Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1887/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, mənəvi zərər, mənəvi zərərin məbləği, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)1065/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərba ycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh Balakən Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri, baş mama-ginekoloqu vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının qüvvədə olan 03 oktyabr 2013-cü il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş “Doğuşun induksiyası və stimulyasiyası üzrə” klinik protokolun qaydalarını pozaraq, “Kesar” kəsiyi cərrahiyyə əməliyyatına tibbi göstəriş olmadığı halda, “42 həftə hamiləlik, latent faza, baş gəlişi, döl başının hündürdə duruşu” diaqnozu ilə xəstəxanaya müraciət etmiş İddiaçı üzərində 28 mart 2017-ci il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə yolu ilə cərrahiyyə əməliyyatı icra edərək, qadın cinsli dir i uşaq çıxarmış, İddiaçı qarın boşluğunu lazımi qaydada təftiş etməyərək, qarın boşluğunda 10x12 sm ölçüdə konqlomerat (tampon) qoyaraq, qarının ön divarlarını qat-qat tikmişdir. Qarın boşluğunda uzun müddət yad cismin qalması İddiaçı ümumi halsızlığa, yüksək hərarətə, baş gicəllənməyə, zəifliyə, çənbər bağırsağın perforasiyasına və irinli peritonitin inkişaf etməsinə səbəb olmuşdur ki, bu da həyat üçün təhlükə təşkil edən ağırlaşmalara gətirib çıxartmışdır. Bununla əlaqədar İddiaçı 27 sentyabr 2017-ci il tarixdə X2 Mərkəzində təkrar cərrahiyyə əməliyyatına məruz qalmış, əməliyyat zamanı isə böyük piyliyin bir hissəsi və bağırsaq 50x60 sm ölçüdə rezeksiya olunaraq kəsilib götürülmüşdür. Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh yuxarıda qeyd olunan əməllər ə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 1 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti olaraq tətbiq olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ilə Cavabdeh və onun müdafiəçisi Vəkil1, zərərçəkmiş şəxs İddiaçı və onun nümayəndəsi, Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü baxılan ap ellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarı ilə Cavabdeh müdafiəçisi Vəkil1 və zərərçəkmiş şəxs İddiaçı nümayəndəsi, Vəkil3 kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanılmışdır. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 26 oktyabr 2020-ci il tarixli rəyinə əsasən İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı adı na “X2 Mərkəzi”ndə tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 27.09.2017-ci il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Kiçik çanaqda kistoz törəmə. Kəskin qarm” diaqnozu düzgün təyin olunmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə həyati göstərişlə onun üzərində “Absesin” ləğvi, böyük piyliyin rezeksiyası” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişi zamanı yad cisim “Tampon” aşkar olunaraq götürülmüş, böyük piyliyin və bağırsağın bir hissəsi rezeksiya olunmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı abdominal ultrasəs və qarın boşluğunun icmal rentgenoqrafiya müayinələri aparılmış və müayinələrə əsasən, onun üzərində icra edilmiş “Absesin ləğvi. Böyük piyliyin rezeksiyası” cərrahiyyə əməliyyatı ilə əlaqədar hal -hazırda onun sağlamlığına təhlükə törədəcək hər hansı bir patologiyanın olduğu müəyyən edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyana görə 5933 manat və 16225 avro, mənəvi ziyana görə 50000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cinayət işi üzrə hüquqlarını müdafiə etmək üçün vəkil xərclərinə görə 650 manat pul vəsaiti ödəmişdir. Daha sonra iddiaçı Balakən rayonunda qeydiyyatda olduğuna baxmayaraq, həyat yoldaşının işi ilə əlaqədar Bakı şəhərində kirayə yaşamış, cinayət işi Balakən Rayon Məhkəməsində və Şəki Apellyasiya Mə hkəməsində baxılarkən məhkəmədə iştirak etmək üçün 1080 manat yol xərcləri olmuşdur. Bundan başqa baş vermiş hadisə nəticəsində qalın bağırsağının bərpa olunması üçün yenə üzərində cərrahiyyə əməliyyatı aparılmalıdır. Bununla bağlı Almaniyada çalışan işçilərlə nümayəndəsi arasında müəyyən yazışmalar aparılmış və hökmün tərcümə olunmuş variantı tələb olunmuşdur. Buna görə də hökm tərcümə olunmuş və Almaniyaya nümayəndəsinin elektron poçt vasitəsilə göndərilmişdir. Hökmün tərcüməsi üçün tərəfindən 200 manat pul vəsaiti ödənilmişdir. Almaniyada çalışan işçilərlə yazışmalar nəticəsində bildirilmişdir ki, ancaq qiyabi məsləhət üçün 800 avro pul vəsaiti tələb olunur. Almaniya klinikalarında müayinə xərci 3437 avrodan başlayaraq 5425 avroya qədər, əməliyyatın aparılması üçün 8000 - 10000 avroya q ədər pul vəsaiti tələb olunur. Bundan əlavə bir nəfər üçün Azərbaycandan Almaniyaya və Almaniyadan Azərbaycana “AZAL” şirkətindən satılan təyyarəyə gediş-gəliş uçuş bileti 915-973 manat pul təşkil edilir. Ümumilikdə Almaniyada müayinə və əməliyyat aparılması üçün 16225 avro pul vəsaiti tələb olunur. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 16225 avro və 5933 manat miqdarında: 3000 manat - müayinə və əməliyyat aparılmasına görə; 650 manat vəkil xərcləri; 1080 manat - yol xərcləri; 200 manat - tərcümə haqqı; 973 manat - təyyarə bileti üçün; 30 manat - dövlət rüsumu; 16225 avro müayinə və əməliyyat xərcləri maddi ziyan dəymişdir. Bundan əlavə həmin hadisələr nəticəsində iddiaçı mənəvi cəhətdən əzab və sarsıntı keçirmişdir. Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2( 019)-21/2021 nömrəli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyana görə 1785,84 manat və 650 manat olmaqla, cəmi 2435,84 manatın və mənəvi ziyana 3000 manatın, ümumilikdə 5435,84 manatın tutulub, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk olaraq göstərmişdir ki, Cavabdeh iddia tələbi ilə bağlı İddiaçı üzərində tibbi əməliyyatı düzgün aparmamasında özünü təqsirli bilməməsini göstərsə də, iddiaçının məhz cavabdehin ehtiyatsızlığı ilə təqsiri nəticəsində xəsarət alması, təkrar cərrahi əməliyyata məruz qalaraq böyük piyliyinin və bağırsağının bir hissəsinin kəsilərək götürülməsi qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmü ilə öz təsdiqini t apmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh ehtiyatsızlığı nəticəsində İddiaçı üzərində uğursuz qeysər kəsiyi əməliyyatının aparılması, iddiaçının təkrar cərrahi əməliyyata məruz qalaraq böyük piyliyinin və bağırsağının bir hissəsinin kəsilərək götürülməsi və uzun müddət müayinə və müalicə olunaraq, ağrı, iztirab və sarsıntı keçirməsi, nəticədə cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1097.3, 1099.2, 1112, 1115, 1117, 1118.1, 1118.2, 1118.3-cü, Cinayət-Prosessual Məcəlləsinin 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respubl ikası Qanununun 1, 51-ci maddələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı ona həkim səhlənkarlığı nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Cavabdeh qarşı məhkəməyə müraciət etmək hüququ vardır və onun həmin tələbi qismən əsaslıdır. Vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən məhkəmə göstərmişdir ki, həkim səhlənkarlığı nəticəsində həkim reseptləri üzrə iddiaçının müalicəsi üçün dərman vəsaitlərinin alınmasına 1785,84 manat məbləğində pulun ödənilməsi İddiaçı, onun nümayəndəsinin izahatları və Şahid ifadəsi, həmçinin “Paşa-K" aptekinin 23 dekabr 2020ci il tarixli arayışı ilə öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Vəkil3 Balak ən Rayon Məhkəməsində İddiaçı nümayəndəsi qismində məhkəmə proseslərində iştirak etmiş, həmçinin həmin vəkil Balakən Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayəti vermiş və həmin hökmdən apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsində keçirilən məhkəmə proseslərində zərərçəkmiş şəxs İddiaçı nümayəndəsi qismində iştirak etməklə onun hüquqlarını müdafiə etmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermiş, həmçinin hazırki iddianı hazırlamış və hazırki iş üzrə məhkəmə proseslərində 3 dəfə iştirak etmiş, istər sözügedən cinayət işi, istərsə də hazırki iş üzrə məhkəmə proseslərinə Bakı şəhərindən gəlmiş, bu proseslərdə İddiaçı hüquqlarını müdafiə etmişdir. Zərərçəkmiş şəxs İd diaçı tərəfindən məhkəmə proseslərində onun hüquqlarının müdafiəsi üçün Vəkil3 hüquqi yardım üçün cəmi 650 manat pul ödənilmişdir. Maddi ziyan kimi tələb edilən 650 manat vəkil xərci ağlabatan məbləğ hesab edilməli və bu 650 manat vəkilə ödənilən xərc tələbi hissəsində təmin olunmalıdır. Məhkəmə, maddi ziyan tələbinin müayinə və əməliyyatın aparılmasına görə 3000 manat, yol xərclərinə görə 1080 manat, tərcümə xərcinə görə 200 manat və təyyarə biletinin alınmasına görə 973 manat tələbləri hissəsində əsassız hesab etmişdir. Belə ki, iddiaçı həmin məbləğlərdə ona maddi ziyan dəyməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bu tələb hissələrində iddia tələbinin əsaslığını sübut edə bilməmişdir. Təqdim edilən müayinə və müalicə sənədlərində iddiaçının müayinə və ə məliyyata görə 3000 manat xərc çəkməsi müəyyən olunmur. Həmçinin iş materiallarından görünür ki, 973 manat təyyarə bileti alınmamış və həmin biletin alınması üçün hələ xərc çəkilməmişdir. İddiaçı Almaniya Federativ Respublikasına gələcəkdə getmək üçün bu xərcin gələcəkdə çəkiləcəyinin ehtimal edildiyini qeyd edir. Eyni zamanda iddiaçı Almaniya Federativ Respublikasına nə vaxt gedəcəyi vaxtı göstərməmiş və həmin gedəcəyi vaxtda ehtimal etdiyi təyyarə biletinin məhz 973 manat olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı avtomaşını icarəyə götürməsinə görə "xxxx" Rent Car MMCyə ödəməsi qeyd edilən 1080 manat yol xərcinin məhz cavabdehin qanunsuz hərəkətləri ilə səbəbli əlaqədə olması və cavabdehin tələb edilən bu 1080 manat ziyanın ödənilmə sində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən həmin arayışda avtomaşının icarə haqqı kimi 1080 manat pulun ödənilməsi göstərilsə də, iddiaçının hansı markada və nömrədə avtomaşını hansı vaxta icarəyə götürməsi, həmin avtomaşının gündəlik icarə haqqının və icarəyə götürülən hansı vaxt ərzində icarə haqqının nə qədər təşkil etməsi göstərilməmiş və iddiaçı tərəfindən göstərilən məbləğdə icarə haqqı ödənişini təsdiq edən hər hansı mədaxil qəbzi və ya digər ödəniş sənədi məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, məhkəmə proseslərində iştirak üçün iddiaçının məhz avtomaşın icarəyə götürməklə həmin avtomaşında məhkəməyə gəlmək zərurəti iş materialları ilə təsdiqini tapmır və iddiaçı da bu xüsusda hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmçinin 200 manat tərcümə xərcinin cavabdehin hansı qanunsuz əməli ilə səbəbli əlaqədə olması, məhz cavabdehin bu əməli nəticəsində zərurət olaraq həmin 200 manat məbləğdə xərc çəkməsi və həmin 200 manat məbləğdə ehtimal edilən ziyanın vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu 200 manat tələb hissəsində də iddia tələbinin əsaslığını sübut edə bilməmişdir. Bu xüsusda həmin 200 manat tərcümə xərcinin ödənilməsinin göstərildiyi qəbz cavabdehin iddiaçıya həmin 200 manat tələb edilən məbləğdə ziyan vurmasını təsdiq etmir və sübut etmir Daha sonra məhkəmə maddi ziyanın 16225 avro tələbi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı onun üzərində aparılmış əməliyyatdan sonra bağırsağın və böyük piyli yin bərpası əməliyyatının ölkədən kənarda aparılmasının zəruriliyi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı onun Azərbaycan Respublikasında və ya hər hansı başqa ölkədə deyil, məhz Almaniya Federativ Respublikasında müayinə və əməliyyat olunması zərurətini, bunun həyati əhəmiyyət daşımaqla mütləq qaydada baş verməli olmasını, tələb etdiyi 800 avro, 5425 avro və 10000 avro olmaqla ümumilikdə qiyabi məsləhət, müayinə və əməliyyata 16225 avro vəsait sərf edəcəyini və cavabdehin qanunsuz hərəkətləri ilə hələ çəkilməyən və çəkilməsi ehtimal olunan ziyanla səbəbli əlaqədə olmasını, cavabdehin hələ çəkilməyən və çəkilməsi ehtimal edilən bu 16225 avro ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən və faktların eyni qaydada uzlaşması ilə birmənalı nəti cəyə gəlməyə əsas yaradan hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir Digər tərəfdən, 26 oktyabr 2020-ci il tarixli ekspert rəyində İddiaçı üzərində icra edilmiş “Absesin ləğvi, Böyük piyliyin rezeksiyası” cərrahiyyə əməliyyatı ilə əlaqədar halhazırda onun sağlamlığına təhlükə törədəcək hər hansı bir patologiyanın olduğunun müəyyən edilmədiyi qeyd edilmişdir. Məhkəmənin isə həmin ekspert rəyində göstərilənlərə şübhə ilə yanaşmaq üçün heç bir əsası yoxdur və iddiaçı da belə bir əsasın olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddianın 50000 manat mənəvi ziyan tələbi hissəsi üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent işlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad etməkdə göstərmişdir ki, iş üzrə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının cavabdehin həkim səhlənkarlığı ilə təqsiri nəticəsində xəsarət alması və təkrarən cərrahi əməliyyata məruz qalaraq böyük piyliyinin və bağırsağının bir hissəsinin kəsilərək götürülməsi iddiaçıda mənəvi və fiziki sarsıntı və iztirablara səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehin həkim səhlənkarlığı ilə bağlı xəsarət alması və əvvəlki sağlamlığının bərpa olunmaması nəticəsində onun çəkdiyi mənəvi və fiziki ağrı, sarsıntı və iztirabların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. İşin hallarına hüquqi qiymət verən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının şəxsi hüquqlarına edilən qəsd kifayət qədər ciddi olsa da, mənəvi zərər hissəsində iddia tələbi şişirdilmiş və reallıqdan qopardılmışdır. Mənəvi ziyan barədə iddia tələbinin tam həcmdə təmin edilməsi şübhəsiz ki, cavabdehi müflis edər, özünü və ailəsini maddi cəhətdən çətin vəziyyətə salmış olardı. Belə olan halda bu, demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz. Cavabdehin nümayəndəsi, vəkilinin məhkəmədə verdiyi izaha tından görünür ki, cavabdeh 566,60 manat əmək haqqı alır, onun başqa qazancı (gəliri) yoxdur. Ailəsi vardır. Həmçinin cavabdeh iddiaçıya qarşı törətdiyi əmələ görə cinayət cəzasına məruz qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 50000 manat mənəvi ziyan tələbi 3000 manat hissəsində təmin edilməli, bu məbləğdən artıq məbləğ tələbi hissəsində isə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı və Cavabdeh ayrı-ayrılıqda Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(019)-21/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsi ilə (hakim V.İ.Məlikovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Ş.Hüseynovdan və R.R.Rə fiyevdən ibarət tərkibdə) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(019)-21/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, həmin məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamən in ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilərək onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MM-in 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin təqsiri üzündən iddiaçının həyat üçün əhəmiyyətli orqanının bir hissəsinin itirilməsini nəzərə almamış, bunun ona mənəvi əzabın gətirilməsin i nəzərə almamışdır. Həmçinin məhkəmə maddi ziyanı müəyyən edərkən iddiaçının ikinci dəfə əməliyyat olunmasını, müalicə almasını nəzərə almamışdır. Məlumdur ki, müalicənin davam etməsi müəyyən xərclər tələb edir və iddiaçı həmin pul vəsaitini xərcləmişdir. Həmçinin apellyasiya məhkəməsi MPM-in 14.1, 82.1, 82.4, 88, 174.2-ci maddəsinin tələblərini pozaraq təqdim olunmuş bütün sübutlara lazımi qaydada hüquqi qiymət verməmiş və iddianı qismən təmin etmişdir. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1099 və 1112-ci maddələri düzgün tətbiq olunmamışdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi hökm və qərarlarından görünür ki, Cavabdeh Balakən rayon X5 hüquqı şəxsinin əmək müqaviləsi ilə işləyən həkim mamaginekoloqu olmuş və xəstəxanaya daxil olan xəstə xəstəxanada qeydiyyatdan keçirilib müvafiq tibbi müayinə olunduqdan sonra xəstəxananın əməliyyat blokunda əməliyyata göstəriş əsasında cərrahi əməliyyata alınmışdır. Balakən rayon X5 hüquqı şəxsinin həkiminin səhlənkarlığı nəticəsində xəstəyə vurulmuş zərərin ödənilməsi həkim tərəfindən deyil, əməliyyat aparılan tibb müəssisəsi olan Publik hüquqi şəxs tərəfindən ödənilməlidir. Həmçinin apellyasiya məhkəməsi Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələri nin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının tələblərini pozmuşdur. Belə ki, hazırki mülki mübahisədə real maddi zərər öz təsdiqini tapmamışdır. Aptek müdiri olmayan şəxsin imzası ilə verilmiş “Paşa-K” firmasının arayışına və xərc sənədi sayılmayan həkim resepturalarına əsasən şəxsin maddi ziyan çəkməsi qənaətinə gəlmək mümkün deyildir. Sübutların qiymətləndirilməsində apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Daha sonra iddiaçıya cərrahiyyə əməliyyatı etməklə səhlənkarlıq nəticəsində onu sağlamlığına zərər vurmuş cavabdehin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü və qərarları ilə müəyyən olunsa da, həmi n əməl nəticəsində iddiaçıya hansı maddi və mənəvi zərərin dəyməsi məhkəmələr tərəfindən müəyyən olunmamışdır. İddiaçıda patologiyanın olması müəyyən edilmədiyi halda, onda hər hansı əlillik yaranmadığı halda, mənəvi zərər mövcud olmamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərlə qarşılıqlı olaraq tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zə rərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-cü maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 111 8.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəti cəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlı qlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığı na xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirmə klə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılma lıdır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi zərərin tutulması hissəsində maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə qanuni və əsaslı hesab olunmalıdır. Bununla belə iddianın mənəvi zərər hissəsi üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə həmin hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk olaraq maddi zərərin əvəzinin tutulması ilə bağlı hər iki tərəfin kassasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin səhlənkarlığı nəticəsində iddiaçının səhhətinə zərər vurulması işin mübahisəsiz halıdır və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Odur ki, hazırki mübahisənin predmetini yalnız vurulmuş zərərin məbləği təşkil edir. Belə olan halda, iddianın həmin hissədə həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutları mötəbərliyi və işə aidiyyəti üzrə qiymətləndirərək yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhk əmə qətnamədə mövqeyini tam əsaslandırılmış, hər bir sübuta ayrı-ayrılıqda hüquqi qiymət vermiş və iddianı maddi ziyan hissəsinin yalnız sübut olunan hissəsində təmin etmişdir. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır. Cavabdehin kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası izah edir ki, iddiaçının tibb müəssisəsində əmək müqaviləsi əsasında işləməsi iddianın ona qarşı irəli sürülməsini istisna etmir. Belə ki, iddiaçıya zərər məhz cavabdehin səhlənkarlığı nəticəsində vurulmuşdur. Azərbaycan Respublikası MM-in 1099-cu maddəsi ilə işəgötürənin işçinin törətdiyi deliktə görə məsuliyyətini müəyyən edir. Lakin həmin müddəa zərərçəkənin bilavasitə işçiyə qarşı iddia irəli sürüm ək hüququnu məhdudlaşdırmır. Məhkəmə kollegiyası hesab edir ki, əksinə qeyd olunan maddə zərərçəkən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə ona işçidən deyil, istədiyi halda işəgötürəndən (və ya hər ikisindən) təzminat almaq hüququnu verir. Odur ki, apellyasiya məhkəməsi tərəfindən MM-in 1099 və 1112-ci maddələrinin tələblərinin pozulması müəyyən olunmamışdır. Daha sonra mənəvi ziyanın tutulması ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyanın yaranması üçün zərərçəkən şəxsin aldığı xəsarətin ağırlıq dərəcəsi, onun əlil olması zəruri olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmin hallar yalnız bu zərərin məbləğinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edə bilər. Hazırki halda isə cavabdehin təqsiri nəticəsində iddiaçının s əhhətinin pozulması, onun uzun müddət ərzində ağrılardan əziyyət çəkməsi və təkrar cərrahiyyə əməliyyatına məruz qalması mübahisəsiz olduğu üçün ona mənəvi zərərin vurulması da aşkardır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini müəyyən edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarındakı izahı və Ali Məhkəmənin Plenumunun tövsiyələrini pozmuş, işin hallarını və iddiaçının çəkdiyi iztirabları tam nəzərə almamış və cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə cəmi 3000 manat məbləğində pulun tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 28 mart 2017-ci ildən 27 sentyabr 2017-ci ilədək səhhətində olan ağırla şmalardan əziyyət çəkməsi və təkrar əməliyyata məruz qalmasına diqqət yetirməmiş, apellyasiya instansiyası məhkəməsi isə işin qeyd edilən hallarına əhəmiyyət verməmişdir. Qeyd olunan halları, eyni zamanda həm iddiaçının, həm də cavabdehin maddi və ailə vəziyyətini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mənəvi zərərin məbləği hissəsində qətnamə dəyişdirilməli, mənəvi zərərin məbləği 5000 manat müəyyən edilməli, iddiaçının kassasiya şikayəti həmin tələb üzrə qalan hissədə əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə tutulan mələğ 5000 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmal ıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsi mənəvi zərərin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş mənəvi zərərə görə tutulan məbləğ 5000 (beş min) manat, ümumilikdə tutulan məbləğ 7435,84 manat (yeddi min dörd yüz otuz beş manat səksən dörd qəpik) müəyyən edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2021-ci il tarixli, 2(107)-1065/2021 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxla nılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1887/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1887/2022
18.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver