Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-189/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ekspert rəyinin mötəbərliyinin əsaslandırılmaması, iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh vəkili X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1608/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsin dən iddiaçılar İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və X3 qarşı "torpaq sahəsinin və ondan əldə olunmuş gəlirin bölünməsi və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən xxx kəndi ərazisindən 6 nəfərdən ibarət ailə üzvlərinə (X4, İddiaçı1, X7, X8, Cavabdeh, X6) 0,47 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bununla bağlı torpağın mülkiyyətə verilməsinə dair JN 504 A kod 60813018 nömrəli şəhadətn amə verilmişdir.
3. Həmçinin Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli. 14 nömrəli qərarına əsasən xxx ərazisindən 5 nəfərdən ibarət olmuş ailə üzvlərinə (X4, İddiaçı1, X7, Cavabdeh, X6) 1.62 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün pay torpaq sahəsi verilmişdir. Bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli şəhadətnamə verilmişdir. 4. 04.06.2020-ci il tarixli mütəxəssis və 16.10.2020-ci il tarixli ekspert rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 504 A kod 60813018 nömrəli şəhadətnaməyə əsasən 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşən yaşayış binası mülkiyyətçilər arasında bölünmədiyi üçün torpaq sahəsinin naturada bölünməsi mümkün deyildir. Tor pağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha torpaq sahəsindən ailə üzvləri, payları bəlli olmaqla torpaqdan bərabər pay hüququna malikdirlər. Torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı və ümumi paylı mülkiyyətdə olduğu üçün ayrı-ayrılıqda mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə əsasən, torpağın məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbindən naturada real bölgüsü mümkün deyildir. Ona görə də ‘‘Torpağın mülkiyyətə verilməsinə dair” JN 504 A 608130 18 nömrəli şəhadətnaməyə əsasən 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin və “Torpağa mülkiyyət hüququna dair” JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha pay torpaq sahəsinin ailə üzvləri arasında bölünməsinə dair ölçü planı tərtib olunmamışdır.
5. İddiaçı1 bildirir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997ci il tarixli, 14 nömrəli qərarına əsasən xxx ərazisindən 6 nəfərdən (anası-X qardaşı-X, qardaşı arvadı-X, özü-X, qızları- X və X) ibarət olmuş ailə üzvlərinə cəmi 0.47 ha həyətyanı və həmin qərarla 5 nəfər ailə üzvlərinə (anası-X qardaşı-Xi, qardaşı arvadı-X, özü-X, qızı- Xn) 1,62 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün pay torpaq sahəsi verilmişdir. Buna dair adlarına şəhadətnamə və dövlət aktı verilmişdir. Ailə qurduqdan sonra özü X, qızı X isə X kəndinə köçmüşdür. Digər qızı X isə onunla yaşayır. Bu günə kimi mübahisəli torpaq sahələrindən cavabdehlər istifadə edərək gəlir götürmüş, həmin gəlirdən onlara heç nə verməmişlər. Paylara uyğun olaraq torpaq sahəsinin naturada ayrılması barədə cavabdehlərlə razılığa gələ bilmirlər.
6. Cavabdeh bildirir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən X kəndi ərazisindən 6 nəfərdən (anası-X, özüX, arvadı-X. bacısı-Xə, bacısı qızları-X və X) ibarət olmuş ailə üzvlərinə cəmi 0,47 ha həyətyanı və həmin qərarla 5 nəfər ailə üzvlərinə (anası-X, özü-X, arvadı-X, bacısı-X. bacısı qızı-X) 1,62 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün pay tor paq sahəsi verilmişdir. Buna dair adlarına şəhadətnamə və dövlət aktı verilmişdir. Bacısı X ailə qurduqdan sonra TX qəsəbəsinə, qızı X isə X kəndinə köçmüş, digər qızı X isə anası ilə yaşamışdır. İddiaçıların adı çəkilən torpaq sahələrindən istifadə etmələrinə heç kim maneə olmur. Qaldı ki, torpaq sahəsinin bölünməsinə, o texniki cəhətdən mümkün deyildir.
7. İddiaçılar İddiaçı2 və İddiaçı3, cavabdeh X6 işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Ağcabədi rayon məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2(017)-5/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və X3 qarşı torpaq sahəsinin paylara uyğun bölünməsi və ondan əldə olunmuş gəlirin bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarına əsasən Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən tərəflərə (6 nəfərdən ibarət olmuş ailə üzvlərinə) verilmiş 0,47 ha həyətyanı və (5 nəfərdən ibarət olmuş ailə üzvlərinə) 1.62 ha kənd təsərrüfatı məhsulları istehsal etmək üçün pay torpaq sahəsinin (mülkiyyətçilərin hər birinin payına düşən torpaq sahəsi) naturada real bölgüsü mümkün deyildir. Belə ki, 04.06.2020-ci il tarixli, 61 nömrəli mütəxəssis və 16.10.2020-ci il tarixli 10/240 nömrəli ekspert rəyinə əsasən torpağın mülkiyyətə verilməsinə dair JN 504 A kod 60 813018 nömrəli şəhadətnaməyə əsasən 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşən yaşayış binası mülkiyyətçilər arasında bölünmədiyi üçün torpaq sahəsinin naturada bölünməsi mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha torpaq sahəsindən ailə üzvləri, payları bəlli olmaqla torpaqdan bərabər pay hüququna malikdirlər. Torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı və ümumi paylı mülkiyyətdə olduğu üçün ayrıayrılıqda mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə əsasən, torpağın məqsədli və təsərrüfa t təyinatına uyğun səmərəli istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbindən naturada real bölgüsü mümkün deyildir. Ona görə də ‘‘Torpağın mülkiyyətə verilməsinə dair” JN 504 A 60813018 nömrəli şəhadətnaməyə əsasən 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin və “Torpağa mülkiyyət hüququna dair” JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha pay torpaq sahəsinin ailə üzvləri arasında bölünməsinə dair ölçü planı tərtib olunmamışdır.
10. Həmçinin məhkəmə hesab edir ki, iddiaçıların iddiasının “torpaq sahəsindən əldə olunmuş gəlirin bölünməsi və cavabdehlərədən alınıb onlara verilməsi” hissəsində də təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar digər sübutlarla təsdiqini tapmamışdır.
11. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 213.1, 214.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1608/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Mirzəyev-sədrlik edən və məruzəçi, S.Mayılov və İ.Əsədov) iddiaçılar X1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi rayon məhkəməsinin 09 fevral 202 1-ci il tarixli 2(017)-5/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində İddiaçı1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
25. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. (maddə 76.1)
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (maddə 76.2)
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
29. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada ver ilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. (maddə 97.1)
30. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. (maddə 102.2)
31. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1)
32. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
33. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə han sı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
35. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin q ətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
37. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (31)
38. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04.06.2020-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.10.2020-ci il tarixli ekspert rəyləri ilə əsaslandırmışdır.
39. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəylərini mötəbər sübut kimi qəbul etsə də həmin rəylərin mötəbərliyini əsaslandırmamışdır.
40. Belə ki, 04.06.2020-ci il tarixli mütəxəssis və 16.10.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, torpağın mülkiyyətə verilməsinə dair JN 504 A kod 60813018 nömrəli şəhadətnaməyə əsasən 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin ərazisində yerləşən yaşayış binası mülkiyyətçilər arasında bölünmədiyi üçün torpaq sahəsinin naturada bölünməsi mümkün deyildir. Torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha torpaq sahəsindən ailə üzvləri, payları bəlli olmaqla torpaqdan bərabər pay hüququna malikdirlər. Torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı və ümumi paylı mülkiyyətdə olduğu üçün ayrı-ayrılıqda mülk iyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə əsasən, torpağın məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbindən naturada real bölgüsü mümkün deyildir. Ona görə də ‘‘Torpağın mülkiyyətə verilməsinə dair” JN 504 A 60813018 nömrəli şəhadətnaməyə əsasən 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsinin və “Torpağa mülkiyyət hüququna dair” JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha pay torpaq sahəsinin ailə üzvləri arasında bölünməsinə dair ölçü planı tərtib olunmamışdır.
41. Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunun 3-cü maddəsinə əsasən ekspertizanın məqsədi Məhkəmə ekspertizası fə aliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.
42. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
43. Qeyd edilən normaların tələblərindən göründüyü kimi ekspert iş üzrə tədqiqat aparmalı və apardığı tədqiqat nəticəsində qarşısına qoyulmuş suallara cavab verməli olduğu halda hazırkı işdə ekspert işin hallarına hüquqi qiymət verməklə hər iki torpaq sahəsinin naturada bölgüsünün qeyri-mümkün olmasına dair rəy vermişdir.
44. Apelyasiya instansiyası məhk əməsi isə qeyd edilən hala hüquqi qiymət vermədən, 04.06.2020-ci il tarixli mütəxəssis və 16.10.2020-ci il tarixli ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirmədən mötəbər sübut kimi qəbul etmiş və həmin rəylərə istinad etməklə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
45. Halbuki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (28, 30)
46. Bundan başqa apelyasiya instansiyası məhkəməsi JN 504 A kod 60813018 nömrəli şəhadətnaməyə əsasən 6 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 0.47 ha həyətyanı torpaq sahəsində yaşayış binasının olub-olmaması, yaşayış binası mövcud olduğu halda həmin binanın kimin mülkiyyətində olması barədə heç bir araşdırma aparmamış və 04.06.2020-ci il tarixli mütəxəssis və 16.10.2020-ci il tarixli ekspert rəylərində yazılanları sadalamaqla kifayətlənmişdir.
47. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi 04.06.2020-ci il tarixli mütəxəssis və 16.10.2020-ci il tarixli ekspert rəylərinə istinad edərək torpağa mülkiyyət hüququna dair JN 0097 kod 60813018 nömrəli Dövlət Aktına əsasən 5 nəfərdən ibarət ailə üzvlərinə verilmiş 1,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölünəcəyi təqdirdə torpağın məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsinin mümkün olma yacağını və təsərrüfat sahəsinin yararsız hala düşəcəyini qeyd etsə də bölündüyü təqdirdə torpağın məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsini qeyrimümükün edən halların nədən ibarət olmasını və bölünmə nəticəsində torpaq sahəsinin yararsız hala salınmasının nədən ibarət olduğunu göstərməmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsi xüsusi önəmə malikdir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidi r.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edili b-edilməməsinin səbəbləri aydın göstərilməlidir”.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
51. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edi lməsi ilə nəticələnmişdir.
52. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
53. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1608/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.