Məhkəmə qərarları › İş №2(102)-1881/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1881/2022

06.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1881/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: çıxarışın ləğv olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-268/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi, İşin halları: Tovuz rayonu Alakol Bələdiyyəsinin 03 dekabr 2004-cü il tarixli 12 saylı qərarı ilə Bələdiyyəyə məxsus 800 kv.metr ölçüdə torpaq sahəsinin rayonun Alakol kənd sakini İddiaçı satılması qərara alınmış və bununla əlaqədar Bələdiyyə ilə İddiaçı arasında 06 dekabr 2004-cü il tarixli alqı-satqı aktı tərtib edilmişdir. 14 sentyabr 2012-ci il tarixdə həmin torpaq sahəsi (0,08 ha) Tovuz Rayonunun Alakol kəndinin sakini Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2016-cı ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsini dəyərini ödəməklə 03 dekabr 2004-cü i l tarixdə Bələdiyyədən almasına baxmayaraq həmin torpaq sahəsinin 0,06 hissəsinə dair Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsini əsas göstərməklə həmin torpaq sahəsinə dair Cavabdeh adına verilmiş 14 sentyabr 2012-ci il tarixli Reyestr nömrəsi **********75 olan Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək İddiaçı onun mülkiyyətində olan Alakol kəndində yerləşən 0,06 ha torpaq sahəsini özünə məxsus torpaq sahəsinə birləşdirməklə ona həmin torpaq sahəsindən istifadə etməyə imkan verməməsini əsas göstərməklə İddiaçı ona məxsus 0,06 ha torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-2/2009 saylı, 24 yanv ar 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Q.Y.Baxşıyev) İddiaçı iddiası təmin, Cavabdeh qarşılıqlı iddiası isə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək mübahisəli torpaq sahəsinin İddiaçı satılmasına dair 03 dekabr 2004-cü il tarixli qərarın sonradan saxta yolla tərtib edilməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2169/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – N.N.Quliyev (sədrlik edən və məruzəçi), Ə.G.Abdullayev və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti qis mən təmin edilərək Tovuz Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(062)-2/2009 saylı qətnaməsi qarşılıqlı iddianın rədd olunmasına dair hissədə ləğv edilmiş, qarşılıqlı iddianın təmin edilib İddiaçı Cavabdeh mülkiyyətində olan Tovuz rayonunun Alakol kəndində yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Kassasiaya instansiyası məhkəməsində birinci icraat İddiaçı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə razılaşmayaraq onun ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7578/19 saylı, 03 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – V.Ə.İbayev (sədrlik edən və məruzəçi), A.K.Kalbalıyev v ə Ə.M.Rüstəmov) kassasiya şikayəti təmin edilərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-268/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilərək Tovuz Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(062)2/2019 saylı qətnaməsi qarşılıqlı iddianın rədd olunmasına dair hissədə ləğv edilmiş, qarşılıqlı iddianın təmin edilib İddiaçı Cavabdeh mülkiyyətində olan Tovuz rayonunun Alakol kəndində yerləşən 0,06 ha torpaq sahəsi ndən çıxarılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək qətnamənin ekspertlərin ziddiyyətli və natamam rəyləri əsasında sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan i stifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 239.2 Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam həcmdə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdən göründüyü kimi təkrar apellyasiya baxışı zamanı işə yalnız qarşılıqlı iddia tələbinə dair hissədə baxılmış və həmin iddia təmin olunmuşdur. Qarşılıqlı iddia tələbinə görə İddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin 0,06 ha hissəsini zəbt etməklə onun həmin sahədən istifadə etməsinə imkan vermir. Həmin iddia tələbi üzrə cavabdeh İddiaçı isə bununla razılaşmır və müvafiq sənədlər təqd im etməklə həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə Bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinin hansı ərazidə yerləşməsi, onun koordinatları, döngə nöqtələri müəyyən edilməmişdir. Müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə Cavabdeh verilmiş və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, həmin torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə aid deyildir və göstərilən səbəblərdən İddiaçı tərəfindən həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin əldə edilməsi mümkün olmamışdır. Apellyasi ya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan 0,06 ha ölçüdə torpaq sahəsi Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 239.2-ci maddələrinə əsaslanaraq qarşılıqlı iddianın əsaslı olması barədə nəticəyə gəlmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-268/2021 nömrəli iş üzrə 13 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar