Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1889/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh və vəkili X5 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin 2(032)-384/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ziya Əli yev) İddiaçı Cavabdeh qarşı “məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair” iddiasının qismən təmin edilməsi, Cavabdeh tərəfindən “Facebook” sosial şəbəkəsindəki Cavabdeh adlı profildən paylaşılan xx.xx.2018-ci il tarixli yazıda İddiaçı Həsən qızı barəsində istifadə olunan “rüşvətxor” ifadəsinin, onun şərəf və ləyaqətini alçaldan məlumat hesab edilməklə “facebook” sosial şəbəkəsindəki təkzib edilməsi Cavabdeh üzərinə öhdəlik qoyulması, həmin təkzib etmə öhdəliyinin qətnamə icra olunan gündən 15 gün müddətinə icra olunması, İddiaçı Cavabdeh qarşı 31 saylı Zəngilan rayon tam orta məktəbin kollektivi qarşısında yaydığı məlumatlara görə ondan üzr istəməsi, mənəvi zərərə görə 15.000 manat pul vəsaitinin alınıb ona verilməsi hissəsində idd ia ərizəsinin təmin edilməməsi, Cavabdeh 200 manat ekspertiza xərcinin tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən, məruzəçi), F.Soltanov və N.Mirzəyev, 2(106)2969/2019 saylı mülki iş) hazırki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən yazılmış məlumatların təkzib edilməsi, 31 saylı Zəngilan rayon tam orta məktəbinin əmək kollektivi qarşısında yaydığı məlumatlara görə ondan üzr istəməsi, mənəvi zərərə görə cavabdehdən 15.000 manat pul və saitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını, Cavabdeh hərəkətlərində cinayət tərkibi olduğundan barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: O, xx xxxxxx 1956-cı il tarixdə Zəngilan rayonunun Ördəkli kəndində anadan olmuş, orta təhsil aldıqdan sonra Y.Məmmədəliyev adına X6 İnstitutunun dil ədəbiyyat fakultəsinə qəbul olunaraq həmin fakultəni bitirmişdir. 1978-ci ildən Zəngilan rayonu Qaragöz məktəbində ixtisası üzrə müəllimə işləməyə başlamışdır. 1993-cü ilin oktyabr ayından Zəngilan orta məkəbində işləmiş, Dağlıq Qarabağ və ətraf rayonlarında gedən müharibə zamanı, yəni 1988-1993-cü illərdə tez-tez cəbhə bölgələrində olmuş, orada döyüşən əsgərlərə ərzaq məhsulları daşımış, buna görə ona Müharibə Veteranı adı verilmişdir. Zəngilan rayonu işğal olunduqdan sonra Əli Bayramlı, indiki Şirvan şəhərində məskunlaşmış, elə həmin vaxtdan Zəngilan rayon 31 saylı tam orta məktəbdə müəllimə işləməyə başlamış, 2013-cü ilin yanvar ayından isə direktor vəzifəsinə təyin edilmişdir. Cavabdeh 2017-ci ilin sentyabr ayından məktəbdə tarix fənni üzrə müəllimə işləməyə başlamışdır. 2017-ci ilin dekabr ayında məktəbdə Yeni Azərbaycan Partiyasının ilk təşkilatını yaratmağa başlamışdır. Cavabdeh buna nədənsə narazılıq etməyə başlamış və bundan sonra ona qarşı özünün facebook səhifəsində barəsində həqiqətə uyğun olmayan məlumatları yaymağa başlamış, həmin məlumatlarda onu rüşvətxor, müəllim və şagirdlərin valideynlərindən pul yığıb şagirdlərin qiymətlərinin artırılması barədə yazılar dərc etmiş, bununla kifayətlənməyərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Zəngilan rayon Təhsil Şöbəsinə, Azərbaycan Respublikası Baş Prokurorluğu Yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə və digər təşilatlara həmin məzmunlu, həqiqətə uyğun olmayan qərəzli məlumatları yaymaqda davam etmişdir. Onun məlumatları əsasında aparılan yoxlamalarda göstərdikləri öz əksini tapmamışdır. Cavabdeh ondan başqa məktəb kollektivi və şagirdlərlə kobud davranır. Şagirdlərlə kobud davrandığına görə valideynlər bir neçə dəfə Şirvan şəhər polis şöbəsinə müraciət etmişlər. Cavabdeh tərəfindən onun əmək fəaliyyəti və sair funksiyaları barədə yalnış məlumatlar yayılaraq bu üsulla onu nüfuzdan salmaqla şərəf, ləyaqət və işgüzar nüfuzuna qəsd edilməklə onun şərəfi, ləyaqəti və işgüzar nüfuzu ləkələnmiş və ləkənməkdə davam edir. İş üzrə yuxarıda gös tərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Şirvan şəhərində yerləşən Zəngilan rayonu 31 saylı tam orta məktəbin direktorudur və uzun illərdir bu postu tutmaqdadır. Cavabdeh dəfələrlə iddiaçının fəaliyyətindən narazılıq əlaməti olaraq dövlət orqanlarına, yerli icra hakimiyyətinə müraciətlər etmişdir. Cavabdeh 2017-ci il tarixdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada həyata keçirdiyi “X8” imtahanının həm test, həm də metodiki və psixoloji hazırlığı yoxlayan müsahibə mərhələlərindən uğurla keçərək, mümkün 60 baldan 53 bal toplamaqla, ixtisası üzrə Şirvan şəhərində yerləşən 31 saylı Zəngilan rayon məktəbinə müddətsiz müqavilə əsasında tarix müəllimi vəzifəsinə qəbul olunmuşdur. 2018-ci ilin sentyabr ayında həmin nəticə əsa sında “X8 prosesinin müddətli müqavilə əsasında işə qəbulu” nəzərdə tutan vakant seçim turunda iştirak edərək Bakı şəhərində yerləşən tam orta məktəblərdən birində Təhsil Nazirliyi tərəfindən tarix müəllimi təyin edilmişdir. 2017-ci ilin sentyabr ayından tarix müəllimi kimi çalışmağa başladığı 31 nömrəli Zəngilan məktəbinə qeydiyyat üçün getdiyi zaman həmin vaxt məktəbin direktoru işləyən İddiaçı (artıq direktor deyil) sənədləri qəbul etməkdən imtina edərək vakant yer vermədiyini bildirmişdir. Lakin vakant yerin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verildiyini və onun da imtahanla elə Təhsil Nazirliyi tərəfindən bu məktəbə göndərildiyini bildirərək, vakant yeri öz məqsədləri üçün gizlədərək Nazirliyin göndərdiyi müəllimi qəbul etmədiyinə görə ondan Təhsil Nazirliyinə şika yət edəcəyini bildirdikdən sonra direktor İddiaçı sənədlərini götürməli olmuşdur. Artıq bir neçə ildir ki, direktor RTŞ müdirləri tərəfindən vakansiyaların gizlədilməsinin qarşısını almaq və işə başqa əsassız yollarla müəllim götürülməsinin qarşısını almaq üçün vakant yerləri birbaşa Təhsil Nazirliyi özü araşdıraraq üzə çıxarır. İşə başladıqdan sonra direktor İddiaçı cavabdehdən qanunsuz tələblər etməyə başlamışdır. Şəxsi maraqlarına görə İddiaçı qanunsuz tələblərini icra edən hər kəsdən fərqli olaraq o, İddiaçı bütün qanunsuz tələblərinə yerindəcə etiraz etmiş və heç birini icra etməmişdir. Bu səbəbdən də daima İddiaçı və onun bu qanunsuz tələblərinin icra olunmasında maraqlı olan şəxslər (adları məktəbdə gedən, lakin işə gəlməyən müəllimlər, texniki işçilər, adları gedən, lakin məktəbə gəlməyib dərs vaxtı hazırlıqlara gedən şagirdlər və onların valideynləri) tərəfindən təzyiq təhdid və böhtanlara məruz qalmışdır. Rüşvət vermədiyi, rüşvət almadığı, qanunla işlədiyi üçün, bunda maraqlı olmayan bu qədər insan tərəfindən təzyiq, təhdid, böhtanlara məruz qalmağına baxmayaraq, öz haqlı mövqeyindən geri çəkilməmişdir və bütün baş verən qanunsuzluqlarla bağlı xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirlyinin Daxili Nəzarət şöbəsinə rəsmi şəkildə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin müraciət əsasında 24 və xx xxxxxx 2018-ci ill tarixlərində Təhsil Nazirliyinin daxili nəzarət şöbəsinin 13 saylı Ərazi Maliyyə hesablaşma Mərkəzinin əməkdaşlarından ibarət göndərdiyi yoxlama komissiyasının 31 nömrəli Zəngilan məktəbində apardığı araşdırmanın nəticəsinə əsasən qanunsuz əməlləri sübuta yetirilmiş məktəbin direktoru İddiaçı, təlim-tərbiyə işləri üzrə direktor müavini X1 və təşkilatçı müavin X2 ilə birlikdə tutduqları vəzifədən azad olunublar. Həmçinin Təhsil Nazirliyi aşkar etdiklər faktlar üzrə materialları Azərbaycan Respublikası Prokurorluğuna göndərəcəklərini bildirmişlər, lakin sonradan göndərməmişlər. Dəfələrlə yenidən müraciət etdiyinə baxmayaraq bir cavab ala bilməmişdir. Cavabdeh tərəfindən bu hadisələrlə bağlı dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinə şikayət ünvanlamışdır. Şikayətin məzmunu isə məktəb direktorunun qanunsuz əməllərinin qarşısının alınması, adları məktəbdə gedən, lakin işə gəlməyən müəllimlər, texniki işçilər, adları gedən, lakin məktəbə gəlməyib dərs vaxtı hazırlıqlara gedən şagirdlərin işləri üzrə qanu nsuzluqlara son qoyulması olmuşdur. Yoxlama zamanı həqiqətən təsdiq olunmuşdur ki, Şirvan şəhər (və ya digər rayon və şəhər sakinləri) sakinləri doğrudan da məcburi köçkün məktəblərinə dərs vaxtı hazırlıqlara gedə bilsinlər deyə sonuncu siniflərdə bu məktəbə gedirlər və bu korrupsiyaya yol açır. Məhz iddiaçı da cavabdehin ondan şikayət etdiyini və həmin şikayətin publik şəkildə “facebook” profilimdən paylaşılmasını əsas tutaraq özünün “məlumatların təkzib edilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi, xüsusi qərardadın çıxarılması” tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili X7 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh “Facebook” sosial şəbəkədə öz profilindən xx xxxxxx 2018-ci il tarixli İddiaçı ilə bağlı yazı paylaşmış və orada sonuncunu “rüşvətxor” adlandırmışdır. Həmin paylaşımın Cavabdeh tərəfindən aparılmas ı işin mübahisəsiz halıdır və cavabdeh bunu həmişə etiraf etmiş, hazırda da iddiaçını “rüşvətxor” kimi çağırılmasını əsaslı sayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 9605 saylı rəyində deyilir ki, mülki iş materiallarının 7-8-ci vərəqlərindəki şikayət ərizəsində və “Facebook” sosial şəbəkəsindəki “Arzu Eliyeva” adlı profildən paylaşılan xx xxxxxx 2018-ci il tarixli yazıda İddiaçı barəsində istifadə olunan “rüşvətxor” ifadəsi böhtan olaraq söylənildiyi təqdirdə İddiaçı şərəf və ləyaqətini alçaldan məlumatlardır. Rüşvət alma və rüşvət vermə cinayət qanunu ilə qadağan edilən və cinayət hüquqi nəticələr yaradan əməldir. Bu əməllərə görə şəxs qanuni qüvvəsini almış məhkəmə hökmü ilə təqsirli bilinə bilər. Belə hüquqi qərar olm adan kütləvi yayılan məlumatda şəxsi “rüşvətxor” adlandırmaq onun təqsirzlik prezumpsiyasını pozmuş olur. Yalnız törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (CM-nin 7-ci maddəsi). Sübut olunması xüsusi prosedurlar müəyyən edən hərəkətlərdə şəxsi təqsirli saymaq, fikir və söz söyləmək azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəaları ilə mütənasiblik təşkil etmir. Hüquqlar həyata keçirilərkən şəxsin fəaliyyətinin tənqid olunması yol veriləndir, lakin tənqid ağır cinayətin törədilməsi ittihamı ilə (böhtanla) müşayət edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həya tının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sə nədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mən əvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinin 1-ci bəndinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səla hiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vu rulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin xx xxx 1999-cu il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məlumat əxl aqi prinsiplər, istehsal-təsərrüfat, xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslərin dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Həmin qərarda göstərilmişdir ki, başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normaların, Konstitusiya Məhkəməsinin qərarında göstərilənləri, Ali Məhkəmənin Plunumunun tövsiyələrini nəzərə alaraq qeyd etmişdir ki, bir hüququn həyata keçiril məsi digər hüququn məhdudlaşdırılması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən şəxsin fəaliyyəti tənqid olunması mümkün olunsa da, bu tənqid təhqirlə əvəz edilməməli, barəsində məlumat yayılan şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatın yayılmasına yol verilməməlidir. Qeyd olunanları əsas götürən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi və xüsusi qərardadın çıxarılması tələbinə dair” iddiasının qismən təmin edilməsi, Cavabdeh tərəfindən “F acebook” sosial şəbəkəsindəki Arzu Əlyeva adlı profildən paylaşılan xx.xx.2018-ci il tarixli yazıda İddiaçı Həsən qızı barəsində istifadə olunan “rüşvətxor” ifadəsinin, onun şərəf və ləyaqətini alçaldan məlumat hesab edilməklə “facebook” sosial şəbəkəsindəki təkzib edilməsi Cavabdeh üzərinə öhdəlik qoyulması, həmin təkzib etmə öhdəliyinin qətnamə icra olunan gündən 15 gün müddətinə icra olunması, İddiaçı Cavabdeh qarşı 31 saylı Zəngilan rayon tam orta məktəbin kollektivi qarşısında yaydığı məlumatlara görə ondan üzr istəməsi, mənəvi zərərə görə 15.000 manat pul vəsaitinin aınıb ona verilməsi hissəsində iddia ərizəsinin təmin edilməməsi barədə nəticəyə gələrkən qanunvericiliyin tələblərini gözləməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1889/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1889/2020
16.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver