Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1887/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh İmamverdi oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr, real zərər, sübutların qiymətləndirilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh İmamverdi oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-227/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh İmamverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Cavabdeh 18 may 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən o, İddiaçı Əbdülkərim oğluna 15500 (on beş min beş yüz) manat borcunun qaldığını, həmin məbləği 4 (dörd) ay ərzində - sentyabr ayının 20-ə qədər ödəyəcəyini, əgər həmin məbləği ödəməsə cinayət işinin icraatının yenilənməsinə etirazının olmadığını bildirmişdir.
2. İddiaçı Əbdülkərim oğlunun xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh heç bir tələbi və iddiası olmadığını və Cavabdeh tərəfindən ziyanın ona tam ödənilməsini göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Əbdülkərim oğlu iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 24.000 (iyirmi dörd min) manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü ilə Cavabdeh İmamverdi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh 23 yanvar 2017-ci il tarixdən 17 mart 2017-ci il tarixədək tutulduğu və həbsdə olduğu 1 ay 22 gün müddət, 17 mart 2017-ci il tarixdən 30 avqust 2017-ci il tarixədək ev dustaqlığında olduğu 5 ay 3 gün müddət, ümumilikdə 7 ay 5 gün müddəti nəzərə alınaraq və onun hazırki hö kmlə təyin edilmiş cəzasına hesablanmaqla Cavabdeh İmamverdi oğlu qəti olaraq 6 il 4 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasina məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilərək, ona 2 il sınaq müddəti təyin edilmişdir. Sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Cavabdeh barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə hökm çıxarılmışdır. O, məhkəmə gedişində 21 iyun 2017-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq ed ilmiş ərizə ilə müraciət etmiş və ərizədə qeyd etmişdir ki, Cavabdeh İmamverdi oğlu ona dəymiş zərəri ödəmiş və heç bir şikayət və tələbi yoxdur. Buna baxmayaraq Cavabdeh İmamverdi oğlunun qohumları yenə də onu aldadaraq dələduzluq əməllərinə əl ataraq ondan 4 ay möhlət istəmişlər və o, bunlara inanaraq ərizəyə imza atmış, amma ona dəymiş zərər bu günədək ödənilməmişdir. Hökmdən sonra Cavabdeh telefon zənglərinə belə cavab verməmişdir. Sonuncu məhkəmə prosesi xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən keçirilmiş və 1(103)-900/2020 nömrəli qərar verilərək onun apellyasiya şikayəti qismən təmin edilmişdir. Qeyd olunan qərardan da görünür ki, Cavabdeh ondan 24000 manat pul alıb geri qaytarmamışdır. Odur ki, Cavabdeh İmamverdi oğlundan 24000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh qəbul etməyərək bildirmişdir ki, iddiaçı ondan 24000 (iyirmi dörd min) manat məbləğində pul tələb edir. İddiaçı sübutetmənin əsası kimi Bakı Apellyasiya Məhkəməsinin 1(103)-900/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına istinad edir və bildirir ki, ona dəymiş zərərin tərəfindən ödənilməsinə dair notarial qaydada təsdiq edilmiş ərizəni o xx.xx.2017-ci il tarixdə məhkəməyə təqdim etmiş, həmin vaxt guya onun qohumları onu aldadaraq, etibarından sui istifadə etməklə, ondan 4 ay möhlət istəmişlər və o həmin ərizəni yazaraq məhkəməyə təqdim etmişdir. İddiaçının öz ərizəsində göstərdiyi bu dəlillər işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iddiaçının hüquq mühafizə orqanlarına yazdığı ilk ərizədə ondan ümumilikdə 24000 (iyirmi dörd min) manat pul aldığı və həmin məbləğdən 3500 (üç min beş yüz) manatını geri qayardığını göstərilmişdir. Yəni hələ 2017-ci ildə iddiaçı şikayətə başladığı vaxt ona qarşı 20500 (iyirmi min beş yüz) manat məbləğində tələblə çıxış etmişdir. 2017-ci ildə barəsində cinayət işi başlandıqdan sonra onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair məhkəməyə müraciət etdiyi zaman iddiaçıya 5000 (beş min) manat ödəniş həyata keçirmişdir. Məhz tərəfindən ziyanın ödənilməsinə dair hərəkətlər edildiyi əsaslara görə məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdir. Həmin vaxt iddiaçı məhkəməyə ziyandan 5000 manat ödənilməsi barədə ərizə də vermişdir. Sonradan cinayət işi çərçivəsində tərə findən iddiaçıya 5500 manat pul da ödənilmiş və iddiaçı məhkəməyə ziyanın tam ödənilməsinə, ona qarşı heç bir iddia və ya tələbinin olmamasına dair notarial qaydada təsdiqlənmiş ərizə də təqdim etmişdir. Həmin vaxt iddiaçı birbaşa məhkəmə zalında ziyanın tam ödənilməsinə dair əlavə bir ərizə də yazaraq məhkəməyə təqdim etmişdir. Daha sonra iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verərək aldadıldığını bildirmiş və 24000 manat ziyanın ona ödənilmədiyini bildirmişdir.Hazırda iddiaçı 24000 (iyirmi dörd min) manat ziyan tələb edir. Aşağıdakı dəlillərdən görünür ki, iddiaçının tələbi əsassızdır. İddiaçının ilkin şikayət ərizəsində ziyanın ödənilməmiş hissəsinin 20500 manat olması öz təsdiqini tapır. Deməli 24000 manat tələb əsassızdır, onun barəsində aparılmış cinayət işi çərçivəsində hə bs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair məhkəmə iclasında ziyandan 5000 manat ödənilməsinə dair mötəbər sübutlar mövcuddur. Deməli həmin vaxt ziyanın ödənilməmiş hissəsi 15500 manat olmuşdur.İddiaçının məhkəməyə təqdim etdiyi ziyanın tam ödənilməsinə dair xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi olmuşdur ki, həmin ərizədə iddiaçı ziyanın tam ödənilməsi və hər hansı iddia, tələbinin olmamasını bildirmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli ərizəni 2017-ci ilin sonlarından etibarsız hesab etsə də onu mübahisələndirməmiş və həmin vaxtdan artıq 6 il vaxt keçmişdir. Pulun alındığı və iddiaçının aldadıldığını bilməsi vaxtı isə 2012-ci ilə təsadüf edir ki, həmin vaxtdan artıq 10 il keçmişdir. İddiaçının şikayəti üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi əsası ilə xitam verilmişdir. Bu qədər vaxt ötürüldükdən sonra iddiaçının mülki qaydada tələb irəli sürərək ondan 24000 manat ziyan tələb etməsi öz-özlüyündə əsassızdır.İddiaçı ilkin şikayətində onun tərəfindən ona qarşı dələduzluq etdiyini bildirmişdir. Bir halda ki, o, iddiaçının etibarından sui-istifadə edərək, ona qarşı dələduzluq etmişdirsə, bu halda ziyan tam ödənilmədiyi halda iddiaçı ziyanın ödənilməsinə dair ərizəni nəyə güvənərək yazardı? Bu dəlil də onu təsdiq edir ki, iddia tələbi əsassızdır. Apellyasiya məhkəməsinin qərarında onun iddiaçı qarşısında 24000 manat məbləğində ödənilməmiş məbləğin qalması müəyyən edilmir. Mülki Prosessual Məcəllənin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəy ə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyati hissəsində məcburidir (MPM 82.4-cü maddə). Qanunvericiliyin bu normasına əsaslanaraq, iddiaçının istinad etdiyi cinayət işi materialları üzrə hadisənin baş verməsinin sübuta yetirildiyini bildirmək mümkündür. Həmin cinayət işi üzrə mülki iddia olmadığından məhkəmə yekun qərarında borcun olub olmaması və borcun məbləği barədə konkret nəticəyə gəlməmişdir. Hesab edir ki, hazırki vəziyyətdə iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin arxivindən 1(101)-926/2017 saylı iş üzrə X1 ilkin şikayət ərizəsinin, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağ ır Cinayətlər Məhkəməsinin qərarının, ittiham aktının surətlərinin əldə edilməsi zərurəti vardır. Qeyd edilən sənədlərdən görünür ki, iddiaçı ilkin şikayətində ondan ümumilikdə 24000 manat aldığını və həmin məbləğdən 3500 manat hissəsini qaytardığını, qalan 20500 manat pulunun qaytarılmadığını bildirmişdir. Bundan başqa ittiham aktında və onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarında onun Namiq Almasova əlavə olaraq 5000 manat ödəməsi və məhz ziyanın bir hissəsinin ödənilməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi zərurətinin olması öz təsdiqini tapır. Əgər onun iddiaçı qarşısında ödənilməmiş borcu qalsaydı, onda o cinayət işi çərçivəsində ona qarşı mülki iddia tələbi irəli sü rərdi. Bir halda ki, o mülki iddia irəli sürməyib, deməli iddiaçıya onun borcu ödənilmişdir. İddiaçı kifayət qədər savadlı bir şəxsdir və zamanında ona qarşı mülki iddia qaldırmamasına dair dəlil də onun ziyanının tam ödənilməsini təsdiq edir. Eyni zamanda qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində onun bu hüququ məhkəmə tərəfindən ona izah edilmişdir. O bu hüququndan tam məlumatlı olmuşdur.İddiaçının notarial qaydada təsdiq etdiyi ziyanın tam ödənilməsinə dair ərizə mövcuddur. Hesab edirik ki, bu ərizə bir əqddir. Mülki qanunvericiliyin tələbinə görə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. İddiaçının mövqeyinə görə həmin əqd aldatma nəticəsində bağlanılmış əqddir. Nə qədər ki, həmin ərizə məhkəmə qaydasında etibarsız hesab edilməyib, deməli qüvvədədir. İddiaçı bu iddiadan əvvəl məhkəmədə həmin ərizənin etibarsızlığını mübahisələndirməli və ərizənin etibarsız sayılmasına dair qüvvəyə minmiş məhkəmə qərarı əsasında pul tələbi irəli sürə bilərdi. İddia tələbinin əsassısızlığına dair tərəfindən qeyd edilən dəlillər mötəbər sübutlarla öz təsdiqini tapır. Həmin sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Əks halda belə çıxır ki, istənilən bir şəxs borcu və yaxud da ziyanı aldıqdan bir müddət sonra yazdığı ərizəni etibarsız hesab edə bilər və yenidən pul tələbi irəli sürə bilər. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
6. Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh 15500 (on beş mi n beş yüz) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 120 (yüz iyirmi) manatın alınaraq İddiaçı Əbdülkərim oğluna ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçıya 15500 manat ödəyəcəyi barədə notarial qaydada təsdiq edilmiş 18 may 2017-ci il tarixli ərizə verməsindən sonra onun qalan məbləği ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında Cavabdeh daha sonra iddiaçıya 5500 (beş min beş yüz) manat ödədiyini göstərsə də, nə həmin məbləğin, nə də digər qalan məbləğin ödənilməsinə dair heç bir sübut təqdim edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 82.4 və 77 -ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, Biləsuvar Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq norması olaraq “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 4 və 6-cı bəndləri pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qü vvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. 6.3. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” Bu normaların tələbi özündə onu ehtiva edir ki, cinayət icraatı çərçivəsində məhkəmənin hökmü mülki iş üçün hadisənin olub-olmama sı hissəsində məcburidir. Deməli mülki iş üzrə məhkəmə ziyanın tam ödənib-ödənilməməsi hissəsində məhkəmənin cinayət icraatı çərçivəsində qəbul etdiyi qərarında göstərilənləri digər sübutlarla bərabər qiymətləndirməli və hansı sübutu mötəbər dəlil olaraq qəbul etdiyini izah verməklə əsaslandırmalı idi. Təəsssüf olsun ki birinci instansiya məhkəməsinin qətnaməsində belə izahlı əsaslandırma mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərdə göstərilmişdir ki, Cavabdeh Xəzər rayon Polis İdarəsinin müstəntiqi K.Rəhimova yazdığı xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində İddiaçı Əbdülkərim oğluna 15500 manat borcunun qaldığı bildirilir. Eyni zamanda, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 2 ərizəsini məhkəməyə təqdim etmişdir. Həmin ərizələrdən biri notarial təsdiq olunmuş, digəri isə əl ilə yazılmış ərizə idi. Hər iki ərizədə İddiaçı ona dəymiş maddi ziyanın tam ödənildiyini və Cavabdeh qarşı hər hansı iddia və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsində qeyd edilib ki, guya cavabdeh tərəf xx.xx.2017-ci il tarixli 15500 manat borcun qalmasına dair ərizədən sonra borcun ödənilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir(?). Birinci instansiya məhkəməsi tərəfindən məhkəməyə təqdim edilmiş həmin ərizələri niyə mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Məhkəmə öz qərarında cavabdeh tərəfin dəlili olaraq yalnız İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməs inə ünvanladığı ərizələrə istinad etdiyini göstərmişdir. Sual yaranır ki, əgər İddiaçı həmin 15000 manat ödənilməsəydi, notarial qaydada təsdiq edilmiş və əl ilə yazılmış eyni məzmunlu ərizəni məhkəməyə təqdim edərdimi? Hesab edirik ki, İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi ziyanın tam ödənilməsinə dair ərizələrin məhkəmənin diqqətindən kənarda qalması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-227/2024 nömrəli mülki iş üzrə 1 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Z.M.Allahyarov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 03 oktyabr 2023-cü i l tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etdmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
13. Belə ki, iş materialında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)30/2017 nömrəli qərarından görünür ki, İddiaçı Əbdülkərim oğlunun notarial qaydada təsdiq edilmiş ərizəsində Cavabdeh ona dəymiş 24000 manat ziyandan 8500 manatını ödəməsi və 15500 manatı isə istintaq dövrü zamanı ödəməsinə etirazının olmaması göstərilmişdir. Məhkəmə, Cavabdeh barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin edərkən işin digər halları ilə yanaşı, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən, yəni 8500 manat ö dənilməsini nəzərə almışdır.
14. İş materialında olan Cavabdeh xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş Xəzər Rayon Polis İdarəsinə yazmış olduğu ərizəsindən görünür ki, o, İddiaçı Əbdülkərim oğluna 15500 manat pul borcu olduğunu və həmin məbləği 4 ay müddətinə ödəyəcəyini qeyd etmişdir.
15. İş materialında olan İddiaçı Əbdülkərim oğlunun xx.xx.2017-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh heç bir tələbi və iddiası olmadığını və Cavabdeh tərəfindən ziyanın ona tam ödənilməsini göstərmişdir.
16. İş materialında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(103)-900/2000 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-c i maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, zərərçəkimiş şəxsə vurulmuş zərərin ödənilməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilmişdir. 17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş ol sun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
18. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.
19. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, mübahisə predmeti olan pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması iş materialları ilə təsdiq olunmur.
20. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtey i nəzərindən qanuni və əsaslıdır, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.5, 1096.1, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1115-ci maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, yuxarıda qeyd edilən normanın bu mübahisənin həllinə tətbiq edilməsi və həmin maddi hüquq normaları əsasında mübahisənin iddiaçının xeyrinə həll edilməsi ədalətsizıikdir. Belə ki, apellyasiya şikayətinin əsas dəlillərini Cavabdeh barəsində aparılmış cinayət işi üzrə ziyanın ödənilməsi təşkil etdiyi halda, apellyasiya məhkəməsi öz qərarında həmin dəlilərə qiymət verməmişdir. İşin hallarından və iş materiallarından görünür ki, iddiaçıya pul ödənilməsinə dair üç fərqli dəlil mövcuddur. Bu dəlillər a) ilkin ödənilən 3500 manat; b) həbs qətimkan tədbiri ilə əlaqədar ödənilmiş 5000 manat; c) ziyanın tam ödənilməsi ilə bağlı əllə yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələr. Məhkəmə birinci və ikinci dəlillərə düzgün qiymət vermiş, üçüncü dəlil üzrə isə yalnış nəticəyə gəlm işdir. İddiaçı məhkəməyə ziyanın tam ödənilməsinə, Cavabdeh qarşı heç bir iddia və ya tələbinin olmamasına dair notarial qaydada təsdiqlənmiş ərizə də təqdim etmişdir. Həmin vaxt iddiaçı birbaşa məhkəmə zalında ziyanın tam ödənilməsinə dair əlavə bir ərizə də yazaraq məhkəməyə təqdim etmişdir. Daha sonra iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verərək, aldadıldığını bildirmiş və 24000 manat ziyanın ona ödənilmədiyini bildirmişdi. Əgər iddiaçı doğru danışırsa, onda nədən 15500 manat deyil, 24000 manat pul tələb edir?
24. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən me ydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Cinayət icraatı çərçivəsində məhkəmənin hökmü mülki iş üçün hadisənin olub olmaması hissəsində məcburidir. Deməli mülki iş üzrə məhkəmə ziyanın tam ödənilib-ödənilməməsi hissəsində məhkəmənin cinayət icraatı çərçivəsində qəbul etdiyi qərarında göstərilənləri digər sübutlarla bərabər qiymətləndirməli və hansı sübutu mötəbər dəlil olaraq qəbul etdiyini izah verməklə əsaslandırmalı idi. Təəssüf olsun ki, birinci instansiya məhkəməsinin qətnaməsində belə izahlı əsaslandırma mövcud deyildir. b)Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarş ılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 41. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;
42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliy inin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. İş üzrə iddia İddiaçı Əbdülkərim oğlunun Cavabdeh 24000 manatın məcburi qaydada tutulması tələbi barədədir. Cavabdeh pul məbləğini tamamilə ödədiyini bildirmişdir.Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır.
47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-900/2000 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2c i maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü dəyişdirilmiş, zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, mübahisə predmeti olan pul məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması iş materialları ilə təsdiq olunmur.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı k ifayət qədər araşdırma aparılmamış və işdə olan sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir.
50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
51. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
52. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməl i, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
53. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
54. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında istinad edilən ifadə “zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edi lməsinə dair müddəaların hökmün nəticəvi hissəsindən xaric edilməsi” şəklində deyil, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəaların hökmün nəticəvi hissəsindən xaric edilməsi” şəklindədir. Digər tərəfdən həmin qərarda o da qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir.
55. Digər tərəfdən İddiaçı Əbdülkərim oğlunun xx.xx.2017-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Gələcəkdə buna dair heç bir şikayəti və tələbi olmayacaqdır.
56. Həmçinin iş materiallarında İddiaçı Əbdülkərim oğlu tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminə ünvanlanmış əlyazma ərizənin surəti vardır (iş v. 36).Həmin ərizədə ona dəymiş maddi ziyanın tam ödənildiyi, təqsirləndirilən şəxs X2 qarşı şikayəti və tələbi olmadığı, gələcəkdə də olmayacağı bildirilmişdir.
57. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxsin dəymiş ziyanı tam olaraq ödədiyi, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.
58. Qeyd edilənlərə əsasən məh kəmə kollegiyası belə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında göstərilən hazırki işlə əlaqəli olan hallara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməməklə bərabər İddiaçı Əbdülkərim oğlunun ərizələrinə də qeyd edilən prosessual hüquq normasının tələblərinə uyğun hüquqi qiymət verməmişdir.
59. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
60. Apellyasiya instansiyası məhkəməsi t ərəfindən prosessual hüquq normasının pozulması həmin məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi nəticəsinə gəlməyə imkan vermir.
61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplər, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi düzgün deyildir.
62. Kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, əsaslandırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Lakin kassasiya insta nsiyası məhkəməsi tərəfindən yeni qərar qəbul edilməsi üçün əsaslar yoxdur. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
63. İşə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı məhkəmə aktı qəbul etməlidir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edils in. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 fevral 2024-cü il tarixli 2(106)-227/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.