Məhkəmə qərarları › İş №2(102)-1896/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1896/2019

07.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1896/2019 07.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1896/2019 Bakı şəhəri 07 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, cavabdeh “xxxx” ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(0 06)3597/2018, hakim R.Ə.Səmədov) İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşımaddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11799/2018 E.M.Həsənov, X.A.Mərdanova. F.F.Babayev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşımaddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: 01 may 2018-ci il tarixdəİddiaçı “xxxx” ASC-yə qarş ı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 1.000 manat maddi və 3.000 manat mənəvi ziyanın əvəzi kimi, cəmi 4.000 manat pulun, həmçinin 30 manat dövlət rüsumunun “xxxx” ASCdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnaməsinə əsasən icra vərəqəsi üzrə ödənişin məcburi qaydada cavabdehdən tutulmalı olması nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 15.3, 115-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddələrinə istinad edilməklə məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zəfərin əvəzinin tutulması təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən araşadırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.07.2005-ci il tarixli qətnaməsi ilə İddiaçı “xxxx” MMC-yə qarşı “aktın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin olunaraq “xxxx” MMC-nin əməkdaşı tərəfindən tərtib edilmiş 08.03.2005-ci il tarixli 134348 saylı akt etibarsız hesab edilmiş, habelə “xxxx” MMC-dən vurulmuş maddi ziyana görə 348 000 man atın (köhnə manat) alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq 17.03.2006-cı il tarixdə icraya yönəldilmişdir. Bununla bərabər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.12.2006-cı il tarixli qərardadına əsasən həmin məhkəmənin 17.03.2006-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmiş, İddiaçı həmin qərardaddan verdiyi şikayətə baxan məhkəmənin 30.11.2015-ci il tarixli qərardadı ilə 22.12.2006-cı il tarixli qərardad ləğv olunaraq 17.03.2006-cı il tarixli icra sənədinin icra edilməsi üçün yenidən icra şöbəsinə göndərilməsi qərara alınmış, Nəsimi rayon icra şöbəsinin icra məmuru Rəhim Abbaszadə tərəfindən isə “icraata başlamaq haqqında” 25.08.2016-cı il tarixli qərar qəbul edilərək “xxxx” ASC-yə icra sənədində göstər ilən tələbi 10 gün müddətinə könüllü icra etməsi təklif edilmiş, həmin qərar müvafiq bildirişlə birlikdə 25.08.2016-cı il tarixdə “xxxx” ASC-yə göndərilmişdir. Eyni zamanda İddiaçı Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək həmin qurumun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.07.2005-ci il tarixli qətnaməsinin icra olunması istiqamətində hərəkətsizliyinin qanun pozuntusu kimi tanınması, məhkəmə qətnaməsinin icrasının təmin edilməsi vəzifəsinin İcra qurumunun üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, sözügedən inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.03.2017-ci il tarixli qərarı ilə isə iddia qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin 04.07.2005-ci il tarixli qətnamənin icrası üzrə 02.12.2015-ci il tarixdən 16.08.2016-cı il olan dövrə hərəkətsizliyi qanunsuz sayılmışdır. İşin apellyasiya baxışı zamanı iddiaçının təqdim etdiyi Nərimanov Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli qərardadı, həmçinin onun özünün izahatı ilə müəyyən olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin 04.07.2005-ci il tarixli qətnaməsi “xxxx” ASC tərəfindən 2017ci ilin may ayında icra olunmuş və iddiaçı bununla bağlı icra şöbəsinə ərizə yazaraq icra icraatına xitam verilməsini xahiş etmişdir. İddiaçı, qanuni qüvvəyə minmiş qətnamənin “xxxx” ASC tərəfindən uzun müddət icra edilmədiyini, qətnaməni icra etdirmək və borclunu hərəkətə gətirmək üçün müxtəlif qurumlara və hətta məhkəmə yə müraciət etmək məcburiyyətində qaldığını, bununla bağlı poçt, yolnəqliyyat və zəruri hesab edilən digər xərclər çəkdiyini, həmin xərclərin əvəzinin maddi ziyan qismində, habelə məruz qaldığı mənəvi ziyanın “xxxx” ASC-dən xeyrinə tutulması tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin dispozitiv şərtləri ilə uzlaşmamaqdadır; belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının “xxxx” ASC-nin illərdir icra etmədiyini iddia etdiyi Nərimanov Rayon Məhkəməsinin 04.07.2005-ci il tarixliqətnaməsi qanuni qüvvəsini alaraq 17.03.2006-cı il tarixdə icraya yönəldilsə də, məhkəmənin 22.12.2006-cı il tarixli qərardadına əsasən sözügedən icra sənədi üzrə icraata xitam verilmiş, Nərimanov Rayon Məhkəməsinin 30.11.2015-ci il tarixli qərardadı ilə həmin qərardad ləğv edilərək, icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar onun yenidən icra şöbəsinə göndərilməsi qərara alınmış, icra məmuru tərəfindən “icraata başlamaq haqqında” 25.08.2016-cı il tarixli qərar qəbul edilərək “xxxx” ASC-yə icra sənədində göstərilən tələbi 10 gün müddətinə könüllü icra etməsi təklif edilmiş, həmin qərar müvafiq bildirişlə birlikdə 25.08.2016-cı il tarixdə “xxxx” ASC-yə göndərilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.03.2017-ci il tarixli qərarı ilə isə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra vərəqəsinin icrası üzrə 02.12.2015-ci il tarixdən 16.08.2016-cı il tarixinədək olan dövrə hərəkətsizliyi qanunsuz sayılmışdır. Bu halda “xxxx” ASC sözügedən icra vərəqəsinin mövcudluğundan 25.08.2016-cı il tarixindən sonra məlumatlı olmuş, məhz həmin bildiriş və ona əlavə edilmiş qərarla sözügedən icra vərəqəsini icra etməli subyekt kimi müəyyən edilmişdir; işin şərh olunan halları, xüsusilə “xxxx” ASC-nin “xxxx” MMC-nin hüquqi varisi olmadığı nəzərə alındıqda isə, adı çəkilən ASCnin iddiaçının Nərimanov Rayon Məhkəməsinin 04.07.2005-ci il tarixliqətnaməsinin icrası ilə bağlı 25.08.2016-cı il tarixindən əvvəl müxtəlif dövlət orqanlarına etdiyi müraciətlərlə əlaqədar çəkdiyi xərcləri kompensasiya etmək öhdəliyindən, habelə ona mənəvi ziyan vurmasından bəhs oluna bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı, 25.08.2016-cı il tarixinə qədər çəkdiyi xarcləri maddi ziyan qismində tələb etmişdir; həmin tarixə qədər “xxxx” ASC-nin icra sənədinin mövcudluğundan məlumatlı olması isə müəyyən olunmamışdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar