Məhkəmə qərarları › İş №2(102)-1875/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1875/2021

03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1875/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1576/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: “Kia Cerato” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən 2017-ci ilin dekabr ayında etibarnamə əsasında İddiaçı 15.600 manata satılmış və sonuncu da həmin avtomobili etibarnamə əsasında X2 17.100 manata satmışdır. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, göstərilən avtomobil X1 “Bank VTB”-dən götürülmüş kreditin müqabilində girov qoyulduğuna baxmayaraq, onun tərəfindən verilmiş etibarnamə əsasında avtomobilin mühərrik, ban və dövlət qeydiyyat nömrələri qanunsuz dəyişdirilməklə bir neçə nəfərə satılmış, avtomobili alan İddiaçı isə onu Orxan Tağıyevə satmışdır. Məmməd Şıxıyevin banka olan borcunun ödənilməsinin təmin olunması məqsədi ilə avtomobil mübahisə həll olunan a qədər “Bank VTB”-yə təhvil verilmişdir. 2018-ci ildə Orxan Tağıyev iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilə görə İddiaçı ödədiyi 17.100 manatın ondan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin may ayında İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin hərəkəti nəticəsində ona maddi və mənəvi ziyan dəyməsini əsas göstərməklə cavabdehlərə avtomobilə görə ödədiyi 15.600 manatın, avtomobilin təmirinə sərf etdiyi 1500 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın və ona dəymiş mənəvi ziyana görə 500 mana tın tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-314/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: R.S.Şirinov) iddia tam təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək mübahisəli avtomobilin bazar dəyərinin 15.600 deyil, ondan az olmasını, məhkəmə nəticəsinin işin həqiqi hallarına uyğun olmamasını, mübahisənin maddi hüquqi əsaslarının düzgün müəyyən olunmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1576/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və A.A.Mahmudov) cavabdehin apellyasiya şikayəti qismə n təmin edilərək İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-314/2020 saylı qətnaməsi qismən, cavabdehdən avtomobilin təmirinə görə 1500 manatın tutulmasına dair hissədə ləğv edilərək iddianın həmin hissədə rədd olunması, qətnamənin qalan hissədə - 15.600 manatın tutulmasına dair hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri etirazın dəlilləri, məhkəmə icraatı İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək iddiaçının avtomobilə dair müqavilənin onunla yaxud digər cavabdehlə bağlanmasının araşdırılmamasını, avtomobilin qiymətinin düzgün müəyyən olunmamasını, avtomobilin bazar qiymətinin daha ucuz olmasını, işin həqiqi hallarının müəyyən olunması üçün işin tam və hərtərəfli araşdırılmasının təmin olunmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə etirazın dəlilləri İş üzrə İddiaçı vəkili kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1576/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüq uq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülk i qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi bütövlükdə mübahisələndirildiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 kassasiya şikayətində avtomobilin İddiaçı kim tərəfindən satılmasının araşdırılmamasını iddia etsə də, işdən görünür ki, o işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq nə birinci instansiya məhkəməsində və nə də, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəməyə gəlməmiş və qanunla müəyyən olunmuş qaydada ona qarşı yönəlmiş tələbin əsassız olmasını sübuta yetirməyə cəhd göstərməmişdir. İşə baxılarkən məhkəmə instansiyalarında isə Azər Əbdürəhmanov avtomobili məhz Cavabdeh1 almasını təsdiq etmişdir. Belə olduqda, avtomobilin iddiaçıya kimin tərəfindən satılmasının araşdırılmamasına dair kassasiya şikayətinin dəlili əsaslı sayıla bilməz. Bundan başqa, Cavabdeh1 bir tərəfdən avtomobilin onun tərəfindən iddiaçıya satılmasını inkar etsə də, digər tərəfdən avtomobilin tələb olunandan az dəyərə malik olmasını iddia etməklə mahiy yət etibarı ilə ziddiyyətli dəlil irəli sürmüşdür. İddiaçıdan avtomobilə görə 15.600 manat məbləğində pul alınmaqla ona həmin məbləğdə ziyan dəydiyindən, iddiaçının məhz həmin məbləğin ona qaytarılması barədə iddia qaldırması əsaslı olmuşdur. Belə olan halda avtomobilin dəyəri daha aşağı olması barədə cavabdehin dəlili heç bir əhəmiyyət kəsb etmir. Çünki iddiaçıya dəymiş ziyanın məbləği ondan əsassız olaraq avtomobilə görə alınmış pulun məbləği ilə müəyyən olunur. İşdən görünür ki, tərəflərin irəli sürdükləri dəlillər işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılmış və müəyyən olunmuş sübutlar iddianın qismən təmin olunması üçün əsas vermişdir. Göstərilənlərlə əlaqədar, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1576/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar