Məhkəmə qərarları › İş №2(102)-188/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-188/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-188/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, iddiaçını öülümü ilə iş üzrə icraata xitam verilməsi, iddianın əmlak xarakterli olması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2(103)-5592/2024 nömrəli qərardadından İddiaçı1 arvadı İddiaçı2 verdiyi kassasiya şikayəti üzrə işə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları

1. Yasamal Rayon Məhkəməsinin 9 avqust 2021-ci il tarixli qərarına əsasən, İddiaçı1 barəsində 7 noyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin 5 yanvar 2023-cü il tarixli, 1(004)-12/2023-cü il nömrəli hökmü ilə İddiaçı1 bəraət verilmişdir.

2. İddiaçı1 qanunsuz olaraq, 08 avqust 2021-ci il tarixdən 26 sentyabr 2023-cü il tarixədək (2 ildən çox müddətə) təqsirləndirilən şəxs statusunda olmaqla, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qətimkan tədbiri kimi həbsdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək barəsində “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 18 yanvar 2024-cü il tarixdə iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 31000 manat, peyvəndlə bağlı məcburi müalicə xərclərinə görə 1081 manat, vurulmuş mənəvi zərərə görə 50000 manat məbləğində, sağlamlığına vurulmuş zərərə görə 100000 manat və hüquqi yardım üçün ödənilmiş 830 manat, cəmi 182.911 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal rayon Prokurorluğunu, Bakı şəhəri Yasamal rayon Polis İdarəsini və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

5. Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1413/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı1 xeyrinə 5800 manat məbləğində mənəvi zərərin və iddiaçı tərəfindən ödənilmiş 830 manat məbləğində vəkil xərcinin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Ramin Xəlilov) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Cavabdeh Azər baycan Respublikasının Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı1 apellyasiya baxışının gedişində – 09 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5592/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, e-2(006)-1413/2024 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2024-cü il tarixdə vəfat etməsini göstərərək iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir.

11. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mül ki Prosessual Məcəlləsinin 58.1 və 261.0.7-ci maddələri əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

13. İddiaçının arvadı İddiaçı2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Apellyasiya in stansiya məhkəməsi göstərilən prosessual hüquq normasının tələblərini pozaraq, iddiaçının vərəsəsi, yəni arvadı X1 olduğu halda məhkəmə onu mərhumun hüquqi varisi kimi əvəz etməmişdir.Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin Plenumunun xx.xx.2008ci il tarixli qərarına əsaslanaraq, mənəvi zərərlə bağlı olan hissədə iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquqi varisliyinə yol verilmədiyini göstərsə də, lakin iddia tələbi həm maddi, həm də mənəvi tələb olduğu halda yalnız mənəvi zərəri əsas tutaraq, iş üzrə icraata xitam vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 56.0.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bəraət almış təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Maddə 58.3.4. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə müdafiəçiyə ödənilmiş pul məbləğinə görə kompensasiya verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə h əmin tərəfi onun hüquqi varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” “03” noyabr 2008-ci il 7№-li Qərarı Bənd

4. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir. İddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat etdikdə bu tələb vərəsəlik üzrə keçir. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

17. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

18. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. İddia tələbi mənəvi və maddi zərərlə bağlı olmuşdur. Birinci instans iya məhkəməsi hər iki zərər növü üzrə iddianı qismən təmin etmiş, cavabdehdən mənəvi zərərin əvəzi kimi 5800 manat, iddiaçı tərəfindən vəkilə çəkilmiş xərcin əvəzi olaraq 830 manat məbləğində pul tutmuşdur.

20. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının ölümü əsası ilə iş üzrə icraata xitam verərkən mənəvi zərərin ödənilməsi tələbinin iddiaçının şəxsiyyəti ilə bağlı olmasına, buna görə də həmin tələb üzrə hüquq varisliyinə yol verilməməsinə və bununla əlaqəli olan Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinad etmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

22. Əvvəla, işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mənəvi zərərlə dey il, həmçinin maddi zərərin ödənilməsi (cinayət işi üzrə vəkilə çəkilmiş xərcin) ilə də bağlı olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə tam icraata xitam vermişdir.

23. Halbuki apellyasiya instansiyası məhkəməsini özünün gətirdiyi dəlillərə əsasən maddi zərərə aid hissədə iş üzrə icraata xitam verilə bilməzdi. Çünki Cinayət Prosessual Məcəllənin 58.3.4-cü maddəsinin tələbləri baxımından müdafiəçiyə ödənilmiş pul məbləği hazırki iddiada maddi zərər qismində çıxış edir.

24. Bundan əlavə, Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 4-cü bəndində göstərilib ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddialarda iddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzr ə icraata xitam verilməlidir.

25. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun istinad edilən qərarında da mənəvi zərərin ödənilməsi ilə bağlı iddialarda iddiaçının ölümü ilə iş üzrə xitam verilməsi bir halla şərtləndirilib ki, bu da iddiaçının qətnamə qəbul edilənə kimi vəfat etməsidir. Başqa sözlə, Ali Məhkəmənin Plenumunun həmin qərardakı mövqeyindən belə qənaət hasil olur ki, qətnamə qəbul ediləndən sonra iddiaçının vəfat etməsi halı iş üzrə icraata xitam verilməsinə əsas ola bilməz.

26. Hazırki işdə isə iddiaçı ölənə kimi birinci instansiya məhkəməsinin qətnaməsi artıq var idi.

27. Bu baxımdan, Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarına istinad edilməklə hazırki işin halları baxımından iş üzrə icraata xitam verilməsi düzgün olmamışdır.

28. Mənəvi zərərin ödənilməsi tələbinin iddiaçın ın şəxsiyyəti ilə əlaqədar olması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə gəldikdə, məhkəmə kollegiyası bununla bağlı bir neçə məqama diqqəti cəlb etməyi zəruri hesab edir.

29. İlkin olaraq qeyd ediləmlidir ki, mənəvi zərərin fiziki şəxsin şəxsiyyəti ilə əlaqədar olması mübahisə doğurmur.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilibi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

31. Mənəvi zərərin tutulması ilə bağlı qanunvericilik aktlarında əks edilən normaların (CPM, 58.2-ci maddə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziy anın ödənilməsi haqqında” Qanun, 5-ci maddə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, 12-ci maddə) məzmunundan, eləcə də, mənəvi zərərin vətəndaşın anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verməsinin nəticəsi olması barədə Konstitusiya Məhkəməsi Plenumunun şərhindən də belə qənaətə gəmək olar ki, mənəvi zərər tələbi onu irəli sürən şəxsin şəxsiyyəti ilə bağlıdır.

32. Həmçinin Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində ol an vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

33. Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsindən də belə nəticəyə gəlmək olar ki, mənəvi zərər və belə bir tələb şəxsə bağlı tələbdir.

34. Lakin pulla ifadə edilən mənəvi zərər tələbinin şəxsə bağlılığı bu barədə həmin tələbin bəyan edilməsinə (müvafiq iddia tələbi irəli sürülməsinə, bu barədə qarşı tərəfə yazılı pretenziya göndərilməsinə) qədər davam edir. Tələb bəyan ediləndən sonra isə mənəvi z ərərin ödənilməsi ilə bağlı tələb hüququ artıq əmlak tələbi vəziyyətinə keçir. Bu zaman tələbin hər hansı, o cümlədən məhkəməyəqədər və ya məhkəmə müstəvəsində hansı mərhələdə olması, eləcə də qətnamənin qanuni qüvvəyə minib-minməməsinin heç bir əhəmiyyəti yoxur.

35. Mənəvi zərərin qeyri-əmlak xarakterli kompensasiyası (məsələn, üzr istənilməsi) tələbi zərərçəkənin şəxsiyyəti ilə bağlı olduğundan bu tələb üzrə hüquq varisliyinə yol verilmir və güzəşt edilmir.

36. Mənəvi zərərin kompensasiyasının digər üsullarından fərqli olaraq mənəvi təzminat tələbləri üzrə şəxsiyyətə bağlılıq zərərçəkənin bu tələb hüququndan istifadə anınadək davam edir. Bu andan etibarən mənəvi təzminatın ödənilməsi tələbi əmlak hüququna çevrildiyindən həmin hüququn zərərçəkənin vərəsələri tərəfindən təqibi mümkündür. B elə tələbin isə güzəşt edilməsi və miras yolu ilə keçməsinə hər hansı hüquqi maneə yoxdur.

37. Zərərçəkənin bu hüququndan istifadəsi onun zərərvurana qarşı mənəvi təzminat tələbini irəli sürməsini ehtiva edir. Bu cür tələb zərərçəkənin məhkəmədə cavabdehə qarşı iddia qaldırması və ya məhkəmədənkənar qaydada (yazılı pretenziya) tələb irəli sürməsi ilə də ifadə oluna bilər.

38. Mənəvi zərərə dair tələb hüququ sahibi tərəfindən bəyan edildiyi halda mənəvi zərəri tələb etmək hüququ şəxsə bağlı olmaq vəziyyətindən çıxmış olur. Yəni mənəvi zərərin istənilməsi bir tələb olaraq irəli sürüldüyü andan etibarən şəxsi hüquq olma vəziyyətindən çıxaraq əmak hüququna çevrilir. Bu andan etibarən əmlak tələbi kimi mənəvi zərər tələbi başqalarına güzəşt edilə bilər və ya miras qaydasında vərəsələrə keçə bil ər. Bunun əksi fərz edilsə, hüquqazidd əmələ uğrayan və zərərçəkmiş şəxs vəziyyətində olan şəxs deyil, hüquqa zidd hərəkətə yol vermiş olan şəxs əlverişli mövqe əldə etmiş olar.

39. Hüquq nəzəriyyəsində də hakim mövqe bundan ibarətdir ki, mənəvi zərər (təzminat) iddiası baxımından şəxsə bağlılıq yalnız hüququn istifadəsinə qərar verilməsinə qədər davam edir. Bu hüquqdan istifadə edildikdən sonra başqaları (hüquq varisləri) tərəfindən həmin hüququn tətbiqi və həyata keçirilməsi mümkündür. Mənəvi zərərlə bağlı şəxsə bağlılıq vəziyyəti zərər çəkmiş şəxs tərəfindən bu barədə tələbin irəli sürülməsinə qərar verildikdən sonra bununla bağlı hüquqi hərəkətlərin edilməsini və ödəniləcək mənəvi zərərin məhz mənəvi zərər məruz qalmış şəxsə verilməsini zəruri etmir.

40. Şərh edilənlərdən belə nəticəyə gəlmək olar ki, bəyan ediləndən sonra mənəvi ziyanın ödənilməsi ilə bağlı tələb hüququ artıq əmlak tələbi vəziyyətinə keçir, əmlak tələbinin güzəşt edilməsi və miras yolu ilə keçməsini istisna edən qayda isə yoxdur.

41. Çünki Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

42. Bu baxımdan, mənəvi zərərin əvəzinin pulla ödənilməsi ilə bağlı iddialarda iddiaçının məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat etməsi və ya hətta belə iddianın rədd olunması (iddiaçının öldüyü halda) da tələbin əmlak xarakterini dəyişmir.

43. Qeyd edilənlərə uyğun olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin gə ldiyi nəticə və MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə icraat xitam verməsi düzgün olmamışdır. Hazırki işin müəyyən edilmiş halları baxımından barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verir.

44. Beləliklə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş prosessual hüquq varisliyi və sonrakı digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 arvadı İddiaçı2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5592/2024 nömrəli, 4 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş s onrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyasına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar