Məhkəmə qərarları › İş №2(102)-1878/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1878/2025

24.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1878/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, etibarsız əqd, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-256/2025 nömrəli 04 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 24 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2023-cü tarixli akta əsasən, alıcı İddiaçı, satıcı Cavabdeh1 ona məxsus ünvan1ndə yerləşən 10 sot torpaq sahəsini 18500 (on səkkiz min beş yüz) manata almışdır. 2. xx.xx.2023-cü tarixli akta əsasən, alıcı İddiaçı, satıcı Cavabdeh2 ona məxsus ünvan1ndə yerləşən 10 sot torpaq sahəsini 18500 (on səkkiz min beş yüz) manata almışdır. 3. xx.xx.2023-cü tarixli akta əsasən, alıcı İddiaçı satıcı Cavabdeh1 ona məxsus ünvan1ndə yerləşən 12 sot torpaq sahəsi üzərində yerləşən “YYY” kolbasa sexini 35000 (otuz beş min) manata almışdır. 4. "Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" 25 mart 2024-cü il tarixli qərara əsasən aparılmış təhqiqat araşdırması zamanı tərəflərin izahatı alınmış və Cavabdeh1 verdiyi izahatda bi ldirmişdir ki, o, İddiaçı müəyyən müddətdir tanıyır. İddiaçı və cavabdeh qismində olan onun yoldaşı Cavabdeh2 və onun arasında olan şəriklik müddətində tərtib olunmuş aktlara əsasən 23000 manat puldan ümumilikdə iddiaçıya 13000 manat borcu qalmışdır. İddiaçı onun barəsində yazdıqları şər və böhtandır. Tərəflər arasında borc öhdəlik münasibətləri mövcud olduğu üçün Azərbaycan Respublikası MM-nin 324-cü maddəsində nəzərdə tutulmuş, mülki hüquq münasibətləri yarandığı üçün qarşılıqlı münasibətlər mülkü qanunvericilik əsasında tənzim olunmalı olduğundan, eyni zamanda toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətinin tərkib əlamətləri olmadığından, material üzrə hüquqi qiymət verilməsi mümkün olmamışdır. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və İddiaçı tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan2ndə yerləşən 12 sot torpaq sahəsinə görə onun tərəfindən verilmiş 18500 manat, həmin torpaq sahəsi üzərində olan kolbasa sexinin yarısına görə 35000 manat və ünvan1ndə yerləşən 10 sot torpaq sahəsinə görə 18500 manat olmaqla, ümumilikdə 72000 manat pulun və 306 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 təxminən 1 ildir ki, tanıyır. O, əvvəllər XXX adlanan bazarda meyvə-tərəvəz və kimyəvi malların satışı ilə məşğul olmuşdur. Həmin vaxtdan Cavabdeh1 ilə münasibəti yaranmış, o, iddiaçıya təklif etmişdir ki, ucuz qiymətə torpaq yerləri var, istəsə ona sata bilər. 2023-cü ilin noyabr ayında iddiaçı Cavabdeh1la görüşmüş və satmaq istədiyi həmin sahəyə getmişlər. Cavabdeh iddiaçıya onun satmaq istədiyi ünvan1ndə yerləşən magistral yolun kənarında ayrı-ayrı 2 torpaq sahəsini göstərmiş və bildirmişdir ki, 10 sot olan torpaq sahəsi arvadı Cavabdeh2 adına, digər 12 sot olan torpaq sahəsi isə onun öz adınadır. İddiaçı torpaq sahələrini bəyəndiyi üçün, hər birinin qiymətini ayrı-ayrılıqda 18500 manata razılaşmışdır. Bir necə gün sonra ünvan 3-nın yaxınlığında iddiaçı dostu X3la birlikdə cavabdehlər Cavabdeh1 və arvadı Cavabdeh2 ilə görüşmüşdür. İddiaçının cavabdehlərlə görüşməkdə məqsədi Gəncə şəhər 1 saylı Notariat Kontorunda alqı-satqını rəsmiləşdirmək olmuş, birlikdə həmin Notariat ofisində olmuşlar. Orada sənədlərə baxıldıqdan sonra torpaqlara aid sənədlər olmadığına görə alqı-satqının rəsmiləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Hər iki tərəf öz aralarında razılaşaraq, akt tərtib etməklə alqı-satqını öz aralarında rəsmiləşdirmişlər. Bu məqsədlə onlar 10 noyabr 2023-cü ildə hər torpağın alqı-satqısına dair 4 nəfərin iştirakı ilə Akt tərtib etmişlər. Bundan sonra, Cavabdeh1 iddiaçıya aldığı torpaq sahəsinin içərisində olan kolbasa sexinin 50%-ni 35000 manata almağını təklif etmişdir. Həmin sexi almağına dair 35000 manatı verməsi barədə də aralarında ayrıca Akt tərtib olunmuşdur. İddiaçı tərtib etdikləri Aktlar zamanı cavabdehlərlə razılaşmışdır ki, cavabdehlər 3 ay ərzində torpaqların və sexin hüquqverici sənədlərini düzəltməli və onlar alqı-satqını notariusda başa çatdırmalıdırlar. Cavabdehlər həmin vədlərinə əməl etmədiklərinə görə, iddiaçı məcbur olub Gəncə şəhər Prokurorluğuna müraciət etmiş, ərizəsi oradan Gəncə şəhər Baş Polis İdarəsinə göndərilmiş, 1-ci Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı tərəfindən araşdırma aparılaraq, xx.xx.2024-cü ildə cinayət işi başlanmasının rədd edilməsi" haqqında qərar qəbul edilmişdir.

7. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, o, iddiaçının dostudur. İddiaçının bildirdiyi torpaq sahələrinin və o, sahələrdən birinin üzərində olan sexin iddiaç ı tərəfindən alınması barədə məlumatı var. Alqı-satqını rəsmiləşdirmək üçün iddiaçı və cavabdehlərlə birlikdə o da notariusa getmiş, lakin alqı-satqı baş tutmamışdır. Tərəflər arasında olan aktda şahid qismində imza etmişdir.

8. Birinci instansiya məhkəməsində şahid X1 bildirmişdir ki, iddiaçının atasıdır, oğlunun həmin torpaq sahələrini və kolbasa sexini almasında şifahi məlumatı var və digər şahidin dediklərini eynilə təsdiq edir.

9. Göygöl Rayon Məhkəməsinin 2(066)-787/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 72000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 306 manatın tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. (hakim Mübariz Məmmədov)

10. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən qeyd etmişdir k i, tərəflər arasındakı borc müqaviləsi üzrə cavabdehlərin iddiaçıya 72000 manat məbləğində borcu yaranması tam təsdiq olunduğundan, həmin vəsait ondan tutularaq iddiaçıya ödənilməli, həmçinin ödənilmiş rüsumun əvəzi olaraq 306 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.1, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya cəmi 13000 manat borcu qalıb. Aktlara əsasən ona 23.000 manat pul verilmiş və o, pulun 10000 manatını iddiaçıya qaytarmışdır. xx.xx.2023-cü il tarixdə onların arasında 2 ədəd Akt imzalanmış və həmin aktlarda göstərilmişdir ki, alıcı İddiaçı, satıcı Cavabdeh1 ona məxsus ünvan1ndə yerləşən 10 sot torpaq sahəsini 18.500 manata almışdır; Alıcı İddiaçı, satıcı Cavabdeh2 ona məxsus ünvan1ndə yerləşən 12 sot torpaq sahəsini 18500 manata almışdır. Həmin 2 Akt tərtib edildikdən sonra, aradan 2 ay keçmiş xx.xx.2024-cü il tarixdə 3cü akt tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, alıcı İddiaçı satıcı Cavabdeh1 ona məxsus ünvan1ndə yerləşən 12 sot torpaq sahəsi üzərində yerləşən “YYY” kolbasa sexini 35.000 manata satmışdır. Cavabdehin məqsədi iddiaçını aldatmaq olmuşsa, onda nəyə görə o, 2 aydan sonra kolbasa sexinin 50%-nin ondan alınmasına dair 3-cü aktı tərtib etdirirdi? Hər 3 Aktda göstərilmişdir ki, aktda qeyd edilən əmlakları o, satmışdır. Onlar torpaq sahələrini və kolbasa sexinin 50%-ni satırdısa satılan əmlakların pulu həmin an ödənilməli idi. Lakin iddiaçı 72.000 manat pulu ödəmədiyi üçün onunla notariata getməmişdir. Məhkəmə iş üzrə iddiaçının şahidlərini dindirmiş və onların qətnamədə göstərilən izahatlarını nəzərə çatdırmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən təmin edilmiş şahid X3 bildirmişdir ki, o, iddiaçının dostudur. İddiaçının bildirdiyi torpaq sahələrinin və o sahələrdən birinin üzərində olan sexin iddiaçı tərəfindən alınması barədə məlumatı var və alqı-satqını rəsmiləşdirmək üçün iddiaçı və cavabdehlərlə birlikdə notarius ofisinə o da getmişdi r və alqı-satqı baş tutmamışdır və onun da iştirakı ilə onlar arasında olan aktda şahid qismində imza etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təmin edilmiş şahid X1 bildirmişdir ki, iddiaçının atasıdır, oğlunun həmin torpaq sahələrini və kolbasa sexini almasında şifahi məlumatı var və digər şahidin dediklərini eynilə təsdiq edir. Məhkəmə iddiaçıya və eləcə də onun şahidlərinə sual verib alqı-satqı pulunun harada verildiyini və kimlərin iştirakı ilə verilib-verilməmədiyi aydınlaşdırmamış və heç bir əsas olmadan da 72.000 manat məbləğində pulu qanunsuz olaraq cavabdehlərdən tutmuşdur. Onun əməlində dələduzluq əlamətləri olsaydı Gəncə Baş Polis İdarəsi onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etməzdi. Məhkəmə faktiki olaraq Mülki Məcəllədən çıxarıl mış alqı-satqı faktını guya müəyyən etmişdir. Lakin 72000 manat məbləğində pulun ona verilməsinin təsdiqinə dair heç bir araşdırma aparmamış və iddiaçının deməsinə görə yaxın dostlarının iştirakı ilə tərtib edilmiş aktlara istinad etmişdir. Bir gündə tərtib edilən aktlar üzrə pullar verilmiş olsaydı, aktlarda göstərilərdi ki, alıcı İddiaçı 72000 manatı vermiş, satıcılar Cavabdeh1 və Cavabdeh2 isə 72000 manatı almışdır. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olmuşdur. Məhkəmə işin hallarını tam araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-256/2026 nömrəli, 04 fevral 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi C avabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mustafa Mustafayev (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Rəhman Muradov)

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, işin mübahisə olunmayan hallarına görə xx.xx.2023-cü tarixli akt ilə alıcı (iddiaçı), satıcı Cavabdeh1 ona məxsus ünvan1ndə yerləşən 10 sot torpaq sahəsini 18.500 (on səkkiz min beş yüz) manata almışdır. xx.xx.2023-cü tarixli akt ilə alıcı (iddiaçı) satıcı Cavabdeh2 ona məxsus ünvan1ndə yerləşən 10 sot torpaq sahəsini 18.500 (on səkkiz min beş yüz) manata almışdır. xx.xx.2023-cü tarixli akt ilə alıcı (iddiaçı) satıcı Cavabdeh1 ona məxsus ünvan1ndə yerləşən 12 sot torpaq sahəsi üzərində yerləşən “YYY” kolbasa sexini 35.000 (otuz beş min) manata almışdır. Alqısatqı ilə bağlı tərəflər arasında notarial qaydada təsdiqlənmiş müqavilələr olmasa da, qeyd olunan aktlar tərəflər arasında torpaq sahəsinin və kolbasa sexinin alqı-satqısı ilə bağlı münasibətlərinin mövcud olduğuna dəlalət edir. Aktın saxtalığı və ya imzaların saxtalalaşdırılması ilə bağlı tərəflər arasında heç bir mübahisə yoxdur. Tərəflər verdikləri izahatlarda da, aktların bağlanma səbəblərini ətraflı şəkildə izah etmişlər.

16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddiaçıya borclu olduğunu, həmin borcdan 10.000 manatı qaytardığını və hazırda 13000 manat borcu qaldığını etiraf etmişdir. Cavabdeh aktlara əsasən iddiaçının ona 23000 manat pul verdiyini və pulun 10000 manatını iddiaçıya qaytarmasını qeyd edir. Lakin torpaqların alqı-satqısı ilə bağlı 2 aktda cəmi 37000 manat (18.500+18.500) qeyd olunduğu halda cavabdeh nə üçün 23000 manat borclu olmasını əsaslandıra bilməmişdir. Həmçinin, həmin borcun 10000 manatını iddiaçıya qaytarmasını qeyd etsə də, cavabdeh bununla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu baxımdan apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

17. Apellyasiya instansiyası məhkəməsi onu da diqqət çatdırmışdır ki, apellyasiya baxışında tədqiq edilmiş video və audio yazılarına tədqiq edilərkən müəyyən edilmişdir ki, Cavabdeh1 özünün və Cavabdeh2 məxsus torpaq sahəsini aktlar əsasında iddiaçıya hər birini 18.500 satdığını və iki torpaq sahəsini sənədləşdirərək iddiaçının adına keçirəcəyini bildirmiş, digər video yazıda isə sat dığı kolbasa sexinin yarısını növbəti iş günündə iddiaçının adına sənədləşdirəcəyini qeyd etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətlərlə bağlı bildirmişdir ki, tərəflər daşınmaz əmlakın alqı-satqısı ilə bağlı qarşılıqlı razılaşma əsasında akt tərtib etmişlər. Lakin daşınmaz əmlakla bağlı əqdin notarial qaydada bağlanması ilə əlaqədar tələblərə riayət etməmişlər. Həmçinin, iddiaçı ilə Cavabdeh1 “YYY” kolbasa sexini 35000 manata alqı-satqısı barədə akt tərtib etsələr də, əqdin notarial qaydada bağlanması ilə əlaqədar tələblərə riayət etməmişlər.Tərəflər arasında bağlanmış əqdlər etibarsız əqd olmaqla tərəflər üçün heç bir hüquqi nəticə doğurmur. Lakin tərəflər əqd üzrə aldıqlarını bir-birinə qaytarmalıdırlar.

19. Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüq uqu ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən hesab etmişdir ki, tərflər əqd üzrə aldıqlarını qaytarmalı olduqlarından iddiaçının tələbi haqlıdır və birinci instansiya məhkəməsi cavabdehlərdən hər iki torpaq sahəsinə görə ödənilmiş 37000 manat və kolbasa sexinə görə ödənilmiş 35000 manat pulun alınaraq iddiaçıya ödənilməsi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 144.2, 144.3, 337.1, 337.5, 1091.1, 1091.2, 1092.1-ci və Mülki Prosessual Məcəllənin 77.1ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti Mülki Məcəllənin 144-cü, MPM-in 217, 271 və 372-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etsə də, həmin normaların tələblərinə riayət etməmişdir. Cavabdeh1 özünün və Cavabdeh2 məxsus torpaq sahəsini aktlar əsasında iddiaçıya hər birini 18500 satmağı barədə razılaşmışlar. Cavabdeh1 ona razılaşma ilə bağlı 23000 manat verildiyini qeyd etmişdir. Sonradan alqı-satqıların rəsmiləşdirilməsi mümkün olmadığından iddiaçıya bu torpaqların əvəzinə başqa 0.20 ha torpaq sahəsi satılmışdır (notariat qaydasında) və Cavabdeh1 aldığı 23000 man at puldan iddiaçıya notariusdan çıxdıqdan sonra 10000 manatı qaytarmışdır. Aktlar əsasında alqı-satqı nəzərdə tutulmuş torpaq sahələrinə görə 37000 manat pul ödənilməmişdir. Həmin pulun ödənilməsi barədə iş materiallarında heç bir sübut mövcud deyil. Tərəflər arasında bağlanmış əqdlər etibarsız əqd olmaqla tərəflər üçün heç bir hüquqi nəticə doğurmur. Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını pozaraq şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamamışdır. Belə ki, apellyasiya şikayətindən görünmüşdür ki, apellyasiya şikayətini elektron qaydada Cavabdeh1 tərəfindən imzalansa da, apellyasiya şikayətində Cavabdeh2 adı qeyd edilmişdir. Həmçinin iddia ona qarşı qaldırıldığından məhkəmə iddianı təmin edərkən i şdə olan sübutları düzgün qiymətləndirməmişdir. Cavabdeh1 məxsus torpaq sahəsinin 18500 manat satılması barədə aktda və həmçinin kolbasa sexinin 50%-ni iddiaçıya satılması barədə aktların heç birində Cavabdeh2 imzası yoxdur. Məhkəmələr iddia tələbini Cavabdeh2 münasibətdə təmin edərkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X2 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi il ə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhk əməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində Cavabdeh1 qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 münasibətdə təmin edilən hissəsi olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavab dehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 1521-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübutetmə yükünü düzgün bölüşdürmüşdür.

32. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

33. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, Cavabdeh1 şikayətində sonradan alqısatqıların rəsmiləşdirilməsi mümkün olmadığından iddiaçıya bu torpaqların əvəzinə notariat qaydasında 0.20 ha başqa torpaq sahəsi satmasını, aldığı 23000 manat puldan iddiaçıya notariusdan çıxdıqdan sonra 10000 manatı qaytarmasını göstərmişdir.

34. Qeyd edilməlidir ki, iddiaçıya torpaqların əvəzinə notariat qaydasında 0.20 ha başqa torpaq sahəsi satması barədə kassasiya şikayətinin bu dəlili yeni olmaqla, işin faktiki halları ilə əlaqəlidir.

35. Məhkəmə kollegiyası izah edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan, üstəlik, işin faktiki hallarının müəyyənləşməsinə yönələn yeni dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Apellyasiya şikayəti elektron qaydada Cavabdeh1 tərəfindən imzalansa da, apellyasiya şikayətində Cavabdeh2 adının qeyd edilməsi barədə dəlil isə qeyrimüəyyəndir. Həmçinin nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlamışdır.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şika yəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-256/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar