarına əsasən aparılmışdır.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti iddiaçının təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-413/2022 nömrəli, 15 avqust 2022-ci il il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min