Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1886/2020 01.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin sədri X3, vəkili Aydınbəyov Xanlar Mustafa oğlunun, Cavabdeh1 vəkili X oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, x nömrəli MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi cavabdehlər Cavabdeh1, C avabdeh2nə, Cavabdeh3nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanında 0,89 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.m olan iki mərtəbəli digər təyinatlı qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasına dair X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli çıxarışının ləğv olunması və həmin obyekt üzərində «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) xx xxxxxx 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Əsədo v (sərlik edən və məruzəçi), M.Həsənov və Z.Zeynalov) xx xxxxxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edilib, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər v ə işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən X6 və vəkili Aydınbəyov Xanlar Mustafa oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materillarından görünür ki: Saatlı rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2010-cu il tarixli 21 saylı qərarı ilə “Pioner düşərgəsi” yarımçıq tikilisi torpaq sahəsi ilə birlikdə Saatlı Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Qeyri-yaşayış binasının bələdiyyənin mülkiyyətində olduğunu təsdiq edən müvafiq çıxarış verilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan Ərazi İdarəsinin xx xxxxxx 2011-ci il tarixli, seriya MA ******* saylı çıxarışına görə, Saatlı şəhər Şeyx Yusif küçəsi 1 ünvanında 0,87 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.m olan iki mərtəbəli digər təyinatlı qeyri-yaşayış binası Saat lı Bələdiyyəsinin adına dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3, mülkiyyətində olan Saatlı şəhər Şeyx Yusif küçəsi 1 ünvanında 0,87 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.m olan iki mərtəbəli digər təyinatlı qeyri-yaşayış binasını Saatlı şəhər sakini X1. Sonuncunun adına, mülkiyyət hüququnu təsdiq edən xx xxxxxx 2011-ci il tarixli çıxarış verilmişdir. xx xxxxxx 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 xüsusi mülkiyyətində olan Saatlı şəhər Şeyx Yusif küçəsi 1 ünvanında 0,87 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.m olan iki mərtəbəli digər təyinatlı qeyri-yaşayış binasını Bakı şəhər sakini Cavabdeh1 satmışdır. İddiaçı tərəfindən mübahisələndirilən, ünvan 3 ünvanında 0,87 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.m olan iki mərtəbəli digər təyinatlı qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir və onun adına mülkiyyət hüququnu təsdiq edən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən verilmiş, 1- nömrəli reyestr kitabının 98 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmış xx xxxxxx 2012-ci il tarixli çıxarış verilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinin və tikilinin qanuni mülkiyyətçisi (istifadəçisi) qismində təqdim etməklə ərizə vermiş, mülkiyyət hüququnu təsdiq edən çıxarışı ləğv etməklə öz mülkiyyət hüququnun bərpasını tələb etmişdir. İddiaçı mülkiyyət hüququnun bərpasını ümumi şəkildə tələb etsə də mahiyyətcə cavabdehin mülkiyyət sənədinin ləğv edilməsini və sözügedən əmlakı sahibliyinə qaytarılmasını istəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi haqqında rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən vurğulamışdır ki, Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən sənədə qədər, mübahisəli qeyri-yaşayış sahəsinə dair- hüquqi nəticələrə səbəb olan müxtəlif hüquqi faktlar vardır. Belə ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında torpaq sahəsi və üzərindəki yarımçıq tikili Cavabdeh3 mülkiyyətinə verilmişdir. Bundan sonra, əmlak Saatlı Bələdiyyəsinin adına mülkiyyət h üququ üzrə dövlət qeydiyyatına alınmış, sonra Cavabdeh3 həmin əmlakı alqı-satqı müqaviləsi əsasında X2, onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, X7 da həmin əmlakı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. İddiaçı- Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarını, Cavabdeh3 mülkiyyət sənədini, həmin əmlaka dair alqı-satqı müqavilələrini, X4 mülkiyyət sənədini mübahisələndirmədən birbaşa sonuncu sənədi mübahisələndirmişdir ki, bu da əsassızdır. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşaraq bildirir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Kollegiya işə apelyasiya instansiyası məhkəməsində baxılarkən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmələri, bu tələblərin araşdırılmaması və onlara hüquqi qiymət verilməməsinə dair kassatorun dəlilini əsaslı saymır. Ona görə ki, Mülki Prosessual Məcəllənin 372.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2(102)-1886/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1886/2020
01.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver