Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1871/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13328/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-4230/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.B. Cavadzadə) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsinə qarşı “dəymiş maddi zərərə görə 5.000 manat, mənəvi zərərə görə 3.000 manat, cəmi 8.000 manat pul tələbinə dair” iddiası rədd edilib. İddiaçılar qətnamədən apelyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13328/2019 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçılar qətnamədən kasasiya şikayəti veriblər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, cavabdeh təşkilatın qanunsuz hə rəkətləri nəticəsində dəymiş maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 3.000 manat, cəmi 8.000 manat pulun tutulub onları ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olm ayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili xxx kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili xxx un izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini haz ırki mülki mübahisə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin əsassız olmasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinin və digər maddi, prosessual hüq uq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, cavabdeh təşkilatın İddiaçı2 ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubla müəyyən olunur ki, iddiaçı, xx xxxxx 2019-cu il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin tələbinə zidd olaraq idarə etdiyi “Qaz 33021 yük” markalı, **-BJ -*** dövlət nömrə nişanlı avtomaşının kuzasının arxa divarına dövlət qeydiyyat nişanını təkrar yazdırmadığına görə Bakı şəhərinin kənar dairəvi yolunda yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılıb və onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi üzrə “inzibati xəta haqqında” protokol tərtib edilib və avtomaşın yol hərəkətindən kənarlaşdırılaraq mühafizə olunan duracaqda yerləşdirilib. İşin qeyd olunan halları və iddiaçının yol hərəkəti qaydalarını pozması yol-patrul avtomobilində quraşdırılmış kamera vasitəsi ilə qeydə alınan video görüntü ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda araşdırma zamanı İddiaçı2 yol verdiyi inzibati xətanın aşkar edilməsi və onun sənədləşdirilməsi zamanı yol patrul xidməti əməkdaşı tərəfindən hər hansı hüquqazidd hərəkətlərə yol veril məsi halları müəyyən edilməyib. Apelyasiya instansiya məhkəməsi sadalanan sübutları, o cümlədən kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı2 etibarnamə əsasında idarə etdiyi “Qaz 33021 yük” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, onun barəsində xx xxxxx 2019-cu il tarixli “inzibati xəta haqqında” protokol tərtib edilərək, sözügedən avtomobil cərimə meydançasında yerləşdirilib və xx xxx 2019-cu il tarixli qərarla İddiaçı2 50 manat cərimə edilib. Hazırda iddiaçılar cavabdeh təşkilatın qanunsuz hərəkətləri nəticəsində onlara 5.000 manat maddi, 3.000 manat mənəv i zərər olmaqla, cəmi 8.000 manat zərər dəydiyini iddia edirlər. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçılar sözügedən protokolu, həmin protokol əsasında qəbul edilmiş inzibati qərarı inzibati icraat qaydasında mübahisələndirməyiblər və sözügedən inzibati protokol, qərar ləğv edilməyib və bu gün də qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əm lakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları tədqiq e dib müəyyən etmişdir ki, iddiaçılar iddia ərizəsində cavabdeh təşkilatın təqsiri üzündən onlara 5.000 manat maddi, 3.000 manat mənəvi zərər dəydiyini iddia etsələr də, tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və c avabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. İddiaçılar kasasiya şikayətində sözügedən inzibati xətanın törədilib-törədilməməsinin hazırki mülki mübahisəyə aidiyyətinin olmadığını, onların tələbinin cavabdeh təşkilatın əməkdaşlarının öz səlahiyyətlərindən sui-istifadə edərək istifadələrində olan avtomobili qanunsuz olaraq cərimə meydançasına yerləşdirmələri və bunun nəticəsində onlara yuxarıda göstərilən məbləğdə maddi, m ənəvi zərər dəydiyini iddia etsələr də kasasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, İddiaçı2 sözügedən inzibati xətaya yol verməsi və nəticədə onun müvafiq inzibati məsuliyyətə cəlb edilməsi işin mübahisə olunmayan halıdır. İşin bu halı inzibati xəta haqqında protokolla, qərarla da təsdiq olunur. İddiaçılar özləri də kasasiya şikayətində bu faktı inkar etmirlər. Digər tərəfdən sözügedən avtomobilin cavabdeh təşkilatın əməkdaşları tərəfindən saxlanılmasına əsas kimi həmin avtomobilin arxa hissəsində təkrar dövlət qeydiyyat nişanının yazılmaması göstərilir. Azərbaycan Respublikası İXM-nin 96.1, 96.1.2-ci maddələrində göstərilir ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda...fiziki şəxslər nəqliyyat vəsatəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılır. Göründüyü kimi sözügedən nəqliyyat vasitəsinin (arxa hissəsində) dövlət qeydiyyat nişanlarından biri olmadığına görə İddiaçı2 sözügedən nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılıb və həmin nəqliyyat vasitəsi müvəqqəti olaraq polis orqanının müəyyən etdiyi mühafizə olunan duracağa yerləşdirilib. Ümumiyyətlə işdə, sözügedən nəqliyyat vasitəsində aşkar edilmiş nasazlığın iddiaçılar tərəfindən saxlanılan anda aradan qaldırılmasına hər hansı cəhd göstərilməsinə dair heç bir sübut yoxdur, ona görə də kasasiya şikayətinin dəlilləri tam əsassızdır. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorların kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şik ayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13328/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1871/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1871/2020
30.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver