Məhkəmə qərarları › İş №2(102)-187/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-187/2024

29.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-187/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc pulun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı2, İddiaçı3 və Hüseyn X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc verilmiş pul vəsaitinin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4330/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərə findən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı3 tərəfindən xx.xx.2018-ci il tarixdə “QNB Finansbank” vasitəsi ilə 2000 TL (642,80 manat), xx.xx.2018-ci il tarixdə “Finansbank” vasitəsi ilə 5974 TL (1969,60 manat), xx.xx.2018-ci il tarixdə “X5” vasitəsi ilə 30000 TL (9891 manat) pul verilmiş, pul Cavabdeh1 tərəfindən qəbul edilmişdir.

2. İddiaçı1 tərəfindən 2018-ci ilin noyabr ayında 3000 AZN, 2018-ci ilin dekabr ayında 3000 manat, 2019-cu ilin yanvar ayında 300 manat pul nağd qaydada Cavabdeh1 qardaşı Cavabdeh2 verilmişdir.

3. İddiaçı1 tərəfindən xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 3000 manat, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 300 0 manat, xx.xx.2019-cu il tarixdə “AccessBank” vasitəsi ilə 5925 manat pul verilmiş, pul Cavabdeh1 qardaşı Cavabdeh2 tərəfindən qəbul edilmişdir. 4. xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli çıxarışlara görə, İddiaçı3 adlı şəxs tərəfindən Cavabdeh1 hesabına müvafiq olaraq 30000 TL, 2.00 TL və 5974 TL məbləğdə pul köçürülmüşdür. 5. xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli çıxarışlara görə, İddiaçı1 İlham oğlu tərəfindən Cavabdeh2 Hacıağa oğlunun hesabına müvafiq olaraq 3000 manat; 3000 manat və 5925 manat məbləğdə pul köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı2, İddiaçı3 və Hüseyn X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde hlər Cavabdeh1 və Cavabdeh2 olundan müştərək qaydada 33428,40 manat (otuz üç min dörd yüz iyirmi səkkiz manat qırx qəpik), eləcə də məhkəməyə müraciət etməklə əlaqədar dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat pulun alınaraq, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ümumilikdə, iddiaçılar tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 33428,40 manat pul verilmişdir. Cavabdehlər öhdəliyə əsasən 33428,40 manat pulu qaytarmağı öhdəsinə götürmüşlər. 33428,40 manat məbləğdə pul vəsaiti cavabdehə verilməsinə baxmayaraq, cavabdehlər öz üzərlərinə götürdükləri öhdəlikləri icra etməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C. Musayeva) 2(006)-260/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı2 iddiası Cavabdeh1 münasibətdə qismən təmin edilərək, 11925 manat, 37974 Türk lirəsi (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş türk lirəsinin manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı məbləğdə pul Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı2 iddiasının Cavabdeh1 münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam şəkildə rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə rədd edilməsi qət olunmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, 11925 (3000+3000+5925) manat və 37974 (30000+2000+5974) TL məbləğində pulun Cavabdeh1 verilməsi halı məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı2 borca verdiyi pulun daha yüksək məbləğdə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə tutarlı sübutlar təqdim etməmişdir. Cavabdeh1 çatdırılması üçün digər cavabdeh olan Cavabdeh2 ümumilikdə 6300 manat məbləğində pulun nağd qaydada verildiyinə dair iddiaçının irəli sürdüyü dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakteri daşıyır.

10. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində göstərilən hallar qismən də olsa öz təsdiqini tapmışdır. Göründüyü kimi, pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin pulun qaytarılmasına dair daşıdığı öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya qaytarılmasını təsdiq edə biləcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən ona verilmiş pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehdən şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn p ulun qaytarılmasına dair öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 739.1 və 741-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.3, 77.1, 88. 95.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birin ci icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan İddiaçı2 və Cavabdeh1 apellyasiya şikayətləri verərək, iddiaçı qətnamənin qismən ləğv edilib, iddianın tam təmin olunmasını, cavabdeh qətnamənin iddia təmin edilən hissədə ləğv edilib, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

14. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə: 1) İddiaçı2 iş üzrə verdiyi izahatında təsdiq etmişdir ki, qızını Cavabdeh1 vermək istəməmiş, əvvəldən ona qarşı münasibəti yaxşı olmamışdır, lakin qızı təkid etdiyi üçün evlənmişlər, Cavabdeh1 ondan pul istəməmiş, qızı onun adından pul istəyib. Qızı pul işləyəndə borcu qaytaracağını bildirmişdir. Məsələ pulda deyil, məsələ ədalətin bərpa olunmasındadır. Boşanmasalar, pulu geri istəməyəcəkdi.

15. Məhkəmə baxışı zamanı şahid qi smində dindirilmiş Y.Səfərova göstərmişdir ki, atasından ev almaq üçün pul istəmişdir ki, işləyib o, özü qaytaracaq; 2) qanunvericilik normalarına əsasən, tərəflər arasında borc münasibətləri olsa idi belə guya verilən borc məbləğinin 3.000 manatdan çox olması halında onlar arasında yazılı formada borc müqaviləsi bağlanmalı və müqavilənin qanunla müəyyən edilmiş bağlanma qaydasına riayət edilməli idi; 3) tərəflər arasında həqiqətən 33.428,40 manat məbləğdə pul vəsaitinin borc kimi İddiaçı2 tərəfindən Cavabdeh1 verilməsini təsdiq edən heç bir sübut məhkəmə araşdırılması zamanı təqdim edilməmiş və həmin hal məhkəmə araşdırılması zamanı İddiaçı2 tərəfindən sübuta yetirilməmişdir. İddiaçının tələbi yalnız iddia ərizəsində göstərilən və məhkəmə iclasında inkar edilmiş əsassız xüsusatlarla əsasl andırılmışdır; 4) İddiaçı2 16 fevral 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 “ev almaq üçün qaytarmaq şərtilə” borc pul verdiyini göstərdiyi halda (5.10-cu bənd), hazırkı iddia ərizəsində “mənzil şəraitinin yaxşılaşdırılması üçün” borc verildiyini göstərmişdir. Bu cür dəyişdirmənin səbəbi o olmuşdur ki, Cavabdeh1 artıq 2012-ci ildə Ankara şəhərində özü və ailəsi üçün ev almışdı (5.3-cü bənd). Hazırkı iş üzrə şahid olan Y.Hüseynova isə tərəflər arasında nikahın pozulması ilə bağlı iş üzrə ekspertiza tədqiqatı zamanı 31 may 2021-ci il tarixdə keçirilmiş “psixoloji söhbət-müsahibə” zamanı bildirmişdir ki, Zamin Ankarada davadərman işinə baxmış, özü isə həkim işləyərək Ankara şəhərində ev almışlar (MEM-in 21 iyun 2021-ci il tarixli 11/144 nömrəli rəyi). Tərə flər arasında nikahın pozulması ilə bağlı iş üzrə şahid qismində dindirilmiş hazırkı iş üzrə İddiaçı2 isə həmin iş üzrə bildirmişdir ki, uşağın müalicəsinə 80000 dollar pul xərcləmiş, Zamin uşağın adına olan hesabdakı pulu götürərək ev almış və qızını evdən çıxarmışdır (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(006)-362/2021 nömrəli qətnaməsi). Ümumiyyətlə, məhkəmə “tərəflərin şifahi borc münasibətlərində olmasını” müəyyən edərkən, bunun detallarını, öhdəliyin yaranıb-yaranmaması, əgər borc kimi alınmış bir məbləğ vardırsa onun nə vaxt icra ediləcəyi barədə sübutların olmasını araşdırmalı idi; 5) Məhkəmənin İddiaçı2in iddiasını təsdiq edən sübutlar qismində bank köçürmələri barədə qəbzlərə istinad etməsi də tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qəbzlərin heç biri İddiaçı2in adından Cavabdeh1 pul köçürülməsi barədə deyil. Bu qəbzlər iddiası rədd edilmiş İddiaçı1 və İddiaçı3in adından köçürülən pullar barədədir ki, onların da iş prosesi ilə əlaqədar köçürülməsini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdə ümumiyyətlə İddiaçı2in adı keçmir və ona aidiyyəti yoxdur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) 2(103)-6922/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı2 ilə Cavabdeh1 arasında şifahi formada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, məhkəmə iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadəsinə əsaslanaraq pulun verilməsi halını müəyyən edilmiş hesab edir.

18. Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna, birinci instansiya məhkəməsinin araşdırmasına təqdim edilmiş bank qəbzlərinin isə həmin fəaliyyət çərçivəsində həyata keçirilən əməliyyatların təsdiqi olduğuna istinad etsə də, məhkəmə qarşısında bu halları hər-hansı sübutla təsdiq edə bilməmişdir.”

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 739.1-ci və 741-ci maddələrinə istinad la əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunması hissədə ləğv ediməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmuşdur.

22. Ali Məhkəmənin Mülki kollegiyasının 01 may 2023-cü il tarixli qərarı ilə (hakimlər; V.Məmmədov-sədrlik edən, Z.Əliyev və A.Abbasov) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qərtnaməsi İddiaçı2 cavabdeh X1 qarşı ilddiasının təmin olunması hissədə ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin heç birinə konkret münasibət bildirməmiş, onlara hüquqi qiymət verməmiş, hansı dəlillərlə razılaşdığını, hansılarla razılaşmadığını öz aktında əsaslandırmamış, sadəcə “...apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur,...” məzmunda ifadədən istifadə etməklə kifayətlənmişdir.

24. İşə apellyasiya məhkəməsində yenidən baxılarkən işin faktiki və hüquqi halları dəyərləndirilməklə, tərəflər arasında hansı mülki hüquq münasibətlərinin yarandığı dəqiqləşdirilməli, apellyasiya şikayətinin hər bir dəlilinə ayrılıqda hüquqi qiymət verilməli, ş ikayətdə qeyd edilən hallara aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. O cümlədən, İddiaçı2in “onun qızı ilə Cavabdeh1 boşanmasa idilər pulu geri istəməyəcəyi” barədə izahatının iddiaçının mübahisəli pul məbləğini borc müqaviləsi üzrə deyil, bağışlama müqaviləsinə əsasən cavabdehə verdiyinə dəlalət edib-etməməsi məsələsinə də qiymət verilməlidir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və K.H.Əkbərov) 2(103)-4330/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-260/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, yoxlanılan İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi və iddia tələbinin həmin hissədə rədd olunması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində xx.xx.2021-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, İddiaçı2in qızı, Cavabdeh1 keçmiş arvadı Y.Səfərova izahatında qeyd etmişdir ki, pulu ev almaq üçün atasından o istəyib, Zamin həmin vaxt onun atası ilə danışmırdı, pulu istəyəndə nə vaxt qaytaracağını bildirməmiş, demişdir ki, özü işləyib qaytaracaq, 2019-cu ilin iyun ayında qaytarmışdır, 2020-ci ildə Zaminlə ayrılmışdır (1-ci cild, i/v 143).

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bununla İddiaçı2dən pulun Cavabdeh1 yox, iddiaçını n qızı Y.Səfərovaya verilməsi barədə Cavabdeh1 dəlili təsdiq olunur. Eyni zamanda, apellyasiya şikayətinin İddiaçı2in Cavabdeh1la münasibətlərinin yaxşı olmaması barədə dəlili də öz təsdiqini tapır.

28. Məhkəmə göstərmişdir ki, İddiaçı2 tərəfindən Cavabdeh1 borc verilməsi barədə biri digərini tamamlayan sübut təqdim olunmamışdır.

29. Birinci instansiya məhkəməsi iddiaçının sübut qismində təqdim etdiyi pul köçürmələrinə dair bank qəbzlərinə və vəsatəti üzrə dindirilmiş şahid ifadəsinə əsaslanaraq pulun cavabdheh Cavabdeh1 verilməsinin müəyyən olunmuş hesab etmişdir.

30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, həmin pul köçürmələrinə dair bank qəbzlərində pulun iddiaçı tərəfindən Cavabdeh1 verildiyi müəyyən edilmir, çünki həmin qəbzlər onların adına deyil. Bundan başqa, qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

31. Apellyasiya məhkəməsinin qənaətinə görə İddiaçı2 tərəfindən Cavabdeh1 borc pul məbləği verilməsinə dair biri digərini tamamlayan və təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübut təqdim edilmədiyindən, əksinə İddiaçı2 qızı Y.Səfərova birinci instansiya məhkəməsində verdiyi izahatında Cavabdeh1la evli olduğu vaxt pulu atasından özü üçün istədiyini, işləyib qaytaracağını bildirdiyini, pulun isə 2019-cu ildə qaytarıldığını qeyd etdiyindən, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməm əlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı2 (nümayəndə və vəkil Nümayəndə2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığından əsassız və qanunsuzdur. Belə ki, apellyasiya instansiya məhkəməsində ikinci icraat zamanı apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçıya, yəni İddiaçı2 məlumat verilməmişdir. Belə halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.1-ci maddəsinin tələblərini pozaraq işin baxılmasını təxirə salmalı olduğu halda, iş ə iddiaçının iştirakı olmadan baxmışdır. Bununla da Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə işə baxarkən yalnız cavabdeh tərəfin apellyasiya şikayətinə iş materiallarında olan sübutların məcmusu qaydada qiymət verməmiş, cavabdehin sübuta əsaslanmayan ümumi sözlərlə ifadə olunan apelllyasiya şikayətini tam sübut kimi qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətinin onun birinci instansiya məhkəməsində verdiyi izahatla ziddiyyət təşkil etməsinə diqqət yetirməmiş, qətnamədə buna qiymət verməmişdir. Məhkəmə əsas sübut kimi, birinci instansiya məhkəməsinin iclas protokoluna istinad edərək iddiaçının qızı, cavabdehin arvadı Y.Səfərovanın izahatında göstərilmiş, pulu ev almaq üçün atasından o istəyib, Zamin həmin vaxt onun atası ilə danışm ırdı, pulu istəyəndə nə vaxt qaytaracağını bildirməmiş, demişdir ki, özü işləyib qaytaracaq, 2019-cu ilin iyun ayında qaytarmışdır sözlərinə əsaslanmaqla İddiaçı2dən pulun Cavabdeh1 yox, iddiaçının qızı Y.Səfərovaya verilməsi barədə Cavabdeh1 dəlilinin təsdiq olunması qənaətinə gəlmişdir. Məhkəmə bu izahata tənqidi yanaşmamış, borcun iddiaçının qızı vasitəsi ilə cavabdehin almasına əhəmiyyət verməmişdir. Eyni zamanda Y.Səfərovanın pulu aldıqdan sonra həmin pulu nə etməsi barədə fikir bildirməmişdir. Məhkəmə qətnamədə Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə istinad edərək, kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir, müddəasına istinad etmişdir. Lakin Ali Məhkəmənin göstərişində göstərilən xüsusatlar ye ni məhkəmə baxışı zaman araşdırılmamış, yalnız cavabdehə münasibətdə birtərəfli şərh edərək qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmal ıdır.

37. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

40. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

41. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. İddiaçının kassasiya şikayətinin dəlilləri iddiia ərizəsinin, özünün apellyasiya şikayətinin və məhkəmə iclaslarında iddiaçı tərəfin verdiyi izahatların məzmununa uyğundur, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla, iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 01 may 2023-cü il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razıla şır və həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

55. Apellyasiya məhkəməsində işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada İddiaçı2 məlumatlandırılmaması barədə kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına görə həm İddiaçı2, həm dlə onun vəkili və nümayəndəsi yaşadığı ünvana məhkəmə bildirişi və mobil telefon nömrəsinə SMS bildiriş göndərilməklə işə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış, onların istifadə etdikləri ***-***-**-** və ***-***-**-** telefon nömrələrinə çatdırılmışdır.

56. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Həmin dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaə tə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4330/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar